Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   36   37   38   39   40   41   42   43   44

 
123
olunur. Reaktordan çıxan qaynar qazlar 4 utilizasiya qazanini keçir ki, burada da orta 
təzyiqli  buxar  generasiya  olunur.  Qismən  soyudulmuş  reaksiya  qazları  ən  əvvəl  5 
absorberində,  tərkibində  sulfat  turşusu  olan  sirkulyasiya  olunan  ammonium  sulfat 
məhlulu  ilə,  amonyakdan  təmizlənir.  5  absorberində  işlənmiş  ammonium  sulfat 
məhlulunu  buxarlandırıb  kristallaşdırırlar  və  istehsal  olunan  hər  bir  ton  akrilonitrilə 
görə 

400  kq    (NH
4
)
2
SO
4
  alırlar.  Sonra  6  absorberində  qazların  tərkibində  olan 
akrilonitril, sianid turşusu və asetonitril su ilə udulur, çıxan qazlar isə tərkibindən asılı 
olaraq  ya  atmosferə  atılır  ya  da  su  buxarının  alınması  üçün  sobada  yandırılır.  6 
absorberinin  aşağısından  çıxan  reaksiya  məhsulları  qarışığı    istidəyişdiricisində  dövr 
edən su ilə qızdırılır və qaynadıcısı və defleqmatoru olan buxarlandırıcı kalona verilir. 
Burada sianid turşusu, akrilonitril və asetonitril sudan ayrılır. Suyu 8 istidəyişdiricisi 
və  7  soyuducusu  vasitəsilə  yenidən  6  absorberinə  qaytarırlar.  Reaksiya  məhsulları 
qarışığını  ayrılma  prosesinə  göndərirlər.  Adətən,  ilk  növbədə    defleqmator  və 
qaynadıcı    ilə  təchiz  olunan  10  rektifikasiya  kalonunda,  yüksək  toksikoloji  xassəyə 
malik olan HCN–in atmosferə düşməsinin qarşısını almaq məqsədilə, azacıq vakuum 
altında,  qarışığın  tərkibindən  daha  uçucu  olan  sianid  turşusu  qovulub  ayrılır.  10 
rektifikasiya kalonunun kubundan çıxan reaksiya məhsulları 11 rektifikasiya kalonuna 
daxil  olur.  11  rektifikasiya  kalonunun  yuxarı  hissəsindən  su  ilə  birlikdə  üçüncü 
komponent kimi akrilonitrilin daha uçucu azeotrop qarışığı qovulur, kalonun kubunda  
isə  asetonitrilin daha  az  uçucu    birləşmələrlə  (formaldehid və asetaldehidin  HCN ilə 
təsirindən  əmələ  gələn    müvafiq  sianhidrinlər)  qarışığının  sulu  məhlulu  qalır.  Sonra 
bu  məhluldan  asetonitril  ayrılır  (sxemdə  göstərilməyib).  11rektifikasiya  kalonunun 
yuxarısından  çıxan  distillat  12  separatorunda  su  və  üzvi  hissəyə  ayrılır.  Su  hissəsi 
yenidən  11  rektifikasiya  kalonuna  qaytarılır.  Akrilonitrilin  sulu  məhlulu  qaynadıcı, 
defleqmator    ilə  təchiz  olunan  13  kalonunda  azeotrop  qurudulma  prosesinə  düçar 
edilir və 14 separatorunda su və akrilonitril laylarına ayrılır, su layinin tərkibində həll 
olmuş halda akrilonitril olduğu üçün o yenidən 11 kalonuna qaytarılır, akrilonitril layı 
isə 13 kalonunun suvarılmasına xidmət edir. Quru akrilonitril 13 kalonunun kubunda 


 
124
toplanır  və  lazım  olan  təmizliyin  əldə  olunması  üçün  yenidən  15  rektifikasiya 
kalonunda  qovulur.  Burada  distillat  halında  lazımi  təmizlikdə  akrilonitril  alınır. 
Məhsulların  ayrılma  mərhələsində  akrilonitrilin  polimerləşməsinin  qarşısını  almaq 
məqsədilə qarışığa ingibitor əlavə olunur.  
       Akrilonitrilə analoji olaraq izobutilen , amonyak və havadan metakrilonitril 
aşağıdakı sxem üzrə alına bilər. 
        (CH
3
)
2
C = CH
2
  + NH

  +  1,5O
2
              CH

=
 C 

 CN    + 3H
2
O    ...(5.10) 
                                                                                      CH
3
                                                                                  
               Akrilonitril  və  metakrilonitril    üzvi  sintez  sənayesinin  perspektiv 
yarımməhsullarından hesab olunurlar. Metakrilonitrilin yüksək reaksiya qabiliyyətinə 
malik  olması  onun  ən  müxtəlif  məhsulların  alınmasında  istifadə  olunmasına  imkan 
yaradır.  Metakrilonitrildən  somonomer  kimi  istifadə  olunması  plastik  kütlələrin, 
elastomerlərin örtüklərin, sellülozanın, akril liflərinin və digər polimer materiallarının 
texniki  xassələrini  yaxşılaşdırır.  Metakrilonitrilin  əsasında,  digər  üsullarla  alınması 
çətinlik törədən , şaxtaya davamlı nitril kauçukları, modifikasiyalı üzvi şüşələr, yağlar 
üçün  aşqarlar,  sopolimer  materialları,  metilkəhrəba,  kroton,  metakril  turşuları  və 
onların  törəmələrinin  digər  qiymətli  üzvi  birləşmələri,  metakrilonitrilin  amin 
törəmələri və s. alınır.  
        Hal-hazırda  metakril  monomerləri  əsasında  alınan  polimer  materiallarının  yeni 
istifadə  istiqamətləri  aydınlaşdırılmışdır:  vidiodisklərin,  iri  televiziya  ekranlarının, 
elekrton  hesablama  maşınları  displeyləri  üçün  örtüklərin,  korroziyaya  davamlı 
“polimer betonlari”nın və s. hazırlanması. 
       Sənayedə  metakril  monomerləri  ilk  dəfə  asetonsianhidrindən  alınmışdır.  Lakin 
asetonsianhidrinin  baha  olması  və  həm  də  onun  alınması  üçün  lazım  olan  ilkin 
xammal(aseton  və  sianid  turşusu)  ehtiyatlarının  məhdud  olması  bu  üsulun  geniş 
miqyasda  tətbiqinə  mane  oldu.  Sonralar  propilenin  oksidləşdirici  ammonolizi  ilə 
akrilonitrilin  alınması  zamanı  yan  məhsul  kimi  alınan  ucuz  sianid  turşusunun  əmələ 
gəlməsilə  metakril  monomerlərinin istehsal  həcmi  də xeyli  artdı.  Son dövrlərdə uzvi 


 
125
ş
üşə  -  polimetilmetakrilatin  istehsalı  8-10  dəfə  artmışdır.  Hal-hazırda  metakril 
monomerlərinin istehsal texnologiyası xeyli təzələnmişdir. Asetonsianhidrin üsulu ilə 
yanaşı  etilen,  propilen,  izobutilen  və  izobutan  əsasında  metakril  monomerlərinin 
alınmasının  4  istehsal  texnologiyası  işlənib  hazırlanmışdır.  Birinci  üsul  etilenin 
karbonilləşmə və ya hidroformilləşmə proseslərinin, alınan C
3  
karbonil birləşməsinin 
formaldehidlə  və  ya  ona  ekvivalent  olan  birləşmə  ilə,  kondensləşmə  reaksiyası  ilə 
kombinasiya  olunmasına  əsaslanır.  İkinci  üsul  propilenin  (və  ya  allil  birləşməsinin) 
karbonilləşməsi,  sonra  da  əmələ  gələn  izoyağ  turşusu  və  ya  onun  efirinin 
oksidləşdirici dehidrogenləşdirilmə prosesinə düçar edilməsindən ibarətdir. 
          İzobutilenə  əsaslanan  texnologiya,  C
4
  fraksiyasından  izobutilenin  ayrılması, 
izobutilenin üçlü butanola hidratasiyası, üçlü butanolun  ikipilləli oksidləşdirilməsi ilə 
ə
vvəlcə  metakroleinin  və  sonra  da  metaktil  turşusunun  alınması  proseslərindən 
ibarətdir.  Bu  üsuldan  əsasən  Yapon  firmaları  istifadə  edirdi,  lakin  hal-hazırda 
“Acaxu”  firması  üçlü  butanolun  amonyak  iştirakı  ilə  oksidləşməsindən 
metakrilonitril,  metakrilonitrilin  metakril  turşusunun  amidinə  hidratasiyası    və  onun 
da efirləşməsi yolu ilə metakrilatların alınması proseslərini həyata keçirirlər. 
    İzobutana 
ə
saslanan 
texnologiya, 
su 
buxarının 
iştirakı 
ilə 
butanın 
dehidrogenləşdirilməsi,    izobutilenin  metakroleinə  sonra  da  metakril  turşusuna    və 
metakrilatlara oksidləşməsi proseslərindən ibarətdir. 
       Hal-hazırda  oksidləşdirici  ammonoliz  prosesi  üçün  yüksək  selektivliyi  ilə 
fərqlənən  modifikasiya  olunmuş  vismut-molibden-volfram  tərkibli  katalizatorlar 
işlənib hazırlanmışdır. Tədqiqatlar göstərir ki, bu cür katalizatorlar stabil göstəricilərlə 
1000  saat  ərzində    regenerasiya  olunmadan  işləyə  bilir.  Bu  halda  izobutilenin 
konversiyası 95%, metakrilonitrilə görə selektivlik isə 70-75%  həddində (mol) qalır. 
Aparılan  tədqiqatlar  nəticəsində  müəyyən  olunmuşdur  ki,  sənaye  sınaq  qurğusunda 
460
0
C  temperaturda və  şərti  kontakt  müddətinin    6  saniyə  olduğu  halda,  bir  keçiddə 
izobutilenin  konversiyası  95%  olmuşdur.  Reaksiyaya  girən  izobutilenə  nəzərən 
hesablandıqda  məhsulların  çıxımı  aşağıdakı  kimi  olur:  metakrilonitril  –  65-70  %; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə