Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   2   3   4   5   6   7   8   9   ...   44

 
11
molyar  kütlənin  artması  deyil,  həm  də  benzin  və  qazoylların  kimyəvi  tərkibinin  bir-
birindən  kəskin  surətdə  fərqli  olmasıdır.  Yüksək  çıxımla  məqsədli  məhsulun 
alınmasına  və  etilen  qurğularının  istismar  şəraitinin  yaxşılaşdırılmasını  təmin  edən 
qazoylların hazırlanmasının  perspektiv üsullarından  biri katalitik hidrozənginləşdirmə 
hesab 
olunur. 
Xammalın 
qiymətləndirilməsində 
ə
sas 
kriteriyalardan 
biri 
avadanlıqlarda  koksəmələgəlmə 
surətinə  təsir  göstərən, 
200
°
C-dən  yuxarı 
temperaturda  qaynayan maye piroliz məhsullarının çıxımıdır. Təcrübi dəlillər göstərir 
ki,  bu  qiymət  15%-dən  artıq  olmamalıdır.  Atmosfer  və  vakuum  qazoyllarının 
tərkibində olan parafin və naftenlərin pirolizi  zamanı yüksək temperaturda qaynayan 
maye  məhsulların    çıxımı  xammala  görə  hesablandıqda    müvafiq  olaraq  6,5  və  12% 
olur.  Bununla  əlaqədar  olaraq  göstərilən  karbohidrogenlər  piroliz  xammalınln 
tərkibində əlverişli komponentlər hesab olunur, ona görə də onun tərkibində parafin və 
naftenlərin  məhdudlaşdırılması  məqsədəuyğun  deyildir.  İnden  və  tetralinlər  piroliz 
göstəricilərini  pisləşdirir.  Atmosfer  və  vakuum  qazoyllarının  tərkibində  olan  bu 
karbohidrogenlərin pirolizi zamanı  maye məhsulların  yüksək temperaturda qaynayan 
fraksiyalarının  çıxımı  xammala  görə  hesablandıqda  30-40%  təşkil  edir.  Ağır  piroliz 
qətranlarının  çıxımı  yol  verilən  qiymətdən  artıq  olduğu  üçün  xammalın  qabaqcadan 
hazırlanması  mərhələsində,  əsasən  də  atmosfer  qazoylunun  tərkibində  olan  inden  və 
tetralinlər  tamamilə  təmizlənməlidir.  Vakuum  qazoylunun  tərkibində  fenantren  və 
alkilnaftalin  birləşmələrinin  miqdarı  da  minimum  olmalıdır.  Piroliz  prosesində  
xammal  kimi  istifadə  olunan  atmosfer  və  vakuum  qazoyllarının  tərkibinə  qoyulan 
tələbat  cədvəl 1.1-də göstərilmişdir. 
              
 
 
 
 
                               


 
12
Cədvəl 1.1 
                     Atmosfer və vakuum qazoyllarının tərkibinə qoyulan tələbat 
       Tərkibi , % ilə    
    Atmosfer qazoylu           Vakuum qazoylu 
Parafinlər 
Məhdudlaşdırılmır. 
Məhdudlaşdırılmır. 
Naftenlər 
Məhdudlaşdırılmır. 
Məhdudlaşdırılmır. 
Alkilbenzollar 
Məhdudlaşdırılmır. 
Məhdudlaşdırılmır. 
İ
ndanlar, tetralinlər                 
          
<
 8,5                              
<
 36,0                                             
Dinaftenbenzollar      
              - 
                - 
Naftalinlər , naftennaftalinlər                  
              - 
            4,6 
fenantrenlər, naftenfenantrenlər                  - 
         
<
 2,4         
kükürdlu birləşmələr                         
           
<
 0,8                                       
         
<
 1,7 
 
             Belə  tərkibə  malik  agır  neft  xammallarının  alınması  üçün  ən  münasib  üsul 
selektiv  hidrokatalitik  dearomatlaşma  hesab  olunur.  Bu  proses  atmosfer  qazoylunun 
tərkibində  olan  tetralinlərin,  bitsiklik  aromatik  və  kükürdlü  birləşmələrin,  vakuum 
qazoylundan isə ilk növbədə bi- və politsiklik aromatik, naftenoaromatik, həmçinin də 
kükürdlü    birləşmələrin    təmizlənməsi  üçün  məqbul    sayılır.  Atmosfer  və  vakuum 
qazoyllarının   hidrodearomatlaşdırılması yüksək temperaturda qaynayan maye piroliz 
məhsullarının  əmələ  gəlməsini  əhəmiyyətli  dərəcədə  azaldır  ki,  bu  da  soba  blokunun 
və  qurğunun  digər  texnoloji  avadanlıqlarının  istismar  şəraitini  xeyli  yaxşılaşdırır. 
Vakuum qazoylunun tərkibində politsiklik karbohidrogenlər və kükürdlü birləşmələrin 
miqdarı çox  olduğuna görə onun hidrozənginləşdirilməsi atmosfer qazoyluna nəzərən 
daha dərin aparılır. HMQ -90 katalizatorunun iştirakilə, 15 MPa təzyiqdə, 370
°
C-də və 
0,6    san      həcmi  surətində  vakuum  qazoylunun  tərkibində  olan  politsiklik 
karbohidrogenlərin dərin hidrogenləşdirilməsi prosesi nəticəsində cəmi  hidrogenizatın 
tərkibində  aromatik  karbohidrogenlərin  miqdarı  56%-dən  4-6%-ə  qədər,  politsiklik 
karbohidrogenlərin  miqdarı  isə  36,5-dən    2%-ə  qədər  azalmışdır.  Eyni  zamanda 
naftenlərin  və  parafinlərin  qatılıgı  isə  artmışdır.  Müəyyən  olunmuşdur  ki,  pirolizin 
optimal rejimində (820
°
C, kontakt müddəti  0,56 san., su buxarı: xammal=0,6) 15 MPa 
təzyiq  altında  dərin  hidrogenləşmə  hirdogenizatının  340
°
C-dən  yuxarı  temperaturda 


 
13
qaynayan  fraksiyasının  pirolizi  zamanı  etilenin  və  benzolun  çıxımı  daha  çox  olur. 
Beləliklə, 
atmosfer 
və 
vakuum 
qazoyllarının 
piroliz 
proseslərinin 
intensivləşdirilməsinin  mühüm  istiqamətlərindən  biri  onların  qabaqcadan  katalitik 
hazırlanmasından  ibarətdir.  Onda    xammalın  olefin  potensialı  artar  və  etilen 
istehsalının istismar şəraitinin yaxşılaşmasına imkan yaranar. 
 
1.2. Mazutun yüksək temperaturlu pirolizi 
 Ağır  neft  xammallarının  qazşəkilli  istidaşıyıcıların  iştirakı  ilə    pirolizi  ən 
perspektiv  piroliz  üsullarından  hesab  olunur.  Qazşəkilli  istidaşıyıcı  kimi  əsasən  su 
buxarı,  hidrogen,  karbon  2-oksid  istifadə  olunur.  Bu  istidaşıyıcıların  köməyi  ilə 
piroliz  prosesi  yüksək  temperaturda,  kiçik  qabaritli  aparatlarda  və  1-5  san.  kontakt 
muddətində həyata keçirilə bilər. Qazşəkilli istidaşıyıcılarla işləyən piroliz reaktorları 
adi qarışdırıcı aparat olub,  ölçüləri və forması, habelə axınların sürəti onun  içərisində 
optimal  kontakt  müddətini  təmin  edir.  İşlənib  hazırlanan  piroliz  proseslərində 
istidaşıyıcıların  alınması və  qızdırılması üçün əsasən aşagıdakı üsullarından  istifadə 
olunur: hidrogenin oksigen mühitində yandırılması; qaz şəkilli və ya maye yanacağın 
oksigen  mühitində  yandırılması;  istidaşıyıcıların  kürə  şəkilli  doldurmalı  regenerativ 
istidəyişdiricilərdə    və  ya  elektrik  qövslü  qızdırıcılarda  qızdırılması.    Hər  üsulun 
özünün  üstünlükləri  və  çatışmayan  cəhətləri  vardır,  odur  ki,  piroliz  üsulu  konkret 
olefin istehsalı üçün iqtisadi cəhətdən əlverişlilik baxımından təyin olunmalıdır. Lakin 
hər hansı halda istidaşıyıcı kimi su buxarından istifadə edərkən çoxlu miqdarda çirkab 
suları  yaranır  ki,  bu  da  çox  bahalı  təmizləmə  üsulu  tələb  edir.  Şəkil  1.1-də  mazutun 
yüksəktemperaturlu piroliz prosesinin təcrubi qurgusunun texnoloji sxemi verilmişdir. 
Bu  qurğuda  istiyədavamlı  poladdan  və  odadavamlı  saxsıdan  hazırlanmış  müxtəlif 
konstruksiyalı reaksiya aparatları sınaqdan keçirilmişdir. Müxtəlif növ xammalların o 
cümlədən  neft,  birbaşa  qovma  benzini,  atmosfer  və  vakuum  qazoyllarının,  həmçinin 
də  mazutun  və  poliqudronun  pirolizinə  aid  tədqiqat  işləri  aparılmışdır.  Oksigen 
mühitində hidrogeni qızdırmaqla 1 soba qızdırıcısında alınan, istidaşıyıcı-su buxarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə