Yeni dünyada dövlətçilik məfhumu


Cənab Rəhbər:Əfqan mühacirləri əzizləyin!



Yüklə 297,27 Kb.
səhifə5/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

Cənab Rəhbər:Əfqan mühacirləri əzizləyin!


Hoccətülislam İbrahimi ilə söhbət

İran İslam Cümhuriyyəti ölkəsində qeyri-sabitlik, dini dəyərlərə basqı yaşanan müsəlmanların sığınacağıdır desək yanılmarıq. Bu gün Əfqanıstanda, İraqda və bir çox başqa müsəlman ölkələrində etiqadlı insanların normal yaşaması üçün şərait mövcud deyil. Misilsiz sanksiyalara, siyasi təpkilərə məruz qalmış İran bütün problemləri kənara qoyaraq mühacirlərə ağuş açıb. Bu gün İranda çoxluq təşkil edən əfqan mühacirlər deyir ki, onları ilk dəfə İrana üz tutmağa sövq edən Xomeyni eşqi olub. Mərhum İmam imperializm və beynəlxalq sionizmin meydan suladığı bir dövrdə İranda İslam bayrağını ucaldaraq İslam dünyasının müdafiəsinə qalxdı.

Əfqanıstanda vəziyyət dözülməz oldu. Əfqanlar İrana üz tutdular. 30 ildən artıqdır ki, əfqanıstanlı müsəlmanlar İrana sığınıb. İmam Xomeyni (r) təkcə iranlıların yox, həm də əfqanların imamı idi. İmam dünyasını dəyişəndən sonra Ayətullah Xamenei rəhbərlik məsuliyyətini üzərinə götürdü. Höccətülislam İbrahimi uzun illər Əfqanıstan üzrə rəhbərin nümayəndəsi olub. Əfqan mühacirlər cənab İbrahimini öz problemlərinin həllində ən təsirli sima sayırlar. Sayı milyonu aşan əfqan mühacirlərin heç şübhəsiz kifayət qədər problemləri var. Amma bu problemlərin səbəbi İran rəhbərliyinin diqqətsizliyi deyil. Cənab İbrahimi Ayətullah Xameneinin əfqan mühacirlərlə bağlı göstərişini yada salır: “Cənab Rəhbər göstəriş verib ki, əfqan mühacirlər əzizlənsin. Ayətullah Xamenei əfqanların üzünə qapı açılmasını yetərli saymır, onlara hörmət-ehtiram göstərilməsini tələb edir.”

Tanınmış əfqan diplomat Məhəmməd Rəhim Əfzəli bir müsahibəsində deyir ki, höccətülislam İbrahimi öz duasında qiyamətdə əfqanlarla səhnəyə gətirilməsini istəyir. Diplomatın sözlərinə görə cənab İbrahiminin fəaliyyətləri həmişə əfqanlar üçün ümidverici olub.

Təsnim İnformasiya Agentliyi əfqan mühacirlərlə bağlı cənab İbrahimi ilə söhbətləşib. Bu söhbətin bir hissəsini oxucuların diqqətinə çatdırırıq.

Sual: Cənab İbrahimi, biz əfqan mühacirlərin problemləri ilə bağlı araşdırma aparırıq. İmam Rahil buyurmuşdu ki, İslam sərhəd tanımır və insanların dəyəri onların milliyyəti və ölkəsi ilə ölçülmür. İmamın (r) sözlərinə görə, İran İslam Cümhuriyyətində əfqan mühacirlə iranlı arasında fərq olmamalıdır. Amma biz mühacirlərin çoxsaylı problemləri ilə rastlaşdıq. İslam Cümhuriyyətinin birinci şəxslərinin mühacirlərə böyük sevgisi olduğu halda nə üçün belə problemlər yaranır?

Höccətülislam İbrahimi: Mühacirlərlə bağlı mövzunun müxtəlif yönləri var. Təhlükəsizlik, dolanışıq, məskən, təhsil sahəsində danışmaq lazım gəlir. Amma qəbul etməliyik ki, mühacirət prinsipcə çətinliklə müşayiət olunan hadisədir. Əfqan şairlərdən biri deyir ki, mühacir bir yerdən başqa yerə köçən quş deyil. Şair mühaciri ağacdan düşmüş yarpağa bənzədir və bu yarpağın ayaq altda qalmasını təbii sayır. Bütün dünyada mühacirlər oxşar problemlər yaşayır. Əgər mənəviyyat məsələsini nəzərə almasaq mühacirət özü çətinlik deməkdir. Bəli, bizim əqidəmiz budur ki, İslam sərhəd tanımır. Amma dünyada bizdən asılı olmayan işlər var. Müsəlman ölkələri arasında coğrafi sərhədlərin olmaması bizim arzumuzdur. Reallıq bizə nə diktə edir? Yaşadığımız dünyanın qanunlarını biz tənzimləmirik. İslam dünyası vahid ümmət olsaydı gözəl olardı. Nə zamansa belə olub. Bəni-Üməyyə dövründə sərhəd məhdudiyyəti yox idi. Necə ki, Harun müxaliflərini hara getsələr bu torpaqlardan çıxa bilməyəcəkləri ilə hədələyirdi. Amma müsəlmanların zəifliyi, daxili ixtilaflar sərhədləri yaratdı. Vəhdət ixtilafa çevrildi. Vahid ümmət parçalandı. Sərhədləri biz yaratmamışıq. Bizim əqidəmiz budur ki, əfqanla iranlı arasında heç bir fərq yoxdur. Əqidəmiz budur. Nə edək ki, mövcud şərait ölkələri sərhədlərlə ayırıb. Dünya keçmişdəki dünya deyil. Ölkəmizə qarşı qlobal dağıdıcı planlar mövcuddur. Biz düşmənlərimizin hədəfində olduğumuzu unuda bilmərik. Biz əfqanları özümüzdən sayırıq. Amma dünya bu sözü qəbul etmir. Əfqanıstanı ayrı, İranı ayrı ölkə sayırlar. Bugünki şəraitdə mühacirlər, əfqanlar üçün görə biləcəyimiz yeganə iş problemləri aradan qaldırmaq, onlar üçün münasib şərait yaratmaqdır. Reallıqla barışmaqdan başqa yol yoxdur. Mühacirlərin qarşısında nə qədər böyük problemlər olsa da bu sahədə çox iş görülür. Başqa ölkələrdə mühacirə münasibəti nəzərə alsaq ölkəmizdə mühacirə münasibətin üstün olduğunu görərik. Görün çoxsaylı əfqanlar neçə illərdir ölkəmizdədir. Ölkəmiz subsidlərlə yaşayır. Elektrik enerjisi, qaz, su, çörək və bu qəbildən olan məhsullar xalqa istehsal dəyərindən aşağı qiymətə satılır. Əfqanlar da iranlılar kimi bu güzəştlərdən faydalanır. Hansı ölkədə əfqanlar üçün belə bir şərait var?! Bir zaman imamın dəftərində, bu gün rəhbərin ofisində əfqanlar da çalışır. İmam Xomeyninin (r) dəftərində çalışan əfqanıstanlı Hacı İshaqın nüfuzu əfqanların nüfuzudur. Bu gün imam Xomeyninin (r) hərəmini əfqanlar idarə edir. Mərhum Hacı Əhməd Xomeyninin ən yaxın adamları əfqan mühacirlər idi. Biz BMT-nin siyasi oyunu olan qaçqın düşərgəsi yaratmadıq, əfqanlar bütün İran ərazisində yerləşə bilir. Elm hövzələrində 9 min əfqan tələbə təhsil alır. İran universitetlərində 10 minə yaxın əfqan gənc təhsilini davam etdirir. İrandakı mühacirlər əksər təhsil ocaqlarında imtahanlarda iştirak edir.

Mühacirlərə diqqət nümunəsi sayılacaq bir xəbər verim. Ayətullah Xameneinin göstərişi ilə onun ofisində xüsusi bir komitə yaradılıb. Mən də həmin komitənin üzvüyəm. Komitənin işi mühacirlərin problemlərini araşdırıb həll etməkdir. Cənab Rəhbər göstəriş verib ki, mühacirlərə ehtiram göstərilsin. Yəni söhbət adi diqqətdən yox, xüsusi hörmətdən gedir. Komitədə əksər dövlət qurumlarının nümayəndəsi var. Ehtiram qanunun fövqündə dayanan həqiqətdir. Əslində Həzrət Ağa sadəcə hörmət yox, mühacirlərin əzizlənməsini göstəriş verib. Biz bu göstəriş əsasında çalışırıq. İndi əfqan alimlər radio-televiziyada çıxış edə bilirlər. Onların cəmiyyət yaratmaq, tədbir keçirmək imkanları var və biz onları himayə edirik. Biz hətta mühacirət kartı olmayan mühacirlərə qayğı göstəririk. Qərara alınıb ki, nə qədər ki, mühacirlər İrandadır, onların övladları məktəblərdə maneəsiz təhsil alsın. Onların öz təhsilini davam etdirməsi üçün şərait yaradılır. Əfqan uşaqların hətta qeyri-dövləti məktəbləri var. Biz heç zaman iranlı ilə əfqan arasında fərq qoymamışıq. Ölkəmiz ağır sanksiyalarla üzləşib. Əgər bir çörəyimiz varsa, onu əziz əfqanlarla bölürük. Əfqanlar da iranlılar kimi məşğulluq imkanına malikdir. Bu gün elm hövzəsinə getsəniz bir çox ustadların əfqan olduğunu görərsiniz. Universitetlərdə də əfqan ustadlar var. Düşünürəm ki, İran İslam Cümhuriyyətini bütün müsəlmanların evi saymaq olar. Amma siyasi baxımdan, təhlükəsizlik baxımından məhdudiyyətlərin olması təbiidir. İrandan sonra ikinci farsdilli ölkə Əfqanıstandır.

Mühacirlər, əfqanlar üçün ən böyük mənəvi dayaq Cənab Rəhbərin onların sevgisidir. Ayətullah Xamenei əfqan alimləri iranlılardan da artıq əzizləyir. Düşünürəm ki, biz mümkün olan işləri görürük və Cənab Rəbər də uzaqgörənliklə buna nəzarət edir. Bir dəfə Cənab Rəhbərin qəbuluna yazılmışdım. Həmin vaxt Əfqanıstanın prezidenti Rəbbani ağanın görüşünə gəlmişdi. Cənab Rəhbərin Rəbbani ilə söhbəti başa çatana qədər gözləyəsi olduq. Həzrət Ağa onların inqilabçı olmasına böyük əhəmiyyət verir. Onun istər şiə, istər sünni əfqanlarla görüşündə adətən iştirak etmişəm. Həzrət Ağa əfqanlara misilsiz diqqətlə yanaşır. Əgər bu gün çatışmazlıq varsa bəziləri aradan qaldırılmaqdadır, bəziləri imkanlarımızdan xaricdir.

Sual: Cənab İbrahimi, mühacirlər özləri də qəbul edirlər ki, onlara qarşı haqsızlıq yoxdur. Sadəcə idari işlərdə, ayrı-ayrı məmurlar, hansısa məsul işçilər müəyyən diqqətsizlik göstərir.

Höccətülislam İbrahimi: Bəli, idari işlərdə problemlər var və bu təkcə əfqanlara yox, həm də iranlılara aiddir. İranlılar da haradasa məmurların diqqətsizliyindən əziyyət çəkir. Bu günlərdə televiziyada bizim bəxtiyarilər haqqında film getdi. Bəxtiyarilər bu filmə etiraz etdilər. Onlar ki, əfqan deyil, iranlıdır. Televiziyada kiminsə ləhcəsinin yamsılanmasına siyasi rəng verməməliyik. Belə nöqsanlar hər yerdə var.

Həzrət Ağa buyurur ki, qanunların icrasında problemimiz var. Parlamentlə dövlət arasında gərginlik yarananda Həzrət Ağa da eynən İmam (r) kimi dövlətin tərəfini saxlayır. Mən iki dəfə parlamentə seçilmişəm. Dövlətə təzyiq göstərən kimi İmamdan mesaj gəlirdi ki, əyləci çəkin. Çünki icra işi çox çətindir. 3 milyon mühaciri yerləşdirmək asan məsələ deyil. Mən 22 ildir mühacirlərlə işləyirəm. Say artdıqca problemlərin artması təbiidir.

Biz ölkədə hicaba zəruri diqqət verilməsinə çalışırıq. Bu barədə qanun çıxarılanda həmin qanunu həyata keçirmək asan olmur. İcra işi doğrudan da çətindir. Qanunlar gözəldir, amma onların həyata keçirilməsində çətinlik çoxdur.

Əfqan diplomatı Rəhim Əfzəli deyir: Cənab Rəhbərlə bağlı bir xatirəni nəql etmək istəyirəm. Ayətullah Xamenei Rəhbər məqamına seçilməzdən öncə ona tez-tez zəhmət verirdik. Qəribə hadisələr baş verirdi. Bir dəfə sərhəddən keçməli olan əfqanlara heç bir qanuni əsas olmadan demişdilər ki, 2 min tüməndən artıq pul apara bilməzlər. Gömrükdəki məmur özbaşınalıq edərək əfqanları saxlamışdı. Həmin gecə Ağanın görüşünə gedəcəkdik. Cənab Xamenei o zaman gənc idi. Mən ustad Rəbbani ilə Ağanın görüşünə getdim. Süfrəyə səngək çörəyi qoydular. Çörək çox quru idi. Cənab Xamenei soruşdu ki, pendir yoxdur? Dedilər ki, olan budur. Bir az keçdi, çay gətirdilər. Binanın çölündə ehsan üçün xurma qoyulmuşdu. Xidmətçi bayıra çıxıb bir neçə xurma gətirdi. Ağanın ac olduğu hiss edilirdi. Nə isə, iki mövzuda sözümüz vardı. Biri bu idi ki, əfqanları sərhəddən 2 min tüməndən artıq pul keçirməyə qoymurlar. Ağa çox narahat oldu. Gecə saat 12-də harayasa zəng vurdu, etirazını bildirdi və elə həmin saat problem aradan qaldırıldı.

Bir ideal vəziyyət var, bir də real. Əgər reallığı nəzərə alsaq deməliyik ki, İran dövləti və xalqı mühacirlərə münasibətdə bacardığını edib. Amma ideal vəziyyətə çatmaq çətindir. Elə problemlər var ki, onlardan çıxış yolu tapmaq mümkünsüz olub. Biz əfqanlar inanırıq ki, məsullar bu sahədə çalışır...


Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə