Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə101/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   98   99   100   101   102   103   104   105   106

verir.  Əslində  “kultura”  (mədəniyyət)  sözü  özü  bizi  böyük 
paradoks  qarşısında  qoyur.  Bir  tərəfdən  kultura  partikulyarist 
(Partikulyarizm  (ilmumdövlət  mənafeyi  zərərinə  olaraq, 
dövlətin  ayrı-ayrı  hissələrini  mərkəzdən  ayırmamaq  cəhdi, 
qeyri-rəsmi,  xüsusi  və  s.)  mənaya  malikdir.  Mədəniyyət  fərd- 
lər  sistemidir  və  yaxud  davranışın  praktiki  formasıdır,  mədə­
niyyətin  antropoloji  mənada  işlənməsi,  bir qrupun  davranışının 
praktiki  formasıdır.  (Məsələn,  fransız  mədəniyyəti  italyan  mə- 
dəniyətinə,  proletar mədəniyyəti  burjua  mədəniyyətinə,  xristian 
mədəniyyəti  müsəlman  mədəniyyətinə  qarşı  qoyulur).  Eləcə  də 
onu  belletrist  mənada,  yəni  ali  dəyərlər,  yaxud  da  ayn-ayrı 
qruplar  daxilində  “elementar”  praktiki  davranış  forması  kimi 
başa  düşmək  olar.  Burada  mədəniyyət  təsəvvürlərlə,  bədii  for­
maların  istehsalı  ilə  eyniləşmişdir  (Валлерстайн  И.  Анализ 
мировых  систем  и  ситуация  в  современном  мире.  Изд. 
Университетская  книга.  С.Петербург.  2001,  с. 131.).
Hazırda  dünya  sistemində  millətçilik  partikulyarizmin 
kvintessensiyası,  onun  böyük  formasıdır.  Lakin  islam  və  millət­
çilik  müsəlman  dininin  ənənəvi  yayıldığı  ölkələrdə  bir-birilə  çox 
ziddiyyətli  şəkildə  özünü  təzahür  etdirir.  Sosial,  siyasi  fəallığın 
güclü  ideya  stimulu  rolunda  çıxış edən  millətçilik  və  islam  zəru­
rətindən  asılı  olaraq, bəzən  müstəqil, bəzən də bir-birinə təsir edir, 
bəzən  isə,  yuxanda  qeyd  etdiyimiz  kimi,  bir-birinə  ziddiyyətdə 
olurlar.
İslam  indiyə  qədər  əksər  ölkələrdə  dünyagörüşü  və  inteq­
rasiya  olunmuş  sosial-mədəni  sistem  kimi  əhalinin  çoxsaylı  qrup- 
lan  üçün mühüm əhəmiyyətə malikdir (Левин З.И.  Ислам  и на­
ционализм  в  странах  зарубеж ного  востока.  М., Наука 
1988.  с.З.).
Mədəniyyətin  müəyyən edilməsində aksioloji şərtlərə əsas­
-
408
-
lanaraq  tədqiqatçılar  qeyd  edirlər  ki,  ictimai  şüur  mənəvi  mə­
dəniyyətin  elementidir.  Bəzi  tədqiqatçılar  isə  yanlaş  olaraq  dini 
mədəniyyət  sahəsindən  kənarlaşdınrlar,  “spesifik  ictimai  hadisə 
kimi  mədəniyyətin tədqiqi dinə müraciət etmədən də mümkündür” 
(Махновский Д.М.  К   постоновке  вопроса  взаимовлияния  ре­
лигии  и  культуры  (культура и религия).  Ленинград,  изд.  ЛГУ. 
1977,  с.23.),  yaxud da “marksistlər dini  mədəniyyət hadisəsi  hesab 
edirlər”  (Савельев  C.Г.  Понятие  и место  культуры  в  сис­
теме  обшественных  наук.  Религия  и  атеизм  в  истории 
культуры.  Л.  ЛГУ.  1989,  с. 78).
Bizim  fikrimizcə,  dini  subyektiv  surətdə  mədəniyyət 
sahəsindən  təcrid  etmək  mədəniyyət  kimi  mürəkkəb  strukturu 
məhdudlaşdırmaq  deməkdir.  Bu  o  deməkdir  ki,  uzun  illər  biz 
gələcəyə böyük tarixi  əhəmiyyəti  olan sosial  fonemen haqqında 
informasiya  verə  bilməmişik.  Bu  isə  keçmiş  sivilizasiya  haq­
qında  məlumatsızlıq  deməkdir.  Dini  mədəniyyət  sahəsindən 
təcrid  etmək  onu  qeyri-tarixi  və  təsadüfi  hadisə  hesab  etməyə 
bərabərdir.  Bu  da  cəmiyyətin  inkişaf  qanunauyğunluqlarının 
başa  düşülməsinə,  onun  mənəvi  həyatı  və  mədəniyyəti  haq­
qında məlumat almağa zidd gəlir.
Məlum  olduğu  kimi  din  təsadüfi  hadisə  deyil.  Bütün 
dinlər  hər  bir  xalqın  ictimai  və  siyasi  həyat  şəraitinə  uyğun 
olaraq  doğmuş,  onun  yaxın  və  ayrılmaz  mənəvi  dəyərinə  çev­
rilmişdir.  Hər  bir  dövrün  mənəvi  mədəniyyətində  cəmiyyətin 
maddi,  sosial-iqtisadi,  siyasi,  estetik, əxlaqi,  dini  dəyərləri  öz 
əksini  tapır.
İfrat  materialistlər  hesab  edirlər  ki,  mənəvi  mədəniy­
yətin  məzmunu  maddi  mədəniyyətin  inkişafının  səviyyəsi  ilə 
müəyyən  olunur.  Elə  buna  görə  də  ilkin  tarixi  mərhələlərdə 
mənəvi  mədəniyyət  sahəsində  müəyyən  dünyagörüşü  formaları
-
409
-


üstünlük  təşkil  edir.  Maddi  istehsalın  ilkin  mərhələlərinin 
şüurlu  inikası  ancaq  dini  xarakter  daşımalı  idi.  Dünyanı  mə­
nimsəmənin  dini  üsulu  adamların  daxili  aləminin  və  sosial 
fəaliyyətinin  requlyasiyası  yolu  ilə  mümkün  ola bilərdi.  Bu cür 
qabiliyyətə  yiyələnən  din  uzun  tarixi  dövrlər  ərzində  obyektiv 
təlabatı  ödəmiş  və  onun  mövcudluğunun  ayrılmaz  şərti  olmuş­
dur.
Dinin  spesifikası  ondadır  ki,  o,  özündə  spesifik  dini 
şüurdan  başqa  ictimai  şüurun  digər  formalarının  elementlərini 
də  birləşdirir.  Cəmiyyətin  inkişafının  hər  hansı  müəyyən  mər­
hələsində din  real  şəkildə  konkret-tarixi  formada  həqiqi  biliyin 
ifadəçisi  kimi  çıxış  etmişdir.  Ümumbəşəri  dəyərləri  ifadə  edən 
bir  sıra  mənəviyyat  nümunələri  və  ideyalar  dini-mistik  for­
mada özünü  göstərmişdir.  Əgər biz  həmin  ideya  və  mənəviyyat 
nümunələrindən,  yəni  bütövlükdən,  mədəniyyətdən  dini  təcrid 
etsək,  həmin  dövrün  mədəniyyət  və  mənəvi  həyatının  kədərli 
bir  mənzərəsini  görə  bilərik.  Orta  əsrlərdə  belə  hadisələr  çox 
olub.  Şübhəsiz,  biz  keçmiş  dövrləri  tamamilə  mövhumat  və 
cəhalətin,  mədəniyyətsizliyin  hökm  sürdüyü  kimi  təsəvvür  et­
sək  tarixin  həmin  dövrünü  düzgün  qiymətləndirməmiş  olardıq. 
Mədəniyyət  fenomeninə  tərif  verərək  onu  dindən  təcrid  etmək 
deyil, onunla əlaqələndirmək  lazımdır.  İnsan  fəaliyyətinin  (bəl­
kə  də  mövcudluğunun)  ifadəsi  olan  din  insan  fəaliyyətinin 
bütün  sahələrinə  -   maddi  və  mənəvi  sahələrinə  hərtərəfli  daxil 
olur  və  təsir  göstərir.  Deməli,  din  mədəniyyət  elementi  kimi
çıxış  edir,  insanın  mənəvi  fəaliyyətinin  əsas  növü  kimi  çıxış 
edir.
VII  əsrdən  başlayaraq  Şərqdə  hökmran  dinə  çevrilən 
İslam  dini  bütün  ölkələrdə  məişəti,  ənənəni  və  kultu  öz  tələb­
lərinə  uyğun  olaraq  dəyişdirmişdir.  İkincisi,  islam  yerli  xarak-
-
410
-
terə  malik  olmaqdan  ötəri  yerli  mərasimləri  və  dini  prinsipləri 
də “özününküləşdirməli” idi.
Milli  mədəniyyət  digər  müsəlman  xalqlarının  mədəniy­
yəti  ilə  islami  əsasda  birləşmiş  və  daha  da  zənginləşmişdir. 
Mütləq  dəyişkənlik,  axıcılıq  hisslə  qavranılan  dünyada  bütün 
şeylərin  və  hadisələrin  qeyri-müəyyənliyi  fikrinə  qarşı  çıxan 
müsəlman  mədəniyyəti  və  incəsənəti  özünün  dəyişməz,  sabit 
və möhkəm, etibarlı, əbədi  prinsiplərini  irəli  sürür.
“Müsəlman  incəsənətlə  özünün  ələ  alınmasını  istəmir, 
çünki  onun  üçün  dünyanın  özü  incəsənət  əsərlərinə  nisbətən 
daha  gözəldir,  Allahın  öz  əlindəki  ipi  dartmaqla  hərəkətə  gə­
tirən  bütün  mövcud  mexanizm,  daha  doğrusu  işə  saldığı  dünya 
gözəldir...
Müsəlman  incəsənəti  bütün  ortodoksal-müsəlman  filo­
soflarının ciddi-cəhdlə müdafiə etmələri  dünya haqqında təsəv­
vürlərə  əsaslanan  kainat  haqqında  müəyyən  nəzəriyyələr  əsa­
sında  yaranır...  Bu  nəzəriyyəyə  görə,  bu  dünyanın  özündə  for­
ma,  obraz  yoxdur,  təkcə  Allah  daimi  varlığa,  mövcudluğa  ma­
likdir  (Масиньон  Л.  Методы  худож ественного  выраж е­
ния  у   мусульманских  народов.  Бах:  Арабская  Средневе­
ковая  культура  и литература.  M.  J985.).
Əgər Şərqin, müsəlman dünyasının ona əsr mədəniyyəti 
və  incəsənətinə  nəzər  yetirsək  görərik  ki,  onlar  sonrakı  dövr­
lərdə  formalaşan  milli  mədəniyyətlərə  mühüm  təsir  göstər­
mişdir.
Ümumiyyətlə, orta əsr mədəniyyəti  və  incəsənətində es­
tetika  anlayışlarına  maraq,  incəsənətin  normativliyi  prinsipinin 
müzakirəsi  son  illərdə  filosoflar,  estetiklər,  mədəniyyət  nəzə­
riyyəçiləri,  ədəbiyyatşünaslar,  sənətşünasların  və s.  diqqət  mər­
kəzində  olmuşdur.  Bizə  elə  gəlir  ki,  nəhayət,  bu  yolda  mü-
-411
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə