Yeni dünyada dövlətçilik məfhumu



Yüklə 297,27 Kb.
səhifə7/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

Qərbdə vəziyyət necədir?


Hamburq İslam Mərkəzinin rəisi ilə söhbət

Cənab Rəhbərin son bəyanatı ilk baxışdan bütün dünya əhlinə ünvanlanmış kimi görünsə də, əslində qərb gənclərinə müraciətdir. Müraciətin səbəbi həmin məntəqədə fərqli mədəni və coğrafi durumun hakim olmasıdır. Höccətülislam vəlmüslimin doktor Riza Ramazani Hamburq İslam Mərkəzinin rəisidir. O, bu müsahibədə mövzu ilə bağlı sualları cavablandırır.

Qərbdə fərqli durum nədən ibarətdir?

Cənab Rəhbər Ayətullah Xameneinin qərb və Şimali Amerika gənclərinə müraciət ünvanlaması özü bu məntəqələrdə fərqli durumdan danışır. Təbii ki, müraciətdəki tövsiyələrdə bütün dünya gəncliyinin nəzərdə tutulması mümkündür. Bu gün dünyada baş verən hadisələr bütün ədalətsevər və həqiqətpərəst insanları məsələyə ciddi yanaşmağa vəzifəli edir. Avropa və Şimali Amerikada xüsusi durumu şərh etmək üçün bəzi nöqtələri qeyd edə bilərik:

1.Açıq və məxfi formada, ciddi şəkildə izlənən islamofobiya layihəsi güclü informasiya şəbəkəsinin dəstəyi ilə strateji məqsəd olaraq izlənir.

2.Söz azadlığı şüarları altında səmavi din və peyğəmbərlərə, o cümlədən İslam Peyğəmbərinə (s) qarşı təhqir kampaniyası aparılması.

3.İslam dininin mətbuatda, elmi mərkəzlərdə qeyri-peşəkar, məlumatsız insanlar tərəfindən təqdimatı və nəticədə dinin ictimii nüfuzunun sıfra endirilməsi.

4.İslamın həqiqi İslam yox, iki təhrif olunmuş formatda: liberal İslam və radikal- təkfirçi İslam şəklində təqdimatı.

5.Dinlər, məzhəblər, hətta bir məzhəb ardıcılları arasında ixtilaflar yaradılması.

Sovetlər Birliyi dağılandan sonra dünyada nə kimi dəyişikliklər oldu?

Sovetlər Birliyi dağılandan sonra qərbdə ilğım rəqibsizlik, yeganə güc olmaq təsəvvürü yarandı. Amma qərb belə aldanışda ikən İslam Oyanaşı dalğası ilə rastlaşdı. Başa düşdülər ki, böyük insan potensialına malik İslam güclü rəqib olaraq səhnəyə gəlir. Elmi və təcrübi araşdırmalar apararaq anladılar ki, İslamın bütün dövrlər üçün cəmiyyəti idarə edəcək proqramları var. Şübhə yeri qalmamışdı ki, İslamın idarəçilik iqtidarı liberalizm və kommunizm cərəyanlarını gec-tez muzeyə göndərəcək.

Qərbdə başqa bir qrup peşəkarlıqla və öncədən planlaşdırma əsasında İslama qorxunc sifət vermək üçün ifratçılığı qızışdırmağa başladı. Onlar cihad ayələrini əsas götürüb bu dini müharibə, təcavüz dini kimi tanıtdırmaq istiqamətində fəaliyyətlərə strat verdilər. Daha çox İslam Peyğəmbərini (s) müharibə adamı kimi təqdim etmək üçün iş görüldü. Onlar öz zəhərli fikirlərini yaymaq üçün tanınmış simalardan istifadə edirlər.

Dünyanı imperializmin əsarəti altına almaq məqsədilə İslam Oyanışını əngəlləməyi qarşıya məqsəd qoyublar. Həqiqi İslam qəddarlıq, müharibə, ayrıseçkilik, irqçilik, diktaturadan uzaqdır və sülh, dostluq, əxlaq, ədalət, məntiq və ağıl üzərində qurulub. Bu gün diktatura bayrağı qaldıran Ərəb kralları, ərəb şeyxləridir. Onlar heç zaman həqiqi İslam yolu tutmayıblar. Onların həqiqi İslamla baş-başa gəlməsi təbii haldır.

Dinin müasir tələblərə cavab verməsinə münasibət necədir?

Amerika və Qərbdə hər gün İslama qarşı düşmən layihələrin işə salınmasına şahid oluruq.

Qərb milyonlarla avro xərcləyərək Quranla bağlı yeddi illik layihə həyata keçirir. Qurandan yalnız tarixi mətnləri işıqlandırır və bu kitabın keçmişə aid olduğunu, günün tələblərinə cavab vermədiyini iddia edirlər. Demək istəyirlər ki, Quran tarixi təcrübələrin əks olunduğu bir kitabdır.

Universitetlər, təhsil ocaqlarında təşkil olunan tədbirlərə liberal islamçıları dəvət edir, onların dili ilə İslamın köhnəldiyini təlqin etməyə çalışırlar. Bu yolla İslamın ictimai qanunları, şəriət qanunlarının aktuallığını inkar edirlər.

Başqa bir fəaliyyət istiqaməti həqiqi İslamın təhrif olunması, onun radikal cərayan kimi göstərilməsidir. Bu istiqamətdə bütün fəaliyyətlər İslam və Peyğəmbəri qəddar müharibə tərəfdarı kimi tanıtdırmağa hesablanıb. Bu sahədə qərbin tanınmış şəxsiyyətləri də icraçı kimi fəaliyyət göstərir.

Qeyd olunmuş məqsədlərə doğru hərəkətdə informasiya şəbəkələri, kino maqnatlarının rolu danılmazdır. İnternetdə, televiziya və radio şəbəkələrində İslam üzərinə cəbhə boyu hücumun şahidiyik. İslamın təhrifi məqsədi ilə şəbəkələr işləyir, kinolar çəkilir, televiziya verilişləri hazırlanır, romanlar yazılır. Bütün bu fəaliyyətlərdə Quranın cihad ayələri düşmənin istinad nöqtəsidir.

Qərb həm də müsəlman ölkələrində fəaliyyət göstərir. Bu gün əksər müsəlman ölkələrində liberal qərb dəyərlərini əsas götürən partiyalar var və bu partiyalar qərb tərəfindən himayə edilir. Maraqlıdır ki, anti-islam fəaliyyətlər insanlarda İslamla yaxından tanış olmaq marağı yaratmışdır. Dünya boyu təxribatlar güclənsə də, İslamı qəbul edənlər də artmaqdadır.

Düşmən İslamla mübarizə fonunda bütün səmavi dinlərə qarşı təxribatçı fəaliyyətlər aparır. Biz məsihi alimlərlə söhbətləşdiyimiz zaman onlar müqəddəsliklərə qarşı dağıdıcı fəaliyyətlər, dinsiliyin yayılması, hətta həftədə bir dəfə ibadətə maneçilik törədilməsindən şikayətlənirlər. İslam Peyğəmbərini təhqir edənlər İsa Məsih, həzrət Məryəmi də təhqir edirlər.

Qərbdə müsəlmanlar artırmı?

Əminliklə deyə bilərik ki, qərbdə dinin yayılması üçün heç vaxt bugünkü kimi maraq və imkan olmayıb. Qərbdə 50 milyondan artıq müsəlmanın mövcudluğu deyilənləri tam təsdiqləyir. Bu statistika qərəzli insanları qıcıqlandırmaya bilməz.

Qərbin anti-islam partiyalar yaratması, anti-islam təbliğatlar aparması qərb cəmiyyətində İslama ciddi maraq oyadıb. İnsanlar həqiqəti bilmək istəyir. Qərbdə Quranın tərcüməsini dəfələrlə oxumuş insanlar çoxdur.

İnformasiya vasitələrinin İslama qarşı qəfil hücumlarının təsiri qısamüddətli olur. Belə hücumlardan zaman ötdükcə insanların İslamı öyrənmək marağı güclənir.Qətiyyyətlə deyə bilərik ki, İslama qarşı atılmış addımların əksəri əks-nəticə verib, insanlar İslamdan uzalaşmaq əvəzinə, ona yaxınlaşıblar.

Cənab Rəhbərin əhatəli və yığcam məktubu vaxtında yazılmış bir məktub idi. Cənab Rəhbər pak fitrətli, günah çirkabında hələ ki həqiqətə marağı məhv olmamış qeyri-müsəlman gənclərə də üz tutub. Bu gənclərin həqiqəti eşitmək istəyi var.

Bunu da qeyd etməliyik ki, qərbin kəşfiyyat orqanları tərəfindən yaradılan və idarə olunan radikal-təkfirçi cərəyanların mövcudluğu İslamın qəbuluna mənfi təsir göstərir. Qərbdə şiə adı altında informasiya şəbəkələrində radikallıq təbliğ edənlər də var. Belə bir taktika var ki, həqiqətə ən böyük zərbə onun arzu olumayan şəkildə müdafiəsidir.

Rəhbərin müraciətində strateji nöqtələr

Düşünürəm ki, Cənab Rəhbərin yığcam müraciəti vaxtında bir müraciət idi. Müraciətdə beynəlxalq müstəvidə həqiqətlərin aydınlaşdırılması zərurəti, bu yoldakı təhlükələr açıqlanırdı. Cənab Rəhbər bütün gənclərə, hətta qeyri-müsəlman gənclərə müraciət etmişdi. Pak fitrətli bu gənclər hələ o qədər süquta uğramayıblar ki, həqiqəti eşitmək istəməsinlər.

Qərb gəncliyi onlara hakim rejimlərdən fərqli olaraq həqiqət sorağındadırlar. Onlarda İslamofofiya təxribatını zərərsizləşdirmək potensialı var. Doğru sözün məntiqi bəyanında elə bir güc var ki, təbliğat şəbəkələrinin çirkin məqsədini puça çıxara bilsin.

Cənab Rəhbər həm də müsəlman gənclərə müraciət edib. Bu gənclər İslamdan uzaq düşdükləri üçün bu dinin həqiqi simasını tanıya bilməyiblər. Onlar təkfirçilərin hay-küylü təbliğatı qarşısında özlərini bir qədər itirmiş kimi görünürlər. Maddiyatçılıqdan bezmiş, mənəviyyat ardınca olan belə gənclərin bir qrupu aldanaraq təkfirçilərə qoşulur. Onlar hətta İraq kimi ölkələrdə vuruşmağa gedir, özləri də istəmədən düşmənin çirkin məqsədlərinin həyata keçməsinə vasitə olurlar.

Cənab Rəhbərin Avropa və Şimali Amerika gənclərindən istədiyi budur ki, İslam və Quranı vasitəsiz olaraq ilk mənbələrdən öyrənsinlər, imkan verməsinlər ki, başqaları onların əvəzinə düşünsün və qərar çıxarsın. Cənab Rəhbərin böyük təcrübəyə əsaslanan səmimi tövsiyələrinin çox yatmış vicdanları oyadacağına inanıram, inşaallah!



Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə