Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

 
111
      CO  +  H
2
                       CH
2
O              ,  
−∆
H
0
298
 = 209 kcoul /mol  ...(4.17)   
Digər tərəfdən əmələ gələn metanol aşağıdakı çevrilmələrə də məruz qala bilər : 
     2CH
3
OH                      CH
3

O

CH
3
  +  H
2
O                                   ...(4.18) 
    2CH
3
OH  +  nCO   + 2n H
2
              CH
3

(CH
2
)
n

OH  +  H
2
O        ...(4.19) 
      CH
3
OH   +  H
2
                    CH
4
  +  H
2
O                                         ...(4.20) 
Sintez  zamanı  əmələ  gələn  əlavə  məhsullar  xemosorbsiya  mərhələsinə və  metanolun 
ə
mələ  gəlməsi  kinetikasına  bütövlükdə  mənfi  təsir  edir.  Xam  metanolun  tərkibində 
ə
sas  qatışıq  efir  və  su,  ümumilikdə  isə  onun  tərkibində  50–yə  yaxın  ,  müxtəlif 
siniflərə  aid  olan  ,oksigenli  üzvi  birləşmə  olur.  Adətən,  mikroqatışıqların  ümumi 
miqdarı  1,0 % -ə yaxın olur ki, onun da əsas hissəsi C
2
-C
6
 tərkibli spirtlərdən ibarət 
olur. 
          Bir neçə səbəbdən metanolun sintez-qazdan istehsal qurğuları adətən amonyak 
istehsal edən qurğulara yaxın yerlərdə inşa edilir ya da onlarla birləşdirilir. Bu istehsal 
sahələrinin  texnologiyaları  və  avadanlıqları  oxşardır  və  metanol  istehsalında  , 
amonyak  sintezində  Qaber  prosesində  əmələ  gələn,  CO
2
  –  dən  istifadə  etmək 
mümkündür. Bu halda CO
2
 –ni nikel katalizatorunun iştirakilə metan və su buxarı ilə 
reaksiyaya daxil edirlər ki, bunun da nəticəsində əlavə CO  və H
2
 əmələ gəlir. Sonra 
da    CO    və  H
2
  öz  aralarında  reaksiyaya  girərək  metanol  əmələ  gətirirlər.    Metan 
ə
sasında sintez-qaz  və  metanolun  istehsalı  prosesi ümumi  halda  aşağıdakı tənliklərlə 
ifadə oluna bilər: 
          3 CH

 + 2 H
2
O  +   CO
2
                4 CO   +  8 H
2     
                   ...(4.21) 
                                                                    Sintez – qaz 
              CO   +    2 H
2
                      CH
3
OH                                        ...(4.22) 
                                                          Metanol 
        Bu  şəraitdə  az  həcm  tutan  maddənin  alınması  istiqaməti  üstünlük  təşkil  edir. 
Sintez qazın  metanola emalı üçün ilk zavod 1924-cü ildə Almaniyada BASF konserni 
tərəfindən  inşa  edilmişdir.    Proses  çox  yüksək  təzyiqdə  (200–350  atm)  mis-  sink 
katalizatorunun  iştirakı  ilə  həyata  keçirilmişdir.  Sonralar  yeni  katalizatorların  işlənib 


 
112
tapılması  təzyiqin  aşağı  salınmasına  imkan  yaratdı  ki,  bu  da  kapital  qoyuluşu  və 
istismar xərclərinin xeyli azaldılmasına səbəb oldu. Hal-hazırda belə qurğuların 90%-
ində,  prosesi  daha  aşağı  temperatur  və  təzyiqlərdə  (5  -10  MPa  )  aparmağa  imkan 
verən,  çox sayda effektiv katalizatorlar tətbiq olunur. Onlara mis - sink- xrom və mis 
– sink – alüminium  əsaslı katalizatorlar aiddir. Məsələn, tərkibində 71,0% CuO, 25,8 
%  ZnO  və  3,2  %  Cr
2
O
3
  olan,  daha  aktiv  katalizatorun  iştirakı  ilə  prosesi  3-4  MPa 
təzyiq  altında  və  aşagı  temperaturada  (200-250
0
C)  aparmaq  mümkündür.  Belə 
prosesin bir sıra üstünlükləri vardır. Adətən xam  metanolda metanolun qatılığı 99,6-
99,8 % - ə çatır(yüksək təzyiqlərdə 93-95 ,5 – dən artıq olmur). 
Sintez qazın metanola emalı prosesinin əsas mərhələləri  aşağıdakılardan ibarətdir : 
1)  Təbii  qazın  su  buxarı  və  CO
2
  –nin  iştirakı  ilə  konversiyası,  bunun  da  nəticəsində 
CO : H
2
 = 1:2 nisbətinin əldə olunması; 
2) Konvertorda katalitik sintez. 
3) Rektifikasiya yolu ilə təmizlənmə. 
Metanol istehsalı ilə məşğul olan mövcud qurgular ilkin xammal və katalizatorun  
tərkibinə və həm də reaksiya istiliyindən istifadə mexanizminə görə fərqlənirlər. Son 
zamanlarda  aşağı  temperaturlu  katalizatorların  iştirakı  ilə  aşağı  təzyiqlərdə  (5-10 
MPa) aparılan metanol istehsalı texnologiyaları geniş yayılmışdır.  
Sintez  qaz  əsasında  aşağı  təzyiqdə  metanol  istehsalı  prosesinin  texnoloji  sxemi 
şə
kil 4.3.-də göstərilmişdir.  İlkin  qaz katalitik  zəhərlərdən  (kükürd, xlor və s.)  əsaslı 
surətdə  təmizlənməlidir.  Bunun  üçün  ilkin  qaz    hidrogenlə  zənginləşdirilmiş  qazla 
qarışdırılaraq    1  kompressoru  vasitəsilə  karbonil  birləşmələrindən  və  yağlardan 
təmizlənmək  üçün 2  filtrinə verilir.  Sonra  təmizlənmiş    qaz  qarışığı  11 kompressoru 
vasitəsi  ilə  10  reaktorunun  yuxarı  hissəsinə  verilir.  Qaz  qarışığının  müəyyən  bir 
hissəsi  əvvəlcə  8  və  7  istidəyişdiricilərini  keşərək  reaksiya  məhsullarının  istiliyi 
hesabına  qismən,  sonra  da  9  elektrik  qızdırıcısında  250
0
C–yə  qədər  qızdırılaraq  10 
reaktoruna daxil edilir. Reaksiya məhsulları 8 və 7 istidəyişdiricilərini keçərək  120-
140
0
C  –yə  qədər,  5  və  6  soyuducularını  keçərək  30-40
0
C  –yə  qədər  soyudulur. 


 
113
Soyudulmuş  buxar-qaz  qarışığının  tərkibində  olan  komponentlərin  bir  qismi 
kondensləşir.  Sonra  buxar  qaz  qarışığı  3  separatoruna  daxil  olur  ki,  burada  da 
mayenin  əsas  hissəsi  qazlardan  ayrılır.  3    separatorundan  çıxan  kondensat  4 
tutumunda toplanır ki, buradan da həll olan qazlar ayrılır.  3 kondensatorundan ayrilan 
qazlar yenidən 11 kompressoru ilə 10 reaktoruna qaytarılır. 4 toplayıcı- tutumununun 
aşağı  hissəsindən  xam  etanol  rektifikasiya  prosesinə  göndərilir.  Bu  prosesin 
xüsusiyyəti  ondan  ibarətdir  ki,  burada  ilkin  qaz  qarışığının  katalizator  zəhərlərindən 
dərin  təmizlənməsi    vacib  və  zəruridir. Bu texnologiya çox yığcam olmaqla   yüksək 
effektivliyə  malikdir.Təsirdə  olan  komponentlər  nisbətinin  tənzimlənməsi  sintez-
qazın tərkibinə lazımi miqdarda hidrogenlə zənginləşdirilmiş qazın əlavə olunması ilə 
ə
ldə olunur. Bu texnologiyanı qabaqcadan katalizator zəhərlərindən təmizlənmiş təbii 
qazlardan metanolun istehsalı prosesində də istifadə etmək olar. 
           Metanolun  istehsalı  prosesində  əlverişli  və  ucuz  xammal  olan  sintez-qaz 
yüksək  effektivliyə  malikdir  (metanolun  çıxımı  85-87%).  Reaksiyanın  istilik 
effektinin  yüksək  olması  və  termodinamiki  məhdudiyyətlər  bir  keçiddə  yüksək 
konversiya əldə etməyə imkan vermir. Bir keçiddə CO – nun təcrübi konversiyası 
15-20%  təşkil  edir.  Amma  fasiləsiz  proseslərdə  ilkin  komponentlərin 
resirkulyasiyası hesabına ümumi konversiyanın artırılmasını təmin etmək olur. 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə