Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə10/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   6   7   8   9   10   11   12   13   ...   106

fiq  problemləri  üzrə  məsləhətçi  kimi  fəaliyyət  göstərmiş,  o 
cümlədən  mədəniyyət  siyasətinin  formalaşmasına  da  bilavasitə 
təsir göstərmişdir.
“Qərb  sivilizasiyasının  beşiyi  olan  Avropa  onun  mə­
zarına  çevriləcək”  (səh. 13).  Müəllifin  fikrinə  görə,  bu  artıq 
XXI  əsrin  sonlarında  gerçəkləşəcəkdir.
Avropaya  kütləvi  işçi  qüvvəsi  axını  iqtisadi  zərurətdən 
doğsa  da,  çoxsaylı  mədəni,  sosial,  siyasi  problemlərin  səbəbinə 
çevrilir.  Çünki  onlar  yaşadıqları  cəmiyyətə  inteqrasiya  etməyə 
cəhd edirlər.  Hər şey  isə arzuladıqları  kimi  olmur.  Milyonlarla 
insanlar  özü  ilə  Avropaya  ərəb  və  islam  mədəniyyətini,  milli 
adət  və  ənənələrinə  sədaqət  hissini  də  gətirir.  Avropanın  tən 
ortasında  “öz  vətənlərini  yaradırlar”.  Onların  assimilyasiyaya 
uğraması  çox  çətin  məsələdir (səh. 125).
Qərbin  bu  vəziyyətə  düşməsinə  səbəb  olan  mədəni 
inqilab  ideoloqlarına,  onlann  davamçılarına  və  tərəfdarlarına 
“dini  müharibə”  elan  etmək  lazımdır,  -   müəllif  öz  mövqeyini 
belə  fundamentalizmdən  çıxış  etməklə  tamamlayır,  çıxış  yolu­
nun  yalnız  burada olduğunu göstərir.
“Qərbin  ölümü”  kitabı  barədə  xatırlatma  verməkdə  əsas 
məqsədimiz,  XXI  əsrin  yeni  mədəni  inteqrasiya  məkanında 
müxtəlif  meyillərin  və  münasibətlərin  də  olduğuna,  hər  şeyin 
rəvan  getmədiyinə diqqəti  cəlb etmək  istədik.  Bu  məkanın  for­
malaşmasına  təsir  edən  mürəkkəb  təsirlərin  ziddiyyətli  çul- 
ğaşmasını  nəzərdə saxlamağın  vacibliyini  qeyd emək  istədik.
Müasir  insanın  mədəniyyət  məkanına  yalnız  müxtəlif 
baxış,  konsepsiya,  dünyagörüş  və  dəyər  sistemləri  deyil,  həm 
də  onlann  təbliğ  edilməsinə,  geniş  yayılmasına  vasitəçi  olan 
müxtəlif  kütləvi  informasiya  vasitələri,  informasiya-kommuni­
kasiya texnologiyalanna da bilavasitə təsir edir.
-
4 0
-
Bu  bir  həqiqətdir  ki,  internet  və  televiziya  insanlann 
mədəni  tələbatlan  sırasında  kitabxana,  muzey  və  teatrlann 
yerini  tutmuş, onlan  tamamilə əvəzləmək  iddiasındadır.
Öz  növbəsində  hər bir  insan  da  mədəniyyət  məkanının 
sakini  kimi  bu  prosesdə  iştirak  edir,  dünyaya  öz  baxışını,  də­
yərlər  və  meyarlar  sistemini  formalaşdırır.  Biz  sözlə,  ardıcıl, 
fasiləsiz qarşılıqlı  təsir prosesindən  söhbət  gedir.  Mədəni  mühit 
insana,  insan  da  mühitə  təsir  edir,  yeni  həyat,  davranış  tərzi 
get-gedə  daha  geniş  məkanlara  yayılır.  Müasir  kütləvi  mədə­
niyyət  adlandırılan  fenomenin  formalaşması  XX  əsrdə  sosial- 
mədəni  kommunikasiya  texnologiyalarının  intensiv  inkişafı 
nəticəsində mümkün  olmuşdur.
Bu  gün  mədəni  məkanda  əlaqələrin  intensivlik  səviyyə­
si  kommunikativ  proseslərin  tamamilə  başqa,  yeni  keyfiyyət 
müstəvisinə  adlamasını,  miqyas  və  həcminin  nəhəng  sonsuz 
ölçülərə  qədər  genişlənməsini  şərtləndirmişdir.  Müxtəlif  insan 
birlikləri  arasında  mədəni  maneə  və  boşluqların  aradan  qal­
dırılması  problemi  aktuallaşır.
Həm  də  XX  əsrin  zirvəsindən  nəzər  salındıqda  bu 
problemin  “zorla  modernləşmə”,  müəyyən  mədərii-texnoloji 
davranış  və  həyat  tərzi  modellərinin,  sosial  münasibətlərin  eta­
lon  kimi  zorla  qəbul  edildiyi  “kolonializm”  paradiqması  əsa­
sında  həll  ediləcəyinin  qeyri-mümkünlüyü  dərk  edilmişdir.  Bu 
problem  yalnız  çeşidli  mədəniyyətlərin  özləri  üçün  məqbul 
saydığı  dəyər  və  normalarından  könüllü  bəhrələnməsini  şərt­
ləndirən  əsaslarla  həll  edilə  bilər.  Bu  həmçinin  dərk  edilməsi, 
müəyyən  zəruri  nəzəri  təlim  və sosial  praktikalar şəklində  ger­
çəkləşdirilməsi  dünya  miqyasında  nəinki  mədəni  amillərdən 
qaynaqlanan  konfliktlərin  sayının  azaldılmasını  şərtləndirmiş.
-41
  -


həm  də  müasir  insanın  mədəniyyətinin  yeni  səviyyəsini  for­
malaşdırmışdır.
Kütləvi  mədəniyyətin  təşəkkül  tapması  cəmiyyətdə  so- 
siallaşma  proseslərinin  məzmununu  qlobal  xarakterli  fenomen­
lərlə  zənginləşməsini  şərtləndirdi.  Mədəniyyətin  kütləvi  forma­
ları  müasir  cəmiyyətlərin  əksəriyyətində  həyata  vəsiqə  almış, 
mədəni  innovasiyalann  yaranması  və  yayılması  prosesinin  ay­
rılmaz  tərkib  hissəsi  olmuşdur.  Qlobal  mədəni  prosesin  ste­
reotip  xarakter  daşıması,  təzahür  və  təbii  formalarının  cəlb­
ediciliyi,  dinamik  intensivliyi  bəşəriyyətin  mədəni  yaradıcılıq 
nümunələrinin  geniş  yayılmasına  şərait  yaradır.  Məsələ  bura­
sındadır  ki,  bu  imkanı  -   həm  həqiqi  mədəniyyət  nümunələrinə, 
həm  də  bu  dəyərləndirmədən  çox  uzaq  olan  proses  və  isti­
qamətlər  də  əldə  edir.  Həm  müsbət,  həm  də  mənfi  təzahürlər 
eyni  miqyas  və həcmdə yayıla bilir.
Beləliklə,  müasir  dünyanın  mədəniyyət  məkanında 
tarixən  mövcud  olan  “ideallar”  epoxasının,  “zövqlər  və  ma­
raqlar"  epoxası  ilə  əvəzlənməsi  müşahidə  olunur.  Bunu  qlobal 
mədəniyyətdə  “avroatlantizmin,  neoliberal  layihənin”  gerçək­
ləşdirilməsi  kimi  də  izah edənlər vardır.
Mədəni-sivilizasion  parametrlərin  struktur  dəyişikliklə­
rinə  uğramasını  sübut edən  digər cəhəti,  “ekran  inqilabı” adlan­
dırılan  fenomenlə  bağlıdır.  Onun  əhəmiyyəti,  insanın  tarixi  in­
kişafında  oynadığı  rol  baxımından  əlifba  və  yazının  kəşfinin 
əhəmiyyəti  ilə  müqayisə olunur.
Reallığın  “paralel”  səviyyələrinin  mövcudluğunu  şərt- 
ləşdirən  virtuallaşma  prosesi,  mədəniyyətin  elektron  əsrinin 
başlıca  təzahürlərindəndir.  Hər  bir  kəşfin  sosial-mənəvi  ba­
xımdan  pozitiv və neqativ tərəfləri  mövcud olur.  Daha doğrusu, 
onun  hansı  məqsəd  və  məramla  tətbiq  edilməsi  bu  nəticəni
-
4 2
-
şərtləndirir.  Bu  baxımdan  virtual  reallığın  verdiyi  imkanlar  da 
ambivalent  -   ikili  təsirə  malik  olub,  müvafiq  məntiqi  nəticə -  
özünün güclü  sosial “neqativ  kölgəsi"  ilə  müşayiət olunur.
Sosial,  humanitar  informasiya  texnologiyaları  hər  bir 
cəmiyyətdə  açıq  şəbəkə  rejimində  mövcud  olduğu  üçün  in­
sanlar  da  istənilən  informasiya  impulslanna  məruz  qalırlar, 
informasiya  cəmiyyətinin  formalaşdığı  müasir  dövrdə  hər  bır 
xalqın  mədəniyyəti  bir  tərəfdən  öz  potensialını  inkişaf  etdir­
mək,  tanıtdırmaq  baxımından  əvvəllərlə  müqayisə  edilməyən 
imkanlar  əldə  edir.  Digər  tərəfdən  isə,  qeyd  olunan  sosial, 
mədəni,  mənəvi  neqativ  yükünü  də  daşımaqla  arzuolunmaz 
təzahürlərin  çoxsaylı  amillərini  doğurur  və  ya  onları 
sti­
mullaşdırır.  Bu  amillərin  sırasında  beynəlxalq  terrorizmdən 
tutmuş  hakerliyə  qədər,  mədəni  üslubların  standartlaşdınlma- 
sından  tutmuş  manipulyativ-ictimai  şüuru  yanlış  meylə  yönəl­
dərək  onu  idarə  etmək  istəyən  texnologiyalara  qədər çox  geniş 
diapazonu əhatə edir.
Hazırkı  məqamda  nə  dünya  birliyi  bütövlükdə,  nə  də 
ayrılıqda  götürülmüş  bir  dövlət  yeni  mədəniyyət  məkanının 
real  və  virtual  qatlan  arasındakı  ahəngi  təmin  edə,  onlann 
tənzimlənməsini  yeni  sosial-mədəni  nəzarət  mexanizmlərini 
hələlik  müəyyənləşdirə bilməmişdir.
Qlobal  informasiya-kommunikasiya  sistemi  mədəni 
mübadilə  və  inteqrasiyanın,  təhsilin,  elmin,  biznesin,  bütöv 
növdən  olan  münasibətlərin  şəraitini  dəyişmiş,  zaman,  sosial, 
dil  və  s.  maneələri  aradan  qaldıraraq  vahid  məkanı  forma­
laşdırmışdır.  Müasirimiz  olan  hər  bir  insan  dünya  mədəniy­
yətini  “ekran  inqilabında”  iştirak etməklə həm  dərk etmək,  həm 
onun  yeni 
tipini  yaratmaq  imkanı  əldə  etmişdir.  Bu  yeni 
mədəniyyət  tipi  müxtəlif mədəniyyətlərin  ahəngdar  inteqrasiya
-
4 3
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə