Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə24/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   20   21   22   23   24   25   26   27   ...   106

hələ  də  “ikili  növ"  vətəndaşlar  kimi  mövcuddur.  Bu  və­
ziyyəti  düzəltmək  üçün  tədbirlər  görülsə  də,  dünyagörüşü 
stereotipləri  onların  səmərəsini  azaldır.
Azərbaycanda  multikulluralizmin  beynəlxalq  mədəni 
inteqrasiyanın  milli  modeli  və  Avropa  təcrübəsi  kimi  təh­
lilinə  hələlik  rast  gəlinmir,  yaxud  yox  dərəcəsindədir.  Bə­
zən  bu  yalnız  müsbət  konsepsiya  kimi  dəyərləndirilir.
Əslində,  bəhs  olunan  məqamlar  göstərdi  ki,  hazırda, 
XXI  əsrin  əvvəllərində  bu  sahədə  o  qədər  böyük  olmayan 
(cəmi  yarım  əsr)  tarixi  təcrübəyə  yenidən  baxılır.  Burada 
tənqidi  mövqe  üstünlük  təşkil  edir  və  əsasən  iki  istiqamətdə 
qruplaşır.  Bir  mövqeyə  görə  multikulturalizm  müəyyən  şə­
raitdə  mədəni-etnik  insan  birliklərinin  özlüyündə  qapan- 
masını  və  insanlar  arasında  süni  sərhədlər  yaradılmasını 
şərtləndirir,  “könüllü  qapalı  dairə”  formalaşır.  Yaxud  mə­
dəni  identikliklərin  mütləqləşdirilməsi  bəzilərinin  fikrinə 
görə,  mədəniyyətin  arxaik  cizgilərinə  üstünlük  verərək  şəx­
siyyətin  azad  inkişafına  əngəl  törədə  bilər.
M ultikulturaiizmin  digər  tənqidçiləri  "mədəni  hege- 
moniya”  mövqeyini  müdafiə  edərək,  hakim  yerli  mədəniy­
yətə  imtiyazlar  verilməsini  tələb  edir.  Azlıqların  mədəni 
azadlığını  “boş  görüntü”  hesab  edir.  Bu,  əlbəttə,  qeyri-kon­
struktiv  yanaşmadır.
M ultikulturalizm  əleyhdarları  mədəni  identiklik  na­
minə,  özlərinin  “müstəsna”  xüsusiyyətlərinin  mühafizəsinə 
bütün  enerjisini  sərf  etməyi  qeyri-məqbul  mövqe  hesab 
edir.
İnteqrasiyanın  yalnız  sosial-mədəni  determinasiyası- 
nın  vurğulanması,  onların  müasir  cəmiyyət  üçün  təhlükəli 
olan  etnik  “balkanizasiya”  effektini  yaradır.  Ənənəvi  adət­
- 9 8 -
lərin  xeyrinə  sosial-mədəni  problemlərə  biganəsizliyi  şərt- 
landirir.  Bəzən  ola  bilər  ki,  etnik  birliyin  adətləri,  nəinki 
Avropada  qəbul  edilmiş  adi  normalara,  həmçinin  burada 
tarixən  formalaşmış  etika  və  əxlaqa  dönük  təsəvvürlərlə 
ziddiyyət  təşkil  edir  (dini  ayinlər,  nikah  praktikaları,  çox- 
arvadlılıq,  qeyri-ənənəvi  ərzaq  məhsulları  və  s.).  Bunlar  da 
insanlararası  münasibətlərdə  ahəng  deyil,  çaşqınlıq  yaradır. 
Mühüm  məqamlardan  biri  də  konkret  etnik  icma  üzvlərinin 
seçim  hüququnun,  mədəni  oriyentirləri  azad  müəyyənləş­
dirmək  hüququnun  olmamasıdır.  Belə  icma  daxilində  dav­
ranış  və  münasibətlər onların  özlərinin  ixtiyarına  və  ya  "Al­
lahın  ümidinə”  buraxılır  və  demokratik  ölkələr  üçün  ciddi 
nəticələr ortaya çıxır.
Bir  sözlə,  identikliyin  mütləq  dəyər  kimi  bəyan  edil­
məsi  mədəni  fraqmentasiyaya  səbəb  olur.
Bu  da  dəyərlərarası  inteqrasiyaya  mane  olur  və  nəti­
cədə  nəinki  siyasi  hüquqi,  həmçinin  dünyagörüşü  problem­
lərini  ortaya çıxarır.
Fransada  "baş  örtüyü”  mövzusu  ətrafında  gərgin  dis­
kussiyalar  vəziyyətin  mürəkkəbliyini  bir  daha  qabartdı. 
Fransa  filosofu  Alen  Turenin  bu  barədə  fikri  səciyyəvidir:
“Cəmiyyətin  dünyəvi  xarakterinin,  ictimai  əxlaq 
prinsipinə  çevrilməsi  ən  yaxşı  halda -   konformizmə,  ən  pis 
halda -   repressiyalara  gətirib  çıxara  bilər”.
İnsanların  yaşamaq  üçün  gəldikləri  ölkənin  adət  və 
dəyərlərinə  həssaslıq  göstərməyərək,  yalnız  identiklik  prob­
lemi  üzərində  düşünməsi,  sosial  mədəni  inteqrasiyanı  və 
sabitliyi  pozan  amilə  çevrilir.  Şimal  tərəfdə  irqi  bərabərlik 
üzrə  komissiyanın  sədri  T.Fillipsə  görə,  multikulturalizm 
artıq  ötən  yüzilliyin  hadisəsidir.  Hər  bir  vətəndaş  yaşadığı
- 9 9 -


məkanda  oriyentirlərini  özü  müəyyən  etməlidir.
Bu  konsepsiyanın  müasir  demokratiyanın  sosial  in­
stitutları  üçün  böyük  təhlükə  olduğunu  düşünənlər  də  var. 
Məsələn,  Avstraliyada  bu  siyasətin  reallaşmasına  sərf  edi­
lən  7,2  milyard  dolların  nə  dərəcədə  səmərə  gətirməsini  bu 
ölkənin  alimi  sual  verir.  Ç.Makkenziyə  görə  dilə,  etnik  və 
dini  ümumiliyə  görə,  fraqmentlərə  görə  parçalanma, 
cəmiyyətdə  sosial  həmrəylik  və  mədəni  inteqrasiyam  zəif­
lədir,  sosial  ədalət  və  hüquqlar  uğrunda  birgə  səyləri  çətin­
ləşdirir.  Nəticədə  birləşmə  ideologiyası  kimi  düşünülən 
multikulturalizm,  sosial  müstəsnalıq  və  fraqmentasiya  ideo­
logiyasına çevrilir.
Bu  gün  bütövlükdə  multikultural  praktika  və  mo­
dellərin  böhran  yaşamasını  söyləmək  olar.  Lakin  onun  tən­
qidi  rasional  obyektiv  dəlillərdən  çox,  emosional  əhvala 
əsaslanır.  Son  illərə  qədər  tənqidə  məruz  qalsa  da,  bu  kon­
sepsiyanın,  müasir  çeşidli  mədəniyyətlərin  yaşadığı  cəmiy­
yətlərdə  sosial-mədəni  inteqrasiyanın  alternativ  modeli  həl­
lin  axtarış  mərkəzindədir.
İnteqrasiya  prosesləri  Qərb  demokratiyası  dövlət  si­
yasətinin  və  sosial  proqramlarının  əsas  istiqamətini  təşkil 
edir.
Müsəlman  dünyasına,  islam  mədəni  ənənəsinə  maraq 
yüksələn  xətlə  gedir,  onun  mədəni  irsi  geniş  yayılır.  Bir çox 
ideya  və  mədəni  simvollar  dizayn,  arxitektura  və  sənət 
əsərlərinin  mərkəzi  mövzusuna çevrilir.
Sosial  mədəni  inteqrasiya  hər  bir  ölkənin  tarixi 
təcrübəsi  ilə  də  sıx  bağlıdır.  Məsələn,  Fransada  dövlət  və 
ənənəvi  din  bitərəf  münasibətdədir  və  burada  başqa  din 
nümayəndələrinə  xüsusi  diqqət  və  imtiyazlar  veriləcəyini
-  
100
-
gözləmək  əbəsdir.  İngiltərədə  isə  dövlət  və  dinin  qarşılıqlı 
münasibətləri  institusionallaşdığı  və  ideya-siyasi  məzmun 
yükündən,  azad  olduğu  üçün  burada  başqa  dini-mədəni  bir­
liklər qəbul  oluna  və  ünvanlı  dəstəyə  ümid  edə  bilər.
İnteqrasiya  modellərinin  bütün  demokratik  amillərdə 
yenidən  nəzərdən  keçirilməsi  yeni,  alternativ  hesab  edilən 
yanaşmalara  zərurət  doğurur.  Məsələn,  hindistanlı  iqtisadçı, 
Nobel  mükafatı  laureatı  A.Sen  “mədəni  azadlıq”  konsep­
siyasını  təklif  edir.  Dünya  alimlərinin  müsbət  qiymətlən­
dirdiyi  bu  konsepsiyanın  təməl  ideyaları  aşağıdakılardır:
-   Ənənələrə  sadiqliklə  öyünmək  və  dünyanı  mədə­
niyyətlərin  toqquşması  ilə  hədələmək  əvəzinə,  mədəniyyət 
sahəsində  azadlığın  rolu  məsələsinə  diqqət  verilməlidir,  bu 
növ azadlıqlar  müdafiə edilməli  və dəstəklənməlidir;
-   mədəni  azadlığı  məhdudlaşdıran  amillər  arasında 
xüsusi  formanı:  “iştirakdan  məhrum  elmək”  və  “həyat  tər­
zinə  görə  müstəsna  sayılmaq”  kimi  formaları  fərqləndir­
mək;
-   mədəni  azadlıq:  insanlara  öz  şəxsi,  azad  seçiminə 
uyğun  olaraq  yaşamaq  və  fəaliyyət  göstərmək,  başqa  va­
riantları  da  qiymətləndirmək  imkanına  malik  olmaq  dem ək­
dir.  “Dünyada  haqsızlıq  və  ədalətsizlik  ona  görə  mövcuddur 
və  yayılır  ki,  insanlar  öz  qurbanlarını,  başqa  həyat  seçmək 
imkanından  məhrum  edərək,  müttəfiq  olmağa  məcbur 
edirlər.  Hətta  başqa  bir  həyatın  mövcudluğunu  bilməyə  də 
mane olurlar”.
-   mədəni  müxtəliflik  -   mütləq  məqsəd  deyil,  mədəni 
azadlığın  reallaşdırılması  vasitəsidir,  onun  sayəsində sosial- 
mədəni  həyat  məkanı  genişlənir,  seçim  imkanları  çoxalır. 
Mədəni  azadlığın  həyata  keçirilməsi  hətta  mədəni  müxləlif-
-
101
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə