Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə13/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   9   10   11   12   13   14   15   16   ...   106

Onun əsas əlamətlərini  hər kəs öz əhatəsində hiss edə bilər.
“Ekran  mədəniyyətinin  yayılması  nəticəsində  hər  bir 
insanın,  eləcə  də  cəmiyyətin 
reallığı  qavrama  səviyyəsinin 
prinsipial  olaraq  dəyişməsi,  ayrıca  bir  sözün  qavranılması  ilə 
ekrandakı  bütöv  obrazın  qavranılması  arasında  fərq  çox  bö­
yükdür.  Məsələn,  “ekran  inqilabina  qədər  bu  xüsusiyyət  əsa­
sən  incəsənətdə,  musiqidə  və  digər  yaradıcılıqla  bağlı  sahələr­
də üstünlük  təşkil etmişdir.  Belə şəraitdə mədəniyyətin  əhəmiy­
yətinin,  onun  formalaşmaqda  olan  yeni  ictimai  və  fərdi  şüurun 
fundamental  əsası  kimi  rolunun  son  dərəcə  artması  müşahidə 
olunur.
Şüurun  təkamülü  həm  də  sosial  texnologiyaların  yeni 
formalarının  yaranmasını  şərtləndirməklə öz növbəsində sosial 
dəyişikliklərin  yeni  dalğasına  təkan  verir.  Belə  şəraitdə  milli 
maraq  və  mənafenin  qorunması  yeni  sosial-mədəni  məkanın 
“oyun qaydalan”nı  mənimsəməyi  tələb edir.
Beləliklə,  sosial  texnologiyalarda  bəşər  tarixində  həll­
edici  rol  oynamağa  başlamışlar:  əvvəlcə  onlar  intensiv  inkişaf 
etmə  mərhələsini  keçir,  sonra  reallığın  məhz  bu  inkişaf 
ritmində  getməsini  şərtləndirir.  XX  əsrin  sonlarından  texnolo­
giyaların  inkişaf  sürətini  üstələmişdir.  Belə  vəziyyətdə  cəmiy­
yət  sürət  ritminə  uyğunlaşmağa  çalışır,  öz  şüurunu  da  onunla 
ayaqlaşmağa  istiqamətləndirir.  Qeyd  edilən  mental  inqilab  -  
şüurun  öz  təkamülündə  keyfiyyət  mərhələsini  yaşaması  da 
bununla izah olunur.
-
5 2
-
§ 7. Mədəni məkan, qlobal rəqabət və 
mədəni müqavimət
M ədəniyyətin  milli,  sosial təhlükəsiz­
liyin  təminatçısına,  rəqabətə  davamlılığın 
başlıca  faktoruna  çevrilm əsini  şərtləndirən 
am illər  çoxdur.  Fərdi  şiiurun  dünyanı  düşü­
nülm üş  şəkildə  dərk  etməsinin  azalması  ilə 
müqayisədə,  ictim ai şüurda  həkk  olunan  k o l­
lektiv  təsəvvürlər  və  ictim ai  rəy  cəm iyyətin 
sabitliyinə dəstək  və ya əngəl ola bilən  böyük 
qüvvəyə çevrilir.
Dünya  təcrübəsi  göstərir ki,  miqyaslı  ictimai  sarsıntılar, 
düşünülmüş  və  ya  kortəbii  şəkildə  həyata  keçirilən  inqilab  və 
ya  transformasiyalar  get-gedə  insanların  əksəriyyətini  və  bü­
tövlükdə  cəmiyyətin  ictimai  rəyini  kökündən  əks  istiqamətə 
yönəldə,  hələ  dünən  əbədi,  sarsılmaz  görünən  ideya  və  ideolo­
giyalardan bu gün  imtina edilə bilər.
Bu  dəyişikliklər  baş  verən  yeniliklərə  sosial-mədəni 
reaksiyanın  təbii  təzahürüdür.  Cəmiyyət  yeni  şəraitə,  yeni 
reallığa məhz bu yolla uyğunlaşır.
Dəyişikliklərin  bütün  növlərinə  davam  gətirməyin  za­
manın  irəli  sürdüyü  “çağırışlara”,  mürəkkəbliyi  ilə  insan  dü­
şüncəsinə  “meydan  oxuyan”  problemləri  cavablandırmağın 
başlıca  rolu  yenə  də  qeyd-şərtsiz  olaraq  sosial,  mədəni-mənəvi 
reaksiyadan  başlayır  və  ondan  asılıdır.  Bu  o  deməkdir  ki.
-
5 3
-


mədəniyyət  heç  bir  başqa  amillə  müqayisə  olunmayan  adaptiv 
funksiyaya,  yeni  adlandırılan  təzahürlərin  “ələkdən”  keçirildiyi 
süzgəcə  malikdir.  Çağırışlara,  yabançı,  özgə  impulslara  cavab 
mədəniyyətlə  determinasiya  olunmuşdur.
İnsan  psixologiyasında  sonradan  qazanılmış,  şərti  ref- 
lekslərlə  müqayisədə,  genetik  koddan  qaynaqlanan  şərtsiz  ref- 
lekslər  əvəzsiz  rol  oynayır.  Mədəniyyət  hər  iki  refleksivliyin 
mükəmməl  cəmləndiyi,  dinamik  dəyişikliklərə  uyğunlaşma 
prosesində  cəmiyyətin  sabitliyini  təmin  edən  təməl  və  köklərə 
zərər  verilmədən,  mahiyyətə  sadiq  qalmaqla  onu  yeni  səviyyə 
adlanmasmı  şərtləndirən,  davamlı  müqavimət,  “mənəvi  immu­
nitet" qismində çıxış edən  sosial-genetik  kodla  müqayisə oluna 
bilər.  Hər bir insan  analoji  situasiyaya bənzər təsirlərə müxtəlif 
cür  reaksiya  göstərir.  Hər  bir  insan  mənsub  olduğu  mədəniy­
yətdə  toplanmış dəyərlər  və  meyarlar sistemi  ilə,  əhatəsindəki 
reallıqdan  gələn  yad  siqnalları  “saf-çürük”  edir.  Buna  nə  dərə­
cədə  nail  olması  daşıdığı  mədəni  irsin  müqavimət  gücü  ilə 
müəyyən olunur.
Yabançı  təsirlərin 
formalaşdırdığı  yeni  dəyərlər  sis­
temini  hər dəfə təkrar “çalxalaşdınb  bulaşdırdığı” zamanlarda, 
mənəvi  irsə  dayaqlanaraq  kosmos-nizam  yaratmaq  mədəniy­
yətin  missiyasıdır.  “Yenilik” sözünün  ifadə etdiyi  nə varsa,  xal­
qın  dəyərlər  sistemində  mənəvi  “legitimasiya"  prosesini 
keçməli, sonrakı  mövcudluq  haqqını  qazanmalıdır.
Dəyişən  zamanlarda  və  məkanlarda itib-batmamaq  üçün 
bəşər  övladı  insanları  birləşdirən,  birgəyaşayışın  ahəngini 
təmin  edən  mədəniyyət  adlanan  kosmosda  mövcud  ola  bilər. 
Mədəni  kosmosda  qarşılıqlı  mnasibətlərin,  ünsiyyətin,  uni­
versal  prinsiplərin  sistemi  tarixən  zərrə-zərrə  toplanıb,  saxla­
nılmışdır.  Hər  bir  insan  haraya,  hansı  uzaq  ölkəyə  getsə  bir
-
5 4
-
məsələdə əmindir:  o, bəşəriyyətin  mədəni  kosmosunun  qanun­
larına  riayət  edildiyi  məkandadır,  təhlükəsiz  bir  yerdədir.  Mə­
dəni  universalilərin, norma  və tələblərin onu  mühafizə etdiyinə 
əmindir.  Hara  getsə,  kimlə  ünsiyyət  qursa,  ilk  növbədə,  onun 
simvolik  bələdçisi  “tərcüməçisi”, vaistəçisi -  mədəniyyətdir.
Mədəniyyət  məkanının  xüsusiyyətləri,  əlamətləri  föv­
qəladə  dərəcədə  mürəkkəbdir.  Bu  məkana  qədəm  qoymaq 
onlardan  xəbərdar olmağı  tələb edir.
Əvvəla,  mədəniyyət  məkanı  “şaquli”  müstəvidən  daha 
çox  “üfüqi"  təşkilatlanma,  formalaşma  qanunauyğunluqlarına 
malikdir.  Burada  fərdi  seçimlər  son  nəticədə  kollektiv,  ictimai 
seçimləri  müəyyənləşdirir.  Fərd,  subyekt  qismində  ayrıca 
götürülmüş  insan  da,  aynca  xalq  və  millət  də  çıxış  edə  bilər. 
"Şəxsi  xarakter  və  psixologiya  sosial-mədəni  reaksiyanın, 
xarici  maraq  və  mənafelər  üçün  deyil,  mədəniyyətin  öz  daxili 
qanunları  əsasında  reallaşmasını  təmin  edir.  Həm  cəmiyyətin 
və  dövlətin  maraqlan  məhz  mədəni-genetik  kod  vasitəsilə 
qorunur.  Buna  görə  də  informasiya  inqilab»  və  ictimai  rəyin 
manipulyasiyası  texnologiyalannın  inkişafı  şəraitində  mədəniy­
yət  təbii-tarixi  milli  maraqlann  sınanmış  sistemi,  qeyri-müəy- 
yən  vəziyyətlərdə  “həqiqət  meyannın"  aşkara  çıxanlması  üçün 
əvəzsiz qüvvə kimi  çıxış edir.
İntensiv  informasiya  axını  əksər  hallarda  birtərəfli  təz­
yiq  xarakteri  daşıyır.  Ən  vacibi  informasiya  onu  yaradanın  da, 
qəbul  edənin  də  mədəni  “izlərini”  daşıyır.  Belə  olan  təqdirdə, 
onun  ötürən  və  qəbul  edilən  mədəniyyətlər  arasındakı  fərqin 
həcmi,  onun  təsir  effektini  müəyyən  edir.  Mədəniyyətlər  ara­
sındakı  fərqlər nə  qədər böyükdürsə,  bu  təsir də  o  qədər böyük 
olur.  Müasir  mərhələdə  informasiyanın  yaradılması  və  ötürül­
məsi  üsullarını,  standartlarını,  düşüncə stereotiplərini  və hətta
-
5 5
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə