Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə14/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   10   11   12   13   14   15   16   17   ...   106

emosional  reaksiyam  da  mədəniyyət  müəyyənləşdirir.  Burada 
siyasi  mədəniyyət,  hüquq  mədəniyyəti,  biznes etikası  və s.  kimi 
nəhəng mədəni  sistemin  ünsürləri  iştirak edir.
Bu  baxımdan  informasiyanın  ötürülməsi  və  qəbul  edil­
məsində  həssas  məqamlan  nəzərə  alan  “informasiya  mədə­
niyyəti”  kimi  yeni  elmi  istiqamət  kimi  inkişaf edir.  Son  illərdə 
kütləvi  informasiya  vasitələrində  informasiyanı  verən  tərəf 
üçün  adi  sayılan,  “söz  azadlığı”  pərdəsi  ilə  maskalanan  cəhdlər 
üzündən  Avropada  iğtişaş  və  qalmaqallar  seriyası  səngimək 
bilmir.  Bütün  bunlar  hər  hansı  bir  mədəniyyətə  yabançı  olan 
informasiya  verilməsi  üsullarının  mövcudluğunu,  siyasi,  kom­
mersiya  və  s.  fəaliyyətin  yad  standartlarını  qəbul  edən  ölkədə 
münasibət  kimi  problemə  həssaslıqla  yanaşmanı 
gündəmə 
gətirir.
Müasir  Qərbdə  ictimai  şüurun  və  rəyin  formalaş- 
dınlmasının  məqsədyönlü  sistemi  artıq  yüz  ilə  yaxın  tarixə 
malikdir.  “Public  relation”  kimi  mövcud olan  sahənin  mütəxəs­
sisləri  bu  gün  malik  olduqları  nəzəriyyə  və  təcrübəni  ən  fəal 
surətdə  tətbiq  edirlər.  Belə  ki,  şüura  təsir  etmək,  insanların 
dəyərlər  sistemini  dəyişdirməyə  cəhd  etmək,  sözün  əsl  məna­
sında,  ətrafdakı  maddi  aləmi  dəyişdirməyin  nəticələri  ilə 
müqayisədə daha  artıq  mənfəət  gətirir.  Məcazi  mənada deyilsə, 
maddi  nemətləri,  qızıl,  və  s.  sərvətlərin  ələ  keçirilməsi  daha 
sərfəli  olmuşdur.  İnformasiya  bir  tərəfdən,  hər  bir  insana  öz 
şüurunu  məqsədyönlü  inkişaf  etdirmək  imkanını  yaratsa  da, 
digər  tərəfdən,  ənənəvi  mənada  idarəetmə  və  nəzarəti  qeyri- 
mümkün edir.
Şüura təsir texnologiyalarının,  nəzəriyyə  və  praktikanın 
zənginliyi,  tarixi  təcrübə,  mədəniyyət  məqamına  da  təsir  baxı­
mından  qeyri-bərabər  imkanlar  formalaşdırır.  Bu  sadə  təcrübə
-
5 6
-
hər bir dövlətin  mədəniyyət  siyasətinə,  milli  maraqlarına  mane 
olan  problemlər  dairəsini  daraldır  və  əksinə  təsir  imkanlarını 
çox  artırır.  Yəni,  bir  tərəfdən,  qarşıda  duran  strateji  vəzifələrin 
həllinə  bütün  qüvvələri  cəmləməyə  imkan  verir;  digər  tərəfdən 
isə,  təsir  obyektləri  arasında,  ayn-aynlıqda  iş  aparmaq  ehtiya­
cından  azad  edir.  Ayrılıqda  hər  kəsi  məcbur  etməyə  ehtiyac 
qalmır,  birtərəfli  informasiya  axınına  başlanğıc  verilir, nəticədə 
insanlar özləri, könüllü surətdə cavab  təşəbbüsünü  göstərirlər.
Hər  kəsin  zövqünü,  tələbatını,  dünyagörüşünü  dəyiş­
dirməyə  göstərilən  cəhd  nəticəsində,  bütöv  insan  kütlələrinin 
rəyi  dəyişdirilə,  yeniləşdirib  bilər.  Nəticədə  insanla  həyati 
vacib  məsələlərə  biganəlik  göstərə  və  əksinə,  vecsiz  faktlardan 
məmnunluq duya,  onları  seyr etməyə üstünlük  verə bilərlər.
Bütün  bunlar  sosial  texnologiyaların  mədəniyyət  və 
dünyagörüşünə  təsirini  ardıcıl  olaraq  təkmilləşdirməyə,  tətbiq 
dairəsini  genişləndirməyə  səbəb  olmuşdur.  ABŞ-da  XX  əsrin 
90-cı  illərindən  belə  bir  deyim  geniş  yayılmışdır:  “Varlı  olmaq 
istəyirsənsə,  yeni  din  yarat  və  təbliğat  et!".  Bu  gün  artıq  bu  bir 
zarafat  deyil,  gerçəklikdir.  İctimai  şüura  təsir  texnologiyaları 
həm  lokal,  həm  də  beynəlxalq,  qlobal  səviyyələrdə  aparılır. 
Siyasi,  iqtisadi,  sosial,  mədəni  maraqların  müdhiş  çulğaşması 
şəraitində  aparılan  "informasiya  müharibələri"  bu  prosesin 
başlıca spesifikasını  təşkil edir.
Təbiəti, dünyanı  dəyişməklə inkişaf elməkdən,  daha çox 
öz  dünyagörüşünü,  şüurunu  dəyişməklə  inkişafa  meyillənmək 
-   bu  yaşanılan  bütün  inqilabların  (mədəni,  mental,  informasiya 
və  s.)  müqəddəm  şərti,  əsas  spesifikasıdır.  Əsas  problem 
müasir  dünyanın,  inqilabların  gedişatı  və  qanunayuğun  nəticə­
lərinin  hələ  tam  dərkedilmə  səviyyəsindən  çox  uzaqda  olma­
sıdır.
-
5 7
-


Şüurun  formalaşdın İmasına  təsir edən  miqyaslı,  xaotik 
və  çoxşaxəli  proseslər  burada  tarixən 
formalaşmış 
reallıq 
anlayışının,  insanın  yaşadığı,  dayaqlandığı  sabit  məkan anlayı­
şını  tamamilə  unutdura  bilər.  Düşüncədə,  fəaliyyətdə  aydın 
hədəflərin  və  müəyyənliyin  itməsi,  bu  gün  ayaqlar  altındakı 
torpaq-məkanın  itməsi  deməkdir.
Yaşanılan  tarixi-mədəni  məkanın  unutdurulması,  real 
dünyanın  real  problemlərini  ikili  standartlara  yol  vermədən  həll 
etmək  əvəzinə,  onları  texnoloji  imkanlara  əsaslanaraq  virtual, 
təbliğat  və  mədəni  məkana  müdaxilə  vasitəsilə  həll  etmək 
cəhdində özünü  göstərir.
-
5 8
-
§ 8.  Dünyanı dəyişən inqilablardan, 
dünya görüşü dəyişdirən 
texnologiyalara...
Öz  inkişafında  görünm əm iş  yüksəkliyi  \>ə 
m ürəkkəbliyi  qət  edən  sivilizasiya,  bu  gün  həm 
də sanki  miqyaslı  və  ziddiyyətli problem lərin  y a ­
ratdığı  uçurum  qarşısındadır.  Bu  vəziyyət  ilk 
növbədə,  dünyaya  m ünasibətim izə,  dünyaya  b a ­
xışım ıza  yenidən  nəzər  salmağı  tələb  edir. 
Deməli,  dünyanın  gələcəyi  birmənalı  şəkildə 
dünyagörüşün  m əzm unundakı  dəyərlərdən,  m ə­
dəniyyətdən.  təhsil  səviyyəsindən,  onların  m əz­
m unlu  və  geniş  yayılm asından  birmənalı  şəkildə 
asılı olacaqdır.
Yeni  dünyada  davranışın  ümumi,  birgəyaşayış  qayda­
larını  müəyyənləşdirmək  üçün,  ilk  növbədə,  baş  verənlər  dərk 
olunmalı,  yaşanılan  indiki  məqam  gərgin  seçimlər,  gələcək  isə 
sonsuz  imkanlar məkanı  kimi  təsəvvür edilməlidir.
Həyatın  bütün  sahələrinə  nüfuz  etsə  də,  dəyişikliklər, 
ilk  növbədə,  insana  ünvanlanmış  olur.  Çünki  bunu  dərk  edən 
də, ən həssas  və  ağrılı  münasibəti  hiss edən  də  insandır.
Mədəniyyətin  inkişafı  və  təkamülündə  yeni  sistemlərin 
yaranması,  avtonomluğa  və  lokal  sərhədlərdə 
mövcudluğa 
ehtiyac  duyması  meyilləri  kimi  differensiasiyaya  və  əksinə, 
bir-birini  tanıma,  əməkdaşlıq  və  bağlılıq  meyillərinin  ifadə 
etdiyi  inteqrasiya prosesləri  tarixən, bir-birini  əvəzləmişdir.
-
5 9
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə