Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə105/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   98   99   100   101   102   103   104   105   106

səbəbi,  həm  də  nəticəsi  insanların  hüquq  və  azadlıqlarına 
hörmət  hissidir.
Mövcud  olan  stereotiplərə  müraciət  etsək,  tolerantlığı 
“düşmən  -  rəqib  -  özgə  -  dost”  kimi  anlayışların  ictimai  şüurda 
təkamül  sırası  kimi  təsəvvür edə  bilərik.  Tolerantlıq  böyüklü­
yün,  dözümsüzlük  isə  zəifliyin  əlamətidir.  Dini  tolerantlıq  si- 
vilizasion  identikliyin  sistemyaradıcı  faktorudur.  Onun  prinsip­
ləri  tarix  boyu  yaşayaraq  dünyəvi  dəyərlərə  nüfuz  etmiş,  in­
sanları  vahid  bəşəriyyətə  çevirən  qlobal  mədəni  hüquqi  norma 
və qaydalara çevirmişdir.
Hər  hansı  bir dini,  onu  daşıyan  sivilizasiyanı  dözümsüz 
adlandırmaq  cəhdləri  özü  də  bilavasitə  dözümsüzlüyə  nümunə­
dir.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  bu­
nunla əlaqədar  qeyd etmişdir:  “Biz beynəlxalq  terrorizmi  islam 
dini  ilə  əlaqələndirənlərə  qəti  etirazımızı  bildiririk.  Belə  bir 
tezis tamamlilə səhvdir, əsassızdır və qəbuledilməzdir”.
11  sentyabr  hadisələrindən  sonra  tenroru  islam  dini  ilə 
bağlamaq  cəhdlərini 
prezident  C.Kennediyə  qəsd  edən 
L.Osvalda görə bütün Amerika xalqını cinayətkar hesab etmək­
lə  müqayisə  etmək  olar.  Ümumiləşdirməyə  çalışsaq,  məsələ 
dinlərarası  dözümsüzlükdə  deyil,  ifrat  mövqelərin  tərəfdarları­
nın dözümsüzlüyündədir.
Tolerantlığı  formalaşdırmaq  üçün  hər  bir  dində  möv­
cud  olan  ümumi,  ortaq  dəyərləri  aşkara  çıxarmaq  lazımdır. 
Fərqləri  mütləqləşdirmək  isə  daim  müasir  dövrdə  gərginliyin 
artmasına,  antimiqrasion  qanunvericiliyin,  yeni  viza  rejimləri­
nin  tətbiqinə  rəvac  verir.  Bəşəriyyət  ümumi  düşmənə  -   ter­
rorizmə  və  digər qlobal  təhlükələrə  qarşı  birləşmək  üçün  tole­
rantlıq həyat normasına, əməli  fəaliyyətinə çevrilməlidir.
Azərbaycan  geostrateji  mövqeyinə  görə,  çeşidli  dünya­
-
4 2 4
-
görüşü,  həyat  tərzi,  mədəni  və  mənəvi  dəyərlərin,  dini  konfes­
siyaların  qovuşduğu  tolerantlıq  məkanıdır.  Azərbaycan  yalnız 
qlobal  inteqrasiya  və  əməkdaşlıq  məkanı  deyil,  həm  də  dinlər- 
arası  ünsiyyət  məkanıdır.  Müstəqillik illərində  Azərbaycan  ulu 
öndər  Heydər  Əliyevin  əsasını  qoyduğu  dövlət-din  siyasətinə 
uyğun  olaraq  öz  tarixi  nailiyyəti  olan  tolerantlığı  daha  da  zən­
ginləşdirmişdir.  Bakıda  ən  müxtəlif  təmayüllü  dini  icmalar, 
kilsə  və  sinaqoqlar  mövcuddur.  Burada  müxtəlif  mədəniyyətə 
mənsub  olan  insanlar  üçün  bənzərsiz  sosial  mühit  təşəkkül 
tapmışdır.  Polietnik  struktura  malik  olan  azərbaycanlılar  bir- 
birinə  münasibətdə, sadəcə, dözüm deyil,  həm də ünsiyyət ehti­
yacı duyurlar.
Xalqımızın  mədəniyyət  və  mənəviyyatının  bütün  qat­
larını  özündə  cəmləyən  “azərbaycançılıq  “mükəmməl  tolerant­
lıq  konsepsiyası  və  real  inkişaf  modelidir.  Azərbaycançılıq 
ideologiyası  dini  tolerantlığın,  polietnik  mövcudluğun  qarantı 
kimi  çıxış edir.  Bugünkü  azərbaycanlı  burada  yaşayan  bütün 
xalqların  özünü  təsdiqi  üçün  zəruri  olan  bütün  imkanlardan 
bəhrələnən,  sosial  komfortluq  və  sosial  optimizm 
hissinə 
malik  vətəndaşın  obrazıdır.  Prezident  İlham  Əliyev  bununla 
əlaqədar qeyd etmişdir:  “Dini  tolerantlıq  sahəsində  Azərbayca­
nın  təcrübəsi  örnək ola bilər. Etnik və dini  tolerantlıq ölkəmizin 
ən  yüksək  tarixi  nailiyyətidir.  Bu  bəlkə  iqtisadi  nailiyətlərdən 
daha vacib elementdir”.
Azərbaycanda dözümlü  ictimai  mühitin  formalaşmasını 
bu  gün  və  gələcəkdə  təmin  edən  tolerantlığın  praqmatik  kon­
sensus  modeli  daim  inkişafdadır.  Tolerantlıq  prezumpsiyası 
insanlar,  dinlər  və  mədəni у yətlərarası  ünsiyyətin  rəhbər  prin­
sipinə çevrilmişdir.
-425
  -


§ 8.  İslam Avropa məkanında
(J.K la u sen   The  Isla m ic  challenge.  P o litic s  a n d  
R elig io n   in  W estern  E urope  O xford,  2005,  p .2 6 ).
Q lobal inteqrasiya proseslərində dini-sivilizasion 
fa kto rla rın  obyektiv təhlilini verən əsərlər o qədər də 
çox deyildir.
Avropaya  səfərimiz  gedişində  tanış  olduğumuz  tədqi­
qatçılardan,  ingilis  alimi  Yutt  Klausenin  “İslam  faktoru  (Qərbi 
Avropada  din  və  siyasət)”  adlı  əsəri,  altı  Avropa  ölkəsində  ya­
şayan  (İsveç,  Danimarka,  Niderland,  İngiltərə,  Fransa)  300 mü­
səlman  lideri  arasında aparılan  tədqiqatı əks etdirir.
Tədqiqat  obyekti  kimi  seçilən  əsas  mövzular:  islam 
Avropada,  Avropanın  yeni  müsəlman  Siyasi  Elitası  (1500-2000 
nəfərə  yaxın),  din  və  siyasət,  münaqişədən  mədəniyyətlərin 
müharibəsinə,  xristian  və  müsəlman  Avropası,  seksual  siyasət 
və  multikulturalizm,  nəticə:  liberal  müsəlmanlar  və  Avropa 
islamının  təşəkkülü  və s.  kimi qruplaşdınlmışdır.
Müəllifin  fikrincə,  son  onilliklərdə  Şərq  və  Qərb  ara­
sında  toqquşma,  savaş,  mədəniyyətlərin  müharibəsi,  dəyərlərin 
qarşıdurması  ardıcıl  olaraq  şüurlara  yeridilir.  Onun  fikrincə, 
bəşəriyyəti  xilas edə  bilən  bir tələb,  çağırış  varsa,  o  da  dialoqa, 
qarşılıqlı  anlaşmaya,  inteqrasiyaya,  tolerantlığa  çağırışdır.  Sa­
vaş  məntiqinə  əsaslanan  apokaliptik  bəyanatların  əsassız  ol­
ması  problemin  bir  tərəfidir.  Digər  tərəf  isə  "elmi”  hesab
- 4 2 6 -
olunan  bəyanatların  siyasi  məqsədlərlə  istifadə olunması,  KİV- 
lər tərəfindən şişirdilməsidir.
Avropada  yeni  müsəlman  siyasi  elitasının  formalaşma­
sında  mövcud  olan  problemləri  tədqiq  edən  alim  Y.Klausen, 
altı  Avropa  ölkəsinin  300  müsəlman  liderləri  ilə  geniş  fikir 
mübadiləsi  və  sosial  sorğular  aparmışdır.  “Bu  məkanda  on  beş 
milyondan çox  müsəlmanın  yaşamasına baxmayaraq, onlar Av­
ropa  Milli  parlamentlərində  heç  otuz  yeri  tula  bilməmişlər.  Bir 
çox  ölkələrdə  yalnız  10-15  faiz  müsəlman  səsvermə  hüququna 
malikdir” 
(J .K la u s e n   T he  Is la m ic   ch a llen g e.  P o litic s  a n d  
R e lig io n   in  W estern   E u ro p e   O xford,  2005,  p .2 6 ).
 
Əslində deyə 
bilərik  ki, qarşıdurma Qərb,  Avropa şuüruna  xas olan  köhnə  və 
yeni  düşüncə tərzləri  arasındakı  qarşıdurmadır.  Ən  böyük  prob­
lem  Avropada  islama  stereotiplərdən  uzaq  qərəzsiz  bir  müna­
sibət  formalaşdırmaq,  “fundamentalist,  terrorist”  olmayan  yəni 
həqiqi  islamın olduğunu dərk etmək problemi  var.
“Bəli  problemlər  var.  Bu  islam  problemi  deyil,  hər  şey­
dən  əvvəl,  “islamofobiya”,  köhnə  və  yeni  azlıqların,  miqrant- 
lann  yaşadıqları  cəmiyyətə  haqlı  inteqrasiyası  tələbi,  ikili  stan­
dartlardan  azad  olmaq  problemidir.  Hansısa  bir  dinin  qlobal 
hegemonluq  uğrunda iddia etmək problemidir.
Y.Klausen  sonra  qeyd  edir  ki,  müsəlmanlar  Avropaya 
XX  əsrin  50-60-cı  illərindən  gəlib.  İlk  öncə,  onlar  burada  qal­
mır,  pul  toplayıb çıxıb  gedirdilər.  Günlərin  bir  günü,  yəni  XXI 
əsrin  əvvəllərində  onların  sayı 
5  milyonu  aşanda  Qərbi 
Avropa  birdən  dərk  etdi  ki,  bəli,  dövlət  bu  insanlann  funda­
mental  haqlarını  təmin  etməlidir.  Müxtəlif  fikirlərə  görə  islam 
Avropada  son  onilliklər  ərzində  qlobal  miqrasiya  nəticəsində 
artıb.  Ancaq  15  milyon  müsəlmanın  vur-tut  30  nəfəri  Avropa 
dövlət  parlamentlərinin  üzvləridir.  Bu  milyonlarla  insanın  aktiv
- 4 2 7 -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə