Yeni ekoloji tehlukesiz prosesler-2



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/44
tarix07.11.2017
ölçüsü5,01 Kb.
#9110
1   2   3   4   5   6   7   8   9   ...   44

 
18
      Hər hansı tərkibə malik  asetilen -etilen qarışığı, prosesin aparılma şəraitindən asılı 
olaraq  selektiv  absorbsiya  üsulu  ilə  alına  bilər.  Absorbent  kimi  aseton,  asetonitril 
(CH
3
-CN), N-metilpirrolidon və dimetil-formamid istifadə oluna bilər, ancaq bunların 
içərisində  prosesin  səraitinə,  selektivliyinə  və  həll  olma  dərəcəsinə  görə 
dimetilformamid ən yaxşı absorbent hesab olunur. 
       Asetilenin  ayrılması  prosesinin  texnoloji  sxemi  şəkil  1.2  -də  verilmişdir.  İlkin 
etan-etilen fraksiyası  2 MPa təzyiqlə yüksək təzyiq altında işləyən 1 absorberinə daxil 
olur.Bu  absorberin  yuxarı  hissəsinə  dimetilformamid  verilir  ki,  o  da  asetilen,  etan  və 
etilenin  bir  hissəsini  udur.  1  absorberinin  yuxarısından  asetilendən  təmizlənmiş  etan- 
etilen  fraksiyası  ayrılır  və  etilen  qurğusunun  C
2
  -fraksiyasının  ayrılması    kalonuna  
göndərilir. 

absorberinin 
kubundan 
doymuş 
dimetilformamid 

və 

istidəyişdiricilərini  keçərək  6  desorberində  bir  hissəsi  qazsızlaşdırılır  və 
drosselləşdirilir. Kondensləşdirilmiş etan - etilen fraksiyası  1 absorberində absorbsiya 
zamanı  ayrılan  istiliyin  çıxarılması  üçün  fleqma  kimi  istifadə  olunur.  6  desorberi 
dimetilformamiddə  həll  olmuş  etan,  etilen  və  asetilenin  ayrılmasına  xidmət  edir. 
Regenerasiya  olunan  dimetilformamid    6-desorberinin    kubundan  götürülür  4  və  5 
istidəyişdiricilərini  keçərək  1  absorberinə  suvarma  kimi  qaytarılır.  6  desorberinin 
yuxarısından  asetilenlə  zənginləşdirilmiş  qazlar  7  soyuducusunu  keçərək  aşağı  təzyiq 
altında  işləyən      9  absorberinə  verilir  ki,  burada  da  asetilenin  tamamilə  ayrılması 
prosesi baş verir. 9 absorberinə absorbent kimi  dimetilformamid verilir. Bu absorberin 
yuxarısından aşağı təzyiqli etan-etilen fraksiyası ayrılır və etilen qurğusundakı piroqaz 
axınına qatılır. Asetilen ilə doydurulmuş dimetilformamid  9 absorberinin kubundan 11 
və  12  istidəyişdiricilərini    keçərək  13  desorberinə  daxil  olur.  13  desorberinin 
yuxarısından xammal kimi asetilen çıxarılır. Regenerasiya olunmuş  dimetilformamid  
13 desorberinin kubundan götürülərək 12  və 11 istidəyişdiricilərini keçərək yenidən  9 
absorberinin yuxarı hissəsinə qaytarılır. Proses 2,2 - 0,12 MPa təzyiqdə və 

17
0
C-dən 
100
°
C-yə  qədər  temperatur  hədlərində  aparılır.  Bu  prosesdə  absorbsiya  rejimi    etilen 
qurğusunun    texnoloji  parametrlərinə  uyğun  olaraq  seçilir.  Asetilenin  bu  üsulla 


 
19
alınması  prosesində  çirkab  suları,  daimi  və  qaz  şəkilli    tullantı  alınmır.  Yan  məhsul 
kimi aşağı təzyiqli etan-etilen fraksiyası  yaranır  ki,  onun da tərkibində 80%-ə qədər 
etilen və 6%-ə qədər isə asetilen olur. Bu yan məhsul  da  yenidən resikl  kimi   etilen 
qurğusunun  kompressoruna    göndərilir.  EP-300  qurğusunda    alınan  asetilen-  etilen  
qarışığından    karbiddən      alınan  asetilenin      əvəzinə    metalların    qaz-alovlu  qaynaq 
işlərində istifadəsi iqtisadi baxımdan da çox  əlverişli hesab olunur. 
                                                                                    
 
1.3.3. Allen, metilasetilen və metilasetilen - allen fraksiyası 
            
Piroliz  prosesinin  C
3
-fraksiyasının  ən  maraqlı  komponentlərindən  biri 
allendir  (CH

=
C
=
CH
2
).    Allen  (propadien)  üzvi  sintezin  perspektiv  məhsullarından 
hesab olunur  və yuksək reaksiya qabiliyyəti onun geniş sahələrdə tətbiqini təmin edir. 
Metilasetilen (CH
3

C

CH) allenin izomeri olub onun alınmasında istifadə edilə bilər. 
Piroqazın    hidrogenləşdirilməmiş  propan  fraksiyasından  allen  və  metilasetilenin 
ayrılması prosesini  ekstraksiyalı və aşağıtemperaturlu rektifikasiya üsullarını kombinə 
etməklə həyata keçirirlər. Allen və metilasetilenlə yanaşı tərkibində az miqdar propan 
və  propilen  olan  metilasetilen-allen  fraksiyası  özünün  sərbəst  istifadə  sferasına 
malikdir. Metilasetilen-allen  fraksiyası həm  metalların qaz- alovlu  qaynaq  prosesində 
asetileni  əvəz  edə  bilir,  həm  də  bir  sıra  sintezlərdə,  o  cümlədən  də  metilizopropenil 
efirlərinin sintezində  istifadə olunur. 
      Metilasetilen-allen fraksiyasını etilen istehsalı qurğusunda propilen kalonunun kub 
məhsulu  olan  hidrogenləşdirilməmiş  propan  fraksiyasının  ekstraksiyalı  rektifikasiyasi 
ilə  alırlar.  Metilasetilen  -  allen  fraksiyasinin  ekstragenti  kimi  polyar  həlledici- 
asetonitrildən  istifadə  olunur.  Şəkil  1.3-də  propilen-allen  qarışığının  nisbi  uçuculuq 
ə
msalı 
α
-nın müxtəlif həlledicilərin qatılığından asılılığı göstərilmişdir. 
 
 
 


 
20
                         
α
 
 
                    4,0  
 
                     3,0  
 
                     2,0 
 
                     1,0  
                    
                           0                  
                                100         90         80         70        60     C , % 
                    
     Şək.  1.3.    Propilen-allen  qarışığının  nisbi  uçuculuq    əmsalının  (
α
)  müxtəlif    
həlledicilərin qatılığından (C) asılılığı.                                         
 1-asetonitril, 2-furfurol, 3-dimetilformamid, 4 – metilpirrolidon, 5-dimetilasetamid. 
           Bu dəlillərdən görünür ki, ancaq asetonitril aşağı qatılıqlarda belə selektivliyini 
saxlayır. Metilasetilen - allen  fraksiyasının ayrılması prosesinin texnoloji sxemi şəkil 
1.4-də  göstərilmişdir.  Propilen  kalonunun  kubundan  götürülən  propan  fraksiyası  1 
ekstaksiyali  rektifikasiya  kalonunun    mərkəz  hissəsinə  verilir,  bu  kalonun  yuxarı 
hissəsinə  isə  asetonitril  daxil  edilir.  1  kalonunun  distillatı  ilə  tərkibində  allen  və 
metilasetilen  qarışığı  olan  propan-propilen  fraksiyası  çıxarılır.  1  ekstraksiyalı 
rektifikasiya  kalonunun  kubundan  çıxan  karbohidrogenlərlə  doymuş  asetonitril  3 
istidəyişdiricisini  keçərək    4  buxarlandırıcı  kalonuna  daxil  olur.    4  kalonunun 
kubundan çıxan qazsızlaşdırılmış asetonitril  7 istidəyişdiricisi və 9 tutumunu keçərək 
1  kalonuna  qaytarılır.  4    kalonunun  distillatı  olan  metilasetilen-allen  fraksiyası    5 
defleqmatorunu keçərək məhsul kimi 8 tutumuna yığılır. Qurğuda sirkulyasiya olunan 
asetonitril tədricən qarışıqlarla çirklənir ki, onu da 10 kalonunda adi rektifikasiya yolu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə