Yeni mədəniyyət məkanına


§  11.  Azərbaycan:  universal inteqrasiya



Yüklə 40 Kb.

səhifə26/106
tarix17.11.2018
ölçüsü40 Kb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   106

§  11.  Azərbaycan:  universal inteqrasiya 
modeli və milli praktika

Azərbaycan  iyirm i  birinci əsrə Avropa
ailəsi  kim i  qədəm  qoymuşdur.  M ədəniyyətim i­
zin  üfüqlərini  bu  geniş  m əkana  qədər yaymaq, 
onu  tanıtmaq,  qarşılıqlı  bəhrələnm ək  və  zən­
ginləşm ək  üçün  dövlətim iz  və  cəm iyyətim iz 
qarşısında mülıiim  vəzifələr durur.
Bu  vəzifələr  həmin  m əkanın  spesifika­
sım  dərindən dərk etm əyi irəli sürür.
Regionda  dinamik  inkişafın  lideri  mövqeyini  əldə  edən 
dövlətimiz  öz  avrostatusunu  müəyyənləşdirmək  istiqamətində 
çoxşaxəli  siyasəti  həyata  keçirir.  Bunların  içərisində  mədəniy­
yət siyasəti  ən  önəmli  yer tutur.
Tarix  boyu  mütərəqqi,  dünyəvi  dəyərlərə  açıq  olan 
Azərbaycan  bugünkü  qarşılıqlı  əməkdaşlığın  perspektivlərinə 
böyük  nikbinliklə  yanaşır,  inteqrasiyaya  münasibətlərin  xüsusi 
keyfiyyət  mərhələsi  kimi  önəm  verir.
Azərbaycanda  nəhəng  Avropanın  tarix  boyu  arzuladığı, 
can  atdığı,  dərin  bəşəri  ideallara  doğru  çox  uzun  bir  yol  gəl­
mişdir.  Bu  yolda  Avropa  dövlətlərinin  üzləşdiyi  faciələr,  tale­
yinə  düşən  ağrı-acılar,  Azərbaycanın  da  taleyinə  nəsib  olmuş, 
zaman  keçdikcə  həmin  tarixi  problemləri  bir-birinin  ardınca 
dəf  edə  bilmişdir.  Bunun  ən  mühüm  vasitələrindən  biri  bəşəri 
ideyaların,  dünya  mədəniyyətinin  müqəddəs  və  universal  irsi
-  
106
  -
ilə çox  yaxından  səsləşən,  onlann  daşıyıcısı  olan  mədəni-tarixi 
ənənələrimiz,  yaşadığımız  coğrafi  məkanın  özünəməxsus  mis­
siyası  olmuşdur.  Faşizm  kabusu  ilə  ölüm  dirim  mübarizəsində, 
ülvi  ideyalara  səsləyən  mütəfəkkir  mədəniyyət  dühalarımızın 
sovet  repressiya  siyasəti  nəticəsində  məhv  edildiyi  sürgün  və 
həbslərdə  milyonlarla  qurbanlar  vermişdir.  XX  əsrdə  Azər­
baycan  öz  qarşısında  duran  tarixi  məqsədlərə  nail  olmağa  hər 
vəchlə  mane  olan  xarici  və  daxili  maneələri  dəf  etmək  kimi 
tarixi  vəziyyətini,  nəhayət,  XX  əsrin  sonunda  Azərbaycan  tarix 
boyu can  atdığı  müstəqillik  məqsədinə  nail  olmaq  yolunda ulu 
öndər  Heydər  Əliyevin  başçılığı  ilə  bu  müqəddəs  mübarizəyə 
əngəl  olan  bütün  xarici  və daxili  maneləri  dəf etmək  kimi  tarixi 
vəzifəni  həyata  keçirdi, gerçəkləşdirdi.
Azərbaycanlıların  indiki  nəsli  Prezident  İlham  Əliyevin 
rəhbərliyi  ilə  qarşıda  duran  fərqli,  yeni  vəzifələrin  həlli  üçün 
səfərbər olaraq,  tariximizdə iyirmi  birinci  yüzilliyin  yalnız uğur 
və  nailiyyətlər  əsri  kimi  qalması  istiqamətindən  əlindən  gələni 
etməkdədir.
Qarşılıqlı  inteqrasiyanın  məhz uğurlara  xidmət  etməsini 
təmin  etmək  üçün  Azərbaycanda  hər  bir  vətəndaşın  iki  mə­
sələyə  dair  aydın  təsəvvürləri  olmalıdır:  birincisi,  Azərbay­
canın  Avropa  üçün  əhəmiyyəti,  rolu  və  mövqeyi  nədən  iba­
rətdir?  İkincisi,  Avropaya  inteqrasiya  Azərbaycanın  müstəqil­
liyini,  dünyada  nüfuz  və  rolunun  artması  üçün  nə  kimi  im­
kanlar və prespektivlər açır?
Birinci  sualı  cavablandırmaq  üçün  deyə  bilərik  ki, 
regionda  intensiv  inkişafın  lideri  kimi  qəbul  edilən  Azərbaycan 
Avropa üçün çox  böyük əhəmiyyət kəsb edir.
Həm  regionda,  həm  də  bütün  dünyada  sülhün  və  sabit­
liyin  təmin  olunması,  təhlükə  və  təhdidlərə  qarşı  əməkdaşlıq.
-  
107
-


beynəlxalq  terrorizmə  qarşı  bir  cəbhədən  çıxış  etmək  üçün 
Azərbaycan  Avropaya  lazımdır.
Öz  coğrafi  mövqeyinə  görə,  dünyəvi  dəyərlərinə  malik 
olan  tarixi-mədəni  ənənələrinə  görə  Azərbaycan  Avropanın 
strateji partnyorudur.
Müasir  dünyanın  qlobal  enerji  layihələrinin  gerçəkləş­
diyi  məkan,  Şərqlə  Qərb  arasında  nəqliyyat  dəhlizi,  qlobal 
təhlükəsizliyin  təşkilatı  üçün  Azərbaycan  Avropaya  lazımdır.
Qarşılıqlı  inteqrasiyanın  bərabərhüquqlu  subyektləri  ki­
mi  çıxış  etmək  bu  prosesin  nüfuzunu  daha  da  artırır.  Azər­
baycan  vətəndaş  cəmiyyəti,  demokratik  və  hüquqi  dövlət 
quruluşu  istiqamətində  Avropa  hüquq  formalarına  doğru  hər 
gün  daha  da  inamla  addımlayır.  Lakin  öz  siyasətini  yalnız özü 
müəyyən  edir.  Avropa  Komissiyası,  Avropa  Şurası  və  Avropa 
Parlamentində  səsvermələr hamısı  demokratik  prinsiplərə  əsas­
lansa da,  orada ən  dərin sayğı  və diqqət göstərilsə də,  Azərbay­
can  öz  qarşısında  duran  milli  inkişafını,  strategiyasını  özü 
müəyyən edir.
XXI  əsrdə  Azərbaycanda  zamanın  inkişafının  başlıca 
meyilləri  aşkar  təzahür  edir.  Azərbaycan  siyasi,  iqtisadi, 
mədəni  özünütəsdiq  mərhələsini  yeni  əməkdaşlıq  formalarının 
yaradılması  ilə uğurlu şəkildə tamamlayır.
Müasir dünyanın  taleyüklü  problemləri  elmi-texnoloji 
vasitələrdən  çox  sosial-mədəni  vasitələrlə  çözülə  bilər.  Qlobal 
inteqrasiya  prosesi  şəraitində  milli  mədəni  siyasət  keyfiyyət 
dəyişikliklərinə  uğrayır.  Sosial-mədəni  dinamikanı  məqsədəuy­
ğun  məcraya  yönəltmək  üçün,  mədəni  siyasət  dəyişikliklərinin 
miqyasına  və  sürətinə  adekvat  olmalıdır.  Ən  mühüm  məqam 
odur  ki,  yaxın  keçmişdə  mədəni  siyasətdə  milli  imperativlər 
aparıcı  rol  oynayırdısa,  bu  gün  daxili  və  xarici  mədəni  siyasət
-  
108
  -
arasında  sərhədlər silinir,  onların  vəhdəti  önə  keçir.  Bu  vəhdət 
mədəni  siyasətdə  xarici  şərtlərin  əhəmiyyətinin  artmasından 
xəbər verir.  Qlobal  mədəni  məkana  güclü  mədəni  potensiala  və 
mənəvi  eneıjiyə  malik  olan,  regionda  və  dünyada  mədəni  şə­
raitin  nizamlanmasına qabil olan  bərabərhüquqlu  tərəfdaş kimi 
daxil  olmaq  üçün  məqsədyönlü  konsepsiyaya əsaslanan  mədəni 
siyasət  hazırlanmalıdır.  Bu  da diqqəti  aşağıdakı  məqamlar üzə­
rində cəmləməyi  nəzərdə tutur:
-  mədəni  inkişafın  və  onun  prinsiplərinin  müxtəlifliyin 
vəhdəti üzərində qurulması;
-  bəşəriyyətin  gələcəyini  həll  edən  problemlərin  çözül- 
məsində  mədəniyyətlərin  birliyinə  əsaslanan  yeni  dünya  düzə­
ninin  formalaşması;
-  müasir texnoloji  inqilabın  gətirdiyi  təsirlər nəticəsində 
mədəni  identiklikdə  baş  verən  proseslərin  təşkili  və  həlli,  elek­
tron  vasitələrin  interaktiv  potensialının  mədəni  ekspansiyaya 
deyil,  inteqrasiyaya xidmət etməsi.
Müasir  mədəniyyətin  təcrid  olunmuş  şəkildə  mövcud­
luğu qeyri-mümkündür.  Bir çox ölkələr müxtəlif şəkildə  başqa 
mədəniyyətlərin  fəal  təsiri  və  müdaxiləsinə  qarşı  dura  biləcək 
tədbirlər  həyata  keçirir.  Bu  tədbirlərin  görülməsi  müəyyən 
optimal  hədd çərçivəsində  aparılmalıdır.  Əsas  məsələ  isə  başqa 
mədəniyyətlərin  təsirinin  məhdudlaşdınlmasına  sərf olunan  za­
manın  və vəsaitin, öz  mədəniyyətinin  dünyada  təbliğinə  və  təs­
diqinə  yönəldilməsidir.  Mədəni  siyasət  və  idarəetmənin  aydın 
konsepsiyasının olmasıdır.
Azərbaycan  tarixən  öz  coğrafi  geostrateji  mövqeyi  ilə 
həllinə  Şərq  və  Qərb  mədəniyyətlərinin  qovşaq  məkanı  ol­
muşdur.  Mədəniyyətimizə  xas  olan  qarşılıqlı  təsirlərə  açıq 
olmaq  xüsusiyyəti  buradan  irəli  gəlir.  Qlobal  təsirləri  indi  du­
-  
109
-




Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə