Yeni İdarəetmə erasi – elektron hökuməT. İlyasov Ramin Adgözəl oğlu



Yüklə 206,99 Kb.
səhifə1/2
tarix17.10.2017
ölçüsü206,99 Kb.
#5196
  1   2

YENİ İDARƏETMƏ ERASI – ELEKTRON HÖKUMƏT.
İlyasov Ramin Adgözəl oğlu

Azərbaycan Respublikası Vergilər Nazirliyinin əməkdaşı, Dövlət vergi müfəttişi

Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı

ramin7@inbox.ru
1.Elektron hökumətin qurulma mexanizmi.

21-ci əsrin başlanğıcı təkcə il baxımdan yeni eranın başlanğıcı deyil, bu həm də yeni idarəetmə növünün “Elektron hökumət” (Electronic Government) erasının başlanğıcıdır. “E-Government” sözünün birbaşa hərfi tərcüməsi düz deyil və bu birləşmənin əsl mənasını açmır. Bu dövləti və strukturlarının informasiya - kommunikasiya vasitələri ilə vətəndaş və biznes strukturlarının qarşılıqlı yardımı ilə idarə olunmasıdır.

“Elektron hökumət” konsepsiyasında bütün idarəetmə orqanları vətəndaşlara xidmət edən vahid orqan kimi fəaliyyət göstərir. Hökumətin fəaliyyəti çox açıq və aşkar olmalıdır.Əsas diqqət göstərilən xidmətlərin sürəti və keyfiyyətə göstərilir.Bütün bunlar həm vətəndaşa yüksək xidmət həm də hökümətin idarəetməsini yüksədilməsinə xidmət edir.

Elektron hökumət (e-hökumət) – informasiya cəmiyyətinə xas olan dövlət idarəciliyidir. O, informasiya-telekommunikasiya texnologiyalarının (İKT) imkanlarına və vətəndas cəmiyyətlərinin dəyərlərinə əsaslanır. Vətəndaşların tələbatlarına, iqtisadi effektivliyə, vətəndaş nəzarəti üçün açıq olmasına və təşəbbüsə yönəlik olması ilə xarakterizə olunur. Müxtəlif ölkələrdə və ilk novbədə ABŞ-da və Boyuk Britaniyada e-hökumətə ümumilikdə dövlətin fəaliyyətinin effektivliyinin artırılmasına yönəlmiş bir konsepsiya kimi baxılır. Başqa sözlə desək e-hökumətin mahiyyəti onda ibarətdir ki, müxtəlif pilləli dövlət strukturları müasir informasiya texnologiyalarından istifadə edərək istehlakçılara bilavasitə informasiya və xidmət təklif edir. E-hökumətin təklif etdiyi xidmətlərin istehlakçıları vətəndaşlar, qeyri-dövlət təskilatları və ya dovlət strukturları ola bilərlər.

Elektron hökumət təkcə dövlətlə vətəndaşlar və ya biznes arası əlaqə ilə bitmir. O, həmçinin dövlət daxili əlaqələrlə də əhatə olunub: sistem daxili idarə olunmanın əhatə edir: icra, qanunvericilik, məhkəmə sistemdaxili informasiya mübadiləsini.

Elektron hökumətin funksional əhatə dairəsini əsas 3 hissəyə ayırmaq olar: idarəedici dövlət orqanı ilə hökümət ( hökümətin fəaliyyəti üçün həmin idarəedici orqanlar üçün imkanların yaradılması), vətəndaşlar ilə hökümət (hökümət xidmətlərinin əhali üçün təqdim edilməsi) və biznes ilə hökümət ( hüquqi subyektlər üçün hökümət xidmətləri). Bunlara uyğun aşağıdakı abreviatura qəbul olunub: G2G (government to governmet); G2C (government to citizen); G2B (government to business) .

Müxtəlif müəllif bu barədə öz fikirlərini bildirmişlər. Məsələn, Don Sandora görə qarşılıqlı əlaqə aşağıdakı cədvəl 1-dəki kimi qurulub.



 

Vətəndaş (C)

Hökümət (G)

Biznes (B)

3-cü sektor* (N)

Elm (S)

Vətəndaş (C)

C2C

C2G

C2B

C2N

C2S

Hökümət (G)

G2C

G2G

G2B

G2N

G2S

Biznes (B)

B2C

B2G

B2B

B2N

B2S

3-cü sektor* (N)

N2C

N2G

N2B

N2N

N2S

Elm (S)

S2C

S2G

S2B

S2N

S2S

* Qeyri-kommersiya təşkilatı

Cədvəl 1

Elektron hökumətin müxtəli subyektlərlə qarşılıqlı əlaqə forması

Elektron hökumət informasiya – kommunikasiya vasitələrindən istifadə etməklə dövlətin idarə olunmasıdır və bu 3 formada təzahür olunur:



  • Elektron idarəedici orqan

  • Elektron parlament

  • Elektron məhkəmə

Ümumilikdə e-idarəetmənin 4 sahəsini ayırmaq olar:

  1. Elektron xidmətlər ( e-services). Göstərilən termin altında dövlətin elektron məlumat, program, strategiya və xidmətlər nəzərdə tutulur. Onlar həftədə 7 gün, sutkada 24 saat işləkdirlər. Bura həmçinin xidmətlərin elektron təqdimi, elektron administrasiya və “bir pəncərə” daxildir.

  2. Elektron menecment (e-management). Buna daxili informasiya sistemini idarə edən, departamentlər arası elektron sənəd mübadiləsini həyata keçirən dövlət hakimiyyət sistemləri daxildir. Elektron idarəetmə köhnə idarəetmə üsulundan imtina etməklə vətəndaşlar üçün daha təkmil və bitərəf sistem yaradılmasını tələb edir.

  3. Elektron demokratiya ( e-democracy). Elektron hökumətin bu növünü təmin etmək və saxlamaq daha çətindir. Elektron demokratiya özündə elektron vasitələrdən istifadə etməklə dövlət siyasətini daha təkmil idarə etməyə və dövlət işlərində elektron vasitələrin köməyi ilə iştirak etməyə imkan verir ( Məsələn, elektron elektron səsvermə və s.)

  4. Elektron kommersiya (e-commerce). Elektron kommersiya vətəndaşlara öz vəsaitləri ilə dövlətdən mal və xidmət almağa təklif edir. Məsələn vətəndaşlara vergi borcunu , mənzilinin kommunal xərclərini ödəyə, nəqliyyat vasitələrinin qeydiyyat məsələri ilə bağlı əməliyyat aparmağa imkan verir. Dövlət də öz növbəsində vətəndaşlardan özünə lazım olan xidmətləri ala və tender müqavilələrini bağlaya bilər.

Dövlətin elektron sistemlə idarə olunması üçün şərtlər nəzərə alınmalıdır: “internetləşmənin” müəyyən səviyyəsi (30%-dən dövlət əhalisi və bütün idarəetmə orqanları), lazımlı informasiya-texnologiya vasitələri və formalarının yaradılması (elektron sənəd, elektron imza və s.), maliyyə təminatı, mövcud hökumətə uyğun kadr hazırlığı, cəmiyyətin inkişaf ənənəsi və forması, xarici təcrübələrin dövlətə tətbiq mexanizmi.

Elektron hökumət vətəndaşlar üçün daha rahat, effektli və istifadəli etmək məqsədi ilə informasiya-kommunikasiya texnologiyalarından istifadə edir. Bu göstəricilərə görə elektron hökümətə daxildir:



  • İnternet vasitəsilə tam informasiyaya sahiblik (qanunlar, hormativ - hüquqi aktlar, lazımlı sənədlər, iqtisadi-elmi biliklər və s.)

  • Elektron kanallardan istifadə etməklə vətəndaşların dövlət işlərində iştirakını iştirakı və məmurlarla qarşılıqlı əlaqə ( elektron şəkildə sənədin alınması)

  • Əməliyyatlarının aşkar aparılması vasitəsilə hökumətin hesabatlarının aşkar aparılması. Bu korrupsiya riskini azaldır.

  • Vaxt və maddi itki olmadan kiçik biznes sahibləri dövlət orqanları ilə əlaqə qurur (Vergilər Nazirliyinə bəyənnamələrin elektron şəkildə göndərilməsi, Kommersiya hüquqi şəxslərin qeydiyyatı və s.).Cədvəl 2.

Ölkə

Xidmət növü

Adi üsul ilə

E-xidmətlərin tətdiqi ilə

Azərbaycan

Kommersiya hüquqi şəxslərin qeydiyyatı

11 - 30 gün

4 gün

Braziliya

Şənədlərin təqdim edilməsi

Bir neçə gün

20-30 dəq.

Hindistan

Torpaq sahəsinin qeydiyyatı

7 - 15 gün

5 dəq,

Yamayka

Gömrük

2 - 3 gün

3 - 4 saat

Filippin

Gömrük

8 gün

4 - 48 saat

Cədvəl 2

Elektron xidmətlərin tətbiqi ilə vaxta qənaət

Elektron hökumətə keçid üçün resurslara qənaət və işçilərin ixtisarına yönələn qanunvericilik reformasiyası əsas stimul olmamalıdır. Halbuki bunlar vacib reforma amillərdən sayılsada vacib olan xeyiri hökumətin sistemin təkmilləşdirilməsinə və investisiya qoyduğu əsas sahələrdən istifadə etməklə fizikki və hüquqi şəxlər qazanmalıdır. Bütün xeyirdən istifadə etmək üçün hökumət əlaqəyə girəcəyi subyektlər üçün sərfəli şərait yaratmalıdır. Əgər bunlar nəzərə alınmasa elektron hökumətə keçid prosesi dağıla bilər.

Dövlət orqanları və cəmiyyət üçün elektron hökumətə inteqrasiyanın əhəmiyyəti:

1.Elektron hökümət iş qabiliyyətini artırır.

İKT kütləvi informasiya emalı və dövlət orqanları fəaliyyəti ilə bağlı məsələlərin həll effektini artırır. Gələcəkdə effektlilik hökumətdaxili və xarici informasiyanın yayılması hesabına daha da artmalıdır

2. Elektron hökumət xidmətlərin keyfiyyətini artırır.

İstehlakçıya yönümlülük əsas məsələrdən biridir. Xidmət sahəsində təkmilləşdirmə istehlakçının tələbləri üzərində qurulur və online rejimdə olan xidmətlər digər xidmətlərdən fərqlənmir. İnternet bu işdə hökumətə kömək göstərməklə fasiləsiz on-line xidmətləri təqdim edir.

3. Elektron hökumət konkret nəticələrə çatmağa kömək edir.

İnternet bütün maraqlı şəxslərə informasiya, ideya yaymağa və ya konkret siyasi nəticələri almağa kömək göstərir. Məsələn online informasiya təhsil və təlim proqramlarının öyrənilməsi; səhiyyə sektorunda xəstələrin qəbul rejiminin asanlaşdırılması və s.

4. Elektron hökumət hakimiyyət və vətəndaşlar arasında etibarın təmin edilməsinə kömək edə bilər. Bu cür etibarın təmini hökumətin əsas hədəflərindən biridir. İKT buna vətəndaşları siyasi, iqtisadi proseslərdə işlərdə iştirakını təmin etməklə yardımçı ola bilər.

Elektron hökumətin uğurlu inkişafı üçün 10 əsas prinsip göstərmək olar:

1. Liderliklik və öhdəlik. İşə cavabdeh liderlər dəyişiklikləri daima nəzərə almaqla uğurlu nəticələrin əldə edilməsi üçün daima çalışmalıdırlar.

2. İnteqrasiya. Elektron hökumət yeni fürsət açan mexanizm olsa da əsas hədəf deyil. Elektron hökumət siyasətə, hökümətin xidmət sektoruna və hökumətin idarəetməsində vətəndaşların iştirakını təmin edən sahələrə inteqrasiya olunmalıdır.

3. Hökumətdaxili əlaqə. Elektron hökumət o zaman effektli olur ki, vətəndaşların marağı üçün müxtəlif strukturlar eyni qrupda birləşirlər.

4. Maliyyələşdirmə. Bəzən İKT-yə sərf olunmuş xərclər investisiya kimi nəzərə alınmalıdır.Maliyyələşdirmənin baza proqramı innovasiyaları və demonstrasiyalı proyektləri stimullaşdırmalıdır.

5. İmtiyaz. Öz siyasətində dövlət xidmətlərindən on-line rejimdə təqdim edilməsini təkmilləşdirməlidir. Çünki on-line rejimdə təqdim olunan xidmətlərdən off-line rejimdə istifadəçiləri istifadə edə bilmir.

6. Seçim. Vətəndaşlar görəcəyi fəaliyyətləri həyata keçirtmək üçün hansı xidmətlərdən istifadə edəcəkərini sərbəst seçməlidirlər.

7. Vətəndaşların cəlbetmə aktivliyi. Elektron hökumətin təqdim etdiyi xidmət yüksək keyfiyyətə malik olmalıdır və vətəndaşları siyasətin formalaşmasında iştirakını təmin etməlidir ki, vətəndaşların bura qoşulmağa və iştiraka marağı olsun.

8. Məxfilik. Elektron hökumət fiziki və hüquqi şəxlərin kommersiya sirrini qorumaq üçün onlar tərəfindən təqdim edilən məlumatların qorunmasını və yayılmamasına təminat verməlidir.

9. Şəffaflıq, aşkar fəaliyyət. Vətəndaşlarının etibarının qazanılması üçün vacib amildir.

10. Monitorinq və qiymətləndirmə. Vacib məsələlərin həlli zamanı xərcin, gəlirin, islehlakın həcminin nəzərə alınması əhəmiyyətli rol oynayır.

Ümumən isə Elektron dövlətin digər üstünlüklərini aşağıdakı cədvəl 3-dən görə bilərik.



Xarakteristika

Sənayə erası dövləti

Elektron dövlət

İdarəetmə

Bürokratik

Vətəndaşlara şəffaf xidmət

Xidmət forması

Kağız işi

Elektron forma

Vaxt

Böyük vaxt itkisi

Birbaşa cavablandırma

İdarəetmə

Birbaşa və imtiyazlı

Dolayısıyla və imtiyazsız

Vəsaitlərin köçürülmə vasitləri

Maliyyə əməliyyatları əl ilə

Vəsaitlərin elektron hesablanması

Hesabatın qurulması

Böyük vaxt itkisi və əmək sərfi

Qısa vaxt itkisi və rahat

Rabitə sistemi

İnfromasiya texnkiasının zəifliyi

İnteqrasiya olunmuş şəbəkə

Cədvəl 3

Dövlət formaları arasında fərq

Ölkəmizdə “Elektron hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)” təsdiq edilməsi haqqında Sərəncamı, “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli Fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Azərbaycan Respublikasıının ərazində yaşayan bütün vətəndaşlara, hüquqi şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə e-xidmətlərin göstərilməsi məqsədilə www.e-gov.az Elektron Hökümət Portalı yaradılıb və 2012 ilin aprel ayından istifadəyə verilmişdirş Yaradılan yeni imkanların əsas məqsədi dövlət qulluqçuları və vətəndaşlar arsında olan “məsafəni” maksimumazaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflığı təmin etməkdən ibatətdir. Bu məqsədə nail olamq üçün dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğu vacib amillərdəndir. Beynəlxalq təcrübəyə əsaslanaraq, vətəndaşların dövlət orqanları ilə təmaslarının daha rahat və münasib şəkildə təşkili üçün dövlət orqanalarının göstərdiyi elektron xidmətlərin vahid istifadəçi dövlət qurumları tərəfindən təqdim olunan e-xidmətlərdən yararlana bilər.

2013-cü ilin may ayında planşet və smartfon istifadəçiləri üçün nəzərdə tutulmuş “Elektron hökumət” portalının mobil versiyası təqdim edilib. Burada (www.e-gov.az/mini)  istifadəçilər elektron xidmətlərdən sadə formada yararlanmaqla yanaşı, portalda yerləşdirilən xidmətlər haqqında ən yeni məlumatları daha rahat əldə edə bilərlər. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları ilə vətəndaşlar arasında olan “məsafəni” maksimum azaltmaq, münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.


Azərbaycana_tətbiqi.'>2. Elektron hökümət layihəsinin dünya təcrübəsi və Azərbaycana tətbiqi.

Azərbaycan e-hökumət layihəsinə yeni başlayan ölkə sayılır. Bir işə yeni başlayanda isə həmişə dünya təcrübəsinin öyrənilməsi əhəmiyyətli rol oynayır.

Hal-hazırda elektron hökumətin qurulması üzrə əsasən 3 inkişaf modelini göstərmək olar:

- Kontinental Avropa modeli (Qərbi, Mərkəzi və Şərqi Avropa ölkələri);

- İngilis-Amerikan modeli (ABŞ, Kanada, Böyük Britaniya);

-Asiya modeli (Cənubi Koreya, Sinqapur).

1. Kontinental Avropa modeli

Kontinental Avropa modelinin elektron höküməti aşağıdakılarla xarakterizə olunur:



  • Qanunların həyata keçirilməsini yüksəldən və effektivliyini artıran bölüşdürmə;

  • Dövlətdə öz partnyorunu görməli olan vətəndaşa diqqət;

  • Bütün Avropa informasiya sistemini idarəetməyə yönələn ciddi qanunvericilik;

  • Dövlət xidmətlərinin təkmilləşdirilməsi.

Dünya ölkələri üzrə öndə e-hökumətin inkişafına görə öndə gedənlərdən biri Hollandiyadır (www.government.nl). Əsas üstünlüyü elektron “bir pəncərə” sisteminin qurulmasında dövlət orqanlarının sıx əlaqəsidir. Burada vətəndaşlar və müəssisələr üçün e-ID uğurla tətbiq edilir. Mütəxəssislərin fikrincə şəbəkəyə genişzolaqlı çıxış Hollandiyaya uğurla elektron hökumətini inkişaf etdirməyə kömək edəcək.

Danimarkanın elektron hökuməti (www.borger.dk) eyni şəbəkədə dövlət, işəgötürənlər və ictimai birlikləri birləşdirən ölkə üzrə elektron əməliyyatların mərkəzidir. Elektron hesabatlarda hər il vətəndaşlar 150 milyon və müəssisələr isə 50 milyon avro qənaət edir. Hər Danimarkalının elektron hökumət portallarında bütün dövlət qurumları və şirkətlərdən gələn mesajları toplayan şəxsi e-mail qutusu var. Portalın xidmətləri arasında tələbə kreditləri, pensiyanın idarəedilməsi, gəlir və ailə vəziyyətinin qeydə alınması var.

Dünyada ilk elektron xidmətlər haqqında qanun qəbul edən ölkə Finlandiyadır (2001-ci il). Qanunda hökumət orqanlarının elektron xidmətlərlə bağlı hüquq və vəzifələri, vətəndaşlara göstərilən xidmətlərin xüsusiyyətləri və onların qarşılıqlı əlaqəsi əks olnub. Finlandiyanın rəsmi veb səhifəsi (www.om.fi) çoxlu miqdarda ixtisaslaşdırılmış xidmətlər təklif edir: islehlakçılara xidmət üzrə agentlik, hüquqi sənədlərin təqdimatı (Ədliyyə Nazirliyi), boş iş vakansiyaları, təhsil müəssisələri, “Virtual Finlandiya” xidməti, Rabitə İnformasiya Nazirliyinin proyektləri və s.

İrlandiyanın elektron hökuməti ( www.gov.ie ) müəssisələrin inkişafı üçün şərait yaradır, belə ki, burada lazımı tender tapmaqdan savayı, ordan qeydiyyatdan keçmək və tenderin iştirakçısı olmaq üçün də ərizə vermək olar.

2 .İngilis – Amerikan modeli.

Dünyada hər zaman liderlər sırasında olması ilə fərqlənən ABŞ-ın elektron hökumətinin veb-portalı (www.usa.gov) aşağıdakı üsullarla federal idarəetmə keyfiyyətin artırır: informasiya xidmətinin təqdimatının asanlaşdırılması; vətəndaşlar, müəssisələr, hökumət və federal işçilər üçün informasiya axtarış xidmətinin asanlaşdırılması, hökümət orqanlarının vətəndaşların müraciət və işlərinin həllərinin tezləşdirilməsi və s. “Elektron hökumətin” inkişafı üçün siyasi və sosial hüquq, resurs təminatı, kənardan yüksək rütbəli məmurlardan köməklik, strateji planlaşdırma və əməkdaşlıq qurulmuşdur. Hazırlanmış strategiyaya uyğun olaraq əsas məsələ oxşar funksiyaları yerinə yetirən müxtəlif qurumlardakı xidmətlərin vətəndaşların rahatlığı üçün ixtisar edilməsidir. ABŞ-da əsas ideya vətəndaş və məmur asılılığını təmamilə aradan götürmək informasiya “ magistralı” yaratmaqdır. ABŞ elektron hökumətinin əsas şüarı da “Daha çox aşkarlıq, şəffaflıq və vətəndaş qarşısında cavabdehlik”dir. Veb-texnologiyaların istifadəyə verilməsi 1 il ərzində Vergilər Nazirliyinin təxminən 32 mln., Təhsil Nazirliyi isə 23 mln. dollar qənaət edir. ABŞ ümumi prinsiplərini analiz edəndə belə qarara gəlmək olar ki, hökumət dövlətin vətəndaşlarla rahat əlaqə qurmasına şərait yaradır, elektron iqtisadiyyatda lider olmağa qərarlıdır və elektron kommersiyanın inkişafına çalışır.

Kanadanın hökumət portalı (www.canada.gc.ca) “Kanadanın dövlət orqanı” adlanır. Bu sayt bütün Kanada vətəndaşlarına demək olar ki, bütün mərkəzləşmiş xidmət və proqramlara istənilən vaxtında və istənilən yerdə girişini təmin edir. İlk dəfə Kanada 1994-cü ildə dövlət strukturlarının informasiya açıqlılığına şərait yaratdı. Kanadalılar inkişaf modelini 3 hissəyə bölərək ümumi 5 ilə “E-Hökumət”i qurublar.

Böyük Britaniya elektron hökumət “Elektron vətəndaş, elektron biznes, elektron idarəetmə” süarı altında qurulub (www.gov.uk). Burada əsas strategiya vətəndaş və biznes tələbatlarının ödənilməsini təmin edən sistemin qurulmaslıdır. Burada internet sistemin yenidən qurulmasına kömək edən əsas vasitələrdən biri kimi seçilmişdir. Müxtəlif internet resusrları bir portalda birləşib. 4000 alternativ idarəetmə saytından islahat nəticəsində 1000-i bağlanmışdır. Elektron xidmətlərdən istifadəni artırmaq üçün vətəndaşlara 10 funt, müəssisələr isə 150 funt güzəşt əldə edirlər. Böyük Britaniya əsasən xidmətlərini internet üzərindən qurmaqla böyük miqdarda vəsaitə qənaət etmiş olur. Ölkənin portalında maraqlı elektron petisia xidməti mövcuddur. Bu xidmət vasitəsi vətəndaşlar hər hansı məsələ ilə bağı qanun üçün müəyyən miqdarda səs toplaya və hazırladığları qanunları parlamentə baxılmaq üçün göndərə bilərlər.

3.Asiya modeli.

Singapur hökumətinin rəsmi veb-portalı (www.gov.sg) həyat fəaliyyəti ilə bağlı bütün sahələri birləşdirir, bura dövlət idarəetməsi, biznes, təhsil, elm, səhiyyə və hətta əyləncə sektoru da daxildir. Proqramın icrasına hökumət təxminən ilə 500 mln. dollar sərf edir. Bu yaxınlarda elekron sənəd dövriyyəsin 100%lik həddə çatdı, kağız üzərinə yalnız ən vacib sənədlər yazılır. Portal bir-biri ilə əlaqəli 4 bölməni birləşdirir: “Hökümət”, “Rezident əhali”(daimi sakinlər), “Biznes” və “Qeyri-rezidentlər”. Bütün sektorlar üzrə real vaxt rejimində böyük miqdarda informasiya xidməti və interaktiv əlaqə təklif olunur. Bütün bu xidmətlərdən yararlanmaq üçün ilk öncə qeydiyyatdan keçmək lazımdır (login, parol, istifadəçi şifrəsi).

Sinqapur elektron hökumətin inkişafının 5 əsas strategiyası tərtib olunmuşdu:


  1. Dövləti rəqəmsal iqtisadiyyat üzrə yenidən qurmaq;

  2. İnteqrasiya edilmiş e-xidmətlər göstərmək;

  3. Vətəndaşların e-hüquqları üçün cavabdeh olmaq;

  4. İKT-ni yeni imkanların inkişafı üçün istifadə etmək;

  5. İKT vasitəsilə innovator ( yenilikçi) olmaq.

Cənubi Koreyanın “Elektron hökumət” portalı (www.korea.go.kr) 2012-ci il üçün Elektron Hökümət sektoru üzrə lider ölkə seçilmişdir. O bu yerə iPhone və Android sistemləri üçün çoxlu sayda mobil programların və bütün ölkəni 3G interneti ilə əhatə etdiyinə görə qazanmışdır. Dünya rekordu olaraq bütün xidmətlərin 87%-ni bir portalda toplanılıb. Hər bir vətəndaş portalı öz istəyinə uyğun olaraq düzəldə və mobil programlar vasitəsilə çıxışı təmin edə bilər. Maraqlıdır ki, bütünlüklə sistemi online elektron öyrənmək və online-əmək birja əməliyyatı da portala daxil edilib.

Azərbaycan öz e-hökumət modelini cədvəl 4-də göstərilən E-hökumət modellərinin istiqamətlərinin formalarının tətbiqi ilə daha yaxşı inkişaf edə bilər. Göstərilənlər Azərbaycanın e-hökumətinə düzgün inteqrasiya olunsa cəmiyyətinin və vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması, elektron hökümətin əhəmiyyətinin yüksəldilməsi, Azərbaycan İKT bazarının inkişafı, İnformasiya texnologiyalarına əsaslanan iqtisadiyyata keçid, regonlarda informasiyalaşma fərqinin aradan götürülməsi, informasiya təhlükəsizliyi təmin edilmiş olar.

Ümumi götürsək 2012-ci il dünya ölkələri üçün uğurlu il olub və e-hökumətə inteqrasiyada mühüm addımlar atılıb. 2012-ci ildə əsas tendensiya “e-hökumət” portallarının inkişafı oldu. Hökumətlər aydın olaraq online ödəmənin əhəmiyyətini dərk edirlər. 2012-ci ildə ölkələrin 40%-də vergi və digər ödənişlərin elektron formada ödənilməsi üçün şərait yaradılmışdır. Dünyanın 34 ölkəsində vətəndaşlar elektron portal vasitəsilə sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə ala bilərlər.



Cədvəl 4

Xarici ölkələrinin inkiaf modellərinin Azərbaycanın “E-hökuməti”nə inteqrasiyası

Hesab olunur ki, bir çox ölkələr hələ də elektron dövlət xidmətlərindən lazımınca geniş istifadə etmirlər. Kiosklardan, pulsuz Wi-Fi və mobil şəbəkə vasitəsilə e-hökumətdən istifadə ölkələri EGHİ indeksi üzrə liderlər kimi göstərir (EGDİ indeksi – bu əsas elektron hökumət üçün vacib aşağıdakı göstəricilərin birləşməsidir: elektron formada təklif olunan xidmət, telekomunikasiya infrastrukturun inkişafı və insan resursu).

Vətəndaşlara dövlət ödənişlərini öz mobil hesablarından imkan verən Mobil hökümət ( m-hökumət) hələki 33 ölkədə uğurla realizə olunur. 27 ölkədə məmulardan SMS bildirişləri alınır. Analitiklərin fikrincə m-xidmət sektoru bu yaxınlarda daha da inkişaf edəcək. Mobil əlaqə həmçinin yaşlı, əlilliyi olan və kəndlərdə yaşayan əhalinin imkanlarını da artırır. Nəzərə alsaq ki, mobil telefon əsasən şəxsi predmetdir onda dövlət konkret şəxsə hər hansı məsələ ilə bağlı da kömək edə bilər.

Sosial şəbəkələrin sürətli inkişafı da 78 dövləti Facebook və Twitter-də rəsmi səhifə açmağa vadar edib. Sözsüz ki , 66% bütün dövlət bildirişlərinin SMS vasitəsilə aparılmasında ABŞ liderdir. Latın Amerikasında ən çox istifadə olunan xidmətlərdən biri dövlət orqanları ilə online-danışıqlardır.


3. Azərbaycanın e-hökuməti BMT-nin hesabatında.

“2013-2015-ci illərdə elektron hökumətin inkişafı” adlı dövlət programı Azərbaycan Respublikasında e-hökumətin əsas istiqamətini müəyyən edir. Bu proqramda nəzər salınmalı amillərdən biri Azərbaycanda “E-hökumətin inkişaf indeksidir”. Dünyanın 191 ölkəsinin e-hökümət layihəsinə başlama səviyyəsi BMT-nin (Benchmarking E-government: A Global Perspective) İqtisadi və sosial inkişaf demartamenti göstərilir və hər il bu barədə hesabatlar (E-Government Readiness Report) dərc olunur, indeksləşdirmə aparılır.

Qiymətləndirmənin əsasını dövlət orqanlarının saytlarının veb-monitorinqi təşkil edir. Hər il dərc olunan hesabatlarda indekslər ölkələrin elektron inkişafı (E-Government Readiness ) və elektron iştirakı (eParticipation) qiymətləndirilir. Elektron hökümətin inkişafına təsir edən 2 aspeks fərqləndirilir:

- Potensial (Capacity). Bu əhali, biznes və İKT-nin e-hökumətə keçidinin inkişaf potensialının səviyyəsini müəyyən edir.

- Hazırlıq (Willingness). Dövlət tərəfindən əhalinin bu barədə informasiya və biliklərlə təmin olunmasını göstərir.

Elektron hökumətin inkişaf reytinqi özündə 3 komponentin inkişaf göstəricilərini təcəssüm etdirir: e-xidmətlərin inkişafı, İKT infrasturunun inkişafı və insan inkişaf potensialı.

E-xidmətlərin araşdırılması 4 qiymətləndirmə istiqaməti əsasında aparılır:

- Şəbəkədə ilkin informasiya iştirakı (emerging online presence);

- Şəbəkədə genişlənmiş informasiya iştirakı və e-xidmətlər (enhanced presence);

- Elektron qarşılıqlı əlaqə nəticəsində xidmət göstərilməsi (transactional presence);

- Dövlət orqanlarının öz aralarında və dövlətlə vətəndaş əlaqələrini göstərən e-xidmətlər (connected presence).

Qiymətləndirmə suallara cavab əsasında tərtib edilir, hər “hə” cavabına görə 1, “yox” cavabına görə “o” xal verilir. İstisnaya yalnız e-xidmtələrin formalarının istifadəsinə əhatə edən suallar daxildir ki, bunlarda 10 ballıq sistem üzrə aparılır.



2012-ci lin nəticələrinə görə BMT-nin hesabatlarında (E-Government Readiness Report) “Elektron hökümət”in inkişaf indeksi liderləri sırasında ilk 5-likdə Cənubi Koreya, Hollandiya, Böyük Britaniya, Danimarka və ABŞ yer alıb (Cədvəl 5).

Elektron hökümətin inkişaf indeksi

Reytinqdə sıralama

Ölkə

EH inkişaf indeksi

Komponentlər

Elektron xidmət

İKT infrastrukturu

İnsan inkişaf potensial

1

Cənubi Koreya

0,9283

1,0000

0,8356

0,9494

2

Hollandiya

0,9125

0,9608

0,8342

0,9425

3

Böyük Britaniya

0,8960

0,9739

0,8135

0,9007

4

Danimarka

0,8889

0,8562

0,8615

0,9489

5

ABŞ

0,8687

1,0000

0,6860

0,9202

...

 

 

 

 

 

95

Maldiv Adaları

0,4994

0,3268

0,3599

0,8114

96

Azərbaycan

0,4984

0,3260

0,3033

0,8259

97

İndoneziya

0,4949

0,4967

0,1897

0,7982

Cədvəl 5

Elektron hökumətin inkişaf indeksi üzrə lider ölkələr ( BMT 2012)

Qeyd etmək lazımdır ki, uğurlu siyasi inkişaf nəticəsində Azərbaycanın “E-hökümətin ikişaf göstəricisi dünya üzrə orta göstəricini keşmişdir (Cədvəl 6)




İndeks / indeks komponentləri

Azərbaycan

Dünya üzrə orta göstərici

Liderlərin göstəriciləri

E-hökumətin inkişaf indeksi

0,4984

0,4960

0,9280

Elektron xidmət

0,3260

0,4390

1,0000

İKT infrastrukturu

0,3033

0,3260

0,8780

İnsan inkişaf potensialı

0,8259

0,7210

0,9680

Cədvəl 6

Azərbaycanın və dünyanın e-hökumətin inkişaf göstəriciləri üzrə orta göstəriciləri

Azərbaycanın göstəricilərinin 2003-cü ildən başlayan dinamikası Cədvəl 7-də göstərilib. Göstəricilərdəndə aydın görmək olur ki, Azərbaycanın insan resursları üzrə inkişaf indeksi daima yüksək səviyyədə olub. Həmçinin İKT ifrastrukturunda da əhəmiyyətli artım hiss olunur. Göstəricilər yalnız 2012-ci əhatə etdiyinə görə e-xidmətlər burada nisbətən aşağı dərəcələrlə göstərilib, lakin E-hökümət portalının istifadəsinin artması ilə demək olar ki bu göstərici 2013-cü ilin hesabatında əhəmiyyətli dərəcədə artıq olacaq.

İllər

2003

2004

2005

2008

2010

2012

İndeks

0,3640

0,3860

0,3773

0,4609

0,4571

0,4984

Reytinqdə sıralama

94

89

101

89

83

96

Elektron xidməəti inkişafı

0,1310

0,2010

0,1808

0,3946

0,3238

0,3260

İKT infrastrukturu

0,0800

0,0770

0,0712

0,1077

0,1329

0,3033

İnsan kapitalı

0,8800

0,8800

0,8800

0,8822

0,9185

0,8259

Cədvəl 7

Azərbaycan Respublikasında e-hökumətin illər üzrə inkişaf indeksləri




4. Azərbaycanda IKT və internet

Yüklə 206,99 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə