Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   18   19   20   21   22   23   24   25   ...   44

 
66
       Xətti  quruluşlu  alkilbenzolsulfonatların  istehsalı  prosesinin  2  variantı  işlənib 
hazırlanmışdır. Bu proseslər parafinlərin olefinlərə müxtəlif konversiyası ilə baş verir 
və  onlarda  katalizatorun  işləmə  müddəti  də  muxtəlif  olur.  Birinci  və  ikinci 
variantlarda  dehidrogenləşdirmə    reaksiyalarının  əsas  göstəriciləri    cədvəl  2.3–də 
verilmişdir:  
                                                                                    Cədvəl 2.3. 
Parafinlərin dehidrogenləşmə reaksiyalarının əsas göstəriciləri  
Göstəricilər 
I variantda 
II variantda 
Parafinlərin konversiyası, % ilə 
15,2 
22,6 
Tərkibi, % ilə: 
Olefinlər 
Dienlər 
Aromatik karbohidrogenlər 
Krekinq məhsulları 
Qətranlar 
14,0 
0,4 
0,4 
0,3 
0,1 
 
20,0 
1,5 
0,7 
0,3 
0,1 
Selektivlik (olefin və dienlərə nəzərən cəmi), % ilə 
 
94,0 
 
95,0 
Reaktorun iş rejimi: 
Xammalın temperaturu: 
0
C ilə , 
girişdə 
çıxışda 
 
 
465

480 
440

480 
 
 
475

490      
450

490 
Təzyiq, Mpa 
0,2

0,3 
0,05

0,1 
Hidrogen : parafin mol nisbəti 
8:1 
8:1 
                                                                       
Ikinci  variantin  sənayedə  tətbiq  edilməsi  xüsusilə  aktualdır,  belə  ki,  bu  halda 
mövcud  müəssisədə  xlorlaşma  mərhələsini  (sulfanolun  xlor  metodu  ilə  alınmasında) 
dehidrogenləşmə  mərhələsi  ilə  əvəz    etmək  mümkün  olur  .  Bu  prosesdə  katalizator 
kimi  platinin  promotorla  birlikdə  AI
2
O
3
  üzərinə  hopdurulmasından    hazırlanan 
katalitik  sistemdən  istifadə  olunur.  Reaksiya  mexanizminin  tədqiqi  göstərir  ki, 
dehidrogenləşmə prosesində dien karbohidrogenlərinin əmələ gəlməsinin qarşısını nə 
katalitik nə də kinetik üsulların tətbiqi ilə almaq mümkün deyildir. Bununla əlaqədar 
olaraq dien karbohidrogenlərinin kəmiyyətcə olefin karbohidrogenlərinə çevrilməsinə 
imkan  yaradan  olefin-parafin  qarışığının  katalitik  hidrotəmizlənməsi  prosesi  işlənib 


 
67
hazırlandı.  Olefin-parafin  qarışığının  katalitik  hidrotəmizlənməsi  prosesini  aşağıdakı 
şə
raitdə  aparırlar:  reaktorun  girişində  temperatur  60

65
0
C,  təzyiq  0,3  MPa,  maye 
xammalın verilməsinin həcmi sürəti- 15,0 saat

1

        Xətti  quruluşlu  alkilbenzolsulfonatların  alınma  prosesinin  texnoloji  sxemi  səkil 
2.6-da göstərilmişdir. Xammal

təzə və resirkulyasiya olunan parafinlərdən ibarət olan 
C
14

C
15
 tərkibli normal parafinlər fraksiyasi  1 sobasında 465
0
С

yə qədər qızdırılaraq 
2  dehidrogenləşdirmə  reaktoruna  verilir.  Sobaya  verilməzdən  əvvəl    xammal 
hidrogenlə  1:8  mol  nisbətində  qarışdırılır.  Prosesin  birinci    variantında  texnoloji 
sxemdə bir dehidrogenləşmə reaktoru, ikinci variantında növbə ilə işləyən iki reaktor 
nəzərdə  tutulur.  Dehidrogenləşmə  reaktoru  kimi  stasionar  katalizator  laylı  adiabatik 
reaktorlardan  istifadə  edirlər.  Dehidrogenləşmə  prosesindən  sonra  reaktordan  çıxan 
axın  3  utilizasiya  qazanını    keçərək  hidrogenin  ayrılması  üçün  4  separatoruna  daxil 
olur.  Maye  məhsullar  separatordan  nasos  vasitəsilə  götürülərək  5  qızdırıcısında 
qızdırılır  və  krekinq  zamanı  əmələ  gələn  yüngül  məhsullardan  ayrılmaq  üçün  6 
kalonuna  verilir.  Kalonun  yuxarısından  çıxan  buxarların  bir  hissəsi  7  kondensator- 
soyuducusunda kondensləşdirilir və 8 tutumuna yığılır ki, onun da bir hissəsi suvarma 
kimi  6  kalonuna  qaytarılır,  digər  hissəsi  isə  qaz  şəkilli  fraksiya  ilə  birlikdə  yanacaq 
xəttinə  göndərilir.  6  kalonunun  kubundan  çıxan  dehidrogenləşmə  məhsulları 
qabaqcadan  hidrogenlə  qarışdırılaraq    9  qızdırıcısını  keçir  və  10  hidrogenləşmə 
reaktoruna daxil olur. Hidrogenləşdirmə prosesini stasionar katalizator layli adiabatik 
tipli  reaktorlarda  həyata  keçirirlər.  Hidrogenləşmədən  sonra  reaksiya  məhsulları  11 
separatoruna  daxil  olur,  burada  reaksiyaya  girməyən  H
2
  ayrılır  və  yanacaq  xəttinə 
qovulur. 11 separatorunun aşağısından çıxan olefin-parafin qarışığı isə 12 alkilləşmə 
kalonuna  verilir.  Alkilləşmə  prosesini  2  ardıcıl  birləşdirilmiş  qarışdırıcılı  reaktorda 
aparırlar.  Reaksiya  istiliyi  xammal  axınları  ilə  akkumulyasiya  olunur.  Qurğu  işə 
buraxılan  zaman  benzol  18  qızdırıcısında  qızdırılır.  12  alkilatoruna  verilməzdən 
qabaq olefin

parafin qarışığı ilə təzə və resikl olunan benzol qarışdırılır. 12 alkilləşmə 
reaktorundan  çıxan  alkilat  13  çökdürücüsündə  katalizator  kompleksindən  ayrılır  və 


 
68
sonra  alkilatın  neytrallaşdırılması  qovşağı  14

ə
  göndərilir.  Yuyulma  və 
neytrallaşdırma  mərhələsini  keçdikdən  sonra  alkilat    15  rektifikasiya  kalonuna  daxil 
edilir  .  15  rektifikasiya  kalonunda  reaksiyaya  girməyən  benzol  qovulur  və  yenidən 
alkilləşmə  prosesinə  qaytarılır.  16    rektifikasiya  kalonunda  reaksiyaya  girməyən  
parafinlər  fraksiyası  ayrılır  və  dehidrogenləşdirmə  prosesinə  qaytarılır.  17 
rektifikasiya  kalonunda  alkilatın  tərkibində  olan  monoalkilbenzollar  ayrılır.  17 
rektifikasiya kalonunun yuxarı hissəsində  monoalkilbenzol, aşağı kub hissəsindən isə 
ağır alkilat ayrılır. 
          Olefin-parafin  qarışığı  əsasında  alınan  xətti  quruluşlu  alkilbenzolsulfonatların 
maya  dəyərinin  xlor  metodu  ilə  alınan  xətti  quruluşlu  alkilbenzolsulfonatların  maya 
dəyəri 
ilə 
tutuşdurulması 
və 
müqayisəsi 
 
göstərir 
ki, 
1-ci 
halda 
alkilbenzolsulfonatların  maya  dəyəri  xeyli  aşağıdır.  Bu  onunla  izah  olunur  ki, 
dehidrogenləşmədə xlora sərf olunan xərclər olmur, parafinlərə görə sərf əmsalı aşağı 
olur  və  benzolun  olefinlərlə  alkilləşməsi  zamanı  sərf  olunan  katalizator  kompleksi 
xlorparafinlərdən istifadə olunarkən sərf olunan katalizator kompleksindən iki dəfə az 
olur.  Yerdə  qalan  bütün  sərf  əmsalları  göstərilən  hər  iki  prosesdə  eyni  olur. 
Parafinlərin  dehidrogenləşmə  məhsulları

olefin-parafin  qarışığı  əsasında  xətti 
quruluşlu  alkilbenzolsulfonatların  alınması  üsulunun  məqsədəuyğunluğu  bu  prosesin 
təkcə  yüksək  texniki

iqtisadi  göstəricilərilə  deyil,  həm  də  xlorun  ixtisaslı  istifadə 
olunması  ilə  izah  olunur.  Xlorun  ixtisaslı  istifadə  olunması  xlorüzvi  tullantıların  su 
hövzələrinə  və  atmosferə  düşməsinin  qarşısını  alır  və    əmək  şəraitinin 
yaxşılaşdırılmasına imkan yaradır. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə