Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə2/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   2   3   4   5   6   7   8   9   ...   106

Müəllifdən
Mədəniyyətimizdən  qürur  duymaq,  mənəvi  irsimizlə 
fəxr  etmək  hər  birimizə  xas  olan  təbii  hissdir  və  haradan  gəl­
diyimizi  cavablandıran  mövqedir.  Onun  harada  olduğunu  və 
hara  gedəcəyini  aydın  təsəvvür  edə  bilirikmi?  Bu  istiqamətdə 
dövlətimizin  apardığı  uğurlu,  çoxşaxəli  fəaliyyətə  yardımçı  ola 
bilirikmi?
Bu  gün  Azərbaycan  cəmiyyəti  qarşısında  həyatın  bütün 
sahələrinin  dünya  inkişafının  müasir  meyillərinə  və  intensiv 
ritminə  uğunlaşdırması  ən  zəruri  məsələ  kimi  durur.  Əhatədəki 
sosial,  iqtisadi,  psixoloji,  mədəni  reallıqların  təsəvvürəgəlməz 
sürətlə  dəyişməsi,  əvvəla,  cəmiyyətin,  o  cümlədən  də  hər  bir 
vətəndaşın  qarşısında  fasiləsiz  təkmilləşmə,  mədəni,  profes­
sional,  sosial  və  şəxsi  keyfiyyətlərin  daim  yüksəldilməsi  və 
inkişaf  etdirilməsi  vəzifəsini  irəli  sürür.  XX  əsrin  yeni  mədə­
niyyət  məkanının  mövcudluğu  şərtlərinə,  fərqli  tələblərinə, 
çoxşaxəli  təsirlərinə  həssas  olmaq  və  ona  adekvat  fəaliyyət 
tərzi  yaratmaq  ayrılıqda  hər bir insanın  mövcud  vəziyyətə  dair 
real  biliklərə  malik  olmasını,  müvafiq  qərarlar  qəbul  etməsini, 
şəxsi  qabiliyyət  və  keyfiyyətlərinin  səfərbər  edilməsini  tələb 
edir.  Bu  məsələlər  ictimai  elmin  qarşısına  konkret  vəzifələr 
qoyur.
-
6
-
Yalnız yaşanılan  məqamın  bütün fərqli  və  yeni  xüsusiy­
yətləri  barədə əhatəli  məlumata  malik olan  insanlar,  xüsusilə də 
gənc  nəsil,  bu  gün  onun  şüuruna  ünvanlanmış  bütün  formal  və 
qeyri-formal  mənbələrdən  qaynaqlanan  məlumatı  öz  təhlil 
süzgəcindən  keçirə, ondan  səmərəli  faydalana bilər.
Məkanın  adi  şüur  səviyyəsində  “bəsit”  fəlsəfəsi  möv­
cuddur.  İnsan  ilk  dəfə  gördüyü  bir  məkana  qədəm  qoyanda 
sövq-təbii  olaraq  əhatəsinə  boylanır,  məkanı  tanımaq,  özünə 
doğmalaşdırmaq  istəyir.  Bu  məkanda  gedəcək  yol  və  cığırların 
bütün  istiqamətərini  tanımaq,  naməlum  döngələrin,  uçurumla­
rın  onu  harada  gözlədiyinə  bələd  olmaq,  onları  dəf edəcəyinə 
əmin  olmaq istəyir.
Məkan  fəlsəfəsi,  mövzusu  hələ mifoloji  yaradıcılığın  da 
diqqət  mərkəzində  olmuşdur.  Xalq  nağılında  Cırtdan  da  “işıq 
gələn”,  yoxsa  “səs  gələn”  tərəfə  getmək  seçimi  qarşısında  du­
rurdu.  Hələ  mif  vaxtlarından  parodoksal  olsa  da,  bir  məsələ 
qəti  aydın  idi:  dayanmaq  vəziyyəti  mövcud  deyil!  Hökmən 
getmək,  yolu  qət  etmək  lazımdır,  nəyin  bahasına  olursa-olsun, 
doğru  istiqamətə getmək  lazımdır.
Yaşadığımız  qlobal  reallığı  dərk  etmək  üçün  onun  şərti 
olaraq,  siyasi,  iqtisadi,  sosial,  informasiya,  elm,  hüquq  və  s. 
məkanlara bölünərək təhlil edilməsi  qəbul edilmişdir.
Müstəqil  dövlətin  tarixi  inkişaf dinamikasında  mədəniy­
yət  və  mənəviyyat  məsələləri  təməl  rolunu  oynayır.  Ölkəmizin 
dünya  birliyinə  inteqrasiyası,  mədəni-mənəvi  oriyentirlərini 
müəyyən  edən  ideya  və  konsepsiya  olmadan  XXI  əsrin 
fövqəlmürəkkəb  məkanlarında  uğurla  irəliləmək  çətindir. 
Suveren  Azərbaycanın  mədəni  yüksəliş  və  intibahının  Heydər 
Əliyev  tərəfindən  müəyyən  edilmiş  kursu  bu  gün  dövlətin 
siyasətinin  əsasını  təşkil  edir,  mütərəqqi  inkişafın  real  mexa-
-
7
-


nizminə çevrilir.  Qədəm qoyulan  hər növbəti  il  qloballaşmanın 
məkanlarının  daha  da  genişlənməsini  və  çulğaşmasını  şərtlən­
dirir  və  yaxın  perspektivlər  üçün  daha  konkret  məqsədləri 
hədəfə almağı  zəruri edir.
Qlobal  sosial-mədəni  dinamikanın  tədqiqatçıları  hesab 
edir  ki,  Şərq  sivilizasiyası.  Qərbə  nisbətən  texnokralik-praq- 
matik  düşüncə  tərzinə  daha  az  “yoluxmuşdur”  və  bu  cəhət  gə­
ləcəyin  “humanist  cəmiyyət”  perspektivləri  baxımından  böyük 
əhəmiyyətə  malikdir.  Yeni  dövrün  problemlərini  həll  edə  bilə­
cək  mədəni-etik  paradiqmanın  formalaşmasında  bu  müsbət 
start  imkanları  kimi qiymətləndirilməlidir.
Eyni  zamanda  bu  gün  hər  bir  ölkənin  tərəqqisi,  bütöv­
lükdə  güclü,  rəqabətədavamlı  mədəni  informasiya  məkanının 
formalaşmasından,  humanitar  potensialın  hərtərəfli  reallaşdınl- 
masına  şərait  yaradan  mədəni  mühitdən  birmənalı  şəkildə 
asılıdır.
Bununla əlaqədar müasir sosial-mədəni  reallığın  gerçək 
mənzərəsini  formalaşdırmaq,  mahiyyət  fərqlərini  izah  etmək, 
tarixi 
baxımdan  əhəmiyyətini 
geniş  şərh  etmək  üçün 
ictimaiyyatşünaslıq  üzərinə  düşən  məsuliyyəti  dərk  etməlidir. 
Yalnız  bu  halda  -   hansı  zamanda  və  hansı  məkanda  yaşadığı­
mızı  dərk  etdiyimiz  halda,  harada  olduğumuzu,  yeni  dünya  ni­
zamında  nə  kimi  yer  tutduğumuzu  və  nələrə  nail  olmaq 
istədiyimizi  aydın  dərk edə bilərik.
-
8
-
I BÖLMƏ
MƏDƏNİYYƏTLƏRARASI  İNTEQRASİYA 
STRATEJİ  İNKİŞAFIN  İMPERATİVİDİR


§  1. Böyük ideya
XX  əsrin  sonlarına  qadar  baş ar  tarixi 
lokal,  m illi tarixlərdən  ibarat olmuşdur.
X X / yüzillikdə  ilk dəfə diiııya  ölkələrinin 
vahid  taleyi,  qlobal  tarixi  "yazılm aqdadır". 
Deməli,  bu  vaxta qədər m illi  m ədəniyyətlərin 
daşıyıcısı  olan  lıər  bir  xalq  indi  bu  vahid 
m ədəniyyət  zamanı  və  m əkanında  öziinə  yer 
tutmalıdır. 
Əks 
təqdirdə, 
süqut 
taleyi 
yaşayan  böyük  sivilizasiyaların  acı  təcrübəsi 
təkrarlana bilər.
Yəni,  vahid  mədəniyyət  məkanının  sakinləri  olmayanlar 
XXI  əsrin  tarixindən  silinmək  qorxusu  ilə  üz-üzədir.  Buradan 
təcrid  olunmaq  qeyri-mümkündür,  istisnadır.  Burada  başqa 
mədəniyyətlərlə  bərabər  hüquqlu  tərəflər  kimi  ünsiyyətə  və 
dialoqa  gəlməyin,  inteqrasiyanın  alternativi  yoxdur.  Deməli, 
mədəniyyət  məkanına  inteqrasiya -  XXI  əsrdə  inkişafın  strateji 
inperatividir.
Bəşəriyyət  bu  seçimi  etmək  üçün  geniş  mənada  iki  min 
il  yol  gəlməli  olub.
Mədəniyyətin  insan  varlığının  heç  nə  ilə  müqayisə 
olunmayan  invariant  təməli  olduğunun  tək-tək  dahilərin  deyil, 
əksər  dünya  dövlətlərinin  dərk  etməsi  üçün  zaman-zaman 
yaradılmış  bütün  maddi  və  mənəvi  sərvətlərin  məcmusunun, 
bəli,  məhz  mədəniyyətin  ən  ali  nümunələri  məhv  edilib,  dağı­
-  
10
-
dılıb,  yandırılıb.  Və  hər dəfə  yenidən  yaratmaq  əzminə  rəğmən 
yenidən  məhv etmək  kimi  paradoksal  mövqelər savaşıb.
Bu  savaşın  kulminasiya  nöqtəsinin  harada,  tarixin  hansı 
məqamında  yaşanıldığını  demək çətindir.  Görəsən,  Babil  qüllə­
sinin  çökməsi  mədəniyyət  üçün  daha  böyük  faciə  idi,  yoxsa  11 
sentyabrda  Dünya  Ticarət  Mərkəzində  əkiz  “qül-lələrin”  çök­
məsi  daha böyük fəlakət  idi? Bəşəriyyətin  dağıtmaq  üçün  deyil, 
yalnız qurmaq  üçün,  yaratdıqlarını  birlikdə qorumaq  üçün  daha 
neçə “qüllələr”  yıxılacaq?
Hər  halda  bəşəriyyət  bir  məsələyə  münasibətdə  yekdil 
qənaətdədir:  tənəzzül,  süqut  taleyini  yaşayan  möhtəşəm  mənə­
viyyat  nümunələri,  çökmüş  qüllələr  tarixdə  kifayət  qədərdir. 
Onlan  yenidən  ucaltmaq  mümkündür.  Lakin  onları  yenidən 
uçurmaq  -   artıq  vahid  taleyi  formalaşan  dünya  binasım  uçur­
maq  demək  olardı.  Əmin  olmaq  istərdik  ki,  11  sentyabr  -   son 
tarix  olacaq.
Müqayisə  edilsə,  XX  əsr  də  “çökmə  simvolu”,  “Tita- 
nik”in  məhvi,  Birinci  dünya  müharibəsinin  dəhşətləri  ilə  baş­
lanmışdı.
Ümumi  qəbul  olunmuş  fikrə  görə,  ötən  əsr  bəşər  tari­
xinin  ən  faciəli  əsrlərindən  biri  olmuşdur.  İki  dünya  müharibəsi, 
Xirosima, sovet  həbs düşərgələri.  Əsrin  sonlarında davam  edən 
süqut fenomeni:  sovetlərin,  Berlin divarlarının  süqutu.
XX  əsrin  əvvəllərinin  tarixi,  sosial-mədəni  ovqatını  ifa­
də etməyə çalışan  alman  filosofu  O.Şpenqler yazırdi:  “İnsanlar­
da  nə  isə  bir  narahatlıq  gözlənlisi  var  idi.  Bu  faciələr  sanki 
gözlənilən  idi.  Bütün  bunlar  Böyük  Böhrandan  xəbər  verirdi. 
Dünya  sanki  necə  yaşamağı,  birlik  üçün  nə  etməyi  izah  edən 
Böyük  İdeya axtarışımda idi”.
- I I   -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə