Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   2   3   4   5   6   7   8   9   10   ...   44

 
24
izopren və piperilen ilə sodimerləşməsini nəzərə alır. Ditsiklopentadienin parçalanması 
tsiklopentadienin  dimerləşməsindən  fərqli  olaraq  həm  termiki  həm  də  katalitik  üsulla 
həyata keçirilə bilər. Həm maye həm də buxar fazada aparıla bilən termiki parçalanma 
prosesi daha geniş yayılmışdır. Maye fazalı parçalanma prosesi çoxlu miqdarda qətran 
ə
mələgəlməsilə  müşayiət  olunur.  Bunun  qarşısını  almaq  üçün  bəzən  maye  fazalı 
parçalanma  prosesini  eyni  zamanda,  həm  istidaşıyıcı  həm  də  durulaşdırıcı  rolunu 
oynayan,  yüksəktemperaturda  qaynayan  üzvi  mayelərin  mühitində  aparırlar.  Bundan 
başqa  onun  iştirakılə  rektifikasiya  prosesi  və  alınan  monomerin  ayrılması  asan  baş 
verir,  məqsədli  məhsulun  çıxımı  da  artır.  Ditsiklopentadienin  buxar  fazada 
parçalanması zamanı qətran əmələgəlməsi azalır. Bu halda prosesi eyni zamanda həm 
də  istidaşıyıcı  rolunu  oynayan  inert  durulaşdırıcıların,  məsələn  metan  və  ya  su 
buxarının, iştirakı ilə aparırlar. Buxar fazalı parçalanma prosesi konstruksiyasına görə 
daha  mürəkkəbdir.  İzoprenin  ayrılması  ilə  C
5
  fraksiyasının  kompleks  emalı  zamanı 
ekstraksiyalı  rektifikasiya  üsulundan  istifadə  olunur.  Pirolizin  maye  məhsullarının 
müxtəlif  fraksiyalarından  tsiklopentadien  və  ditsiklopentadienin  ayrılması  prosesinin 
təcrübi işlənməsi zamanı aşağıdakı fraksiyalardan istifadə olunur: 
1) EP-60 etilen qurğusunun debutanizator kalonunun kub məhsulu 

 C
5
 fraksiyası; 
2)  Geniş  karbohidrogen  fraksiyasının  pirolizinin  maye  məhsul  konsentratı 

  C
6
 
fraksiyası;  
3)  Benzin  rafinat  (25%)  və  birbaşa  qovma  benzini  (75%)  qarışığının 
yüksəktemperaturlu  pirolizi  məhsullarından  ayrılmış  C
5
-C
6
  karbohidrogenlər 
fraksiyası; 
4)  EP-60  qurğusunda  pirokondensatdan  ayrılan  pentan  kalonunun  distillatı  olan  C
5
 
fraksiyası; 
5) EP-60 qurğusunda alınan pirokondensatdan ayrılan 

 C
9
 fraksiyası. 
   Hal-hazırda ditsiklopentadienin sənaye istehsalı EP-300 və EP-450 etilen istehsalı 
bazasına  uyğun  olaraq  layihələndirilir.  Ditsiklopentadienin  C
5
  karbohidrogenlər 
fraksiyasından  ayrılması  qurğusunun  texnoloji  sxemi  şəkil  1.5.-də  verilmişdir.  C
5
 


 
25
karbohidrogenlər  qarışığı  1  dimerləşmə  reaktoruna  verilir.  Burada  C
5
 
karbohidrogenlərinin  tərkibində  olan  tsiklodienlərin  dimerləşmə  prosesi  gedir. 
Dimerləşmə  reaktorları  reaksiya  zonalarının  həcmi  müxtəlif  (20-dən  144  litrə 
qədər)  olan  boru-boru  içərisində  tipli  istidəyişdirici  aparatlardır.  1  dimerləşmə 
reaktorundan  çıxan  reaksiya  məhsulları  atmosfer  təzyiqi  altında  rektifikasiya 
prosesinə  düçar  edilir,  tsiklopentadiendən  ayrılan  C
5
  karbohidrogenləri  kalonun 
yuxarısından  çıxır.  2  rektifikasiya  kalonunun  aşağısından  çıxan  ditsiklopentadien 
konsentratı  3  monomerləşmə  reaktoruna  verilir.  Monomerləşmə  reaktoru 
borularının  diametri  60  və  50  mm  ,  uzunluqları  isə  müvafiq  olaraq  1400  və  3500 
mm olan boru-boru içərisində tipli istdəyişdirici aparatdır. Monomerləşmə prosesini 
qızmış  su  buxarının  iştirakı  ilə  600
°
  C    temperaturda  aparırlar.  3  monomerləşmə 
kalonundan  çıxan  monomerizat  4  rektifikasiya  kalonuna  göndərilir.  Rektifikasiya 
üçün diametri 80, 100 və 150 mm olan doldurma tipli (doldurmanın hündürlüyü 2 
metrdən  12  metrə  qədər)  kalondan  istifadə  olunur.  4  rektifikasiya  kalonunun 
yuxarısından  tsiklopentadien  ayrılır  və  5  dimerləşmə  kalonuna  verilir.  Xammalın 
tərkibində  olan  tsiklopentadienin  ilkin  qatılığından  (5–  15%)  asılı  olaraq  onun 
dimerləşmə  prosesi  120
°
C-dən  135
°
C  arasında  1–3  saat  müddətində  həyata 
keçirilir.  4  rektifikasiya  kalonunun  aşağısından  tsiklopentadienin  dimerləri  və 
sodimerləri 
çıxarılaraq 
resirkulyasiya 
olunur. 
Tsiklopentadienin 
selektiv 
dimerləşmə  prosesi  60-100
°
C  temperaturda  və  0,8-1,3  saat  müddətində  aparılır. 
Ditsiklopentadien  konsentratının  monomerləşməsi    buxar  fazada  400
°

temperaturda,  0,1  saniyəlik  kontakt  müddətində,  buxar:xammal  nisbətinin  3

4:1 
qiyməti  intervalında  aparılır.  Bütün  proses,  həm  reaksiya  həm  də  rektifikasiya 
mərhələləri  fasiləsiz  sxem  üzrə  həyata  keçirilir.  Ditsiklopentadiendən  azad  olmuş 
C
5
  fraksiyasının  ayrılması  6  atmosfer  rektifikasiya  kalonunda  aparılır.  6 
rektifikasiya  kalonunun  yuxarısında  temperatur  28-40
°
C,  aşağısında  isə  85-135
°

hədlərində  saxlanılır.  Qatılaşdırılmış  tsiklopentadienin  ayrılması  zamanı  isə 
kalonun yuxarısında temperatur 35
÷
40
°
C, aşağısında 80
÷
107
°
C, fleqma ədədini isə 


 
26
0,5
÷
20  arasında  saxlayırlar.  Ditsiklopentadienin  vakuum  altında  rektifikasiya 
prosesini  P  =  3
÷
5  kPa  təzyiq  altında  7  vakuum  rektifikasiya  kalonunda  aparırlar. 
Kalonun  yuxarısında  temperatur  60
÷
80
°
C,  aşağısında  isə  90
÷
105
°
C  intervalında 
saxlanılır. Ditsiklopentadieni daha yüksək təmizlikdə almaq üçün onu əlavə olaraq 
vakuum rektifikasiya prosesinə düçar edirlər. Bu halda qalıq təzyiqi 3,99-10,64 kPa 
həddində, alınan ditsiklopentadienin təmizliyi isə 99,9% olur. 
        İlk  əvvəllər  ditsiklopentadien  əsasən  yadoximikatların  sintezində  istifadə      
olunurdu.  İstehsalın  əsas  aralıq  məhsulu  tsiklopentadienin  xlorlu  törəmələri,  o 
cümlədən heksaxlortsiklopentadien antipirenlər kimi istifadə oluna bilər. 
           Ditsiklopentadienin  sənaye  miqyasında  digər  ənənəvi  istifadə  istiqaməti 
ferrosenin   
[
bis(
η
-tsiklopentadienil)dəmir
]
  alınmasıdır.  Ditsiklopentadienin  VII  və 
VIII  qrup  metalları  ilə  əmələ  gətirdiyi  birləşmələr  antidetanator  vasitəsi  kimi  sürtgü 
yağlarına əlavə olunur və katalizator kimi də istifadə olunur. Tsiklopentadien və onun 
dimerinin  yüksək  reaksiya  qabiliyyətinə  malik  olması  onun  gələcəkdə  də    yüksək 
xassələrə  malik  geniş 
γ
-  sintetik  maddələrin  alınmasında  mühüm  xammal  olacağına 
imkan verəcəkdir.   
 
1.4. Maye piroliz məhsullarının emalı 
             Karbohidrogen  xammallarının  termiki  pirolizi  ilə  kiçik  molekullu  olefinlərin 
istehsalı  zamanı  xeyli  miqdarda  28
÷
450
°
C  və  daha  yuxarı  temperatur  hədlərində 
qaynayan  maye  məhsullar  da  alınır.  Birbaşa  qovma  benzininin  pirolizi  ilə  bir  ton 
etilenin istehsalı zamanı 1,0
÷
1,1 ton maye məhsullar alınır. 
        Müasir  etilen  komplekslərində  maye  məhsulları  yüngül  qətran  və  ya 
pirokondensat  (
Τ
qay  =  28
÷
200
°
C)  və  ağır  qətran  (Tqay  = 
>
  200
°
C)  fraksiyalarına 
ayırırlar.  Pirolizin  maye  məhsulları  ilk  növbədə  aromatik  karbohidrogenlər–benzol, 
toluol,  ksilollar,  C
8
-C
9
  alkilbenzolları,  naftalin,  alkilnaftalinlər,  indenlər,  difenil, 
asenaften,  fluoren,  fenantren,  antrasen,  stilben  və  onların  metil  törəmələri,  digər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə