Yeni dünyada dövlətçilik məfhumu


İŞİD-in düşüncə və ideoloji mənbəsi nədir?



Yüklə 297,27 Kb.
səhifə9/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

İŞİD-in düşüncə və ideoloji mənbəsi nədir?


Hikmət və Fəlsəfə Araşdırma İnstitutunun rəisi doktor Xosrovpənahla söhbət

Mehr informasiya agentliyinin Hikmət və Fəlsəfə Araşdırma İnstitutunun rəisi Xosrovpənahla söhbətləşib. Alim deyib: Şiə imamları ağılın əhəmiyyətini vurğulayıb. Ağıla qarşı çıxmaq şiə məktəbinin mahiyyəti ilə uyğunlaşmır. Ağıl amansızlığa ziddir. Amma ağıl imana əsaslanmayanda amansızlıq mənşəsi ola bilər.

Bu gün İraq və Şam İslam Dövləti (İŞİD) yaratmaq iddiası ilə çıxış edən sələfi cərəyan və İŞİD təkfirçiləri tarixdə özünü göstərmiş azğın cərəyanların əqidə daşıyıcısıdır. Sələfilik yeni hadisə deyil. Belə görünür ki, bu cərəyan tarixin müxtəlif dövrlərində imkan yarandığı zaman ortaya çıxır. Təkfirçi cərəyanlar öz addımlarını xüsusi bir nəzəriyyə ilə əsaslandırırlar. Baş verən hadisələri düzgün şəkildə dəyərləndirmək üçün təkfirçilərin istinad etdiyi düşüncələrlə tanış olmaq lazım gəlir. Mehr informasiya agentliyi bu sahədə müxtəlif ekspertlərlə söhbətləşib. Bu dəfə agentliyin həmsöhbəti Hikmət və Fəlsəfə Araşdırmaları İnstitutunun rəisi doktor Əbdülhüseyn Xosrovpənahdır. Doktorla təkfirçilərin düşüncəsi barədə söhbətləşdik. Müsahibəni diqqətinizə çatdırırıq.

Mehr: İŞİD-in düşüncə və ideoloji mənbəsi nədir?

Doktor Xosrovpənah: Mən Mehr informasiya agentliyinə təşəkkür edirəm ki, xəbər sahəsində fəaliyyətlərdən əlavə nəzəri məsələlərə də vaxt ayırırsınız. Bu Mehr informasiya agentliyi üçün bir imtiyaz sayıla bilər. İŞİD hadisəsi təkfirçi cərəyan adlanan daha böyük hadisənin bir qoludur. Bu yeni yaranmış bir cərəyandır. Amma təkfirçilik yeni cərəyan deyil. Bu gün informasiya texnologiyaları gücləndiyindən xəbər ani olaraq dünyanın bütün nöqtələrinə çatır. Hazırda dünya İŞİD-in qlobal təhlükə olduğunu hiss etməkdədir. İŞİD-in cinayətlərini əyani göstərən videomateriallar dünyada qorxu yaratmaqdadır. Bilməliyik ki, İŞİD tarixi keçmişə malik olan təkfirçi cərəyana bağlıdır. Biz İŞİD-in atdığı addımların nümunələrinə İslam tarixində müxtəlif firqələrdə rast gələ bilərik. Əksəriyyət bundan xəbərdardır ki, İslam dünyasının “Şəhide əvvəl” və “Şəhide sani” adı ilə məşhur olan iki böyük alimi şiə olduğu üçün Cəbəlamildə öldürülərək yandırılıb. “Şəhide sales” (üçüncü şəhid) adı ilə tanınan Qazi Seyid Nurullah Şuştəri Hindistanda Tacmahal adlanan yerdə dəfn olunub. Bu şiə alimi Əkbər şahın qazisi olub. Sonradan o əskər və ya ordu qazisi kimi tanınıb. Hərbi sahədə mühakimə aparmaq məsuliyyəti onun üzərində olub. Alimin məskunlaşdığı Aqra şəhəri hərbi şəhər olub. Əkbər şahın ölümündən sonra Cahangir şah onun yerinə gəlib. Bir qrup sünnə əhli, alimi qamçı ilə o qədər vurublar ki, bədəni parça-parça olub. Sonra onu yandırmaq qərarına gəliblər. Amma şiələr onun cənazəsini ala biliblər. Bir müddət qəbrinin üstündə keşik çəkiblər. Yoxsa alimə qarşı olan firqə onu yandırmaq istəyirmiş.

Təkfirçi qruplar öz müxaliflərini qətlə yetirir, onların cənazələrini muslə edir, yəni doğrayır və ya yandırırdılar. Vəhhabilərin rəhbəri Məhəmməd ibn Əbdül Vəhhab Nəcddə iqtidara çatanda qısa müddətdən sonra öz müxalifləri ilə amansız rəftar etməyə başladı. O şafei, hənbəli və başqa məzhəblərdən olanları qətlə yetirir, ağıla gəlməyən cinayətlər törədirdi. Sünnə əhlindən olanlara belə rəhm etmir, onları qətlə yetirir, təkfir edib cəzalandırırdı.

Bəli, təkfirçilik yeni hadisə deyil. Mən bu cərəyanı təşkilatlanmış və himayə olunan bir cərəyan hesab edirəm. Biz deyə bilmərik ki, təkfirçilər yalnız sünnə əhli arasından çıxıb. Şiələr arasında da təkfirçilər olub. Amma şiələr təkfir etməklə, küfürdə ittiham etməklə kifayətləniblər. Tarixdə az nümunə tapılar ki, şiə qarşı tərəfi təkfir etdiyi üçün cəzalandırsın. Şiə məktəbində fəlsəfə və irfanla məşğul olanları təkfir edən alimlər olub. Bu gün də buna oxşar ittihamlara rast gəlirik. Sırf fiqh və kəlamla məşğul olan bəzi alimlər bu fikirdədirlər ki, ariflərin vəhdəti-vücud nəzəriyyəsi dindən uzaqdır və onlar təkfir olunmalıdır. Bəzi alimlər Molla Sədranın məadla bağlı fikirlərini qəbul etməyib, onu təkfir ediblər. Amma təkfir etdikləri şəxsə qarşı təzyiqdən başqa bir işləri olmayıb. Molla Sədra bu təzyiqlər altında İsfahandan Qumun Kəhək kəndinə mühacirət edib. Amma onu qətlə yetirməyiblər. Sərt fitvalar verilsə də sərt cəzalar tətbiq olunmayıb.

Mən deyə bilmərəm ki, İslamda təkfir adında bir düşüncə yoxdur. Xeyr belə deyil. İslamda təkfir mövcuddur. Bu çox ciddi bir mövzulardandır. Amma İslamın qəbul etdiyi təkfirin şərtləri, meyarları var. İstər şiə, istər sünni məktəbi İslamda təkfirin mövcudluğunu qəbul edir. Amma hər iki məktəb bu fikirdədir ki, şəhadəteyn kəlmələrini deyən şəxs müsəlmandır və bu şəxs məbdə və məadla bağlı xüsusi təfsir versə belə onu təkfir etmək olmaz. Amma bu şəxsi tənqid etmək mümkündür. Biz alimi tənqid edə bilərik ki, onun məadla bağlı fikirlərində yanlışlıq var. Bəli, bir şəxsin məad barədə şərhi yanlış ola bilər. Amma biz onu kafir saya bilmərik. Şəhadəteyn kəlmələrini deyən bir şəxs heç bir halda küfürdə ittiham oluna bilməz. Onun məbdə və məada etiqadı var. Bu insan əməldə dinin hökmlərini yerinə yetirir. İslam belə insanı küfürdə suçlamağa icazə vermir. Əgər biz şəhadəteyn kəlmələrini demiş bir şəxsi təkfir ediriksə bu ifratçı münasibətdir. Təəssüf ki, aramızda belələri var. Nəzəri problemlər sonradan ictimai problemlərə çevrilir. Bizim ictimai həyatda sabitlik üçün müdara, keçinməyə ehtiyacımız var.

Siz sual verdiniz ki, təkfirçi cərəyanın düşüncə mənbəyi nədir? İŞİD, Ən-Nüsrə cəbhəsi, Əl-Qaidə kimi qrupların ideoloji mənbəsi nədir? Bu qruplar sələfiliyin bir qolu sayılır. Sələfinin hənbəli, şafei və ya başqa firqədən olmasının fərqi yoxdur. Adətən malikilər arasında sələfilər olmur. Ən çox hənbəlilər arasında sələfilər müşahidə olunur. 7-ci əsrdə yaşamış İbn Teymiyyə sələfiliyin ideoloji banilərindəndir. Sələfi düşüncəsini təmsil edən başqaları da olub. Amma sələfilik əsasən 3-cü əsrdə mötəzilə firqəsi əhli-hədis, əxbarilər qarşısında dayananda özünü göstərib. Sonradan əşairə və maturidiyyə səhnəyə gəldi və əhli-hədis, mötəzilə səhnədən çıxdı. Artıq İslam cəmiyyətində onlar tanınmırdı. Daha çox əşərilik təfəkkürü yayılmışdı. Beləliklə mötəzilə və əhli-hədis, eləcə də maturidiyyə firqələrində bu düşüncə özünü göstərib. 7-ci əsrə qədər əhli-hədisdən bir xəbər olmayıb. Nəhayət İbn Teymiyyə onu ikinci dəfə aktuallaşdırıb. O deyir ki, biz sələflərimizə qayıtsaq, o zaman sələfi təfəkkürü səhnəyə gələcək.

Mehr: Belə qənaətə gəlmək olarmı ki, təkfirçi düşüncəni ikinci dəfə səhnəyə qaytaran İbn Teymiyyə olub?

Doktor Xosrovpənah: Bəli. Təkfirçiliyi teorizə edən İbn Teymiyyədir. O İslam cəmiyyətinin sonradan bu cərəyana meyli üçün zəminə hazırlayıb. Əlbəttə ki, istər İbn Teymiyyənin dövründə, istərsə də neçə əsr sonralar sələfi təkfirçiliyi özünü qabarıq göstərməyib. Ayrı-ayrı hallarda bu düşüncənin müdafiəsinə qalxan fərdlər olub. Nəhayət, hicri 11-ci əsrdə Məhəmməd ibn Əbdül-Vəhhab sələfi təfəkkürünü siyasətlə birləşdirərək onu genişləndirib, amma 20-ci əsrin əvvəllərində Osmanlı süqut edənə qədər özünü söz sahibi kimi göstərə bilməyib. Nəhayət, Avropa dövlətləri o cümlədən Britaniya və Fransa birləşərək Osmanlı imperiyasını süquta uğradaraq parçalayıb. Yunanıstanla qarşıdurmada yalnız bugünki Türkiyə qalıb. Atatürk bugünki Türkiyəni parçalanmadan qoruya bilib. Osmanlının nəzarəti altında olan digər ölkələr Avropanın nəzarəti altına keçib. Bu sırada ərəb ölkələrinin adını çəkə bilərik. Səudiyyə Ərəbistanı bu sahədə birinci olub. Həmin dövrdə Ərəbistan şiə alimi olan Şərif Hüseyn tərəfindən idarə olunurdu. Britaniyalılar fitnəkarlıq edərək onu hakimiyyətdən uzaqlaşdırdılar, hakimiyyəti azsaylı vəhhabilərə təhvil verdilər. Şiələr, malikilər, digər müsəlman firqələr sayca daha çox olduğu halda iqtidardan kənarda qaldılar. Bunu dünya bilir ki, vəhhabi firqəsinin yaradıcısı ingilislərdir. Əslində isə vəhabiliyi İngiltərə yaratmayıb, vəhhabilərin yaranışı üçün meydan verən İngiltərə olub. Beləcə Ərəbistanda vəhhabilik rəsmi hakimiyyətə yiyələnib. Xüsusi ilə Əbdül-Əziz, Fəhədin dövründə bir sıra uğurlar qazanıblar. İran İslam İnqilabından sonra Amerika İrandan ümidini üzdü. Bundan sonra bütün diqqətini Ərəbistan üzərində cəmləşdirdi. Ərəbistan Yaxın Şərqdə İran şahının rolunu oynayaraq Amerikanın əlaltısına çevrildi.

Gördüyünüz kimi belə tarixi şəraitdə sələfilik genişlənib. Onun siyasi nüfuzu artdıqca icitimai və ideoloji nüfuzu da artıb. Unutmamalıyıq ki, sələfilikdən danışanda sələfilik iddiasında olanların sözü ilə əməlləri arasında fərq müşahidə edirik. Bu gün Səudiyyə Ərəbistanındakı sələfilər modernləşmədən maksimum istifadə edirlər. Ali-Səud sülaləsinin əksər şahzadələri Amerika, Kanada, Avropa ölkələrində yaşayırlar və modern bir həyat tərzi sürürlər. Onların sələfi əqidəsinə zərrəcə bağlılığı görünmür. Onların bir çoxu dinə belə etiqadlı deyil. Sadəcə sələfiliyi əllərində vasitə olaraq saxlayıblar.

Sələfi düşüncəsinin kökü nədir? Əl-Qaidə, İŞİD və başqaları nədən qaynaqlanır? Düşünürəm ki, ağıl və zahir arasındakı ziddiyyət problemlər yaradır. Sələfilər bu iddiadadır ki, öz sələflərinin yoluna qayıdırlar. Deyirlər ki, onların sələfləri əhli-hədis olub. Onlar hədisə dəyər veriblər. Sünnə əhli arasında hədisin yeri böyükdür. Sünnə əhli alimləri arasında qəbul edənlər çoxdur ki, kifayət qədər uydurma hədislər var. Əbu Hureyrə, İbn Cündəbin hədisləri bu qisimdəndir. Kəbul-Hibar kimi İslam adından danışan biganələr az olmayıb. Bəzi sünnə alimləri hədisin doğru və ya yanlış olmasını mümkün sayır. Bəziləri isə hədisləri birmənalı olaraq qəbul edir. Hər halda sələfilər hədislərə bağlıdır. Hədislərin də zahiri mənasını əsas götürürlər. Açıq-aşkar əqlə zidd olan hədisləri özlərinə şüar edirlər. Onlara deyəndə ki, bu hədis ağıla sığışmır, cavabları bu olur ki, ağıl nə zamandan dəlil sayılır?! Onlar ağılı həqiqətin tanınmasında bir vasitə kimi qəbul etmirlər. İbn Teymiyyə deyir ki, məntiq elmi batildir. O əql və nəql arasında ziddiyyət kitabında ağıla qarşı müzakirələr açır. Bu kitab 3 cilddir. Bir sözlə, sələfiçilik düşüncə yox, hədislərin zahiri mənasına əsaslanır. Nəticəsi bu olur ki, sələfilər arasında amansızlıq genişlənir, istənilən müxalif çox asanlıqla kafir adlandırılır və cəzalandırılır. Bütün bunlar düşüncəyə açıq-aşkar ziddir.

Demək istədiyim o deyil ki, bütün sələfilər Əl-Qaidə və İŞİD kimidir. Bugünki Əl-Qaidə və İŞİD bir çox sələfilər tərəfindən tənqid olunur. Amma istənilən halda sələfi məktəbində ağıl məqbul sayılmır. Şiə məktəbində üsullar imamət tərəfindən təsdiqlənir. İmamlar isə qətiyyətlə əqlin tərəfində olub. Şiə məktəbində ağıl batini peyğəmbər kimi qəbul olunur. Amma şiələr arasında da əxbarçılar, yalnız hədisə istinad edənlər tapıla bilər. Bu halda onların ağıla qarşı çıxması mümkündür. Ağıl insanı amansızlıqdan, cinayətdən çəkindirə biləcək əsas amillərdəndir.

Burada bir nöqtəni vurğulamaq lazım gəlir. Ağıl imana əsaslanmasa o da amansızlıq mənbəyi ola bilər. Biz modern düşüncənin, ağılın qəddarlığa yol açdığına şahid olmuşuq. Avropada tanınmış ideologiyalardan olan subyektivizmə görə insan süjetdir, əsas fəaliyyətlərdir. Bu baxışa görə insan həyatında iman və Allahın yeri yoxdur. Burada makiyavelizm ortaya çıxır. Yəni insan qarşısında məqsəd var və o bu məqsədə istənilən yolla çata bilər. Bu nə deməkdir? Bu o deməkdir ki, insan hətta ağılın qəbul etmədiyi qəddar yollarla məqsədə çatmaq səlahiyyətinə malikdir. Aydın olur ki, imandan kənar ağıl da qəddarlığı qəbul edir.

Mehr: Nə üçün gənclər qəddar təkfirçi cərəyanlara maraq göstərir? Bu cərəyanlarda gənclər üçün cazibəli nə var? Daim ağıl iddiası ilə çıxış edən Amerikadan belə təkfirçilərə qoşulanların olması nə ilə əlaqələndirilə bilər?

Doktor Xosrovpənah: Əgər bu gün təkfirçiliyə meyl varsa, bu o demək deyil ki, təkfirçilik maraqlıdır. Sadəcə bəzilərinin düşüncə tərzi sələfilərin düşüncəsinə uyğundur. Əgər bir insanda amansızlıq varsa və o təkfirçililəri öz əqidəsinə uyğun görürsə bu qrupa qoşulması təbiidir. Müasir dünyamızda amansızlıq təbliğ olunur və gənclər özlərindən ixtiyarsız olaraq bu təbliğatın təsiri altına düşürlər. Ən sadə kompyuter oyunlarında belə amansızlığın təbliğatını görmək çətin deyil. Təkfirçilər dini bir hökumət qurmaq iddiası ilə çıxış edirlər. Onlar əvvəlcə Şam və İraqda hökumət qurmaq, sonra bu hökuməti genişləndirmək fikrindədirlər. Onlar iqtidara çatdıqdan sonra İslamı bütün dünyaya yaymağı planlaşdırırlar. Düşünürlər ki, bir vaxt gələcək ki, Osmanlı dövləti kimi dünyanı nəzarətə götürə biləcəklər. Bizim meydandan kənar bir guşədə bu barədə danışmağımızın böyük təsiri yoxdur. Qeyd etməliyik ki, təkfirçiliyə qoşulanlar arasında sırf şiə, hətta Qərbin düşmənləri var. Deyə bilmərik ki, təkfirçilərin sıralarında cəmləşən insanları vahid əqidə birləşdirir. Onlar İraq və ya Suriyada bir mərkəz yarandığı zaman orada toplaşırlar. Zahirən məqsəd İslam dövləti yaradıb, onu gücləndirməkdir. Heç bir halda deyə bilmərik ki, bütün təkfirçilər bu əqidə ətrafında birləşib.

Bu gün təkfirçilərə qoşulanlar arasında fərqli prixoloji və ictimai maraqla addım atan insanlar var. Təkfirçilərə qoşulanlara pul verilir. Biz inkar edə bilmərik ki, müasir dünyada maliyyə çətinliyi çəkən insanlar kifayət qədərdir. Pakistandan bir qrup götürüblər ki, bu qrupun işi intihar əməliyyatlarıdır. Onlardan soruşulanda ki, nə üçün bu işi görürsünüz, cavab verirlər ki, bizə pul lazımdır. Təkfirçilərə qoşulan hər bir şəxs ən azı öz ailəsini dolandıra bilir. Bəzilərinin düşüncə tərzi belədir ki, bütün ailənin məhv olmasındansa bir nəfərin məhv olması məqsədə uyğundur. Demək, təkfirçiliyə marağın bir səbəbi iqtisadi çətinlikdir. Demək, təkfirçilərə qoşulanlar arasında həm ideoloji maraqla gələnlər, həm də iqtisadi problemini həll etmək istəyənlər var.

Bunu da qeyd edək ki, dünya imperializmi və beynəlxalq sionizm işsiz oturmayıb. İmperializm və sionizmin qlobal layihələri var və bu layihələri həyata keçirən qüvvələrə ehtiyac duyulur. İstismarçı qüvvələrin əsas məqsədlərindən biri onlara mane olan İslam birliyini parçalamaqdır. Onlar belə bir qrupu həvəslə himayə edirlər. İŞİD meydana çıxan kimi biz İsrailin dəstəklərinə şahid olduq. Qərb və Amerika müxtəlif zamanlarda təkfirçiləri dəstəkləyirlər. Onlar işin başlanğıcında Ən-Nüsrə və İŞİD-ə müxalif deyildilər. Təkfirçilər Bəşar Əsəd dövləti və İraqa qarşı vuruşanda Qərb və Amerikadan güclü dəstək alırdı. Sonradan şahid oldular ki, bu cinayətkarlar kimsəyə fərq qoymur. Məcbur oldular ki, öz müxalifətçiliklərini elan etsinlər. Amma bu gün təkcə Amerika və müttəfiqləri təkfirçiləri silahlandırmasa onlar qısa bir müddətdə səhnədən çıxar. Demək, silahlandırma davam edir. Aydın olur ki, istənilən bir şəraitdə ABŞ və müttəfiqləri təkfirçilərə yardım edir.

Mehr: Siz ağıl və məntiqə zidd hərəkətlərdən danışdınız. Demək, İŞİD əməliyyatçıdır. Gənclərin bu qrupa cəlb olunmasının səbəbi məhz bu ola bilməzmi?

Doktor Xosrovpənah: Təbii ki, bəzi gənclər İŞİD-in İslamçılıq iddialarına aldanaraq bu qrupa qoşulur. Əgər bir gənc məqsədə doğru hərəkətdə qəddarlığı qəbul edirsə İŞİD-i də qəbul edir.

Onlar insanları diri-diri yandırır, qadınları əsir götürür, ilkin İslam dövründəki kimi quldarlıqla məşğul olur. Təbii ki, bu xarakterdə olan insanlar həvəslə təkfirçilərə qoşulur. Amma deyə bilmərik ki, təkfirçilərə qoşulanların əksəriyyəti İslam dərdi çəkir. Təkfirçiliyə marağın səbəbləri çeşidlidir.

Mehr: Hazırkı əsrdə İslam alimləri bu radikal cərəyana qarşı bir iş görə bilirlərmi?

Doktor Xosrovpənah: Mən inanıram ki, Qərbin İŞİD-i dəstəkləməsinin səbəbi İslamın Qərb ölkələrində sürətlə yayılması oldu. Onlar şahid oldular ki, yerli xalq müsəlmanlaşır. Bir çox Avropa və Amerika şəhərlərində məscid yox idi. Amma bu gün kilsələrdə sükut hakim ikən məscidlərdə izdiham yaranır. Hətta müxtəlif obyektləri alıb məscid yaradanlar var. Qərb gördü ki, İslam haqqında mənfi təsəvvür yaratmadan öz xalqını bu əqidədən çəkindirə bilməyəcək. Ona görə də təkfirçiliyə, o cümlədən İŞİD-ə yardım göstərdilər. Məqsədləri xalqlarına İslamı təkfirçilərin simasında təqdim etmək idi. İslamafobiya nə qədər güclü olarsa, Qərbin maraqları da təmin edilər.

Hövzə və universitet alimləri, müsəlman və qeyri-müsəlman alimlər dünyaya göstərməlidirlər ki, ilahi dinlər düşüncə və məntiq dinidir. Dinlərin məqsədi iman və düçüncəni birləşdirməkdir. Alimlərin ilkin vəzifəsi bu nöqtəni işıqlandırmaqdır. Əgər müxtəlif ideologiyaları nəzərdən keçirsək şahid olarıq ki, İslam yeganə dindir ki, onda qəddarlığa yer yoxdur. Daha humanist tanınan buddizimdə kifayət qədər amansızlıq elementləri var. Biz bunu Miyanmarda gördük. Miyanmarda buddistlər müsəlmanları diri-diri yandırırdılar. Amma müsəlmanların bu işi gördüyünə yalnız təkfirçilərin simasında şahid oluruq. Biz məsihilikdə də amansızlıq əlamətləri görmüşük. Villi Dorant da mədəniyyət tarixindən yazarkən qeyd edir ki, məsihilərin müxalif əqidəli insanları diri-diri yandırması hadisələri olub. İslam alimləri sübuta yetirməlidir ki, İslam azğın və qəddar təkfirçiliyi qəbul etmir, ağıldan kənar addımlara qarşıdır.

İlahi dinlərin gəlişində məqsəd insanların sülh şəraitində yaşamasıdır. İslam gəlib ki, ağıl və məntiqə meydan açılsın. Din qılınc altında qəbul etdirilən əqidə deyil. Bir insanın əqidəsində mərifət yoxsa, dəyər də yoxdur. Bu sahədə alimlərin rolu böyükdür. Amma bunu da qeyd edək ki, təkcə müzakirələr konfranslar bəs etmir. Biz müxtəlif informasiya vasitələrində həqiqi İslamı tanıtdırmalıyıq. Müxtəlif seriyallar, sənədli filmlər, incəsənət sahələri vasitəsi ilə həqiqi dini dünyaya çatdırmaq lazımdır. Bu gün təkfirçiliyin təbliğatının mində biri bizim tərəfimizdən icra olunurmu?! Hətta Hollivudun Nuh və həzrəti İsa barədə çəkdiyi filmlərdə amansızlıq yer alıb. Bu isə ağıl və məntiqə ziddir. Bugünki təbliğat vasitələri dinin həqiqi simasını məsx etməklə məşğuldur.

Müxtəlif yollarla o cümlədən informasiya texnologiyalarının köməyi ilə həqiqi dini, ağıl və məntiq dinini dünyaya tanıtdırmalıyıq. Bu sahədə fəaliyyətlərimizi gücləndirsək ən azı dünya İŞİD-in həqiqi simasını görər. Çoxları yanlış informasiya sayəsində İŞİD-i ideoloji bir cəryan kimi qəbul edir. Amma dünya başa düşəndə ki, bu cəryanın kökü cəhalətdir, ona qarşı olacaq. Əlbəttə ki bu gün də dünya təkfirçiliyə qarşıdır. Demək informasiya şəbəkələrində alimlərin fəaliyyətlərinə ehtiyac artıb.

Mehr: Bizim fiqh və kəlam təkfirçilik düşüncəsinin cəmiyyətdə formalaşmasına icazə verirmi? Əgər belə bir hadisə baş versə harada baş verə bilər?

Doktor Xosrovpənah: Mən söhbətin əvvəlində işarə etdim ki, əgər imandan ağılı çıxsaq iman amansızlığa səbəb ola bilər. Ağıl da belədir. Ağıldan imanı çıxdıqda qəddarlığa yol açılır. Ağıl şiə məktəbində bünövrə etiqadlardandır. Çünki şiəliyin cövhəri imamətdir, imamət isə ağıl və məntiqə yer verir. Biz iman və ağıl arasında rabitəni qorumalıyıq. Nə edək ki, bizim də aralarımızda əxbarçılar, ifratçılar tapılır. Bu gün şiələr arasında da ağılı dəlil olaraq zəif sayanlar var. Bu səbəb olur ki, fəlsəfəyə qarşı ikrah yaransın. Molla Sədra kimi bir şəxsin təkfir olunması elə belə baxışlarla əlaqəlidir. Əgər təkfirçilik davam etsə bizim aramızdakı təkfirçilərin də artması mümkündür. Amma hələ ki belə bir hadisə baş verməyib. Təəssüf ki, təhlükə var.

Bəzən elə adamlar tapılır ki, İslam inqilabı ilə müxalifət bəhanəsi ilə fəlsəfə və düşüncə ilə mübarizəyə qalxır. Bəziləri sünnə əhli ilə müxalifət adı altında ağla qarşı çıxaraq şiəliyi zəiflədir. İslam inqilabı şiə və sünnilərin vəhdətinə yol açan inqilabdır. Amma aramızdakı təkfirçi düçüncəyə malik olanlar bu vəhdətə qarşı çıxırlar. Müxtəlif peyk şəbəkələrində belə təbliğatlar aparılır, şiə və sünni vəhdətinə çağıran inqilab hədəfə alınır. Xəlifələrin təhqiri məsxərəyə qoyulması iki məzhəb arasındakı münasibətləri gərginləşdirməyə xidmət edir. Aramızdakı əxbarçılar, fəlsəfə və irfana zidd olanlar həm də inqilaba qarşıdırlar. Onlar sünnə əhli ilə xoş münasibətdə olan şiələrə qarşı da çıxırlar. Əgər bu danışıq tərzi, bu yanaşma dəyişməsə İŞİD-in qəddarlığına oxşar bir qəddarlıqla rastlaşa bilərik.

İnsanın tutduğu yol məntiqi yolsa qorxu yoxdur. Mənim nəzərimcə sağlam məntiq əsasında tənqid tərəqqiyə səbəb olur. Sağlam tənqid fəlsəfəyə irfana, fiqhə faydalıdır. Amma yanlız bir nəfər söz sahibi olanda və ağıl və məntiq kənara qoyulanda tənqid təhqirə keçir, amansızlıq ortaya çıxır.

Mehr: Siz təkfirçiliyə qarşı hansı üsulu qəbul edirsiniz?

Doktor Xosrovpənah: Mənim əqidəm budur ki, şiə və sünni olamsından asılı olmayaraq, qəddarlığa əl atan təkfirçiliklə sərt tərzdə danışılmalıdır. Əgər onlar hərbə əl atıbsa hərbi də cavab almalıdırlar. Təbii ki, müharibə səhnəsindən kənarda elmi təbliğatlara ehtiyac var. Dinimiz elm və məntiq, mədəniyyət dinidir. Amma ağıl və məntiq tanımayan, təpədən dırnağadək silahlanmış İŞİD-çi ilə yalnız hərbi dildə danışmaq olar. Mən hələ ki hərbi yola əl atmamış təkfirçilərlə mübahisə və müzakirələr yoluna üstünlük verirəm. Bu insanlarla elmi mübahisələr faydalı ola bilər. Əgər qeyri-hərbi təkfirçilərlə sərt rəftar etsək əks nəticə ala bilərik. Belə hərəkət imperializmə xidmət edə bilər. Çünki dünya imperializmi və beynəlxalq sionizm müsəlmanların parçalanmasını istəyir. İnsanların mərifətini artıra bilsək müsbət nəticələr əldə edərik.

Müsahibəni hazırladı: Xudadad Xadim



Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə