Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   36   37   38   39   40   41   42   43   44

 
117
kondensləşdirilir.  5  istidəyişdiricisindən  çıxan  maye-buxar  qarışığı  6  separatoruna 
verilir.  6  separatorunda  kondensləşdirilmiş  reaksiyanın  maye  məhsulları  qələvi  ilə 
yuyulmaq  üçün  dövrü  olaraq  7  tutumuna  axıdılır,  qaz  axını  isə  8  soyuducusunda, 
soyuducu agentlərin hesabına mənfi 25
0
C –yə qədər soyudulur. Kondensləşdirilməmiş 
məhsullar öz axını ilə 6 separatoruna axıdılır, kondensləşməyən qazlar isə qalıq H
2

ilə  birlikdə  monoetanolaminlə  təmizlənmə  prosesinə  ya  da  yandırılmaq  üçün  fakelə 
göndərilir. 
         7  tutumunda  su  ilə  neytral  reaksiyaya  qədər  yuyulmuş  katalizat  9,10,11 
kalonlarından ibarət olan rektifikasiya qovşağına verilir. 9 kalonunda qalıq divinil və 
ya  piperilendən  qazsızlaşdırma  və  reaksiyanın  yüngül  məhsullarının  qovulması 
prosesi  həyata  keçirilir.  10  rektifikasiya  kalonunun  yuxarısından  məqsədli  məhsul  – 
tiofen  ,  aşağı  hissəsindən  isə  kub  qalığı  ayrılır.  Kub  qalığı  yandırılmaya  göndərilir. 
Yüksək  təmizlikdə  tiofenlər  almaq  üçün  10  kalonunun  yuxarısından  çıxan  tiofen 
fraksiyası əlavə olaraq 11 yüksək effektivlikli rotorlu kalonda ayrılır.  11 rektifikasiya 
kalonunun yuxarısından tiofenlər (tiofen və 2-metiltiofen ) yüksək təmizliklə (99,7% - 
dən çox) ayrılırlar, kub məhsulu isə resirkulyant kimi 10 kalonuna qaytarılır. 
 2-metiltiofen  müxtəlif  iqlim  zonalarında  yaşayan  qoyunlarda  yunlarının  boy  artımı 
stimulyatoru kimi sınaqdan keçirilmişdir. 
 
5.2. Neft xammalları əsasında sulfonlar konsentratının alınması 
Neft  xammallarından    alınan  sulfonlar  konsentratından  istifadə    olunması 
onların  yüksək  bioloji  aktivliyi  ilə  əlaqədardır.  Müəyyən  olunmuşdur  ki,  neft 
xammallarından  alınan  sulfonlar  güclü  askarisid  təsirə  malik  olduqlarına  görə 
onlardan  iri  buynuzlu  heyvanlarda  və  dovşanlarda  baş  verə  bilən  psoroptoz 
xəstəliyinin  müalicəsində  istifadə  olunur.  Neft  sulfonları    az  toksiki  xassəyə 
malikdirlər  və    100%    uzun  müddətli  hürkütmə  təsiri  göstərirlər.  Neft  xammalları 
ə
sasında  alınan  sulfonlar  inəklər,  atlar  və  ceyranların  mozalan  və  həşəratlardan 
mühafizə  olunmasında  geniş  istifadə  olunur.  Neft  sulfonlarının  alınmasında  ilkin 


 
118
xammal  kimi  265-360
0
C  temperatur  hədlərində  qaynayan  yüksək  kükürdlü  neft 
fraksiyalarından istifadə olunur. Əmtəə sulfonların ilkin xammala görə çıxımı 6,2-7,4 
% təşkil edir. 
       Neft xammallarından sulfon konsentratlarının  alınması iki üsulla həyata keçirilir. 
Birinci  üsulda  neft  fraksiyalarının  tərkibində  olan  kükürdlü  üzvi  birləşmələr 
oksidləşdirilir, sonra isə oksidləşmə məhsullarını mayeli ekstraksiya yolu ilə ayırırlar. 
İ
kinci  üsulda  sulfidli  birləşmələr  oksidləşdirilərək  sulfoksidlərə,  sonra  isə  sulfoksid 
konsentratları oksidləşdirilərək sulfonlara çevrilirlər. Bu üsulda oksidləşmə prosesi iki 
mərhələli(sulfidlərin  sulfoksidlərə  və  sulfoksidlərin  sulfonlara  oksidləşdirilməsi) 
aparıldığına görə çox çətin olan, oksidatın tərkibindən sulfonların ayrılması mərhələsi 
daha  sadə  və  yaxşı  işlənib  hazırlanmış  sulfoksidlərin  ayrılması  mərhələsi  ilə    əvəz 
edildiyinə  görə  daha  faydalı  və  qənaətli  hesab  olunur.  Şəkil  5.2.-də  bu  üsulla  neft 
xammallarından  sulfon  konsentratlarının  alınma  prosesinin  texnoloji  sxemi 
göstərilmişdir.  6  reaktoru  poladdan  hazırlanmış,  içərisi  emal  örtüyü  ilə  örtülmüş, 
qızdırıcı  köynəklə  təchiz  olunan  və  üç  oksidləşdirici  seksiyadan  ibarət  olan  silindrik 
aparatdır.  Seksiyalar  arası  fəzada  deşikli  tor  şəkilli  boşqablar  quraşdırılmışdır. 
Reaktorun  yuxarı  hissəsində  7  separasiya  zonası  vardır.  Hidrogen  peroksid  və  sulfat 
turşusu 1 tutumunda, sirkə turşusu ilə sulfoksidlər isə 4 tutumunda qarışdırılır. Sonra 
həmin  qarışıqlar  müvafiq  olaraq  3  və  5  nasosları  vasitəsilə  6  reaktorunun  aşağı 
hissəsinə  göndərilir.  6  reaktoruna  eyni  zamanda  reagentləri  köpük-emulsiya  halına 
çevirmək üçün hava da verilir. Köpüklənmiş reaksiya qarışığı ilkin xammalın verilmə 
dərəcəsindən  asılı  olaraq  6  reaktorunun  aşağı  seksiyasından  ardıcıl  olaraq  orta  və 
yuxarı seksiyalarının sökülməyən tor şəkilli boşqablarından keçir  ki, bu da  reaktorun 
tam  çıxarma,  oksidləşdirici  seksiyanın  isə  qarışığın  intensiv  turbulizasiyası  hesabına 
tam qarışma rejimində  işləməsini təmin edir. 6 reaktorundan çıxan reaksiya qarışığı 9 
soyuducusunda  40
0
C-yə  qədər  soyudularaq  10  çökdürücü-ayırıcısına  axıdılır.  10 
çökdürücüsünə  həm  də  8  soyuducusundan  kondensat  da  axıdılır.  10  aparatında 
fazaların  ayrılması  prosesi  baş  verir  ki,  buradan  da  fasiləsiz  olaraq  su  fazası  11 


 
119
tutumuna,  sulfonlar  konsentratı  isə  12  tutumuna  axıdılır.  Su  fazası  11  tutumunda 
neytrallaşdırılır və qurğudan kənarlaşdırılır. Bu halda xammal kimi yüksək təmizlikli 
sulfoksidlərdən  istifadə  olunduğuna  görə    alınan  sulfonlar  konsentratının  əlavə 
təmizlənmə prosesinə düçar edilməsinə də ehtiyac qalmır və onları hazır məhsul kimi 
istifadə olunmağa göndərirlər. 
                       
                                  5.3. Azotlu birləşmələr 
5.3.1. Akrilonitril və metakrilonitril istehsalı 
Nitrilləri  sianid  turşusunun  törəmələri  hesab  etmək  olar.  HCN  molekulunda 
hidrogen  atomunun  üzvi  qrup  ilə  əvəz  olunmasından  nitrillər  alına  bilər.  HCN 
molekulunda hidrogen atomunun vinil qrupu ilə əvəz olunmasından akrilonitril əmələ 
gəlir.  Akrilonitrili  akroleindən  alırlar,  akrilatlar  isə  akrilonitrilin  törəməsidir.  Lakin 
akrilatları akrilonitrilin törəməsi olan akril turşusundan da almaq olar. Beləliklə akril 
sözü çox böyük  qohum  birləşmələrinin kökünü  ifadə edir.  Bu  birləşmələr  arasındakı 
qarşılıqlı əlaqənin onların quruluşlarındakı oxşarlıq ilə heç bir əlaqəsi yoxdur. 
   
 
 
Akrilatları  asetilen,  propilen,  akrilonitril    və  akril  turşusundan  alırlar.  Akril  turşusu 
propilendən  və  ya  akrilonitrildən,  akrilonitril  isə  propilendən  alına  bilər.  Bununla 
yanaşı  akrilonitril  bir  sıra  faydalı  məhsulların,  məsələn,  polimerlərin    və  ya 
adiponitrilin  (neylon-66–nın  alınmasına  lazım  olur)  alınmasında  istifadə  olunur. 
Karbohidrogenlər  yüksək  temperaturda  amonyakla  reaksiyaya  girib  nitrillər  əmələ 
gətirirlər: 
           RCH
3
    +  NH
3
   

RCN   + 3 H
2
                                              ...(5.3) 
Bundan başqa, nitrillər iminlərin dehidrogenləşdirilməsi aralıq mərhələsini keçməklə 
aldehidlər və amonyakdan da alına bilər. 
       RCHO    +   NH
3
                  
 
  RCH 
=
 NH                       RCN        ...(5.4) 
CH
2
 = CH – CN  ;   CH
2
 = CH – C – OH ;        CH
2
 = CH – C – OR    
                                                     O                                        O 
 -H
2

-H



Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə