Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə102/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   98   99   100   101   102   103   104   105   106

səlman  incəsənəti  haqqında  obyektiv,  düzgün  fikir  deyilə­
cəkdir.
“Orta  əsr  şüuruna,  onun  insan  və  dünya  haqqında  mü­
hüm  baxışlanna  xas  olan  cəhət  odur  ki,  onlar  özlərinin  bədii 
prinsiplərini  estetik  qanun  formasında  möhkəmləndirmək  istə­
yirlər.  Keçmiş  dövrlərin  bədii  praktikası  əsasında  formalaşan 
kanon  öz  köklən  ilə  qədim  incəsənətə  gedib  çıxır  və  xalq  tə­
səvvürlərində  inkişaf edib ənənəyə çevrilən  gözəllik  və  harmo­
niya  idealını  möhkəmləndirir.  Lakin  ənənə  müəyyən  üsullann 
təkrarı  və  obrazlann  kortəbii  və  adətə  əsaslanan  təqlididirsə, 
kanon  sistem  kimi  formalaşan  və  kanonluğundan  çıxıb  qanuna 
çevrilən  ənənədir”  (Филыитинский  И. 17.  История  арабской 
петературы.  М.1985,  с. 10).
Milli  mədəniyyətlər  orta  əsr  müsəlman  mədəniyyətinin 
qanuni  varisi  rolunda  çıxış  edir.  Varislik  inkişafın  obyektiv, 
universal,  müstəqil  prinsipi  olub,  dəyərlər  kateqoriyası  vasitə­
silə  mədəniyyətin  strukturuna  daxil  olur.  Xalqların  milli  mədə­
niyyəti  dünyanın  milli  obrazı  olub,  fəlsəfi-kulturaloji  kateqo­
riya  kimi  milli-mənəvi  sistemin  bütövlüyünü  ümumiləşdirilmiş 
şəkildə  ifadə edir.  Milli  mədəniyyət  təkcə  “milli  xarakteri”  ifa­
də  etmir.  Çünki  müasir  anlamda  milli  mədəniyyət  millilikdən 
çox  universallığı  ifadə  edir.  Ənənəvi  olaraq  islamı  insanların 
bütün  həyatını,  o  cümlədən  o  dünyadakı  həyatını  da  nizam­
layan  bir  din  hesab  edirlər.  Nəzəri  cəhətdən  islamda  ruhanilik 
institutu  yoxdur.  Ərəb  dilində  hətta  bu  termini  ifadə  edən  söz 
yoxdur,  Fars  dilində  bu  anlayış  ruhaniyun  kimi  yalnız  son 
dövrlərdə  meydana  çıxmışdır.  Bununla  bərabər  kult  xidmətçi­
ləri  istənilən  qədərdir:  imamlar,  xətiblər,  müəzzinlər,  molla, 
şeyx,  axund,  ilahiyyatçı  və  s.  bu qəbildəndir {Бах: Дорошенко 
E.A.  Шиитское духовенство в Иране.  М ,  1986 ).
-
412
-
İndiki  dinamik  dövrdə  xalqlar  və  ölkələr  arasındakı 
təkcə  məkan,  coğrafi  sərhədlər  deyil,  eyni  zamanda  tarixi,  si­
yasi,  sosial  maneələr  aradan  qaldırılır.  Sivilizasiya  və  mədə­
niyyətlər  arasında  həmin  maneələrin  aradan  qaldırılması  həm 
keçmiş, həm  bu  gün  haqqında obyektiv fikirlər üçün  və həm  də 
gələcək inkişaf üçün düzgün  perspektivlər müəyyənləşdirilməsi 
üçün  intəhasız  imkanlar  açır.  Mədəniyyətdə  çoxxətlilik,  di- 
namizm  mürəkkəb  strukturluluq,  onun  nisbi  müstəqilliyi 
idealist  fəlsəfədə  belə  bir  baxışı  formalaşdırmışdır  ki,  mənəvi 
olan  maddidən  üstündür.  Bəzi  tədqiqatçıların  fikrincə,  mənəvi 
mədəniyyətin  ürəyi  dünyagörüşüdür.  Bu  isə  insanın  dünyaya 
ümumiləşdirilmiş  baxışlar  sistemidir,  özünün  dünyada  yerinin 
müəyənləşdirilməsidir,  insanın  gerçəkliyi  dəyərlər  mövqeyin­
dən  anlamasıdır,  onun  fəaliyyətinin  və  bəşəriyyətin  taleyinin 
dərk  edilməsidir.  Adamların  elmi,  fəlsəfi,  siyasi,  hüquqi,  dini, 
əxlaqi  əqidə  və  ideallarının  məcmusudur (Спиркин А.Г.  Чело­
век,  культура,  традиция (Традиция в  истории  культуры). 
М   1978,  с.7-8.).  Dünyagörüşü  mənəvi  mədəniyyətin  bütün 
komponentlərinə daxil  olaraq  əlaqələndirici  həlqə  rolunda çıxış 
edir.
Din  mənəvi  istehsalın  bir  növü,  ictimai  şüur  formala­
rından  biridir. Tədqiqatçıların əksəriyyətinin  fikrincə,  mədəniy­
yət  fenomeni  kimi  dinin əmələ gəlməsi  tarixi  zərurət olmuşdur. 
Dinin  sayəsində  insan  özünüdərk  imkanı  əidə  etmişdir.  İslam 
müsəlman  ölkələrinin  yerli  mədəniyyətlənni  mənimsəməklə, 
gələcəkdə  müsəlman  mədəniyyətinin  hərtərəfli  inkişafına  kö­
mək etmişdir.  Müasir müsəlman  ilahiyyatçılan  belə izah edirlər 
ki,  islamı  qəbul  etdikdən  sonra  bütün  ölkələr  birdən-birə  çi­
çəklənmişdir.  Əlbəttə,  bu,  ağlabatan  deyildir.  Əvvəla,  islam 
dini  nisbətən  inkişaf etmiş ölkələrdə  yayılmışdır.  İkincisi,  ərəb­
-
413
-


lər  işğal  etdikləri  ölkələrdən  çox  şey  öyrənmişdir.  Deməli,  is­
lam  birdən-birə  inkişafa  aparan  hesab  olunmamalıdır.  İslam 
tədricən  milli  mədəniyyətlərin  inkişafına  mühüm  təsir  göstər­
mişdir.
Qeyd  etmək  lazımdır  ki,  milli  mədəniyyətin  inkişafında 
bir  sıra  faktorlar  iştirak  edir.  İqtisadi,  siyasi  və  mənəvi  sahə­
lərdə  əhəmiyyətli  dəyişikliklər  baş  verdikdən  sonra  hər  bir 
xalqın  özünüdərki,  milli  mənini  tanıması  prosesi  baş  verir. 
Məlum  olduğu  kimi,  özünüdərk  aşağıdakı  prinsipləri  özünə 
daxil  edir:  etnik  məsuliyyətin  dərk  edilməsi,  milli  dilə  və 
mədəniyyətə  bağlılıq,  milli  ənənə,  adət,  mərasim,  rituala  bağ­
lılıq,  xalqın  tarixinə,  onun  qəhrəmanlarına,  pis,  yaxşı  yaşanmış 
keçmişinə  məhəbbət  hissi  ideyasına  hörmət  və  s.  Milli  özü- 
nüdərkin  struktur elementləri  içərisində ən  sabiti  və  dayanıqlısı 
etnik  mənsubiyyət hissidir.
Dindarlarda  milli  özünüdərkin  formalaşması  mütərəqqi 
milli  həyat  cizgiləri  əsasında  deyil,  həm  də  dini  ideologiyanın, 
nəsildən-nəsiə  ötürülən  əxlaqi-normativ  qaydaların  və  ənə­
nələrin  təsiri  altında  olur.  Yuxanda  sadaladıqlanmız  isə  milli 
psixologiyanın  və həyat  ukladının  bir hissəsi  hesab olunur.
Adamlann  dini  hisslərindən  istifadə  olunması  və  ondan 
spekulyasiya  edilməsi  düzgün  deyildir.  Özü  də  bu  zaman  milli 
xüsusiyyət  adı  altında  mürtəce  adət  və  ənənələrdən,  dövranını 
sürmüş,  milli  mədəniyyətin  arxaik  formalanndan  istifadə  olun­
ması  mühüm  yer  tutur.  Bütün  bunlar  isə  millətçiliyin  oyanma­
sına  xidmət  edir.  Azərbaycan  xalqı  öz çoxəsrlik  tarixində  o qə­
dər də  az olmayan demokratik adət-ənənə işləyib  hazırlamışdır, 
Bunlar:  vətənpərvərlik,  Vətənə  məhəbbət,  Vətənin  müdafiəsi, 
qonaqpərvərlik,  böyüklərə,  qocalara,  qadınlara  hörmət  və  s. 
Lakin  Azərbaycan  xalqının  yalnız  özünəməxsus  bir  sıra  adət-
-
414
-
ənənələri  də  vardır.  Milli  mədəniyyətin  inkişafında  xalqın 
özünəməxsus  keçmişinin müsbət cəhətlərinin dirçəldilməsi  mü­
hüm  vəzifədir.  Lakin  bir  məsələ  də qeyd  olunmalıdır  ki,  Azər­
baycan  xalqı  tarixən  beynəlmiləl  xalq  olmuşdur.  Erməni  və  s. 
düşmənlərimizin  iddia  etmələrinə  baxmayaraq,  Azərbaycan 
xalqı  həmişə  ona  sığınanları  hörmətlə  qəbul  etmişdir.  Onlara 
hörmətlə  yanaşmış,  ev,  ərazi  və  s.  ilə  təmin  etmişdir.  Hətta  öz 
həyatını  təhlükə  qarşısında  qoyaraq,  qonaq  hesab  etdiyi  başqa 
millətin  nümayəndəsini  axıra qədər qorumuşdur.
Milli  mədəniyyət  bütün  sahələrdə  özünü  göstərmişdir. 
Müsəlman  ölkələrinin  milli  mədəniyyətləri  müsəlman  dünya­
sını  daha  da  zənginləşdirmişdir.  Öz  milli-etnik  spesifikliyinə 
baxmayaraq,  onun  islam  ünsürləri  ilə  zəngin  olması  göz  qaba­
ğındadır.  Müsəlman  bayram  və mərasimləri  milli  mədəniyyətin 
qızıl  fonduna  daxil  olmuşdur.  Doğrudur,  həmin  fondda  isla­
maqədərki  adət-ənənə  və  mərasim  də  özünəməxsus  yer  tutur. 
Lakin  bütün  hallarda  milli  mədəniyyətlərdə  dini  olan  ilə  milli 
olan,  eləcə  də  dini  olan  ilə  dünyəvi  olan  bir-birinə  çulğunlaş- 
mtşdır.  Bu  isə  islamın  ən  böyük  uğurudur.  Milli  mədəniyyət­
lərin  ən  böyük  müvəffəqiyyətidir.  Dini-mənəvi  dəyərlər  olma­
dan  milli  mədəniyyətləri  təsəvvür etmək mümkün deyildir.
-
415
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə