Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   2   3   4   5   6   7   8   9   ...   44

 
14
tərkibində  2%-ə  qədər  hidrogen,  azot  və  arqon  qatışığı  olur.  1  soba  qızdırıcısında 
alınan  istidaşıyıcı,  konstruksiyası axının yüksək xətti surətini  və  müvafiq olaraq az 
kontakt  müddətini  təmin  edən,  2  reaktorunun  reak-siya  zonasına  verilir.  Reaksiya 
zonasının  başlanğıc  sahəsində  maye  xammalın    isti-daşıyıcı  axın  ilə  effektiv 
qarışmasını  və  aparatın  stabil  işini  təmin  edən  maye  xam-malın  daxil  edilməsi  üçün 
xüsusi qovşaq yerləşdirilir. 2 reaktorundan çıxan piroliz məhsullarının tablaşdırılması  
3 tablaşdırıcı  aparatına  su vurulmaqla və reaksiya axınının temperaturunu 300-400
°
 
C-yə  endirməklə  həyata  keçirilir.  3  tablaşdırıcı  aparatından  çıxan  buxar-qaz  garışığı  
qətranla  suvarılan    4  skrubberinə  daxil  olur.  4  skrubberinin  yuxarısından    çıxan 
qazşəkilli məhsullar 5 soyuducusunu keçərək  6 separatoruna daxil olur, burada qazlar  
yüngül  qətrandan  ayrılır  və  sonra    yanacaq  xəttinə  atılır.  4  skrubberinin  aşağısından 
su-qətranlı  emulsiya    7  çökdürü-cü-tutuma  göndərilir  ki,  burada  da  ağır  qətranın 
sudan  ayrılması  prosesi  gedir.  Yüksəktemperaturlu  piroliz  üçün  mazut  (sıxlığı  970 
kq/m
3
,  qaynama  başlanğıcı  222
°
C,  kokslaşması  12,29%,  asfaltenlərin  miqdarı  6,7%, 
elementar  tərkibi:  C=  85,2%;  H=10,34%;  S=3,45%)  və  poliqudrondan  (sıxlıgı  1050 
kq/m
3
;  qaynama başlanğıcı    =355
0
C,  kokslaşması  15%,  asfaltenlərin  miqdarı 7,48%, 
elementar  tərki-bi:C=86,2%;  H=9,6%;  S  =  3,93%)  istifadə  edilmişdir.  Bu  halda 
qazəmələgəlməsi müvafiq olaraq 63 və 70% olmuşdur. İstidaşıyıcının ballast qazlarını 
nəzərə almadıqda alınan piroqazın tərkibi cədvəl 1.2-də göstərilmişdir. 
 
                                                                                                           
 
 
 
 
 
 
 


 
15
Cədvəl 1.2. 
             İstidaşıyıcının ballast qazlarının nəzərə alınmaması ilə piroqazın tərkibi 
                
             Mazutun  və  poliqudronun  pirolizi  zamanı    reaktorun    çıxışında  axının 
temperaturu müvafiq olaraq 940  və 920
°
C; istidaşıyıcıda hidrogenin qatılıgı  müvafiq 
olaraq  2 və 15,3%  olur.  
             Karbohidrogen  xammallarının  pirolizi  yolu  ilə  olefinlər  istehsalının    iqtisadi 
effektivliyi    alınan  maye  və  qaz  şəkilli  yan    məhsulların  bütövlüyündən  və  istifadə 
istiqamətindən əhəmiyyətli dərəcədə  asılıdır.  Pirolizin  maye məhsullarının  sulu və 
yüksək qaynama temperaturuna malik olmaları  onların sonrakı emalı  üçün daha çox 
çətinlik  yaradır.  Piroliz  qətranını  və  mazutun  tərkibinin  spektroskopik  və 
xromatoqrafik  üsulla  analizi  göstərmişdid  ki,  yüksəktemperaturlu  piroliz  zamanı 
 
Xammallar 
Komponentlər 
 
Mazut 
 
Poliqudron 
Metan 
18,85 
22,94 
Etan 
2,18 
2,52 
Etilen 
39,10 
46,56 
Asetilen 
7,30 
6,99 
Propan 
0,23 
0,23 
Propilen 
16,80 
11,47 
Propadien 
1,37 
1,03 
Metilasetilen 
3,54 
1,38 
Cəmi butilenlər 
3,20 
1,49 
Divinil 
7,43 
5,39 
Cəmi : 
100,00 
 
100,00 
 
 


 
16
ə
sasən parafin və naften karbohidrogenlərinin olefinlərə çevrilməsi prosesi gedir, eyni 
zamanda  alkilaromatik  karbohidrogenlər  isə  daha  çox  dealkilləşmə  prosesinə  düçar 
olurlar.  Agır  neft  qalıqlarının,  o  cumlədən  də  mazutun  maye  piroliz  məhsulları  
tərkibində  kükürdlü  birləşmələr  qatılaşırlar    ki,  bu  da  onlardan  neft  koksunun  və 
texniki  karbonun  alınması  prosesini  çətinləşdirir  və  təbii  olaraq  xüsusi  təmizləmə 
üsullarının işlənib hazırlanmasını tələb edir. 
 
1.3. Piroliz prosesinin yan məhsullarınin  
ayrılması və təkrar emalı. 
 
Müxtəlif  karbohidrogen  xammallarının  pirolizi  yolu  ilə  alçaq  molekullu 
olefinlərin istehsalı zamanı çoxlu miqdarda qiymətli doymamış karbohidrogenlər, dien 
karbohidrogenləri, aromatik karbohidrogenlər, asetilen törəmələri alınır. 
 
Bu  karbohidrogenlər  fraksiyalarin  tərkibində    müvafiq  miqdarda  olur  ki, 
onları  da  təmiz  halda  ayırmaqla  üzvi  sintez  sənayesinin    xammala  olan  tələbatını   
təmin  etmək  olar.  Belə  karbohidrogenlərə  asetilen,  allen,  metilasetilen,  tsiklo-  və 
ditsiklopentadien, benzol, naftalin və başqaları misal ola bilər. Bundan əlavə məqsədli 
məhsul dəyərinin aşağı, qatılığının yüksək olması tərkibində kükürdlü birləşmələrin az 
və  digər  hetero-  üzvi  birləşmələrin  praktiki  olaraq  olmaması  pirolizin  yan 
məhsullarının təkrar emalı üçün texnoloji və iqtisadi cəhətdən yaxşı şərait yaradır.  
             Piroliz 
xammalından 
alınan 
məhsulların 
maya 
dəyəri 
(məsələn, 
tsiklopentadien, benzol) neft- kimya proseslərində alınan məhsulların maya dəyərindən 
15-25%  aşağı olur.  Pirolizin qaz  və  maye  məhsullarının  kompleks  emal  proseslərinin 
dərinləşdirilməsi  bütün  qaz  şəkilli  olefinlər  istehsalının  iqtisadi  effektivliyini  və 
rentabelliyini yaxşılaşdırır. 
 
 
 


 
17
1.3.1. Piroliz qazlarından asetilen, allen  
və metilasetilenin alınması 
        Qaz  şəkilli  olefinlərin  istehsalı  üçün  böyuk,  vahid  gücə  malik  qurğuların 
yaradılması  yan  məhsulların  dərin,  kompleks  emal  proseslərinin    aparılmasına  imkan 
verir.  Beləliklə,  etilen  və  propilenlə  birlikdə  əmələ  gələn  yüngül  məhsullar-asetilen, 
allen və metilasetilenin ayrılması prosesi iqtisadi baxımdan çox  məqsədəuyğun hesab 
olunur.  
        Xammal  və  piroliz  rejimindən  asılı  olaraq  bu  məhsulların  mövcud  qurğularda, 
xammala görə hesablandıqda, çıxımı 1,2% olur və piroliz rejiminin dərinliyindən asılı 
olaraq  artır.  EP-300  qurğularında    benzinin  pirolizi    yolu  ilə  bir  ton  etilenin  alınması 
zamanı  20  kq  asetilen  (ildə  6  min  ton)  və  həmin  miqdarda  da  allen  və  metilasetilen 
alınır.  Piroqazın  ayrılması  zamanı  onun  tərkibində  olan  asetilenin  hamısı  praktiki 
olaraq etan - etilen fraksiyasının tərkibinə keçir və orada asetilenin miqdarı 0,4-1,8% 
hədlərində olur. Allen və metilasetilen propan- propilen fraksiyasının ayrılması zamanı 
qatılaşdırılır və propilen ayrıldıqdan sonra propan fraksiyasının tərkibində qalır.(25%-ə 
qədər). 
             
1.3.2. Asetilenin ayrılması 
 
 Məlumdur  ki,  asetilen  kimyəvi  sintezlərdə  və  metalların  qaynaq 
edilməsində  istifadə  edilir.  Bu  halda  çox  defisit  olan  kalsium  karbid  üsulu  ilə  alınan 
asetilendən  istifadə  olunur.  Eyni  zamanda  qaz  şəkilli  olefinlər  istehsalı  qurğularında 
üzvi  sintezin  katalitik  proseslərində  istifadə  olunan  etilenin  keyfiyyətinə  olan  tələbat 
artdıqca  piroliz  zamanı  alınan  məhsulların  tərkibindən  asetilenin  ayrılması  vacib 
məsələ hesab olunur. Odur ki, piroliz məhsullarından ayrılan asetilen metalların emal 
prosesinə  göndərilə  bilər.  Piroliz  məhsullarından  ayrılan  asetilen  təbii  qazdan  və 
kalsium karbiddən alınan asetilendən maya dəyərinin aşağı olması ilə fərqlənirlər , bu 
proses həm sərfəli həm də perspektivdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə