Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə17/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   13   14   15   16   17   18   19   20   ...   106

Siyasətin  mənəviyyatla  sintezi  müəllifə  görə  məhz 
mədəni  siyasətdir.
Dialoq  özü  mədəniyyət  fenomenidir.  Buna  görə  də 
müasir  dünyada  siyasətin  bütün  istiqamətləri  zorakılıq,  mü­
daxilə  və  savaşa  alternativ  olan  dialoq  üsuluna  əsaslanır.  Belə 
olmadıqda dialoq  adı  altında  baş  verən  nə  varsa,  əslində  mono­
loqdur,  öz  baxış,  mədəniyyət  və  dəyərlərini  başqa  tərəfə  zorla 
qəbul  etdirmək  siyasətidir.  Demokratiya  dialoq  mahiyyətlidir. 
Məhz buna görə də XX əsrin ortalarında  gündəmə gələn dialoq 
problemi  heç  vaxt  aktuallığını  itirməmiş,  əksinə,  onun  əhəmiy­
yəti  hər gün  yenidən  vurğulanır.
Bu  məsələ  həm  dövlətlərarası,  həm  də  dövlətdaxili  mə­
dəni  siyasətin  mühüm  məqamlarım  əhatə  edir.  Mədəniyyətin 
inkişafında  dövlətin  və cəmiyyətin  birgə  fəaliyyəti,  Azərbayca­
nın  qlobal  mədəniyyət  məkanına  uğurla  daxil  olmasına  kömək 
edən  bütün  sahələrə  önəm  verilməsi,  informasiya cəmiyyətinin 
tələblərinə  uyğun  innovasion  mədəniyyət  strukturunun  forma­
laşmasını  təmin  etmək,  vətəndaş  cəmiyyətinin  ən  mühüm 
göstəriciləri  kimi  mədəni  novatorluğun,  yaradıcı  təşəbbüslərin, 
plüralizmin  və  özünəməxsusluğun  dəstəklənməsi,  ən  müasir 
texnologiyaların  tətbiqi  və  mədəniyyət  sahəsində  kadr  poten­
sialının  peşəkarlığının  armasını  təmin etmək  yolu  ilə sosial-mə­
dəni  siyasət  və  idarəetmədə  effektiv  nəticələrə  nail  olmaq  -  
günün  vacib  məsələlərindəndir.  Məhz  belə  olan  təqdirdə,  mə­
dəniyyət  siyasəti  Azərbaycanda  sosial-mədəni  inkişafın  yeni 
səviyyəsinin  əldə  edilməsinə  nail  olmaq,  dinamik  keyfiyyət 
dəyişikliklərini  həyata  keçirmək,  ölkənin  qlobal  mədəniyyətə 
uğurlu  inteqrasiyasını  təmin elmək olar.
Azərbaycan  dövləti  formalaşmış dünya düzənində  müs­
təqilliyin  möhkəmləndirilməsi  istiqamtində  yorulmadan  çalış-
-
6 8
-
d,ğı  bir  dövrdə,  mədəniyyət  siyasətin  ölkəmizin  beynəlxalq 
aləmdə  mədəni  potensialına, əlverişli  tərəfdaş obrazına,  mənəvi 
nüfuzuna  dair  təsəvvürləri  hər  gün  daha  böyük  qətiyyətlə  for­
malaşdırmağa  səy  göstərməlidir.  Çünki  Azərbaycan  tarixən 
yalnız malik olduğu maddi-təbii sərvətləri  ilə yanaşı, həm də öz 
zəngin  mənəvi  irsi  ilə tanınmışdır.
Bu  baxımdan  “beynəlxalq  mədəni  inteqrasiya”  mövzu­
sunun  müzakirəsi,  tədqiqi  və  tədrisi  mühüm  yer  tutur.  İstər 
bütün  dünyada,  istərsə də  MDB  məkanında  “beynəlxalq  müna­
sibətlər”  elmi  sahəsində  hazırda  ən  geniş  tədqiq  olunan  yeni 
istiqamətdir.  “Beynəlxalq  humanitar  əlaqələr”  adlandırılan 
konkret  ixtisas  çərçivəsində  “Müasir  dövr  və  beynəlxalq  mə­
dəni  inteqrasiya  problemləri” ayrıca tədris olunur.
Burada  mədəni  inteqrasiyanın  məzmunu,  başlıca  meyil- 
ləri,  onun  beynləxalq  siyasətdə  statusu  və  müasir  dünya  inki­
şafında rolu hərtərəfli  təhlil edilir.
Müasir  inteqrasiya  proseslərinin  modelləri,  mövcud  hu­
manitar,  siyasi-hüquqi  mexanizmləri,  coğrafi  bölgələr  üzrə,  si- 
vilizasion  amillərə  görə  (dövlətlərarası,  mədəniyyətlərarası, 
mədəni-tarixi  regionlararsı  və  s.)  ayırd  edilərək  nəzərdən 
keçirilir.
Mədəniyyətlərarası  münasibətlərdə  ziddiyyətlərin  həlli­
nə müxtəlif yanaşmalar (etnosentrizm,  mədəni  relyativizm,  mə­
dəni  inteqrasiya  və  s.)  təhlil  olunur.  Müasir  dövrdə  mədəni 
mübadilənin  dövlətlərarası  münasibətlərdə oynadığı  rola aydın­
lıq  gətirilir.  Mədəniyyətin  ən  mühüm  sahələri:  siyasi  mədə­
niyyət  və  hüquqi  mədəniyyətin  tarixən  formalaşmış  tiplərinin 
müqayisəsi  aparılır.  “Mədəni  diplomatiya”,  onun  məzmunu  və 
funksiyaları  müəyyənləşdirilir.  Müasir  beynəlxalq  münasibət­
lərin  humanitar mədəni-məzmun daşımasına  diqqət cəlb edilir.
-
6 9
-


XXI  əsrdə  beynəlxalq  mədəni  inteqrasiya  prosesləri  hər 
bir  ölkənin  dünyada  mədəni-pozitiv  obrazının  yaranmasından 
başlayır.  Bu  istiqamətdə  çoxşaxəli,  elmi  əsaslara  söykənən, 
kommunikasiya  texnologiyalarının  imkanlarından  istifadə  et­
məklə  aparılan  fasiləsiz  fəaliyyətin  konsepsiyası  olmalıdır.  Öl­
kənin  pozitiv,  potensial  tərəfdaş  obrazına,  hər  şeydən  əvvəl, 
onun  mədəni  imkanlarının  təbliği,  geniş  yayılması  rolu  isə  nail 
olunur.
Beynəlxalq  siyasətdə  qlobal  dövrün  tələbləri,  sual  və 
çağırışları,  bir  sözlə,  ifadə  etmək  istəsək,  məhz  mədəni  ca­
vabların,  problemlərin  mədəni  inteqrasiya  meydanında  həll 
olunmasını  önə çəkir.
Bunun  üçün  kifayət  qədər əsas  vardır.  Hər şeydən  öncə, 
sərhədləri  olmayan  qlobal  mədəni  məkanda  mədəni  identiklik 
və müxtəlifliyin  təmin olunması  problemi  gündəmdədir.
Mədəni  inkişafa xas olan  müasir meyillər həm obyektiv, 
həm  də  subyektiv  mənbələrdən  yönəldilən  çoxşaxəli  təsir  və 
təzyiqlər  altında  radikal  konservatizm,  millətlilik,  dini  funda­
mentalizm  kimi  cavab  reaksiyalarını  şərtləndirir.  Elm  və  tex­
nika  ən  yaxın  perspektivdə  nə  qədər  güclü  inkişaf  etsə  də, 
dünyada  qeyri-sabitliyi  şərtləndirən  sosial  və  humanitar  prob­
lemləri  həll etmək  iqtidarında deyil.
Dünyanın  hətta  ən  güclü,  fövqəl  sayılan  dövlətlərinin 
qlobal  problemləri  təkbaşına  həll  edə  bilməməsi  gerçək  faktdır 
və  bütün  səyləri  mədəniyyətin  kəşf  etdiyi  mexanizmlərə:  in­
teqrasiyaya,  dialoqa,  dözümlülüyə,  həmrəyliyə  yönəltməyi  dik­
tə  edir.  Siyasi  və  hüquqi  mədəniyyətin  tamamilə  yeni  səviy­
yəsinə  keçməyi  tələb  edir.  Yalnız  ümumbəşəri,  mənəvi-əxlaqi 
meyarlarla  və  prinsiplər  üzərində  qurulan  siyasət  dünyanı  xilas 
edə  bilər.  Sivilizasiyanın  yaxın  perspektivləri  mədəniyyətlər
-
7 0
-
dünyasından,  vahid,  rəngarəng  dünya  mədəniyyətinin  forma­
laşması  imkanlarından  birmənalı  şəkildə  asılıdır.
"Mədəni  siyasət”  anlayışı  və  onun  idarə etdiyi  məzmun 
nisbətən  son  dövrlərdə  gündəmə gəlmişdirsə də,  bu  istiqamətdə 
fəaliyyət  tarixin  bütün  dövrlərində  mövcud  olmuşdur.  İnsan 
yaşadığı  bütün  dövrlərdə,  hökmən  hər  hansı  mədəni  məkanda 
mövcud  olmuş,  bu  məkanı  hər  hansı  ideya  və  ya  prinsiplər 
əsasında təşkil etmişdir.
Mədəni  siyasətin  çoxşaxəli,  fövqəlmürəkkəb sahə olma­
sına  "mədəniyyətə  verilən  təriflərin  artıq  1000-ə  çatması”  gös­
tərir  (М.С.Кагаи.  Философия  культуры.  СПб.,  «Петро­
полис»,  1996,  s.416).  Mədəniyyətin  dünya  siyasətinə  nüfuzu­
nun  artırılması  məqsədi  ilə  BMT  və  YUNESKO  tərəfindən 
"Mədəniyyət  və  inkişaf  üzrə  Ümumdünya  Komissiyası”  yara­
dılmışdır.  Komissiyanın  başlıca  məqsədi  “Mədəniyyət  və  inki­
şaf’ arasındakı  qarşılıqlı  əlaqə və  dinamikanın  öyrənilməsidir.
Demokratik  dövlət  quruculuğu  gedişində  Azərbaycanda 
dünyada  mövcud  olan  mədəni  inteqrasiya  modellərinə  və  me­
xanizmlərinə  yüksək  həssaslıq  göstərilməsi,  onların  təcrübə­
sinin  öyrənilməsinə  önəm  verilir.  Bununla  yanaşı,  Azərbay­
canda  mədəni-mənəvi  inteqrasiyanın  tarixən  formalaşmış  hu­
manitar  mexanizmlərinin  dünyaya  çatdırılması  istiqamətində 
də  işlər  görülür.  Mədəni  siyasət  heç  bir  zaman  problemlərin 
həllinin  hazır  reseptləri  demək  deyil,  fasiləsiz  yeniləşmə  və 
ünsiyyətin  baş  verdiyi  məkanda  birgəyaşayış  qanunlarının 
müəyyənləşməsi  deməkdir.  Burada  Azərbaycanın  tarixən  varisi 
olduğu kommunikativ təcrübənin  rolu əvəzsizdir.
Mədəniyyət  bütövlükdə  gerçəkliyin,  xüsusilə  də  siyasi 
gerçəkliyin  qavranılmasıntn  özünəməxsus  formasıdır.  Dünya­
nın  məhz  mədəni  məkan  kimi  görmək  arzusu  və qabiliyyətidir.
-71
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə