Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə12/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   8   9   10   11   12   13   14   15   ...   106

praktiki  problemlərin  həllinə  göstərdiyi  köməklə  müəyyən 
olunur.
2004-cü  il,  iyunun  15-dən  Birləşmiş  Millətlər  Təşki­
latının  İnkişaf Proqramının  “İnsan  inkişafına  dair”  növbəti  mə­
ruzələri  çap  olundu.  Qeyd  edək  ki,  “İnsan  inkişafına  dair” 
məruzələr  1990-cı  ildən  başlayaraq  hər  il  nəşr olunur.  2004-cü 
ilin  məruzəsində  hər  il  olduğu  kimi,  mütəxəssis  və  alimlərin, 
hakimiyyət  orqanlarının,  vətəndaş  cəmiyyəti  qurumlarının  nü­
mayəndələri  bu  dəfə  bəşəriyyətin  ən  mühüm  problemi  qis­
mində  “mədəniyyət  və  mədəniyyət  azadlığı”nı  önə  çəkmişlər, 
məruzə  “müasir  çoxçalarlı  dünyada  mədəni  azadlıq”  adlanır. 
İnsan  inkişafının  konseptual  əsasını  sadəcə  adambaşına  düşən 
gəlir  və  maddi  tələbatların  ödənilməsi  deyil,  insanın  həyat  və 
ləyaqətini,  ictimai  həyatda  iştirak  səviyyəsini,  mədəni  seçim 
azadlığını  təmin  edən  amillər  nəzərdə  tutulur.  Xüsusi  qeyd 
olunur  ki,  “inkişaf,  sadəcə  gəlirin  genişlənməsi  deməkdir”. 
Məruzədə  həmçinin  deyilir  ki,  dövlətlər  mədəni  amillərdən 
törənən  din,  dil  və etnik  mənşəli  münaqişələrin  qarşısını  almaq 
üçün  fəaliyyət  həyata  keçirməlidirlər.  Mədəni  hegemonluq 
deyil,  mədəniyyətlərin  bərabərhüquqlu  inteqrasiyası  həm  milli, 
həm  də  beynəlxalq  miqyasda  insan  inkişafının  və  demokrati­
yanın  sabitliyini  təmin  edən  yeganə  alternativdir.  Mədəni  müx­
təliflik  yalnız  bəşər  varlığının  ənənəvi  mənəvi  dəyərlərinin 
konservasiyasına deyil,  bir-birini  daha  yaxından  tanımağa,  bəh­
rələnməyə  və  zənginləşməyə  xidmət  edir.  Mədəni  ənənələrin 
qorunması  şüan  altında  dünyada  və  cəmiyyətdə  sabitliyi  poz­
maq cəhdlərinə bəraət  qazandınlması  qeyri-mümkündür.
-
4 8
-
§ 6.  Yeni mədəniyyət məkanının spesifikası
"M ədəni imperaliznı "i əksər hallarda  kütləvi 
m ədəniyyətlə  eyniləşdirirlər.  Kiitləvi  m ədəniyyətin 
antiavtoritar ruhu  "mədəni  inqilab"  hadisəsini  şərt­
ləndirmişdir.  Kütləvi mədəniyyət onu  qəbul  edənlərin 
savadı  və  səviyyəsinə  verilən  tələbləri  ardıcıl  olaraq 
sadələşdirilm əsi  istiqamətində  geniş  vüsət  açır.  Bu 
da öz növbəsində qərb mədəniyyətinin  ssenarisi  üzrə 
kütləvi  m ədəniyyətin  bütün  dünyada  uğurunu  və  y a ­
yılm asını  şərtləndirdi.
Kütləvi  mədəniyyətin  istehlakçısı  -   passivdir.  Onlann 
əhvalı,  dünyagörüşü,  əsasən  təhtəlşüura  təsir  etməklə  forma­
laşır.  Nəticədə  emosional  məzmunlu  qavrayış,  etik-əxlaqi  və 
informasiya  məzmunundan  aynlır.  "Əhvalın 
mənəviyyat 
üzərində zəfəri"  baş  verir.
İctimai  şüurun  formalaşması  texnologiyalannın 
mü­
kəmməl  inkişafı  kütləvi  mədəniyyəin  intensivliyini  daha  da 
artınr.  Əhatəmizdəki  maddi  aləmin  dəyişməsinə  yönəlmiş  ən­
ənəvi  texnologiyalarla  yanaşı  (hightech),  ictimai  şüurun  dəyiş­
məsinə  yönəlmiş  yüksək  texnologialar  (high-hume)  önə  keçir. 
İnformasiya inqilabı  məntiqi  düşüncə  və təfəkkürün dəyərini  və 
səmərəliliyini  azaldır.  Ənənəvi  texnologiyalar  formal  məntiqə 
əsaslandığı  halda  ictimai  şüura  təsir  edən  texnologiyalar 
intiusiyaya  və duyğuya əsaslanır.
-
4 9
-


Dinamik  dəyişən  reallıqda  fasiləsiz  olaraq  çoxşaxəli 
informasiya  kanalları  məlumatı  yaradır,  təqdim  edir  və  müəy­
yən  hədəfə  ötürür.  Bu  zaman  fərdi  şüur  mühitdə  baş  verən 
gerçək  mürəkkəbliyin,  keyfiyyət  dəyişikliklərinin  baş  verdiyi 
məkanın  dərinliyinə varmır, onun “səthi  üzrə” addımlayır.
Duyğulara  yönümlü  informasiya  daim,  hər dəqiqə  yeni 
effekt  yaratmağa  çalışır.  Mədəniyyətin  mahiyyətini  deyil,  şou 
industriyanın  “sensor aclıq” (duyğu qıtlığı,  aclığının,  aqressiya, 
savaş,  dəhşət  filmləri  və  s.  timsalında)  tələbatının  ödənilməsini 
başlıca  məqsəd  sayır  (aqressiya,  savaş  və  dəhşət  filmləri  və  s. 
timsalında).
Şüurun  formalaşması  texnologiyası  başlıca olaraq  inan­
dırmağa,  nəyin  bahasına  olursa-olsun  seyr etməyə, cəlb etməyə 
ünvanlamışdır.  Bu  məqsədlə  siyasi  texnoloqlar  və  analitiklər- 
dən  tutmuş,  populyar menecerlər,  ictimai  rəyi  şərh  edən  aparıcı 
jurnalistlər şəbəkəsi  yorulmaq  bilmədən  fəaliyyət göstərir.
Reallığa  sədaqət  deyil,  gerçəklikdən  qaçmaq  effekti 
kütləvi  mədəniyyətin  daha  çox  səy  göstərdiyi  məqsədlərdən 
biridir.  Bu  da  öz  növbəsində,  konkret  mədəniyyət  üçün  deyil, 
bütün  bəşəriyyət  üçün  arzuolunmaz  nəticələrə  gətirib  çıxara 
bilər.
Obyektiv  gerçəkliyin  problemlərini  real  vasitə  və  me- 
xanizmlərlə  deyil,  reklam,  təhrif və  təbliğatla,  (“beyinlərin  yu­
yulması"  effekti)  həll  etmək  cəhdi  cəmiyyətin  idarə  olunma­
sını  yanlış  yönə  istiqamətləndirir.  Daha  önəmli  problemlərin 
həllindən yayındırır, cəmiyyət  belə virtual  təbliğatın  qurbanına 
çevrilir, adekvatlıq  səviyyəsi  sıfıra enir.
Ümumi  qəbul  edilmiş  qənaətə  görə,  cəmiyyətdə  insan- 
lararası  münasibətləri  kökündən  dəyişən  kəşflər,  texnologi­
yalar,  həm  də  bəşər  inkişafının  tarixində  yeni  mərhələni  açır.
-
5 0
-
Bugünkü  informasiya  inqilabı,  onun  texnoloji  atributları  icti­
mai  münasibətlərin  mövcudluq  formalarına  tamamilə  yeni 
məzmun  gəlirmişdir.  İnformasiya-kommunikasiya  texnologiya­
ları  ictimai  münasibətlərin  başlıca vəzifəsinə çevrilmişdir.
Ən  vacibi  isə  odur  ki,  informasiya  texnologiyalan  ta­
rixdə  ilk  dəfə  həmişə  olduğu  kimi,  əməyin  predmetini  yalnız 
maddi  aləmə,  əşya  və  cisimlərə  təsir  elməkdə,  onları  dəyiş­
dirmək  və  istehsal  münasibətlərini  yaratmaqda  deyil,  həm 
fərdi,  həm  də  kollektiv  şüura  təsir  etməklə  bu  sahəni  sərfəli, 
mənfəət  gətirən  biznes  sahəsinə,  sosial  texnologiyaların  tətbiq 
edildiyi  məkana  çevirmişlər.  Ətraf  mühitin,  şəraitin  dəyişdiril­
məsindən  çox,  hər  gün  insanın  şüuruna  təsir  etməyin  çeşidli 
yeni  vasitələri,  mexanizmləri  üsulları  sınaqdan çıxarılır.
Yeni  informasiya  məkanı  Qərbdə sosial  texnologiyanın 
artıq  inkişaf etmiş mükəmməl  şəbəkəsini  yaratmaqla, ən  müasir 
ictimaiyyatşünaslığın  (psixologiya,  linqvistika,  kulturologiya 
və  s.)  nailiyyətlərini  kommunikasiya  imkanları  ilə  birləşdi­
rərək,  onu  insan  şüurunun  formalaşdın İması  texnologiyasına 
çevirə,  hər  kəsə  müyəssər  olan  formada  təqdim  edə  bilmişdir. 
Hər  hansı  bir  ideyanı,  ictimai  şüuru  və  ictimai  rəyi  dəyişdirə 
bilən  stereotipləri  ən  qısa  zaman  ərzində  ən  geniş  məkana 
yaymaq  -   müasir  sosial  texnologiyalar  bu  ritmlə  işləyir.  İnsan 
şüuruna  təsir  edən  sosial  texnologiyalar  onun  təkamülünü, 
keyfiyyət  baxımından  təkmilləşməsini  şərtləndirə  bilər.  Artıq 
neçə  onillikdir  ki,  insan  şüuru  fasiləsiz  (permanent)  dəyi­
şiklikləri  reallığın  təbii  xüsusiyyəti  kimi,  yeni  dövrün  aynimaz 
xassəsi  kimi  qəbul edə bilmişdir.
Dəyişikliklərin  ritmi,  onların  tarixdəki  heç  bir  dövrlə 
müqayisə edilə bilməyən  intensivliyi  şüurun  təkamülünün  yeni 
səviyyəyə  -   mental  inqilab  səviyyəsinə  adlamağa  imkan  verir.
-51
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə