Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   2   3   4   5   6   7   8   9   ...   44

 
8
yaradan tullantısız və ya az tullantılı texnologiyaların yaradılması; 
2. Xammal kimi “öz” tullantılarından və həmçinin də digər sənaye sahələrinin tullantı 
və yan məhsullarından isttifadə edən yeni istehsal sahələrinin yaradılması;  
3. Təbii bioloji sistemlər tərəfindən mənimsənilə bilən məhsulların müəyyən edilməsi; 
4. Əsas üzvi və neft-kimya sintezinin müxtəlif məhsullarının, biosferə düşdükdə ətraf 
mühitə  və  insanlara  zərərli  təsir  göstərməyən,  buraxıla  bilən  miqdarının  müəyyən 
edilməsi;    
5 Az enerji tutumlu və  az su tələb edən istehsal sahələrinin yaradılması. 
      Müasir  kimya  istehsal  sahələri  qarşısına  qoyulan  əsas  tələbatlardan  biri  ətraf 
mühitin  sənayenin  zərərli  tullantılarından  mühafizə  olunmasından  ibarətdir.  Bu 
məqsədlə  elə  texnoloji  proseslər  yaradılmalıdır  ki,  həm  məqsədli  məhsulun  kəmiyyət 
və keyfiyyətinə qoyulan təlabat təmin olunsun, həm də xammaldan kompleks istifadə 
mexanizmi,  tozlu  qaz  tullantılarının,  çirkli  suların  yüksək  effektivliklə  təmizlənməsi 
üçün  müasir  üsulların  tətbiqi  və  onlara nəzarət  sistemi  mövcud  olsun.  Digər  tərəfdən 
həm  aztullantılı,  həm  də  tullantısız  istehsal  proseslərinin  hazırlanması  üçün  hazırda 
ümumi  prinsiplər  mövcuq  deyil.    Tullantısız  və  ya  aztullantılı  istehsal  sahələrinin 
yaradılması bir- biri ilə qarşılıqlı əlaqədə olan iki  – ekoloji və iqtisadi, məsələni həll 
etməyə  imkan  yaradır.  Odur  ki,  təbii  resurslara  və  enerjiyə  qənaət  edən,  yeni  ekoloji 
təhlükəsiz texnologiyaların yaradılması və tətbiqi vacib məsələdir. 
    Təqdim olunan dərslikdə kimya və neft - kimya sənaye sahələrində yeni ekoloji 
təhlükəsiz  və  tullantısız    proseslər,  onların  elmi  əsasları,  kimyası  və  kinetikası, 
texnologiyası və avadanlıqları, istehsalın texniki-iqtisadi aspektləri, alınan üzvi sintez 
məhsullarının  və  tullantılarının  istifadə  sahələri  haqqında  qısa  və  ən  əsas  məlumatlar 
verilmiş və xalq təsərrufatı üçün əhəmiyyəti göstərilmişdir. 
  \ 
 
 


 
9
I. Karbohidrogen xammallarının istehsalı 
Sənayecə inkişaf etmiş ölkələrin neft - kimya potensialı etilen və propilen kimi 
aşağı  molekullu  olefinlərin  istehsal  həcmi  ilə  müəyyən  olunur.  Aromatik 
karbohidrogenlərlə,  o  cümlədən  də  benzolla,  birlikdə  onlar  uzvi  sintez  sənayesinin 
xammal  mənbəyinin  əsasını  təşkil  edirlər.  Hal  -  hazırda  dünya  neft-  kimya  sənayesi 
miqyasında  aşağı  molekullu  olefinləri  qaz  və  maye  halında  olan  karbohidrogen 
xammallarının  borulu  sobalarda    pirolizi  yolu  ilə  alırlar.  Borulu  sobaların  daima 
təkmilləsdirilməsi  ilə  məqsədli  məhsulun  ideal  çıxımını  əldə  etmək    mümkündür. 
Digər  tərəfdən  soba  bloku  sxeminə  tablaşdırıcı-buxarlandırıcı  aparatın  qoşulması 
piroliz  məhsulları    istiliyinin  utilizasiyası  ilə  piroqaz  kompressorlarının  ötürücüsündə 
istifadə  olunan  yüksək təzyiq  buxarının  generasiyası    mümkündür.  Borulu    sobalarda 
aparılan  piroliz  proseslərinin  texniki  iqtisadi  göstəricilərinin  əhəmiyyətli  dərəcədə  
təkmilləşdirilməsinə  baxmayaraq borulu sobaların bir sıra catışmayan xassələri vardır. 
Belə  ki,  ağır  neft  fraksiyalarının  emalı  zamanı  piroliz  rejiminin  sərtləşməsi  reaktor 
səthində  istilik  gərginliyinin  artmasına  səbəb  olur  ki,  bu  da  piroliz  borularının  istiyə 
davamlı  materialdan  hazırlanmasını  tələb  edir.  Piroliz  prosesinin  selektivliyinin 
artırılması  və,  müvafiq  olaraq,  etilen  istehsalının  texniki-iqtisadi  göstəricilərinin  
qiymətləndirilməsində    əsas  kriteriya  hesab  olunan,  xammala  görə  sərf  əmsallarının 
azaldılması  əsasən  heterogen  katalizatorların  iştirakı  ilə  gedən  yeni  piroliz 
proseslərindən istifadə etdikdə mümkündür. Borulu sobalarda aparılan  termiki piroliz 
prosesinə  nəzərən  katalitik  piroliz  prosesi  nisbətən  aşağı  temperaturda  baş  verir  və 
onun həyata keçirilməsi   zamanı istiyə davamlı xüsusi materialdan istifadə olunmasına 
ehtiyac      qalmır.  Digər  tərəfdən    yüksəktonnajlı    qurğuların  eyni  xammal  mənbəyi 
(məsələn    benzin  fraksiyası)  ilə  təmin  olunmasında  yaranan  çətinliklər    daha    geniş 
qamma  karbohidrogen  xammallarından,  o  cümlədən  də  atmosfer  və  vakuum  qazoyl 
məhsullarından  istifadə  edilməsinə  imkan  yaradan,  xammala  görə  çevik    piroliz 
texnoloji  sxemlərinin  yaradılmasını  vacib  edir.    Bu  növ  xammalların  qabaqcadan 
hidrozənginləşdirilməsi  onlardan borulu  sobalı    piroliz bloku  ilə təchiz olunan etilen 


 
10
qurgularında  istifadə  olunmasına  imkan  yaradır.  Açıq  neft  məhsulları  və  bütünlükdə 
neftdən qənaətlə istifadə olunması üçün ağır neft məhsullarının (mazut, qudron) təkrar 
emalı lazımdır. Neft - kimya sənayesinin xammal bazasını  genişləndirmək məqsədilə 
ağır  neft  qalıqlarının  piroliz  xammalı  kimi  istifadə  olunması  üçün  pirolizin  xüsusi 
texnologiyasının  və  reaksiya  aparatlarının  konstuksiyalarının  işlənib  hazırlanması 
vacibdir. 
 
1.1. Ağır neft xammallarının pirolizi 
Agır  neft  xammallarının  tərkibində  xeyli  miqdar  azotlu,  kükürdlü  birləşmələr, 
habelə  aromatik  birləşmələr  və  asvaltenlər  vardır.Əgər  benzinin  tərkibində  kükürdün 
miqdarı  0,01-0,07%  olarsa,  onda  atmosfer  qazoylunda  onun  miqdarı  1,0-1,6%, 
vakuum  qazoylunda  isə  3%  olar.  Həm  də  nəzərə  almaq  lazımdır  ki,  atmosfer  və 
vakuum  qazoyllarında  kükürd  əsasən  tiofenin,  azotlu  birləşmələr  isə  piridin  və 
xinolinin  törəmələri  şəklində  olur.  Benzindən  atmosfer  və  vakuum  qazoyllarına 
keçdikcə  onların  tərkibində  olan  aromatik  karbohidrogenlərin  miqdarı  dəyişir, 
məsələn, benzinin tərkibində aromatik karbohidrogenlərin miqdarı 2-9% olduğu halda 
atmosfer qazoylunda onun miqdarı 23 - 28 %, vakuum qazoylunda isə 55 - 60%-ə çatır 
ki,    bu  da  mühüm  keyfiyyət  müxtəlifliyi  ilə  müşayiət  olunur.      Xammalın  sıxlığı 
artdıqca  atmosfer və vakuum qazoyllarının tərkibində olan bi və politsiklik aromatik 
karbohidrogenlərin    miqdarı  da  artır    (müvafiq  olaraq  atmosfer  qazoylunda  10-15%, 
vakuum  qazoylunda  24-35%)  ki,  bu  da  onların  olefin  potensialını  azaldaraq 
koksəmələgəlmə  prosesini  sürətləndirir.  Benzinin  əvəzinə  atmosfer  və  vakuum 
qazoyllarından  istifadə  edərkən  piroliz    sobalarının  davamiyyət  müddəti  1,5-3  dəfə 
ixtisar  olunur,  xammala  görə  sərf  göstəriciləri    və  pirolizin  maye  məhsullarının  ağır 
fraksiyalarının  çıxımı  əhəmiyyətli  dərəcədə  artır.  Xammalın  tərkibində  kükürdlü 
birləşmələr qatılığının yüksək olması  və böyük miqdarda əmələ gələn çirkab sularının 
təmizlənməsi  zəruriyyəti də müəyyən çətinliklər yaradır.  Ağır xammallardan istifadə 
olunması  zamanı  piroliz  prosesinin  əsas  göstəricilərinin  pisləşməsinin  səbəbi  tək 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə