Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   36   37   38   39   40   41   42   43   44

 
129
amonyakın  daha  yüksək  qatılıqlı  məhlullarından  (25  –  30  %  )  istifadə  etmək 
məsləhətdir. Lakin bu halda da 5,0 % -ə  qədər hidroksil birləşmələri alınır.  
Amonyak və aminlərin xlortörəmələri ilə N – alkilləşmə prosesi ardıcıl-paralel 
reaksiyaların  getməsi  ilə  müşayət  olunur  ki,  bu  da  əvvəlcə  alınan  aminlərin  sonra 
yenidən  xlortörəmələri  ilə  reaksiyaya  girmə  qabiliyyəti  ilə  əlaqədardır.  Nəticədə 
ardıcıl olaraq birli, ikili və üçlü aminlər, sonuncu isə xlortörəmələri ilə sonrakı emal 
nəticəsində dörd əvəzli ammonium duzları əmələ gətirə bilir: 
 
           
+
RH              +RCI                +RCI              +RCI 
NH
3  
→
RNH
2   
→
 R
2
NH 
→
  R
3
N  
→
 R
4
N
+
CI

     
............(5.19) 
          

HCI              

HCI               

HCI     
 
       Dixlortörəmələrindən  istifadə  olunduğu  halda  (məsələn,  dixloretan)  hər  iki  xlor 
atomunun  əvəzolunması  baş  verir  ki,  bu  da  ilkin  reagentlərin  bifunksionallığı 
hesabına zəncirin tədricən uzanmasına səbəb olur: 
 
                             +NH
3
                                   +NH
3
 
 CICH
2

CH
2
CI 
→
  CICH
2

CH
2
NH
2
  
→
  H
2
NCH
2

CH
2
NH

→
    
                      

HCI                                           

HCI    
            
   +CICH
2
CH
2
CI                                                                 +NH
3
 
    
→
    H
2
NCH
2

CH
2
NH

CH


CH
2
CI     
→
 
         

HCI                                                                           

HCI                                                                                   
  
      
→
   H
2
NCH
2

CH
2
NH

CH


CH
2
NH
2
  və s.    ......  (5.20) 
 
Digər dönməyən ardıcıl-paralel reaksiyalarda olduğu kimi bu halda da reaksiya 
məhsullarının  tərkibi  ilkin  reagentlərin  nisbətindən  asılıdır.  Bu  zaman  amonyakın 
alifatik  və  aromatik  xlortörəmələri  ilə  reaksiyaları  arasında  kəskin  fərq  olur.  Birinci 
başlanğıc  mərhələ  digər  mərhələlərə  nəzərən  xeyli  yavaş  gedir,  belə  ki,  alifatik 
aminlər  amonyaka  nəzərən  yüksək  reaksiya  qabiliyyətinə  malikdirlər  və  bu  da  birli 
aminlərin  alınması  üçün  əlverişli  deyil.  Ona  görə  də  reaksiya  məhsulları  içərisində 


 
130
birli  aminlərin  miqdarı  az  olur,  onun  miqdarını  artırmaq  üçün  böyük  amonyak  
artıqlığı tələb olunur. Birli aminlərin sənaye sintezlərində  NH
3
 : xlortörəmələri  mol 
nisbəti  10:1-dən  30:1  hədlərində  saxlanılır.  Amonyakın  aromatik  karbohidrogenlərin 
xlorlu  törəmələri  ilə  reaksiyası  zamanı  isə  birinci  mərhələ  ikinci  mərhələyə  nisbətən 
tez  baş  verir  ki,  bu  da  birli  aminlərin  alınması  üçün  əlverişlidir.  Bu  halda  reaksiya 
məhsulları  içərisində  birli  aminlərin  miqdarı  daha  çox  olur  və  onun  azacıq  miqdar 
ikili  aminlərlə  qarışığının  alınması  üçün  nisbətən  az  amonyak  artıqlığı  kifayət  edir. 
Beləliklə,  xlorbenzoldan  anilinin  istehsalı  prosesində  NH
3
:  xlorbenzol  nisbəti  cəmi 
5:1 həddində götürülür. 
 
Xlortörəmələrindən aminlərin sintezi prosesində ardıcıl-paralel reaksiyaların bir 
qeyri  adi  xüsusiyyəti  vardır.  Əmələ  gələn  hidrogen  xlorid  amonyak  və  aminlərlə 
birləşərək  xlortörəmələri  ilə  reaksiyaya  girmə  qabiliyyətinə  malik  olmayan  duzlar 
ə
mələ gətirir. Ehtimal olunur ki, hidrogen xloridin paylanması amonyak və aminlərin 
ə
saslılığından asılı olur, həm də aşağıdakı tarazlıq yaranır: 
 
 
  
Alifatik  aminlərin  yüksək  əsaslılığı  tarazlığın  saga  doğru  yönəlməsinə  səbəb 
olur, lakin amonyakın artıq miqdarda götürülməsi bunun qarşısını alır. Nəticədə yenə 
də  aminin  xeyli  hissəsi    reaksiya  qabiliyyətini  itirdiyinə  görə  qalan  məhsulların 
alınmasında iştirak edə bilmir. Bu da birli aminlərin çıxımını artırır, həm də reaksiya 
kütləsinə ammonium xloridin əlavə olunması reaksiya sürətini daha da artırır. Karbon 
qazı  da  aminləri  özünə  birləşdirərək  karbonatlar  əmələ  gətirir  ki,  bu  da  reaksiyanı 
daha effektiv edir. Ammonium xlorid və ya karbonatların iştirakı ilə alifatik aminlərin 
sintezi zamanı birli aminlərin yüksək çıxımı xlortörəmələrinə nəzərən amonyakın 2-4 
dəfə artıqlığında əldə olunur. Aydındır ki, amonyakdan daha zəif əsaslılığa malik olan 
aromatik aminlərin sintezi zamanı göstərdiyimiz faktorlar əksinə təsir edəcəkdir. 
 
 
         RNH
2
   +   NH
4
CI                  RNH
3
CI   + NH
3
  .... (5.21) 


 
131
    5.4.2. Xlortörəmələrdən aminlərin sintezi prosesinin texnologiyası 
  
Xlortörəmələrinin  amonyak  və  aminlərlə  reaksiyasını  amonyakın  sulu 
məhlullarından  istifadə  etməklə  həm  maye  fazada,  həm  də  susuz  amonyakın  iştirakı 
ilə qaz fazada aparmaq olar.  
 
Prosesin  optimal  sürətini  əldə  etmək    üçün  tələb  olunan  temperatur 
xlortörəmələrinin reaksiya qabiliyyətindən hədsiz çox asılıdır. Alifatik xlortörəmələri 
üçün  bu  temperatur  50  –  150
0
C  və  xlorbenzol  üçün  isə  200-210
0
C  olur.  Reaksiya 
kütləsini maye halda saxlamaq üçün təzyiqi artırmaq tələb olunur ki, bu da amonyakın 
qatı  sulu  məhlullarının  bu  temperaturdakı  yüksək  təzyiqi  altında  daha  da  yüksəlir. 
Müxtəlif  proseslər  üçün  təzyiq  0,5-6  MPa  arasında  dəyişir.  Əksər  xlortörəmələri 
amonyakın sulu məhlullarında həll olmurlar  və reaksiya heterogen fazalı mühitdə baş 
verir.  Bununla  əlaqədar  olaraq  prosesin  intensivləşdirilməsi  üçün  qarışdırma  və  ya 
mayenin 
turbulent 
rejiminin 
ə
ldə 
olunması 
ilə 
reaksiya 
kütləsinin 
emulsiyalaşdırılmasının  böyük  əhəmiyyəti  vardır.  Bu  məqsədlə  səthi  aktiv 
maddələrdən istifadə olunması məsləhət görülür. 
 
Aminlərin 
xlorlutörəmələrdən 
sintezinin 
periodik 
prosesləri 
reaksiya 
məhsullarının  buxarla  qızdırılması    və  su  ilə  soyudulması  üçün  köynəklə  təchiz 
olunmuş qarışdırıcılı avtoklavda həyata keçirilir. 
Fasiləsiz  prosesləri  isə  kiçik  diametrli  borulu  sobalarda  aparırlar.  Sobanın 
borularının  diametrinin  kiçik  olması  onun  divarının  qalınlığının  kiçilməsinə  səbəb 
olur  ki,  bunun  da  nəticəsində  mayenin  turbulent  hərəkəti  əldə  edilir.  Reaksiyanın 
sonunda  ilk  öncə  təzyiqi  azaldırlar.  Bu  halda  artiq  olan  amonyak  buxarlanır  və 
regenerasiya sisteminə göndərilir. Reaksiya mayesini soyudurlar və qələvi məhlulu ilə 
neytrallaşdırırlar. Artıq  amonyakı  qovub  ayırdıqdan  sonra  neytrallaşdırılmış  kütlənin 
sonrakı emalı ekstraksiya və rektifikasiya üsulu ilə aparılır. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə