Yeni mədəniyyət məkanına


§ 9.  Mədəniyyətin elektron əsri və



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə19/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   15   16   17   18   19   20   21   22   ...   106

§ 9.  Mədəniyyətin elektron əsri və 
mədəni analitika
XXI əsrin  mədəniyyət m əkanında  baş  ve­
rən fundam ental  dəyişikliklər,  hər şeydən  əvvəl, 
inform asiya  inqilabı  ilə  bağlıdır.  Yaşadığımız 
diinya  bu  inqilab  nəticəsində  kibernetik  məkan 
və ya  virtual  reallıqlar  hesabına  genişlənm işdir. 
İlk  əvvəl  elm i  təhlil  bu  fenom endə  inform asiya 
cəmiyyətində  virtual  məkanın  ağalıq  etdiyi  irra- 
sional  sferam   aşkar  etmişdir.  Lakin  m üasir  cə­
m iyyət  virtual  reallığa  xalis  "işgüzar"  m övqe­
dən yanaşaraq onu  da öz m əqsədləri üçün  m öv­
cud olan faydalı sahəyə çevirmək niyyətindədir.
Virtual  reallıq  artıq  ontoloji  fenomen  kimi  bülün  istiqa­
mətlərdə  geniş təhlil  olunur.
Tarix  boyu  bəşəriyyət  iki  “aləmdə”  -   maddi-fiziki 
aləmdə  (reallıq)  və  informasiya  məkanında  mövcud  olmuşdur. 
Sonuncu  əfsanə  və  rəvayətlərdən,  bilik,  təsəvvür  və  ideyalar­
dan  ibarət  idi.  Varlığın,  aləmin  bu  iki  qatlan  arasındakı  nisbət 
müxtəlif olmuşdur.  Müasir informasiya inqilabı  “ikinci  aləmin” 
miqyasını,  həcmini  və  dinamikasını  görünməmiş  dərəcədə 
artırmışdır.
XX  əsrə  qədər  insan  real 
münasibətlər  dünyasında 
yaşayırdısa,  o  vaxtdan  bəri  artıq  genişlənən  informasiya  mə­
kanında  yaşayır.  Bu  məkanın  fəlsəfəsi  bundadır  ki,  müasir 
insan  “informativ  varlıq”  kimi  dünyanı  informasiya  vasitəsilə
-
7 6
-
qavrayır və fasiləsiz olaraq  virtual ekranın  seyrçisi qismindədir.
Ekran  -   ünsiyyət  metaforası  olub,  həm  hər  bir  insanı 
səyləri  ilə, həm də bütün sosial  institutların, başqa  subyektlərin 
fəaliyyəti  ilə  yönəldilən  qarşılıqlı  təsir meydanına çevrilmişdir. 
İnsan  bu  məkanda  seçimində  həm  azad,  həm  asılı  vəziyyət­
dədir.  Çünki  ona  təqdim  olunanları  -  informasiyanı  seçməlidir. 
Bu  isə  müxtəlif maraqlara  xidmət  edən  informasiya  ola  bilər. 
Yeniliklər  çeşidli:  xəbər,  siyasi,  kommersiya,  reklam,  sorğu, 
ictimai  rəy,  şayiə, təbliğat və s.  məzmunlu ola bilər.
XXI  əsrin  mədəniyyət  məkanı  insanın  davranışına, 
əhvalına,  mentalitetinə,  dünya duyumuna  hər an  təsir göstərən 
mozaik  informasiya  reallığıdır.  Hadisələr  “indi"  baş  verə  bilər, 
lakin  “burada”  deyil,  başqa  yerdə;  yaxud  “burada”  baş  verən 
hadisə,  nə  “indi”,  nə  heç  yerdə,  nə  də  heç  zaman  olmaya  da 
bilər.
Müasirimiz  olan  insan  dünyanı  “onlayn”  rejimdə  və 
interaktiv  iştirakla dərk  edir.  Lakin  istənilən  sosial  texnologiya 
kimi  bu  sahədə  ambivalent  məzmuna  -   həm  də  güclü  sosial- 
mədəni  neqativə  malikdir.  Neqativin  mənbəyi  -   reallığın  təhrif 
olunmuş, düşünülmüş şəkildə yanlış tərəfdən  təqdimatı  məqsə­
dini  güdən  subyektdir.  Manipulyativ  texnologiyalar  "əks  ef­
fektdən”  başlayaraq  tətbiq  olunur:  informasiya  mühitinə  atılan 
yalan  məlumatlar,  bu qəbildən  olan  yalan  şərhlərlə  real  hadisə­
ləri  təhrif  etməklə  intensiv  yayılır.  Bu  üsul  əlbəttə  ki,  yalnız 
sadəlövh  ictimai  rəyə  deyil,  mütəxəssislərin  münasibətinə  də 
təsir  edir  (Dağlıq  Qarabağ  hadisələri,  Sumqayıt  hadisələri  ba­
rədə  dünya  ictimai  rəyin  yanlış  məlumatlandırılmasını  yada 
salaq).
Ekran  reallıq  haqqında  gerçək  həqiqəti  nəinki  təhrif 
edə,  bu  imkana  biganə  qalan  ölkələri  yaşadığımız  informasiya
- 7 7 -


məkanından  tamamilə  yox  edə  bilər.  “Ekranda  yoxsansa  -  
dünyada,  məkanda  yoxsan”.  Bu  məsələnin  bir  tərəfidir.  Çünki 
informasiya  yalnız  təhrif edilən  deyil,  həm  də qərəzli  ola  bilər. 
Həqiqətə  xidmət  edən  informasiyanın  ayırd  edilməsi  -   qlobal, 
taleyüklü  məsələdir.  İnformasiyanın  alınıb-satıldığı,  müəllifinin 
anonim  olduğu  vəziyyətdə  sübut  edilmə  statusunu  itirməsi 
acınacaqlı  nəticələrə  səbəb  olur.  Çünki  mədəni  məkana  “açı­
lan"  informasiyanın  maskalanma  texnologiyaları  çox  yüksək 
inkişaf  etmişdir.  Digər  tərəfdən  isə,  onun  dəfələrlə,  yeni-yeni 
ünvanlara  göndərilməsi  əsl  təşəbbüskarı  tapmağa  mane  olur. 
Lakin  bütün  bunlar  konkret  ünvana  çata  və  müvafiq  reaksiya 
doğura bilir.
Yeni  mədəniyyət  məkanında,  informasiya  müharibələ­
rinin  səngimək  bilməyən  şəraitdə  ən  müasir  peşə  sahibləri  -  
“informasiya  analitikləri" bütün dünyada  geniş  xidmət  şəbəkə­
sinə  malikdir.  İnformasiya  analiıiklərinin  peşəkar  vəzifəsi  -  
“informasion  konsaltinq” xidməti  göstərməkdir.
Bizdə  bu  sahədə  vəziyyət  necədir?  Müasir analitik  xid­
mət  şəbəkələri  ən  müxtəlif  qurumlarda,  rəsmi  və  qeyri-rəsmi 
strukturlarda,  KİV-lərdə  və  s.  sahələrdə  (dəbə  uyğun  olaraq) 
mövcuddur.  İctimai  rəy  televiziyada  analitik  verilişlər,  qəzet­
lərdən  analitik  rubrikalar  barədə  məlumata  malikdir.  Tez-tez 
eşidirik:  “analitiklərin  fikrinə  görə....”;  lakin  bu  analitiklərin 
kim  olduğu,  onlara  etibar edib-etməmək  olar  ya  yox,  naməlum 
qalır.
Əslində,  dünya  elmində  analitik  xidmət  şəbəkəsini  ya­
radan,  siyasi  texnologiyaları  həyata  keçirən  mütəxəssislər  tə­
bəqəsi  mövcuddur.  Onların  rəsmi  peşə  təsnifatı,  ixtisas  və 
mövzular üzrə qrupları  müəyyənləşmişdir.
Məsələn,  rəsmi  analitiklər  siyasi,  iqtisadi  və  s.  dövlət
-
7 8
-
qurumlarında  xidmət göstərirlər,  informasiya  və KİV  sahəsində 
analitik  agentliklər  ilkin  mənbələrə  əsaslanaraq  müxtəlif  təyi­
natlı  fəaliyyət  göstərirlər.  Kommersiya  sahəsində  analitiklər 
müstəqil  və təhlükəsiz biznes üçün xidmət təşkil  edirlər.
Sadalanan  sahələrdə  vətəndaş  cəmiyyətinin,  mədəniy­
yətin  formalaşmasının  analitik-elmi  əsaslarla  yönəldən  xidmə­
tin  olmadığı  aşkar görünür.  Mədəni  məkanda  manipulyativ  dc- 
zinformasiyaya  yol  verməmək  üçün  çevik  analitik  texnologi­
yaların  geniş  tətbiqi  hələlik  arzu  səviyyəsindədir.  Əlbəttə,  bu 
işi  könüllü  şəkildə  həyala  keçirən  alim,  müstəqil  ekspert  və 
başqa  sənət  adamları  var.  Lakin  burada  təşkilatlanmış  qurum­
ların  yaradılması  zamanın  tələbidir.
Çünki  müasirimiz  olan  sıravi  vətəndaş  bu  gün  ona  yö­
nəldilən  bütün  təsirlər  qarşısında  “əliyalın"  vəziyyətdədir. 
Onun  əhatəsindəki  informasiya  məkanı  və dünyagörüşü,  mən­
sub  olduğu  mədəni  dəyərlər,  qəlbi  və  ruhu  uğrunda  fasiləsiz 
informasiya  müharibəsi  meydanını  xatırladır.  Ekranın  “bu  ta­
yında”  yerləşən  vətəndaş,  informasiya  təhlükəsizliyi  baxı­
mından  “yüksək riskə məruz qalanlar” qrupuna  aid edilə bilər. 
Bu  riskin  azaldılmasından  yüksək  informasiya  təhlili  mə­
dəniyyətinə,  sonuncuya  nail  olmaq  isə  mədəniyyət  siyasətinə 
xidmət edən  analitik kadrlara malik olmaq  lazımdır.
Manipulyativ  texnologiyalar,  adekvat-simmetrik  cavab 
tələb  edir.  Azərbaycan  vətəndaşı  bu  gün  müstəqil  informasiya 
əldə  etmək  azadlığına  malikdir.  Lakin  o,  müstəqil  təhlil  qabi­
liyyətinə,  öz  informasiya  təhlükəsizliyini  təmin  etməyə  malik- 
dirmi?  Bu  sualın  birmənalı  cavabı  yoxdur.  İnformasiyadan 
düzgün  bəhrələnmək  mədəniyyəti  hələlik  təşəkkül  mərhələsin­
dədir.  Burada  dövlətin  həssas  diqqət  və  qayğısına  rəğmən 
müvafiq  mədəni  siyasət  həyala  keçirilməlidir.  Demokratik
- 7 9 -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə