Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə27/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   23   24   25   26   27   28   29   30   ...   106

yan  bəzi  mədəniyyətlərdən  fərqli  olaraq  Azərbaycanda  bu 
proses  təbii-tarixi  xarakter  daşıyır,  özünütəcrid  variantı  bizim 
mədəniyyətmiz üçün  heç  vaxt spesifik olmamışdır.
Lakin  müasir  sosial-mədəni  situasiya  qeyd  olunduğu 
kimi,  tarixin  heç  bir  zamanı  ilə  müqayisəyə  gəlmir.  Bu  mər­
hələdə  mədəni  siyasətdə  “mənəvi  müqavimət  və  mühafizə” 
amili  xüsusi  əksini  tapmalıdır.  Milli-mənəvi  dəyərlərin  dirçəl­
dilməsi,  ənənə  və  innovasiyanın  sintezi  imkanları  daxilində 
həyata  keçirilə bilər.  Ənənəvi  irsimiz  innovasiyalara  biganəlik 
göstərilmədən  saxlanmalı,  möhkəmləndirilməlidir.  Mədəni  si­
yasətdə  ağırlıq  mərkəzi  özünü  təcrid  və  radikal  avtonomiya 
meylindən,  qarşılıqlı  faydalı  əməkdaşlıq  formalarının  intensiv 
axtarışı  və  həyata  keçirilməsinə doğru  yönəldilməlidir.  Optimal 
inteqrasiya  şəraitinin  yaradılması  və  dəstəklənməsi  Azərbay­
canda  ən  dövlət,  həm  də  qeyri-dövlət  təşkilatlarının  fəaliyyə­
tinin  başlıca məqsədini  təşkil edir.
Bu  sahədə  Heydər Əliyev  Fondunun  apardığı  çoxşaxəli 
fəaliyyət,  mədəni  məkanda 
inteqrasiya  modeli  kimi  bütün 
dünyaya  örnək  ola  bilər.  Müasir  dünyada  mədəniyyət,  elm  və 
təhsil  məsələləri  üzrə  yaradılmış  ən  nüfuzlu  beynəlxalq  təş­
kilatlar  -   YUNESKO-nun  və  İSESKO-nun  xoşməramlı  səfiri, 
Heydər  Əliyev  Fondunun  prezidenti,  Azərbaycan  Mədəniy­
yətinin  Dostları  Fondunun  rəhbəri,  Milli  Məclisin  deputatı 
Mehriban  Əliyevanın  başçılığı  ilə  bu  gün  mədəniyyətmiz  yeni- 
yeni  guşələrinə  qətiyyətlə addımlayır.
Milli  mədəniyyətimiz,  mənəvi  dəyərlərimiz,  folkloru­
muz,  milli  musiqimiz,  incəsənətimiz  Mehriban  xanım  Əliye­
vanın  fədakar fəaliyyəti  nəticəsində qlobal  miqyasda təbliğ olu­
nur.  Onun  fəaliyyəti  səfiri  olduğu  nüfuzlu  beynəlxalq  təşkilat -  
YUNESKO  tərəfindən  xüsusilə  yüksək  qiymətləndirilmişdir:
-  
110
-
“Müasir  nəslin  musiqi  təhsili  və  gələcək  maarifləndirilməsi 
xanım  Əliyevanın  daim  diqqət  mərkəzindədir.  Təqdirəlayiq 
haldır  ki,  fondun  fəaliyyəti  milli  mədəniyyətin  zəngin  ənənə­
lərinin  yaşadılmasına  xidmət  edir.  Fondun  səyləri  nəticəsində 
Azərbaycanda  təhsilin  inkişafı,  minlərlə  yeniyetmə  və  gəncin 
təhsilə  qovuşması  üçün  gözəl  şərait  yaradılmışdır.  Fondun 
fəaliyyəti  yalnız  Azərbaycan  xalqının  tarixi  və  mədəniyyətini 
inkişaf  etdirmək  və  yaymaqla  bitmir,  eyni  zamanda,  bütün 
dünya  xalqlarının  mədəni  ənənələri  və  təcrübəsi  ilə  ətraflı  ta­
nışlıq prosesi  gedir”.
Dünyanın  ən  nüfuzlu  mədəniyyət  qurumu  tərəfindən, 
Heydər  Əliyev  Fondunun  dünya  mədəniyyətinə  inteqrasiya 
fəaliyyətinin  düzgün elmi  əsaslar və siyasət  üzərində qurulduğu 
xüsusi  vurğulanır.  Deməli,  mədəni  inteqrasiya  modelinin  opti­
mal  variantı  Azərbaycanda  artıq  müəyyən  edilmiş  və  inkişaf 
edir.  Bu  fəaliyyətin  bütün  cəmiyyət  tərəfindən  dəstəklənməsi, 
daha da  intensivləşməsi  mühüm  məsələdir.
Artıq  on  ildir  ki.  Heydər  Əliyev  Fondu  Azərbaycanın 
birinci  xanımının  rəhbərliyi  altında  mədəniyyətimizin  tərəq­
qisi,  mənəvi  irsimizin  qovuşması,  ənənələrimizin  yaşadılması, 
dünyaya  tanıdılması  üçün  əvəzsiz  xidmətlər  göstərir.  Bütün  bu 
fəaliyyətə  qlobal  cəmiyyətə  mədəni  inteqrasiyanın  etibarlı, 
düzgün  xətt  üzrə  həyata  keçirildiyinə  təminat  verir,  mədəni- 
mənəvi  təhlükəsizliyimizə,  dövlətçiliyin  möhkəmləndirilməsi­
nə  xidmət edir.  Azərbaycanın  inteqrasiya  prosesinin  bərabərhü­
quqlu  iştirakçısı  kimi  dünya  mədəni  məkanında  öz  layiqli 
yerini  tutmasını  gerçəkliyə  çevirir.  Azərbaycan  üçün  faydalı 
olan  inteqrasiya  şəraitinin  formalaşdırılması  üçün  üzərinə  dü­
şən  bütün  missiyanı  yerinə  yetirir.  Suverenlik  prinsipini,  mə­
dəniyyətlərin  bərabər  hüquqlu  mövcudluğu,  mədəni  irsin  özü-
-  I l l   -


nəməxsusluğunun  qorunmasını  regional  və  beynəlxalq  səviy­
yədə informasiya-kommunikasiya  texnologiyalarının geniş im­
kanlarının  tətbiq 
edilməsi  Fondun  fəaliyyətində  xüsusi  yer 
tutur.
-  112  -
§  12. Avrasiya  mədəni  inteqrasiya  modeli 
kimi:  real  və potensial  imkanlar
B əşəriyyətin  in k iş a f  ta rixin d ə  köklü  d ə ­
y iş ik lik lə rlə   m üşayiət  olunan  zid d iyyətli,  "b ö h ­
ra n "   ad la n d ırıla n   d ö vrlər  həm işə  m ö vcu d   o l­
m uşdur.  İnsa n lıq   bu  m ərh ələd ən   m öhtəşəm   m ə­
nəvi,  fə ls ə fi,  m ədəni  d əyər  və  m eya rla r  sistem i 
ya ra tm a q la   çıxa  bilm işdir.
Bu  gün  də  dünya,  necə  adlandırılmasından  asılı  ol­
mayaraq,  inkişafının  tamamilə  fərqli  bir  mərhələsinə  qədəm 
qoymuşdur.  Bu  mərhələdə  insanlar,  dövlətlər,  mədəniyyət­
lər,  dinlər  arasında  mövcud  olan  qarşılıqlı  münasibətlərin 
prinsipial  olaraq  yeni  səviyyəsinin  təməli  qoyulmalıdır. 
Dünyanın  inkişaf parametrləri  baxımından  müşahidə  olunan 
və  “qloballaşma"  adlandırılan  tamamilə  fərqli  problemlərin 
ortaya  çıxması  da  yaşadığımız  mərhələni  səciyyələndirən 
və  yeni  münasibət  modelinin  yaranmasını  zərurətə  çevirən 
amillər sırasındadır.
Sivilizasiyanın  gələcəyi  probleminin  müzakirəsi  və 
həlli  perspektivlərinə  alimlərin,  siyasətçilərin,  filosofların, 
iqtisadçıların,  kulturoloqların  və  s.  beynəlxalq  konfrans,  fo­
rum  və  simpoziumları  həsr edilir.  Lakin  bu  gün  deyə  bilərik 
ki,  bununla  problemin  mürəkkəbliyi  nəinki  azalır,  əksinə 
daha  da  artır.
Bu  gün  yeni  dinlər,  yeni  mədəniyyətlər  yaratmağa 
ehtiyac  yoxdur.  Çünki  dünyadakı  istənilən  xalqın  dinində,
-  
113
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə