8
yaradan tullantısız və ya az tullantılı texnologiyaların yaradılması;
2. Xammal kimi “öz” tullantılarından və həmçinin də digər sənaye sahələrinin tullantı
və yan məhsullarından isttifadə edən yeni istehsal sahələrinin yaradılması;
3. Təbii bioloji sistemlər tərəfindən mənimsənilə bilən məhsulların müəyyən edilməsi;
4. Əsas üzvi və neft-kimya sintezinin müxtəlif məhsullarının, biosferə düşdükdə ətraf
mühitə və insanlara zərərli təsir göstərməyən, buraxıla bilən miqdarının müəyyən
edilməsi;
5 Az enerji tutumlu və az su tələb edən istehsal sahələrinin yaradılması.
Müasir kimya istehsal sahələri qarşısına qoyulan əsas tələbatlardan biri ətraf
mühitin sənayenin zərərli tullantılarından mühafizə olunmasından ibarətdir. Bu
məqsədlə elə texnoloji proseslər yaradılmalıdır ki, həm məqsədli məhsulun kəmiyyət
və keyfiyyətinə qoyulan təlabat təmin olunsun, həm də xammaldan kompleks istifadə
mexanizmi, tozlu qaz tullantılarının, çirkli suların yüksək effektivliklə təmizlənməsi
üçün müasir üsulların tətbiqi və onlara nəzarət sistemi mövcud olsun. Digər tərəfdən
həm aztullantılı, həm də tullantısız istehsal proseslərinin hazırlanması üçün hazırda
ümumi prinsiplər mövcuq deyil. Tullantısız və ya aztullantılı istehsal sahələrinin
yaradılması bir- biri ilə qarşılıqlı əlaqədə olan iki – ekoloji və iqtisadi, məsələni həll
etməyə imkan yaradır. Odur ki, təbii resurslara və enerjiyə qənaət edən, yeni ekoloji
təhlükəsiz texnologiyaların yaradılması və tətbiqi vacib məsələdir.
Təqdim olunan dərslikdə kimya və neft - kimya sənaye sahələrində yeni ekoloji
təhlükəsiz və tullantısız proseslər, onların elmi əsasları, kimyası və kinetikası,
texnologiyası və avadanlıqları, istehsalın texniki-iqtisadi aspektləri, alınan üzvi sintez
məhsullarının və tullantılarının istifadə sahələri haqqında qısa və ən əsas məlumatlar
verilmiş və xalq təsərrufatı üçün əhəmiyyəti göstərilmişdir.
\
9
I. Karbohidrogen xammallarının istehsalı
Sənayecə inkişaf etmiş ölkələrin neft - kimya potensialı etilen və propilen kimi
aşağı molekullu olefinlərin istehsal həcmi ilə müəyyən olunur. Aromatik
karbohidrogenlərlə, o cümlədən də benzolla, birlikdə onlar uzvi sintez sənayesinin
xammal mənbəyinin əsasını təşkil edirlər. Hal - hazırda dünya neft- kimya sənayesi
miqyasında aşağı molekullu olefinləri qaz və maye halında olan karbohidrogen
xammallarının borulu sobalarda pirolizi yolu ilə alırlar. Borulu sobaların daima
təkmilləsdirilməsi ilə məqsədli məhsulun ideal çıxımını əldə etmək mümkündür.
Digər tərəfdən soba bloku sxeminə tablaşdırıcı-buxarlandırıcı aparatın qoşulması
piroliz məhsulları istiliyinin utilizasiyası ilə piroqaz kompressorlarının ötürücüsündə
istifadə olunan yüksək təzyiq buxarının generasiyası mümkündür. Borulu sobalarda
aparılan piroliz proseslərinin texniki iqtisadi göstəricilərinin əhəmiyyətli dərəcədə
təkmilləşdirilməsinə baxmayaraq borulu sobaların bir sıra catışmayan xassələri vardır.
Belə ki, ağır neft fraksiyalarının emalı zamanı piroliz rejiminin sərtləşməsi reaktor
səthində istilik gərginliyinin artmasına səbəb olur ki, bu da piroliz borularının istiyə
davamlı materialdan hazırlanmasını tələb edir. Piroliz prosesinin selektivliyinin
artırılması və, müvafiq olaraq, etilen istehsalının texniki-iqtisadi göstəricilərinin
qiymətləndirilməsində əsas kriteriya hesab olunan, xammala görə sərf əmsallarının
azaldılması əsasən heterogen katalizatorların iştirakı ilə gedən yeni piroliz
proseslərindən istifadə etdikdə mümkündür. Borulu sobalarda aparılan termiki piroliz
prosesinə nəzərən katalitik piroliz prosesi nisbətən aşağı temperaturda baş verir və
onun həyata keçirilməsi zamanı istiyə davamlı xüsusi materialdan istifadə olunmasına
ehtiyac qalmır. Digər tərəfdən yüksəktonnajlı qurğuların eyni xammal mənbəyi
(məsələn benzin fraksiyası) ilə təmin olunmasında yaranan çətinliklər daha geniş
qamma karbohidrogen xammallarından, o cümlədən də atmosfer və vakuum qazoyl
məhsullarından istifadə edilməsinə imkan yaradan, xammala görə çevik piroliz
texnoloji sxemlərinin yaradılmasını vacib edir. Bu növ xammalların qabaqcadan
hidrozənginləşdirilməsi onlardan borulu sobalı piroliz bloku ilə təchiz olunan etilen
10
qurgularında istifadə olunmasına imkan yaradır. Açıq neft məhsulları və bütünlükdə
neftdən qənaətlə istifadə olunması üçün ağır neft məhsullarının (mazut, qudron) təkrar
emalı lazımdır. Neft - kimya sənayesinin xammal bazasını genişləndirmək məqsədilə
ağır neft qalıqlarının piroliz xammalı kimi istifadə olunması üçün pirolizin xüsusi
texnologiyasının və reaksiya aparatlarının konstuksiyalarının işlənib hazırlanması
vacibdir.
1.1. Ağır neft xammallarının pirolizi
Agır neft xammallarının tərkibində xeyli miqdar azotlu, kükürdlü birləşmələr,
habelə aromatik birləşmələr və asvaltenlər vardır.Əgər benzinin tərkibində kükürdün
miqdarı 0,01-0,07% olarsa, onda atmosfer qazoylunda onun miqdarı 1,0-1,6%,
vakuum qazoylunda isə 3% olar. Həm də nəzərə almaq lazımdır ki, atmosfer və
vakuum qazoyllarında kükürd əsasən tiofenin, azotlu birləşmələr isə piridin və
xinolinin törəmələri şəklində olur. Benzindən atmosfer və vakuum qazoyllarına
keçdikcə onların tərkibində olan aromatik karbohidrogenlərin miqdarı dəyişir,
məsələn, benzinin tərkibində aromatik karbohidrogenlərin miqdarı 2-9% olduğu halda
atmosfer qazoylunda onun miqdarı 23 - 28 %, vakuum qazoylunda isə 55 - 60%-ə çatır
ki, bu da mühüm keyfiyyət müxtəlifliyi ilə müşayiət olunur. Xammalın sıxlığı
artdıqca atmosfer və vakuum qazoyllarının tərkibində olan bi və politsiklik aromatik
karbohidrogenlərin miqdarı da artır (müvafiq olaraq atmosfer qazoylunda 10-15%,
vakuum qazoylunda 24-35%) ki, bu da onların olefin potensialını azaldaraq
koksəmələgəlmə prosesini sürətləndirir. Benzinin əvəzinə atmosfer və vakuum
qazoyllarından istifadə edərkən piroliz sobalarının davamiyyət müddəti 1,5-3 dəfə
ixtisar olunur, xammala görə sərf göstəriciləri və pirolizin maye məhsullarının ağır
fraksiyalarının çıxımı əhəmiyyətli dərəcədə artır. Xammalın tərkibində kükürdlü
birləşmələr qatılığının yüksək olması və böyük miqdarda əmələ gələn çirkab sularının
təmizlənməsi zəruriyyəti də müəyyən çətinliklər yaradır. Ağır xammallardan istifadə
olunması zamanı piroliz prosesinin əsas göstəricilərinin pisləşməsinin səbəbi tək
Dostları ilə paylaş: |