Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə20/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   16   17   18   19   20   21   22   23   ...   106

cəmiyyətdə  vətəndaşların  analitik  mədəniyyəti  səviyyəsi  -  
dövlətin  siyasətinin  səmərəliliyi,  şüurlu  sosial  tərəfdaş  əldə 
etmək deməkdir.
Cəmiyyətdə  analitik  mədəniyyətin  inkişaf etdirilməsi  -  
uzunmüddətli,  gərgin  bir  prosesdir.  Yeni  məkanda  davranışın 
əsaslarından  başlayaraq,  təcrübə  və  məktəblərin  formalaşması 
isitiqamətində ardıcıl  iş  aparılmalıdır.
Qərbdə  analitik  təcrübə  uzun  zaman  müddətində  əldə 
edilmişdir.  Burada  sosial  texnologiyaların  mükəmməlləşməsi, 
hüququn  nizamlanması,  “çirkli”  texnologiyalara  qanunla  qa­
dağa  qoyulması,  peşə  etikasının,  müstəqil  ekspertlər  institu­
tunun  formalaşması,  vətəndaş  cəmiyyətinin  analitik  mədəniy­
yətini  yüksəltməyə xidmət edir.
Gərgin  həyat  situasiyalarında  konsaltinq  (məsləhət) 
xidmətinin  təşkili,  mədəni  maarifləndirilmə  sisteminin  fəaliy­
yəti  məhz  bu  istiqamətə yönəlmişdir.
Bu  gün  formalaşan  yeni  məkan,  yeni  tipli  analitik 
xidmət  tələb edir.  Əsas  məsələ burada  maraqlı  olan, ekspert bi­
liyə  və  təcrübəsinə  əsaslanan  texnoloq-mütəxəssislərin  könüllü 
təşəbbüsünə  təkan  vermək,  onlara  dövlət  dəstəyini  təmin  et­
məkdir.  Hər  bir  mədəni  informasiyanın  maksimal  interpreta­
siyası,  məramı  və  məqsədi  sonuna  qədər  açıqlanmalıdır.  İc­
timai  rəyə  ünvanlanan,  onu  inandıra  bilən  yeni  -   kütləvi  ana- 
litika  üsulları  yaradılmalıdır.  Bu  son  nəticədə  milli-mədəni 
təhlükəsizliyin  təminatı  ilə bağlıdır.
Belə  bir  deyim  vardır:  reallığı  dəyişdirmək  mümkün 
deyilsə,  ona  olan  münasibətimizi  dəyişməliyik.  Bu  məntiqə 
əsaslansaq,  reallığın  tələbləri  belədir:  Əgər  vətəndaş  üçün 
ideal,  mədəni-mənəvi  mühiti  yaratmaq  imkanı  yoxdursa,  əgər 
bu  məkan  ziddiyyətli,  manipulyativ  texnologiyaların  döyüş
-
8 0
-
meydanına  çevrilibsə,  onda  insanın  bu  vəziyyətin  qurbanına 
deyil,  proseslərin  gedişatını  nəzarətdə  saxlaya  bilən,  mədəni 
fəaliyyətin  aktiv  və  düşüncəli  obyektinə  çevrilməyə  hərtərəfli 
kömək elməliyik.
- 8 1 -


§  10.  Mədəni  inteqrasiyanın  humanitar 
mexanizmləri və konsepsiyaları
(İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər)
Bu  gün  Avropanın  öz  sivili  dəyərlərinin 
tarixi  varisliyini  və  Qərb  dem okratiyasının  hə­
yatiliyini  siibut  etmək  üçün  çoxsaylı  problem lər 
ortaya çıxmışdır.  "Q ızıl m ilyard" ölkələrinə küt­
ləvi  işçi  qüvvəsi  axını  ilə  bağlı  ortaya  çıxan 
kom pleks problem lər  Q ərbdə  cəm iyyəti  və  siyasi 
elitanı naralıat edən  başlıca məsələdir.
Ölkənin  iqtisadi  inkişafı  üçün  zəruri  resurs  olan  işçi 
qüvvəsi,  qəbul  edən  ölkədə  sosial  sabitlik  və  milli  identiklik 
üçün  təhlükə yaradan  amilə çevrilmişdir.  Başqa  mədəni  -  sivil 
ənənələrin  daşıyıcısı  olan  insanların  Qərb  cəmiyyətinə  inteqra­
siya  perspektivləri  Qərbdə  bu  gün  siyasi  gündəlikdə  duran 
problemdir.
Müasir  Qərbdə  heç  bir  siyasi  elita  mədəni  inteqrasiya 
probleminə  biganə  qala  bilməz.  Bu  problemin  həlli  mexanizm­
lərinin  müəyyənləşdirilməsi  milli  inkişafın  təhlükəsizliyinin  tə­
minatı  ilə birbaşa bağlıdır.
İnkişaf  etmiş  ölkələrdə  müxtəlif  ənənə  nümayəndələri­
nin cəmiyyətə  sosial  inteqrasiyası  yalnız  hakimiyyətin  yüksək 
eşelonlarında  və  kütləvi  informasiya  vasitələrin  deyil,  həm  də 
qərb  icıimaiyyatşünaslığınm  elmi  tədqiqatlarının  diqqət  mərkə­
zində  olan  ən  gərgin  mövzudur.  Londonda  Sosial  siyasətin
-
8 2
-
lədqiqi  İnstitutunun  (institute  for  Public  Policy  Reseanch) 
oməkdaşlannın  məlumatına  görə,  İngiltərədə  milli  identiklik, 
mədəni  müxtəliflik  və  interasiya  problemlərinin  təhlili  elmi 
ictimaiyyətin apardığı  tədqiqatların  magistral  istiqamətini  təşkil 
edir.  İnstitutun  fəaliyyəti  cəmiyyətdə  ictimai-siyasi  müzakirə­
lərin  mövzusunu  təşkil  edir.  Bu  baxımdan  inkişaf  etmiş 
ölkələrdə  toplanmış  təcrübə  ilə  tanışlıq  və  perspektivlərin 
qiymətləndirilməsi,  mədəni  inteqrasiyanın  nizamlanması 
modellərinə  və  mexanizmlərinə  dair  ən  ümumi  təsəvvürlə­
rin  əldə  edilməsi  Azərbaycanda  ictimai  elm  üçün  önəmlidir.
Qlobal  miqrasiya  prosesləri  öz  təsəvvürəgəlməz 
miqyası  ilə  bütün  qitələri,  ölkə  və  bölgələri  əhatə  edərək 
müasir dünya  inkişafının  ayrılmaz  təzahürünə çevrilir.  M iq­
rasiya  axınlarında  demək  olar  ki,  hər  şey:  insanlar,  peşələr, 
mədəniyətlər,  dünyagörüşlər,  münasibətlər  və  s.də  bir-biri­
nə qarışmışdır.
Rəsmi  statistikaya  görə  bu  gün  dünyada  işləyən  miq- 
rantlar  (ailə  üzvləri  də  nəzərə  alınmaqla)  120  miyonu  əhatə 
edir.  Hər  il  Avropa  Birliyi  ölkələrinə  2  milyon  insan  gəlir. 
Avropa  ölkələri  vətəndaşlarının  5  milyon  nəfəri  hər il  öz  öl­
kələrinin  hüdudlarından  kənarda  yaşayır.  Zəncirvari  xarak­
ter  daşıyan  miqrasiya  axını  bütün  dövlətlər  qarşısında  so­
sial-mədəni,  siyasi,  hüquqi  məzununa  əlavələr  edilməsini 
şərtləndirmişdir.  Zamanın  bu  mühüm  çağırışına  dünya  bir­
liyi  cavab  verməlidir.  Mədəni  inteqrasiya  siyasətiin  hər­
tərəfli  konsepsiyasının  olmaması  və  həyata  kerilməməsi  nə­
ticəsində  “qeyri-adaptiv  strategiya  sosial-siyasi  sabitliyə 
təhlükə  yaradır”  (Михайлов  C.  Этнические миграционные 
волны  и  проблемы  социально-политической стабильнос­
ти.  М,  1995,  S.38).
-
8 3
-


Qloballaşma  prosesləri  mədəni  diferensiasiyanın  da­
yanıqlı  formalarına  təsir göstərir.
İnsanların  mədəni  birliyinin  ənənəvi  (etnik,  konfes- 
sional)  həmrəyliyinin  yeni  formaları  ortaya  çıxır.  İnteq­
rasiya,  humanitar  və  əmək  miqrasiyasının  intensivləşməsi 
mədəniyyətlərarası  münasibətləri  gərginləşdirir.  Mədəni 
amillərdən  qaynaqlanan  (milli,  dini,  irqi)  münaqişələr  qlo­
bal  xarakter  kəsb edir.
XX  əsrdə  belə  gərgin  münaqişələrin  “üç  dalğası” 
ayırd  edilmişdir.  Birincisi,  1950-1977-ci  illər  arasında  müs­
təmləkəçiliyin  iflası  ilə  şərtlənən  etnik  dirçəliş  dalğası  ol­
muşdur.  Zaman  keçdikcə  bu  dalğa  Asiya  və  Avropanın  yeni 
dövlətlərindən,  Avropa  və  Amerikaya  adlamışdır.  Kanada­
da  Kvebek,  ABŞ-da  hindular,  İspaniya  basklar  və  katalo- 
niyalılar,  Belçikada  flamandlar  və  s.  gərginlik  dalğasına 
qərq  olmuşdur.  Burada  maraqlı  cəhət  o  idi  ki,  həmin  dövrdə 
qərb  iqtisadiyyatı  yüksəliş dövrünü  yaşayırdı.
İkinci  dalğa  XX  əsrin  80-ci  illərinə  təsadüf  edir  və 
ilk  növbədə,  qərbi  Avropanı  bürümüşdür.  Burada  neft  böh­
ranından  sonra  baş  verən  iqtisadi  ziddiyyətlər  ən  çox  im- 
miqrant  qruplarını  zərbə  altında  qoymuşdur.  Kütləvi  miq- 
rant  axınına  bölgə  davam  gətirə  bilməmişdir.
Milli  və  dini  gərginliyin  üçüncü  dalğası  1990-cı  illə­
rin  sonu,  2000-ci  illərin  əvvəllərinə  təsadüf  etmişdir.  Həm 
sosializmin  çökməsi,  həm  də  növbəti  neft  böhranı  yenidən 
gərginliyə  səbəb  oldu.  İnkişaf  etmiş  ölkələrin  neftdən  asılı 
olması,  onu  ixrac  edən  dövlətlərdə  milli  və  dini  əsaslar üzə­
rində  birliyin  möhkəmlənməsini  şərtləndirdi.  2001-ci  ilin 
11  sentyabr  hadisələrindən  sonra  ABŞ-m  antiterror  fəaliy­
yəti  də  üçüncü  dalğanın  yüksəlişinə  təsir göstərdi.
-
8 4
-
Müasir dünyada  inkişaf etmiş ölkələrin  heç  bir etnik, 
dini  və  irqi  azlıqların  cəmiyyətə  inteqrasiyası  probleminin 
tam  həllinə  nail  ola  bilməmişdir.  Hətta  dünyada  “immiqrant 
milləti”  kimi  səciyyələndirilən  ABŞ-da  da  əhalinin  əksə­
riyyəti  işçi  qüvvəsi  axınını  müsbət  qəbul  etmir.  “ 1995-ci 
ildən  2000-ci  ilə  qədər ardıcıl  aparılan  sosial  sorğulara  görə 
miqrasiya  müsbət  yanaşmaların  payı  heç  vaxt  12  faizi  öt­
məmişdir.  Əksinə,  bunun  əleyhinə  olanların  nisbəti  də  heç 
vaxt  35  faizdən  aşağı  olmamışdır  və  hətta  XX  əsrin  90-cı 
illərində  65  faizə  qalxmışdır,  son  illər  isə  ölkədə  ingilisdilli 
əksəriyyətlə  ispandilli  azlıqlar  arasında  gərginlik  artır” 
(С.Хантингтон.  Кто  мы?  Вызовы  Американской  на­
циональной  идентичности.  М..  2004,  s.514).
Fransada  2005-ci  ilin  noyabr  hadisələri,  kütləvi  iğti­
şaşlar,  bu  ölkədə  tətbiq  olunan  “unitarist  -   vətəndaş  mo- 
deli”nin  qüsurlarını  aşkara  çıxartdı.  Burada  hələ  XX  əsrin 
30-cu  illərindən  tədqiqatçı  alimi  M.Hansenın  təhlil  etdiyi 
və  “Hansen  qanunu”  kimi  məlum  olan  qanunauyğunluq 
özünü  kəskin  göstərdi.  M.Hansenə  görə  “Birinci  və  ikinci 
nəsil  immiqrantlarının  unutmağa  çalışdıqlarını  üçüncü  nəsil 
tam  qüvvəsi  ilə  xatırlayır  və  heç  bir  vəchlə  unutmur” 
(M.Hansen.  The problem  o f Third  Generation  İmmiqrant.  -  
Rosk  Island,  1938).  Yəni  “nəvə”  miqrantlar,  ölkədəki  im­
kanlarının  qeyri-bərabər  şərtlərindən  narazıdırlar.  Vətəndaş 
kimi  doğulanları  ölkədə  yerli  əhali  ilə eyni  hüquqlara  malik 
olduqları  halda  bunun  əksini  görürlər.  “Ana  və  baba”lannın 
“əsl  fransız"  olmaq  arzusu  onlar  üçün  artıq  önəmli  deyil  və 
onların  üz  döndərdiyi  etnik,  milli  ənənələri  daha  qabarıq 
göstərməyə  cəhd  edirlər.
Dünyada  müxtəlif  mədəni-milli  azlıqlara  dözümlü
- 8 5 -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə