Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   2   3   4   5   6   7   8   9   ...   44

 
21
ilə təmizləyirlər. Prosesin işçi parametrləri: təzyiq 1-0,2 MPa, temperatur  140
÷
110
°
C. 
Bu    prosesdə  yan  məhsul  alınmır.  Propan-propilen  fraksiyasını,  tərkibindən  allen  və 
metilasetileni  ayırdıqdan  sonra,    ya  piroliz    prosesinə  qaytarırlar  ya  da  yanacaq  qazı  
kimi  istifadə  edirlər.  Asetonitrilin  regenerasiyası  kalonunun  kub  qalığı,  asetonitrilin 
qətranlaşmış  məhsulu,  tullantı  olub  vaxtaşırı  olaraq  yandırılmaya  göndərilir.  Aşağı 
temperaturlu  rektifikasiya  yolu  ilə  metilasetilen-allen    fraksiyasından  yüksək 
təmizlikdə alleni ayırırlar. 
        Metilasetilen-allen fraksiyasından aşağı temperaturlu rektifikasiya yolu ilə allenin 
alınması prosesi aşağıdakı 3 mərhələdən ibarətdir: 
 1)  P  =  0,13  MPa  təzyiq    altında,  T
a
  = 

22
°
C  ,  T
y
  = 

  37
°
C    temperaturda    yüngül 
uçucu komponentlərin ( propan, propilen ) qovulması ; 
 2) P = 0,12 MPa təzyiq  altında, T
a
 =20
°
C , T
y
 = 

35
°
C  temperaturda metilasetilen – 
propan azeotrop qarışığının qovulması; 
 3) P=0,11 MPa təzyiq altında, T
a
 = 

 26
°
C, T
y
 = 

 16
°
C  temperaturda qatılaşdırılmış 
allen fraksiyasının qovulması.  
             Proses zamanı allen-propan azeotrop qarışığını ayırmırlar. Proses allenin 97% 
təmizliklə alınmasına imkan yaradır, əmələ gələn kub məhsulunun tərkibində 96-98% 
metilasetilen  olur.  Əgər  metilasetilenin    100%-li  təmizliyi  tələb  olunarsa  onda  kub 
məhsulu  əlavə  olaraq  rektifikasiya  prosesinə  düçar  edilir,  prosesin  texnoloji 
parametrləri :  P = 0,112 MPa, T
a
 = 

12
°
C, T



24
°
C . 
            Metilasetilen-allen  fraksiyasının  ayrılması  zamanı  kub  məhsulu  kimi  alınan 
metilasetileni  katalitik  izomerləşdirməklə  allen  almaq  olar.  Metilasetilenin  katalitik 
izomerləşmə  prosesi  üçün  effektiv  katalizator  modifikasiya  olunmuş  kalsium 
alüminatlar hesab olunur. Proses  0,1 MPa təzyiqdə, 100-130
°
C temperaturda və 0,7-
1,0  dəqiqə    kontakt  muddətində  aparılır.  C
3
  -  karbohidrogenlər  qarışığından  aşağı 
temperaturlu  rektifikasiya  üsulu  ilə  allenin  ayrılma    prosesi  əlavə  enerji  məsrəfləri 
tələb etmir. Bu üsulun   çoxtonnajlı EP - 300 qurğularında tətbiq olunması neft kimya 
məhsullarından kompleks istifadə məsələsinin həllinə kömək edəcəkdir.
  


 
22
1.3.4. Tsiklopentadien və ditsiklopentadienin alınması 
 
                                                                                          
                                                        
            Tsiklopentadien  tərkibində  qoşa  ikiqat  rabitəsi  olan  alitsiklik  birləşmələr 
sinifinə aiddir. Tsiklopentadien - 1,3 və ya onun əmtəə forması olan ditsiklopentadien 
tərkiblərində  olan  ikiqat  rabitələrin  hesabına  yüksək  reaksiya  qabiliyyətinə  malik 
olduqları  üçün  müxtəlif  sintezlərdə  o  cümlədən  də  polimer  maddələrin,  kauçukların, 
plastifikatorların, insektisidlərin, yüksək enerji tutumlu birləşmələrin və s. alınmasında 
istifadə  oluna  bilərlər.  Alçaq  molekullu  olefinlər  istehsalının  sürətlə  inkişafı  ilə 
ə
laqədar olaraq tsiklopentadien və ditsiklopentadienin istehsalı üçün də əlverişli şərait 
yaranır.  
     Tsiklopentadien və ditsiklopentadieni həm sintez yolu ilə, həmçinin də koks-kimya 
və  ya  neft-kimya  xammallarının  pirolizinin  maye  məhsullarından  ayırmaqla  almaq 
olar.  Tsiklopentadien  və  onun  homoloqlarının  sintetik  yolla  istehsalı  sənayedə  tətbiq 
sahəsi  tapmamışdır.  Sənaye  miqyasında  ilk  dəfə  tsiklopentadien  və  ditsiklopentadien 
koks-kimya  sənayesində  daş  kömürün  emalı  zamanı  alınan  benzol  fraksiyasından 
alınmaga  başlanmışdır.  Daş  kömürdən  alınan  ditsiklopentadienin  qatılıgı  96% 
olmuşdur. Lakin tədricən daş kömürün ditsiklopentadien resursu kifayət olmadı. Bu da 
ditsiklopentadienin  ən  zəngin potensiallı  mənbəyi olan  neft  fraksiyalarının pirolizinin 
maye  məhsullarından  ditsiklopentadienin  ayrılma  prosesinin  tədqiqinin  inkişafına 
təkan  verdi.  Pirolizin  maye  məhsulları  içərisində  bu  birləşmələr  həm  monomer 
(tsiklopentadien  və  ditsiklopentadienin  ümumi  miqdarının  60–80%-i)  həm  də  dimer 
    
H

C

C

 

             
   H

C    C

 
H    - Tsiklopentadien ,                                       -Äètñèêëîïåíòadien      
            CH
2
                                                  CH
2
 
           


 
23
şə
klində olur. EP -300 etilen qurğusunda tsiklopentadienin çıxarılma dərəcəsi 80–90% 
olduğu  halda  il  ərzində  4,5-6,0  min  ton  ditsiklopentadien  almaq  olar.  Piroliz 
məhsullarından  alınan  ditsiklopentadien  və  digər  qiymətli  monomerlər  ənənəvi 
üsullarla istehsal olunan monomerlərə nəzərən daha yüksək effektivliyi ilə xarakterizə 
olunur.  Məsələn,  neft  fraksiyalarının  piroliz  məhsullarından  alınan  C
5
  fraksiyasının 
emalı  ilə  tsiklopentadien,  izopren  və  piperilenin  ayrılması  prosesində  bir  manatlıq  
ə
mtəə  məhsuluna  sərf  olunan  xərclərin  iki  dəfə  azalmasına  imkan  yaranır.  Piroliz 
fraksiyalarının ixtisaslı emalı etilen istehsalının iqtisadi effektivliyinin artırılması üçün 
mühüm  faktor  olub  təbii  ehtiyatların  genişləndirilməsinə    və  qiymətli  monomerlərin 
maya  dəyərinin  azaldılmasına  səbəb  olur.  Neft-kimya  tsiklo-  və  ditsiklopentadienin 
bütün  alınma  üsulları  monomerin  dimerləşmə  xassəsinə  və  onun  C
4
-C
6
  atsiklik 
karbohidrogenləri ilə sodimerləşməsinə və əks reaksiya–alınan dimer- və sodimerlərin 
monomerləşməsinə əsaslanır ki, bu da monomerləri yaxın qaynayan yan məhsullardan 
ayırmaga  imkan  yaradır.  Sənaye  miqyasında  etilen  istehsalı  prosesində  alınan, 
tərkibində  monomer  olan  xüsusilə  hidrogenləşdirilməmiş  C
5
  karbohidrogen 
fraksiyasından  ditsiklopentadienin  ayrılması  üsulu  geniş  inkişaf  etdirilmişdir. 
Pirokondensatdan  ayrılan  və  tərkibində  tsiklopentadien  ,  izopren,  piperilen  və  digər 
karbohidrogenlər  olan  C
5
  fraksiyası  dimerləşmə  reaktoruna  daxil  olur.  Burada 
tsiklopentadien 
110-135
°
C-yə 
qədər 
qızdırılaraq 
ditsiklopentadienə 
çevrilir, 
qatılaşdırılmış  ditsiklopentadieni  rektifikasiya  yolu  ilə  ayırırlar.  Tsiklopentadienin 
sodimerlərinin  digər  dienlər,  trimerlər,  polimerlər  və  başqa  qarışıqlarla  dimerləşməsi  
prosesi  zamanı  yaranan  ditsiklopentadienin  təmizlənməsi  məqsədilə  ditsiklopentadien 
parçalanma,  sonra  təkrar  dimerləşmə  (birinci  dimerləşmədən  fərqli  şəraitdə)  və 
rektifikasiya  prosesinə  uğradılır.  Belə  üsul  xammal  kimi  geniş  karbohidrogen 
fraksiyalarından  istifadə  olunmasına  imkan  yaradır.  Təcrübə  və  təcrübə-sənaye 
qurğularının layihələndirilməsi zamanı optimal texnoloji rejimin hesablanması, reaktor 
tipinin  seçilməsinə  imkan  verən  riyazi  model  işlənib  hazırlanmışdır.  Bu  model  eyni 
zamanda  baş  verən  üç  reaksiyanı-tsiklopentadienin  dimerləşməsi,  siklopentadienin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə