Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   ...   4   5   6   7   8   9   10   11   ...   44

 
27
kondensləşmiş  aromatik  karbohidrogenlər  qarışığından  ibarətdir.  Bundan  başqa 
pirolizin  maye  məhsulları  tərkibində  atsiklik  və  alitsiklik  dien  karbohidrogenləri, 
(izopren,  tsiklopentadien,  piperilen  və  s.)  olefinlər,  vinilaromatik  karbohidrogenlər 
(stirol, metilstirollar) və həm də parafin və naften qarışıqları olur. Daş kömür qətranı 
ilə yanaşı pirolizin maye məhsulları da xalq təsərrüfatında vacib hesab olunan bir çox 
γ
-  məhsulların  –  C
6
÷
  C
8
  aromatik  karbohidrogenlərinin,  neft  polimer  qətranları  (bitki 
yağları  və  kanifolun  əvəzləyicisi),  həlledicilər,  naftalin,  texniki  karbon,  koks  və  s. 
alınmasında qiymətli xammaldır. Daş kömür qətranı  ilə müqayisədə piroliz məhsulları 
çox  böyük  miqdarda  alınır,  özü  də  onların  tərkibində  arzuolunmayan  heteroüzvi 
birləşmələr qarışığı xeyli az olur. Müxtəlif xammalların pirolizinin maye məhsullarının 
karbohidrogen  tərkibi  eyni  tiplidir.  Pirolizin  temperaturunu  artırdıqca  məhsulun 
tərkibində 
aromatik 
karbohidrogenlərin, 

cümlədən 
benzol 
və 
yüksək 
kondensləşdirilmiş  aromatik  birləşmələrin  qatılığı  artır.  Nisbətən  dar  fraksiyalardan 
üzvi  sintez  sənayesi  üçün  qiymətli  xammal  olan  fərdi  karbohidrogenlər,  məsələn 
izopren,  tsiklopentadien,  benzol,  stirol,  naftalin  və  s.  kondensləşdirilir.  Belə 
məhsulların  emalının  əsas  istiqaməti  aromatik  karbohidrogenlərin  –  kükürddən  azad 
olmuş  benzol, toluol, ksilolların və ya da ancaq benzol və həmçinin naftalin, tetralinin 
alınmasıdır.  Digər  istiqamət  tərkibində  reaksiya  qabiliyyətli  doymamış  birləşmələr 
olan  xüsusi  fraksiyaların  neft  polimer  qətranları  və  ya  xüsusi  fərdi  doymamış 
birləşmələrin alınmasında xammal kimi istifadə olunmasıdır. 
     Pirokondensat və ya yüngül qətran fraksiyası hidrogenlə zənginləşdirildikdən sonra 
doymamış  karbohidrogenlərin  hidrogenləşmə  dərəcəsindən  asılı  olaraq  avtomobil 
benzinlərinin  yüksək  oktanlı  stabil  komponenti  və  ya  piroliz  xammalı  kimi  istifadə 
oluna bilər. Əsasən bi- və tritsiklo aromatik karbohidrogenlərdən ibarət olan pirolizin 
ağır  qətranının  orta  fraksiyası  texniki  karbon,  aviasiya  yanacağı,  tünd  neft  polimer 
qətranlarının  alınması  üçün  xammal  ola  bilər.  Ağır  qətranın  qalıq  fraksiyası            
(T
qay 
>
32O 
÷
360
°
C)  koks  almaq  üçün  yüksək  keyfiyyətli  xammal  ola  bilər.  Maye 
piroliz  məhsullarını  emal  etmək  üçün  seçilən  üsul  iqtisadi  cəhətdən  səmərəli  və 


 
28
məqsədəuyğun olmalıdır. Məsələn, polimerləşmə və hidrogenləşmə proseslərinin birgə 
həyata  keçirilməsi  eyni  zamanda  həm  qiymətli  neft-polimer  qətranlarının  alınmasına, 
həm  hidrogen  sərfinin  ixtisarına  (hidrogenə  qənaət  etməklə),  həm  də,  polimerləşmə 
zamanı  doymamış  karbohidrogenlərin  çox  hissəsinin  xammalın  tərkibindən  azad 
edilməsi 
nəticəsində, 
C
6
–C
8
–aromatik 
karbohidrogenlərinin 
hidrogenləşmə 
texnologiyasının  sadələşməsinə  səbəb  olar.  Pirolizin  maye  məhsullarının  tərkibi 
onların emalının və texnoloji sxeminin çevik olmasına imkan yaradır. Hidrogenləşmə 
prosesləri üçün uzun müddətli istismar zamanı daha aktiv və selektiv olan, palladium 
və  nikel  əsasında  hazırlanmış,  ən  yeni  iki    katalizator  növü  sənaye  miqyasında 
sınaqdan  keçirilmişdir.  Tərkibində  0,2-0,3%  palladium  saxlayan  PSV  və  PK  markalı 
katalizatorlar  hazirlanma  terxnologiyasına  və  öz  aktivliklərinə  görə  mövcud  sənaye 
qurğularında 
istifadə 
olunan 
MA-15 
markalı 
alümo-palladium-sulfid 
katalizatorlarından  xeyli  üstündür.  Palladium  əsaslı  katalizatorların  müqayisəli 
xarakteristikası cədvəl 1.3-də göstərilmişdir. PSV markalı katalizator 2 modifikasiyada 
sınaqdan  keçirilmişdir:  PSV-S  və  PSV-M.  Birinci  halda  palladium  metal  halında, 
ikinci  halda  isə  sulfid  formasında  olur.  EP-60-2  qurğusunda  PSV-M  markalı 
katalizatorun işləmə muddəti, regenerasiyasız və nisbətən sərt şəraitdə, hidrogenizatın 
resirkulyasiyası 
olmadan, 
10000 
saat 
olmuşdur. 
PSV-S 
katalizatorunun 
hidrogenləşdirici  aktivliyi  PSV-M  katalizatoruna  nəzərən  daha  azdır,  lakin  onun 
selektivliyi  və  kükürdlü  birləşmələrə  qarşı  davamlılığı  yüksəkdir.  Alkenil  aromatik 
karbohidrogenlər  və  indenin  bu  katalizator  üzərində  hidrogenləşmə  dərəcəsi  kifayət 
dərəcədə  yüksəkdir.  PSV-S  katalizatoru  sınaq  zamanı  bir  necə  min  saat  işləmişdir. 
Pirokondensatdan stabil avtomobil benzini almaq üçün digər PK-25 tipli katalizator da 
işlənib hazırlanmışdır. EP-300 kompleksindən gələn C
5
 və C
9
 fraksiyası ilə, 30-190
°

temperatur həddində qaynayan pirokondensat qarışığının hidrostabilləşməsi prosesində 
PK-25 katalizatoru 8000 saatdan artıq işləmişdir.                                                                                                     
    
 


 
29
 Cədvəl 1.3 
Palladium əsaslı katalizatorların müqayisəli xarakteristikası 
Göstəricilər 
MA-15 
PSV-M 
PK-25 
Palladiumun  miqdari,    % ilə. 
0,50 
0,35 
0,25 
Daşıyıcı 
γ
 -
ΑΙ
2
O
3
 
γ
 -
ΑΙ
2
O
3
 
γ
-
ΑΙ
2
O
3
 
Katalizator dənələrinin Pd ilə 
hopdurulma dərinliyi, mm ilə 
Bütün səth boyunca  Səthdə yüksək 
qatılıqda 
0,2-0,3 
Dənələrin ölçüsü, mm ilə : 
1.diametri 
2.uzunluğu 
 
2,6-3 
3-9 
 
2,3-2,7 
3-10 
 
2,6-3,0 
3-9 
Doldurma sıxlığı, kq/m
3
 
0,68 
0,78 
0,70 
Möhkəmliyi, kq/mm dənələrin 
diametrinə görə 
0,5-1,0 
2,0-2,5 
1,0 
Xüsusi səthi,m
2
/q 
170-190 
 
150-190 
170-200 
Möhkəmləndirmə (850
°
C) 
zamanı itki, % ilə 

 9,0 

1,8-3,7 

 9,0 
 
 
 
1.4.1. Pirolizin maye məhsullarından ayrılan benzol-toluol-
ksilol fraksiyasının benzola  hidrogenləşdirici emalı 
Hal-hazırda  sənayedə  benzol-toluol-ksilol  (BTK)  fraksiyasının  hidrogenləşdirici 
emalının 2 variantı həyata keçirilir: 
1)  qeyri-aromatik  karbohidrogenlərin  hidrokrekinqi  və  2)alkilbenzolların 
hidrodealkilləşməsi.  Bu  proseslər  termiki  və  katalitik  yolla  aparıla  bilər.  Termiki 
proses  ilk  dəfə,  Yaponiya  və  Azərbaycanda,  1967-ci  ildə  həyata  keçirilməyə 
başlanmışdı.  Dünya  praktikasında  pirolizin  maye  məhsulu  BTK  fraksiyasının 
hidrogenləşdirici emalı ilə  benzolun  alınması  prosesi geniş yayılmışdır.  Bu halda son 
yüksəktemperaturlu mərhələ katalizatorun iştirakı ilə gedir. Prosesin fərqli xüsusiyyəti 
ondan  ibarətdir  ki,  burada  hidrogenləşdirmə  ilə  emal  prosesi  daha  yüksək  təzyiq 
altında, 6 –6,5 MPa və 600-640
°
C  temperaturda aparılır. Pirolizin maye məhsullarının 
BTK fraksiyasının benzola hidrogenləşdirici emal proseslərinin geniş istifadə olunun 2 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə