Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə21/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   17   18   19   20   21   22   23   24   ...   106

münasibətin  nümunəsi  kimi  misal  çəkilən  Hollandiyada  da 
cəmiyyətə  inteqrasiya  prosesləri  idealdan  çox  uzaqdır.  XXI 
əsrin  əvvəllərində  artıq  dözümsüzlük  mövqeyi  göstərən  si­
yasi  qüvvələr  bu  ölkədə  seçkilərdə  20  faiz  və  s.  toplayır  və 
parlamentdə  liderliyə  iddia edir.
Hər  halda  müasir  dünyada  miqrasiya  prosesləri, 
onun  doğurduğu  “yeni  azlıqlar”  problemi  və  cəmiyyətə 
sosial-mədəni  inteqrasiyası  sahəsində  müəyyən  təcrübə 
toplanmışdır.
Hazırda  dünyada  beynəlxalq  miqrantların  sayı  200 
milyona,  yer  kürəsinin  ümumi  əhalisinin  tərkibində  isə  3 
faizə  çatmışdır.  İslandiya  tərkibində  istisna  olmaqla,  bütün 
inkişaf  etmiş  ölkələr  polikultur  və  immiqrasion  tərkibli 
olmuşdur.  “Birinci  qrupa:  İngiltərə,  Fransa  və  Hollandiya, 
İkinci  qrupa:  Avstriya,  Belçika,  Danimarka,  Almaniya,  İs­
veç  daxildir”  (Социо-купьтурные  источники  экономии- 
ческого развития.  М.,  2005,  s.76).
Qeyri-mədəniyyətə  mənsub  olan  insanların  cəmiy­
yətə  inteqrasiya  olunmaması  sosial  tənhalıq,  boşluq  yaradır. 
Bu  boşluğu  yalnız  ünsiyyət  və  dəyərlər  sistemi  doldura 
bilər.
Aparılan  tədqiqatlar  nəticəsində  aydın  olur  ki,  cə­
miyyətin  bütün  təbəqələri  arasında  inteqrasiyaya  nail  olun­
ması  ünsiyyət  məkanına,  praktiki  siyasi  mexanizmlərə  yeni­
dən  baxılmasını  və  düzəlişlər edilməsini  tələb  edir.
Avropanın  bütün  ərazisində  başqa  mədəniyyət  nü­
mayəndələrinin  müxtəlif  məişət  ənənələri,  dini  əsaslar  zə­
minində  konsolidasiyası  prosesi  gedir.  Dövlətin  inkişaf 
problemlərini  miqrasiya  hesabına  təmin  etmək  bir  çox 
Avropa  ölkələrində  siyasətin  prioritet  məsələlərindəndir.
-
8 6
-
Lakin  onu  həyata  keçirmək  çoxlu  çətinliklərlə  bağlıdır.  İlk 
növbədə,  sosial-mədəni  adaptasiya  və  inteqrasiya  mexa­
nizmlərinin  işə  salınması  tələb  olunur.
XX  əsrin  sonlarında  tolerantlıq  potensialına  görə 
öndə  gedən  Niderland,  İsveç  və  Danimarka  kimi  ölkələrdə 
radikal  siyasətçilərlə  bağlı  hadisələr,  2006-cı  ilin  karikatura 
qalmaqalları  əldə  olunmuş  dözümlülük  səviyyəsinin  çox 
kövrək  olduğunu  göstərdi.
Baş  verən  qlobal  sosial  və  siyasi  transformasiyalar 
bütün  dəyişikliklərin  mədəni  amillərdən  asılılığını  (deter- 
minasiyasını)  bir  daha  nümayiş  etdirdi.  Bu  vəziyyət  mədəni 
determinasiyanın  mütləqləşdirilməsi  kimi  mövqe  və  baxış­
ları  da  (məs:  S.Hantinqton),  onu  heçə  endirən  nəzəriyyələri 
də  ortaya  çıxardı.  Milli  identiklik,  mədəni  müxtəliflik,  to­
lerantlıq,  inteqrasiya-atomizasiya,  dialoq  və  s.  anlayışları 
ictimai  elmin  diqqət  mərkəzinə  gətirdi.
Başqa  mədəniyyət  nümayəndələrinin  yerli  cəmiyyətə 
inteqrasiyasını  nizamlamağın  milli  modelləri  bütün  dün­
yada  müşahidə  edilə  bilər.  Bu  istiqamətdə  dövlət  siyasə­
tinin  ilk  addımı  milli  miqrasiya  qanunvericiliyinin  hüquqi 
nizamlanması  olmuşdur.
Ən  çox  irəli  sürülən  tələblər  seçilən  ölkənin  dövlət 
dilini  bilmək,  onun  tarixi-mədəni  və  hüquqi  ənənələrinə 
bələd  olmaq  və  həmçinin  bütün  bunlara  əməl  etmək  öh­
dəliyini  üzərinə  götürməkdir.
Çoxşaxəli  inteqrasiya  prosesinin  vətəndaş  cəmiyyəti 
şəraitində  sosial-mədəni  modelinin,  qarşıdurma  və  zor  tət­
biqinə  əsaslanan  mədəni  imperiya-müstəmləkə  modeli  ilə 
müqayisədə  yeganə  alternativ  olduğu  bu  gün  birmənalı 
etiraf edilmişdir.
- 8 7 -


Bu  gün  həm  Şərqdə,  həm  də  Qərbdə  elmi  təhlil  və 
tarixi  təcrübə  göstərir  ki,  “insanlar mədəni-etnik  özünəməx­
susluqla  vətəndaşlıq  arasında  seçim  zərurəti  qarşısında 
durmur.  Bu  sosial  birlik,  identiklik  formaları  ahəngdar 
mövcud  ola  bilər.  Lakin  bir  şərtlə,  vətəndaş  cəmiyyətinin 
qurumları  inkişaf  etmiş  olsun”  (Доклад  о  развитии  чело­
века.  2004.  культурная  свобода  в  современном  моного- 
образном мире.  М.,  2004,  s.4).
Vətəndaşlıq  və  mədəni  identikliyin  birgə  mövcud­
luğu  üçün,  ölkədə  ən  müxtəlif  mədəniyyət  nüm ayəndələri­
nin  özlərini  cəmiyyətin  bərabərhüquqlu  üzvü  kimi  apar­
masına  imkan  verən  institusional  mühit  olmalıdır.  Vətəndaş 
birliyi  mədəni  inteqrasiya  problemlərini  birdəfəlik  həll 
etmir.  Bu  problem  həm  demokratik,  həm  də  avtoritar  cə­
miyyətlərdə  mövcud  olur.  Lakin  demokratik  dövlət  müx­
təlif  xalq  və  mədəniyyətlərin  vətəndaş  cəmiyyəti  çərçi­
vəsində  inteqrasiyasını  təkmilləşdirməyə  daim  səy  göstərir 
və  göstərməlidir.
Modernləşmə  mərhələsindən  başlayaraq,  sosial  mə­
dəni  inteqrasiya  və  milli  identikliyin  nisbəti  probleminin 
həllində  üç  əsas  konsepsiya -   model  sınaqdan  keçirilmişdir. 
Tarixi  baxımdan  ilk  əvvəl  "mədəni  assimilyasiya"  kon­
sepsiyası  hələ  Fransa  inqilabı  dövründə  yaranmışdı  və  belə 
şüar  da  ifadəsini  tapmışdı:  “Bir  ölkə,  bir  xalq,  bir  dil”.  Bu 
təbii  ki,  başqa  birliklərin  yox  edilməsini  deyil,  vətəndaş 
hüquqlarının  bəyan  edildiyi  bir  şəraitdə,  mədəni  identik­
liyin  assimilyasiyaya  uğramasını  nəzərdə  tuturdu.  Bu  m ər­
hələdə  ABŞ  inteqrasiya  modeli  də  assimilyativ  məzmunlu 
olmuşdur.
İnsanlar  həm  vahid  ingilis  dili,  həm  də  “ağ  protes­
-
8 8
-
tant  əhalinin”  əksəriyyətinin  mənsub  olduğu  mədəni  norma­
ları  mənimsəməklə  vətəndaşlığı  qəbul  edirdilər.  Bu  dövrdə 
üç  dili  dövlət  dili  kimi  qanuniləşdirən  İsveçrə  modeli  is­
tisna  olmaqla,  əksər  Qərb  ölkələrində  assimilyasiya  modeli 
üstünlük  təşkil  edirdi.
Zaman  keçdikcə  bu  modelin  “mədəni  imperializm  və 
mədəni  hegemoniya  kimi”  səciyyələndirən  konsepsiyalar 
ortaya  çıxdı.  Əksər  hallarda  assimilyasiya  heç  zaman  arzu 
olunan  nəticəyə  gətirib  çıxarmamışdır,  bəzən  isə  tamam 
“qarışıb  yol  olması”  zənn  edilən  mədəniyyətlər  yenidən 
dirçələrək  labüd  müqavimət  mənbəyinə  çevrilmişdir.
XX  əsrin  ikinci  yarısından  bu  model  həm  ictimai 
rəydə,  həm  də  elmi  tədqiqatlarda  mənfi  qiymətləndirilməyə 
başladı.  Beynəlxalq  rəsmi  qurumların  sənədlərində  vurğu­
landı.  BMT-nin  qeyd  edilən  2004-cü  ilin  insanın  mədəni 
inkişafına  həsr  olunan  məruzəsində  deyilir:  “Əgər  XX  əsr 
nəyi  isə  sübut  etdisə,  bu,  hər  şeydən  əvvəl,  mədəni  iden- 
tikliyi  ləğv  etmək  və  ya  sıxışdırmaq  cəhdlərinin  kəskin 
müqavimət  doğurması  kimi  həqiqətin  sübutudur.  Əksinə, 
mədəni  müxtəlifliyin  tanınması  həmişə  gərginliyin  azaldıl­
masına  səbəb  olur” .
Bu  ya  başqa  şəkildə,  hazırda  inkişaf  etmiş  ölkələrin 
əksəriyyəti  mədəni  assimilyasiya  siyasətindən  inkar  et­
mişdir.  Yalnız  Fransa,  Avropa  Birliyi  ölkələrindən  və  ABŞ- 
dan  fərqli  olaraq,  mədəni  federalizm  siyasətini  deyil, 
mədəni  tsentralizm ”  (mərkəzçilik)  siyasətini  həyata  keçirir. 
Burada  etnik-milli  sosial  birlik  forması  qəbul  edilmir. 
Yalnız  vətəndaşlar  var  və  onlar  hamısı  -   fransızlardır.  Fran­
sa  Avropa  Birliyini  “Milli  azlıqların  müdafiə  edilməsinə 
dair”  Çərçivə  Konvensiyasını  və  bu  məzmunlu  digər  bey­
-
8 9
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə