Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə100/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   96   97   98   99   100   101   102   103   ...   106

Концепция  знания  в  средневековом 
исламе.  М.  1978, 
с. 14.).
Qeyd elmək  lazımdır ki, İslamda hisslərlə,  arzularla, eh­
tiraslarla,  rulum  affektləri  ilə  mübarizə  əbədi  olaraq  aktual 
problem  olmuşdur.  Qəzaliyə görə  fəlsəfənin  (etikanın)  və  incə­
sənətin  vacib  vəzifələrindən  biri  «ruhun  müalicə  və  ehtiras­
lardan  xilas olması  üsullarını  tapmaqdan  ibarətdir  (Ал-Газали. 
Избавляющий  от  заблуэ/сдения.  Антология  мировой  фи­
лософии.  Т.1.,  II ч.,  с.478.). Ona görə də  müsəlman  mədəniy­
yətlərində  dinin  və  incəsənətin  qarşılıqlı  münasibəti  problemi 
özünəməxsus  xarakterə malik olmuşdur.
Tanınmış  rus  və sovet  filosofu  E.G.Yakovlevə  görə  «is­
lam  və  incəsənətin  tarixi  qarşılıqlı  təsirini  təhlil  edərkən,  mə­
nəvi,  xüsusilə,  bədii  mədəniyyətin  inkişafında  ümumi  tarixi 
qanunauyğunluq  aydın  şəkildə  görünür.  Bu  prosesdə  iki  axın: 
xalq-mifoloji  və  sosial-aktual  cəhətlər  daima  qarşılaşır.  Qarşı­
lıqlı  şəkildə  təsir edir  və  bir-birini  şərtləndirir”  (Яковлев E.Г. 
Искусство  и мировые религии.  М.  1985,  с.194-195.).  Bu  hal­
da  müsəlman  ehkamçıları  və  praktiklərinin  özünəməxsusluğu, 
onların  sərtliyi  və  riqorizmi  ona  aparıb çıxarmışdır  ki,  nəticədə 
islam  tam  şəkildə  xalqın  mifoloji  bədii  şüurunu  əhatə  edə  bil­
məmiş  və  təkcə  ilk  mərhələdə  deyil,  bütün  mövcudluğu  müd­
dətində  öz  cizgilərini  ona  aşılaya  bilməmişdir”  (Yenə  orada, 
s.195.).  Lakin  yuxarıda  deyilənlər  E.Yakovlevin  və  onun 
kimilərinin  xəstə  təxəyyülünün  məhsuludur.  Onun  kimilərdən 
soruşmaq  lazımdır  ki,  bəs,  onda  yüzillər  boyu  mövcud  olan 
“müsəlman  mədəniyyəti",  “müsəlman  incəsənəti",  “müsəlman 
poeziyası” hardan  yaranmışdır.
Müsəlman  mədəniyyəti  XIX-XX  əsrlərdə  formalaşan 
milli  mədəniyyətə  də  böyük  təsir  göstərmişdir.  Yuxanda  qeyd
-
404
-
etdiyimiz  kimi  milli  mədəniyyət  təkcə  millətin  yaranması  ilə 
əlaqədar formalaşmamışdır.  Milli  mədəniyyət  bütün  tarix  boyu 
formalaşan  mədəniyyətlərin  həqiqi  varisi  hesab  olunur.  Gör-- 
kəmli  tədqiqatçılar  insanlann  birlik  formalannın  yaranması 
mexanizmini  açmağa  çalışmışlar.  Qəbilə-tayfa  və  xalqların 
formalaşması  minillik  tarixin  ən  mühüm  göstəriciləri  hesab 
oluna  bilər.  Lakin  zaman  keçdikcə  həmin  birlik  formalan  da 
maddi  nemətlər istehsalının  və  mübadiləsinin  inkişafı  üçün  çox 
məhdud  oldu.  Bu  zaman  mübadilə  insanlann  ən  müxtəlif 
fəaliyyət  növlərini  əhatə  etməyə  başlamışdı.  Patriarxal-natural 
təsərrüfat  öz  yerini  əmtəə  istehsalına  verdi.  Əmtəə-kapitalist 
münasibətləri  ayn-ayn  təsərrüfat  rayonlannın  iqtisadi  aynlı- 
ğını  aradan  qaldınr,  həmin  xalqdan  və  ona  yaxın  xalqlardan 
ibarət  əhali  arasında  əlaqələri  möhkəmlədir,  onlar üçün  ümumi 
olan  dinin,  ümumi  mədəniyyət  əlamətlərinin  yaranmasına  kö­
mək  edir,  insanian  daha  sabit  birlik  olan,  “bir  qanunvcnciliyi. 
bir  milli  sinfi  mənafeyi,  bir  gömrük  sərhəddi”  (K.Marks  və 
F.Engels.  Kommunist  Partiyasının  manifesti.  B.,1976,  s.56.)
olan  millətlər halında birləşdirir.
Maraqlı  cəhətlərdən  biri  də  budur  ki,  çox  zaman  bəzi 
səbəblər  üzündən  mərkəzləşdirilmiş  dövlət  yaradılması  prosesi 
həmin  ərazidə  yaşayan  bütün  xalqların  millət  halında  təşəkkül 
tapmasından  daha  sürətlə  davam  etmiş  və  daha  əvvəl  başa  çat­
mışdır.  Belə  hallarda  digər  xalqlardan  əvvəl  yaranan  və  mər­
kəzləşdirilmiş  dövlət  yaradılmasında  aparıcı  qüvvə  olan  bir  və 
ya  bir neçə millət  imtiyazlı  mövqe  tutmuş  və çoxmillətli  dövlət 
yaranıb  inkişaf  etmişdir.  Meydana  gəlib  inkişaf  etməkdə  olan 
millətin  hakim  sinifləri  mərkəzi  dövlətə  arxalanaraq,  çox  vaxt 
nisbətən  aşağı  inkişaf səviyyəsində  duran  digər  xalqları  əsarətə 
almış  və  çoxmillətli  dövlətlər  yaranmışdır.  Lakin  müstəsna
-
405
-


hallarda bəzi  xalqlar birmillətli  dövlətlərdə formalaşmışdır.
Elə  XIX  əsrdə  dünya  birmillətli  güclü  iqtisadiyyata  və 
hərbi  gücə  malik olan  dövlətlər tərəfindən  bölünmüşdür.  Ancaq 
bəzi  gec  formalaşan  birmillətli  dövlətlər  həmin  bölgü  ilə  razı­
laşmadıqlarına  görə  dünya  müharibələri  baş  vermişdir.  Nəticə­
də  bir  sıra  dövlətlər  çoxmillətli  imperiyalara  çevrilmişdir.  Hə­
min  müstəmləkə  imperiyalarında  milli  zülm  özünəməxsus  yer 
tutmuşdur.  Lakin  bütün  hallarda  millətlər  kapitalist  istehsal 
münasibətləri  zəminində formalaşmışdır.
Millətin  formalaşması  üçün  başlıca şərtlərdən  biri  də iq­
tisadi  həyat  birliyidir.  Lakin  iqtisadi  həyat  birliyi  yalnız  daha 
əvvəlki  dövrdə  meydana  gəlib sıx  iqtisadi  əlaqələr əsasında  in­
kişaf  edən  digər  əlamətlərlə  birlikdə,  həyat  birliyindən  başqa, 
ümumi  dil,  ümumi  ərazi  və xalqın  ictimai  psixologiyasının  bəzi 
xüsusiyyətləri,  mədəniyyətin  spesifik cəhətlərində təzahür edən 
həmin  xüsusiyyətlər millətin  əsas əlamətini  təşkil  edir.  Həm  də 
psixologiya  və  mədəniyyətin  həmin  millətə  məxsus  həlledici 
olmayan  bəzi  ümumi  cəhətlər həmin  millət  daxilində  bir-birinə 
əks  olan  təbəqələrinin  nümayəndələrinin  psixologiyasında 
əsaslı  heç  də  aradan  qaldırmır.  Keçmiş  SSRİ  dövründə  çıxan 
dərsliklərdə millətlərə aşağıdakı  tərif verilmişdir.  “Millət  insan­
ların  sabit  birliyi  olub,  ümumi  dillə,  ümumi  ərazi  ilə,  iqtisadi 
həyat  birliyi  və  müəyyən  xalqın  mədəniyətinə  xas  olub  onun 
mədəniyyətini  başqa  xalqların  mədəniyyətindən  fərqləndirən 
spesifik  cəhətlərdə  təsbit  olunmuş  ictimai  psixologiyanın  bəzi 
xüsusiyyətlərinin  birliyi  ilə  bağlıdır".  Millətin  müasir  dövrdə 
təriflərinə  keçməzdən  əvvəl,  qeyd elməliyik  ki,  bəşər cəmiyyə­
tinin  yüksələn  xətlə  inkişafı  prosesində  insan  birliyinin  tarixən 
bir-birini  əvəz  edən  üç  tipi  bunlardır:  qəbilə-tayfa  birliyi,  xalq 
və  millət.  Bu  tiplərdən  birinin  yerini  digərinin  tutması  göstərir
-
406
-
ki,  bununla  bağlı  olan  sosial  tərəqqi  etnik  birliklərin  geniş­
ləndirilməsini,  onların  daha çox  sabitləşməsini,  onların  arasın­
dakı  əlaqələrin  möhkəmlənməsini  tələb  etmişdir.  Milli  şüurun 
formalaşmasına  bir  sıra  amillər  yardımçı  olur.  Bunlar  xalqın 
psixologiyası, adət-ənənələri,  mənəviyyatı,  mentaliteti  və s.-dir. 
Onlara  xalq  etiqadını,  dini  də  əlavə  etmək  olar.  Bu  baxımdan 
islam  bütün  müsəlmanların  dini  olsa da  (islama çoxlu  millət  və 
xalqlar etiqad  edirlər),  ayrı-ayrı  millətlərin  milli  şüurunun  for­
malaşmasında  mühüm  rol  oynamışdır.  Harvarddan  olan  pro­
fessor  Xokinq  “Dünya  siyasəti  ruhunda”  kitabında  yazırdı: 
“Müsəlman  ölkələri  sadəcə  olaraq,  Qərb  qaydaları  və  də­
yərlərini  təqlid  edəcəklərsə qətiyyən  irəli  getməyəcəklər.  İslam 
yeni  təfəkkür,  müstəqil  yeni  qanun  və  buna  müvafiq  qaydalar 
yaratmağa,  özü  də  müasir  cəmiyyətin  tələblərinə  uyğun  gələn 
qanunlar yaratmağa qadirdirmi? Bəli  qadirdir!  İslam bəşəriyyə­
tə  digərlərinə  nisbətən  irəli  doğru  hərəkət  üçün  daha  əlverişli 
imkanlar  verir.  Onun  çatışmazlıqları  qabiliyyəti  ilə  deyil,  on­
lardan  istifadə etməsi  ilə əlaqədardır.  Həqiqətən  də şəraitdə  hər 
şey  vardır"  (Сайид  Муджтаба  Рукни  Mycm n Лари.  Запад­
ная цивилизация глазами мусальманина.  Б.,199,  с.101-102.).
İslam  dini  bütün  müsəlmanları  bərabərləşdirməklə  mil­
lətçilik  üçün  heç  bir  əsas  vermir.  Millətçilik  başqa  xalqlarla 
geniş  əlaqələr  yaradılmasına  mane  olmaqda  və  ya  yalnız  etnik 
cəhətdən  yaxın  olan  xalqlarla  belə  əlaqələri  qəbul  etməkdə, 
tarixən  mütərəqqi  hal  olaraq  millətlərin  bir-birinə  yaxınlaşması 
və  bunlardan  bəzilərinin  digər millətlərlə qovuşması  prosesinə, 
hətta  bu  proses  zorakı  tədbirlər,  zorakı  assimilyasiya  nəticə­
sində deyil, "təbii” yolla getdikdə ölkənin  iqtisadi  inkişafı  gedi­
şində  baş  verdikdə  də,  buna  mane  olmaqda  özünü  göstərir.  Bu 
milli  mədəniyyətlərin  yaxınlaşması  prosesinə  də  mühüm  təkan
-
40 7
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə