Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə16/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   12   13   14   15   16   17   18   19   ...   106

prosesin  dəyərləndirilməsi,  zənginləşdirilməsi,  insanın  mənəvi 
varlıq  kimi  mövcudluğunun  həlledici  amilidir.  Öz  növbəsində 
bu  proses  “yaddaş"  adlanan  fenomenin  köməyi  ilə  mümkün 
olur.  Biz  bilirik  ki,  insan yaddaşsız yaşaya bilməz.
Tarixi  mədəni  yaddaş  hər  bir  xalqın  böyük  mənəvi 
potensialı,  milli  sərvətidir.  Dünyaya  gələn  hər  bir  insan  öz 
sosial  mövqeyindən  asılı  olmayaraq,  bu  yaddaşın  varisi  olur. 
Onun  insan  kimi  formalaşması,  onun  mənəviyyatı  xalqının dili, 
tarixi  və  mədəniyyətini  öyrənilməsindən  başlayır.
Tarixi  mənəvi  yaddaş  nisbi  müstəqilliyə  də  malikdir. 
Həm  insanda,  həm  də  insanla  paralel  olaraq  mövcud  olmaqla 
həyatın  təməlini  təşkil  edir.  İnsan  mürəkkəb,  xaotik  təəssürat 
bağışlayan  dünya  mənzərəsinə  mədəniyyətin  yaddaşı  ilə  bir 
nizam  gətirir.  Xüsusilə  də  dəyişikliklər  dövründə  bu  özünü 
göstərir.
Son  illərin  transformasiyalan  yalnız  zamanı  deyil,  həm 
də  məkanı  dəyişir.  Bu  sistemli  dəyişikliklərin  axarına  insan  və 
mədəniyyətin  qoşulması,  onunla  ayaqlaşa  bilməsi  həyati  vacib 
məsələdir.  Əks  təqdirdə,  zamanda  və  məkanda  yarış  birtərəfli 
məğlubiyyətini  şərtləndirə,  insan  gücsüz  olduğunu  etiraf  edə 
bilər.  Sosial  mədəni  transformasiyaların,  onları  dərk  və  dəf 
edən  insanların  imkanlarını  üstələdiyi  belə  mərhələlərdə,  şə­
raitin  kəskinliyi  müxtəlif  radikal  qərarlar  verilməsinə  səbəb 
olur.
Bəzi  mədəniyyətlər  intuitiv  olaraq  əvvəlki,  ənənəvi  za­
mana  qayıtmağa  cəhd  edir,  digərləri  yaxınlarda  və  qonşularda 
müşahidə  etdikləri  həyal  şəraitini  yaratmağa,  bir qismi  isə  öz 
həyat  tərzini  radikal  şəkildə yeniləşdirməyi  qət edir.
Bütün  hallarda  ümumi  olan  problem  budur  ki,  hər  kəs 
artıq  fərqli,  başqa cür  yaşamağın  zəruriliyini  dərk edir,  hər kəs
-
6 4
-
başqasını  özü  kimi  yaşamağa  məcbur  etmək  istəyir  və  ortaq, 
kompromis model  heç  kimi  düşündürmür.
Hazırda  inteqrasiya  prosesləri  bütün  dünyanı,  bütün  öl­
kələri  bürümüşdür.  Mədəni  mühitdə  gedən  dəyişikliklər  əvvəl­
ki  ilə  müqayisədə  daha  tez  duyulur.  Başqa  mədəniyyətlər,  on­
ların  ideyaları, dünyagörüşü  məkan  və sərhədlər yox  imiş  kimi, 
tez bir zamanda bütün dünyaya  yayılır.
Maraq  və  tələbatların  ödənilməsində  mövcud  olan  ən­
ənəvi  maneələrin  aradan  qaldırılması  pozitiv  məzmunlu  pro­
sesdir.
Bununla  yanaşı,  qlobal  kompyuter  şəbəkəsində  infor­
masiyanın  əsasən  ingilis  dilində  ötürülməsi,  Azərbaycan  dili 
sektorunun  onun  nəhəng  imkanlan  ilə  müqayisədə  cüzi  olması 
mühüm  problemdir.  Azərbaycanın  sosial-mədəni  özünəməx­
susluğunu  əks  etdirən  informasiya  mənbələrinin  kifayət  dərə­
cədə olmaması  həm  tarixi  şüurun  formalaşdırılması  kimi  böyük 
imkanın  tam  reallaşdırılması,  həm  də  dünyaya  Azərbaycan 
həqiqətlərinin  çatdırılması  baxımından  günün  tələbləri  səviy­
yəsində deyil.
Qlobal  şəbəkənin  Azərbaycan  dili  sektorunun  sosial- 
mədəni  məzmunla,  mədəni  irsimizlə bağlı  informasiya  fondlan 
ilə  tamamlanması  cəmiyyətimizin  gələcəyi  məsələsidir.  Bu 
imkanı  istər  qabaqcıl  ölkələr,  istərsə  də  digər  (dost  və  qeyri- 
dost) ölkələrə geniş tətbiq edirlər.
Mədəniyyət  özündə elə  mahiyyət  və məzmun  daşıyır ki, 
bu  məzmunun  köməyi  ilə  varlıq  müəyyən  tarixi  forma,  nisbi 
sabitlik  və  nizamlı  strukturlar  şəklində  mövcud  ola  bilir.  Öz 
potensialını  real  tarixi  proses,  bu  prosesin  zaman  və  məkan 
ölçülərini  də müəyyənləşdirir.
Hər  bir  mədəniyyət  öz  dəyərlər  sistemi  ilə  fərqlənir.
- 6 5 -


Mədəniyyət  məhz  dəyərlərin,  meyarların  zamanda  və məkanda 
oriyentir rolunu oynaması  ilə əvəzedilməzdir.  Hər bir mədəniy­
yət  onun  daşıyıcılarının  əksəriyyətinin  qəbul  etdiyi  dəyərlər 
iyerarxiyasıdır.  Bu  və  ya  digər  tarixi  mərhələdən  söz  açanda 
biz,  həmin  dövrün  insanlarının  ən  çox  nələrə  dəyər  verdiyini, 
hansı  müqəddəs  və  mütləq  mənəvi  təməllərə  önəm  verdiyini 
yada salırıq.
İnsan  özü  üçün  nəyin  dəyərli  olub-olmadığını  müəy­
yənləşdirməkdə  azaddır.  Lakin  bir çox  mədəni  prinsiplər  müx­
təlif mədəniyyətlərdə çox  bənzərdir.
Həyatda  insan  üçün  müqəddəs,  əvəzsiz  sayılan  prin­
siplərin,  təsəvvürlərin  mövcud  olduğunu  hələ  qədimdən  bilir­
dilər.  Lakin  onu  aydın  ifadə  edən  anlayış-dəyər  sözü  yalnız 
XIX  əsrdə  dövriyyəyə  gəlmişdir.  Sarsılmaz,  müqəddəs,  həyat­
da  insanı  istiqamətləndirən,  hədəf  rolunu  oynayan  bu  oriyen­
tasiyanı  filosoflar “dəyər” adlandırmışlar.
İnsan  üçün  əvəzsiz  sayılan,  onun  həyatına  məna  verən 
həytaın  sınaqlarından  çıxmağa  kömək  edən  dayaqlar  -   məhz 
dəyərlərdir.  Dəyərlərin  zaman  keçdikcə  dəyişməsi  təbiidir. 
Lakin  əbədi,  dəyişməyən  dəyərlər  də  mövcuddur.  Ən  vacibi 
odur  ki,  dəyərlər  iyerarxiyasının  məzmununda  zamana  uyğun 
dinamik  dəyişikliklər  baş  verir.  Müxtəlif  dönəmlərdə  əmək, 
zəhmət,  pul,  zəka,  bir  sözlə,  maddi  və  ya  mənəvi  dəyərlərə 
önəm  verilməsi  həm  zamandan,  həm  konkret  insandan,  bü­
tövlükdə  isə  mədəniyyətin  səviyyəsindən  asılıdır.  Hər zamanın 
idealına  uyğun  dəyərləri  formalaşır.  İdeallar  dəyişdikcə  də­
yərlər də dəyişir.
Əbədi,  mütləq  dəyərlər,  qeyd  olunduğu  kimi  mövcud­
dur.  Bəşəriyyət  yarandığı  vaxtdan  insan,  onun  həyatı,  azadlıq 
idealı,  məhəbbət,  həqiqət,  gözəllik,  xeyirxahlıq  və  s.  dəyərlər
-
6 6
-
bu  günə  qədər  öz  mütləq  mənasını  saxlamış,  mədəni  univer- 
salilər statusunu  qazanmışdır.  Onlara  konkret  insanın  və  mədə­
niyyətin  verdiyi  məna  və  məzmun  fərqli  olsa  da,  bu  dəyərlər 
bütün  mədəniyyətlərdə  mövcuddur.
Müasir  mədəniyyətin  zamanı  və  məkanını  qavramaq 
üçün  xüsusi  duyum  hissinə  malik  olmaq,  onu  formalaşdırmaq 
lazımdır.  Bu  duyum  hər şeydən  əvvəl,  sürət,  ritm  və  sərhədsiz, 
üfüqləri  bilinməyən məkanın  qavranılması  deməkdir.
Müasir  dünyada  mədəniyyət  amilinin  rolunun  artması, 
beynəlxalq  siyasətdə  bu  amili  nəzərə  almadan  apanlan  bütün 
fəaliyyəti  şübhə  altına  alır.  ABŞ  alimi  R.Robertson,  məşhur 
filosof  Karl  Yaspersin  “fövqəlsiyasi”,  “siyasətüstü  ıəfəkkür”ə 
tələbatı  olmasına  dair  fikirlərini  inkişaf  etdirərək  yazır: 
“Siyasət  haradasa,  dövlətləri,  insanları  xalqları  ayırır,  bir-birinə 
qarşı  qoyur.  Bəşəriyyət  üçün  çox  qorxulu  olan  bu  problemi 
“mədəniyyət” adlı  nemət həll edə bilər.
Mədəniyyət,  fövqəlsiyasi,  mənəvi  potensialı  daşıdığına 
görə  bu  qarşıdurmanı  səngidir.  Dialoqun  aparıldığı  bütün: 
siyasi,  iqtisadi  hüquqi  və s. -  dinlərlə  müqayisədə “mədəniyyət 
dili”  daha  çox  anlaşılan,  etibarlı  dildir.  Bu  gün  dünya  siyasəti 
beynəlxalq  siyasət  adlandırılan  sahənin  "mədəni  fokusu”  -  
etiraf edilməlidir.  Bütün  sahələrdə  apanlan  anlaşma  prosesləri 
mədəniyyət  amilinə  söykənir.  Biz  etiraf etməliyik:  beynəlxalq 
siyasət,  mədəniyyət  faktorunu  nəzərə  alaraq  apanla  bilər.  Biz 
qlobal  mədəni  siyasət  dövründə  (siyasətin  mədəni  əsaslar 
üzərinə  qoyulması  və  ya  mədəniyyətin  ən  mühüm  siyasi  an­
laşma  vasitəsi  kimi  qəbul  edilməsi  zamanında)  yaşayınq.  Bu 
beynəlxalq  siyasətdə  “mədəni  çevrilişin”  başlanğıcıdır”  (P.Ро­
бертсон.  Социальная  теория.  Глобальная  культура.  М. 
2000, S.J97).
-
6 7
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə