Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə28/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

mədəniyyətində,  dünyagörüşü  sistemində  baş  verən  tarixi 
dəyişiklikləri  həm  təhlil  etməyə,  həm  də  onlardan  düzgün 
nəticə çıxarmağa  əsas  verən  böyük  potensial  vardır.
Əsas  məsələ,  məhz  bu  sərvət  və  dəyərlərin  müasir 
mərhələnin  ümumbəşəri  prinsiplərini  və  XXI  əsrin  mədəni- 
sosial  ahəngini  formalaşdırmaq  üçün  malik  olduğu  böyük 
potensialdan  çıxış  etməkdir.  Həyatımızın  indiki  mərhələsini 
və  gələcəyini  məna  və  ləyaqətlə  yaşamaq  üçün  tələb  olunan 
münasibətlərə  dair  hər bir mədəniyyətdə  təsəvvürlər  sistemi 
mövcuddur.  Bunların  ən  mühümü  “dünyanın  müxtəlifliyin 
vəhdəti  kimi  var olması”  prinsipidir.
Dünyadakı  bütün  ölkələrin,  müxtəlif  səviyyələrdə 
qarşılıqlı  əlaqə  və  münasibətlərinin  daha  da  sürətləndirən, 
onu  vahid  sistemə  çevirən  qloballaşma  prosesi  universal  və 
unikallığın  bir-birinə  nisbəti  problemini  ön  cərgəyə  çı­
xarmışdır.  Bu  da  təbii  olaraq  planetdəki  xalqları  narahat 
edən  meyillərə  qarşı  dura  biləcək  ideya,  qüvvə,  amil  və 
formaların  səfərbər  edilməsinə  zərurət  yaratmışdır.  Bir  şey 
aydındır.  Biz  dünya  inkişafının  mövcud  modelinin  kökün­
dən  dəyişilməsi  dövründə  yaşayırıq,  bu  dövrün  mahiyyətini 
bir cümlə  ilə  ifadə  etsək  deyə  bilərik:  Bəşəriyyət  çoxçalarlı, 
çoxqütblü,  müxtəlifliklərin  ahəngdar  inkişafını  təmin  edə 
biləcək  bir dünya  düzəninə qədəm  qoyur.
Şübhəsiz  ki,  mövcud  reallıq  əvvəlki  bir,  ya  iki  qütb­
lü,  texnogen  sivilizasiyanın  inkişafının,  sadəcə,  davamı  ola 
bilməz.  Bu  baxımdan  gündəmdə  duran  əsas  məsələ  təşəkkül 
tapmaqda  olan,  müasir  tarixin  çoxçalarlığm ı,  rəngarəngli­
yini  adekvat  ifadə  edən,  qlobal  və  lokal  səviyyələrdə,  prak­
tiki  ictimai-mədəni  birgəyaşayış  formalarının  müəyyən 
edilməsidir.  Öz  növbəsində  bu  məsələ  də  vəhdət  və  müxtə-
-
114
-
üfliyin  elmi,  fəlsəfi  prinsiplərin  nəzəri  konsepsiyasının  iş­
lənməsini  tələb edir.
Dialoq  Avrasiya  qurumunun  başlıca  məramı  və  qa­
yəsi  bu  proseslərə  bütün  sahələrdə  şərait  və  imkan  yara­
dılması,  yeni  dünya  düzənində  Dialoq  məkanının  fasiləsiz 
olaraq  genişlənməsinə  təşəbbüskar  və  dəstəkçi  olmaqdır.
Avrasiyaçılıq  ideya-siyasi,  mədəni-tarixi  cərəyan  ki- 
mj  yarandığı  dövrdən  özünəməxsusluğu  ilə  diqqəti  cəlb 
edən  istiqamətlərdəndir.
Avrasiya  anlayışında  da,  Avrasiya  mövzusuna  həsr 
olunmuş  əsərlərdə  də,  müasir  dünya  sivilizasiyasının  gələ- 
I  cək  inkişafını  dərk  etməyə  imkan  verən  konseptual-analitik 
potensial  olmamış  deyil.  Bu  potensialın  yaşadığımız  qlobal 
gerçəklik  kontekstində  təhlilinə,  aydındaşdınlm ağa  və  kon­
kretləşdirməyə  zərurət olduğu  mühüm  məsələdir.
Biz  gözəl  başa  düşürük  ki,  Avrasiya  sözünü  gündə­
mə,  dilimizə  gətirərkən  onun  əhatə  etdiyi  leksik-semantik 
müstəvinin  ən  müxtəlif  təsəvvür,  baxış  və  mövqelərlə  yük­
lənməsini  nəzərdən  kənara  qoymaq  olmaz.  Bu  leksik-se­
mantik  müstəvi  ideoloji-siyasi,  millətçi,  hətta  mifoloji  məz­
munlarla  ya  mənfi  çalarlar  kəsb  etmiş,  ya  təhrif  olunmuş, 
bir  sözlə,  “tutulmuşdur”.  Avrasiyanın  məkan,  zaman  və  in­
kişaf  yolu  kimi  aspektlərinin  vəhdətdə  təhlili  üzərində  öz 
fikirlərimizlə bölüşmək  istəyirik.
M üasir  elmi  idrak  inkişaf  problemlərini  araşdırarkən 
zaman  və  məkan  anlayışlarına  bir-biri  ilə  qarşılıqlı  əlaqədə 
yanaşmağı  əsas  hesab  edir.  Bu  anlayış  və  ya  amillərin  bir- 
birindən  təcrid  edilməsi,  yaxud  onlardan  birinin  mütləqləş- 
dirilməsi  gerçək  tarixi  proseslərin  qeyri-adekvat  qiym ət­
ləndirilməsinə  səbəb  olur.  Bir  halda  deyilir:  “Avropa  və
-  
115
-


Asiya  problemi,  hər  şeydən  əvvəl,  coğrafi  məkan,  landşafı 
problemidir”,  digər  halda  deyilir.  “Avrasiya  özəl  mədəni- 
sosial  birlik  kimi  min  beş  yüz  illik  zaman  sınağından  çıx­
mışdır,  onun  Qərblə  inteqrasiyası  problematikdir”  və  ya 
üçüncü  halda  “Avrasiyanın  özəl,  fərqli:  ayrıca  bir  inkişaf 
yolu  vardır”  kimi  mövqelər üstünlük  təşkil  edir.
Bir  daha  xatırladıram  ki,  sadalanan  amillərin  sintez­
də  deyil,  fraqmentar  müstəvidə  təhlili  məntiqi  sonluq  kimi, 
Avrasiyaçılıq  cərəyanında,  dünyaya  açıq  olmaq,  Qərbdən 
təcrid  olunmaq,  geosiyasi  uyğunlaşma,  yaxud  Qərb  yoluna 
üz  tutmaq,  hətta  ekspansionist-neoimperiya  mövqeləri  kimi 
diametral  müxtəlif  baxışların  formalaşmasına  səbəb  olmuş­
dur.  Zənnimcə,  Avrasiya  və  dünya,  eləcə  də  Avropa  və 
Asiya  mövzusunu  sistem  və  bütövlüyündə  nəzərdən  keçir­
mək  bu  arzuolunmaz  təzahürlərin  qarşısını  almağa  imkan 
verir.
Əvvəlcə  məkan  faktoru  barədə.
Avrasiyanın,  ilk  növbədə,  coğrafi-məkan  aspektləri­
nin  və  prinsiplərin  əsas  götürüldüyü  birlik  olması  fikrində 
həqiqət  olmamış  deyil.  Özünüz  düşünün,  Avropa  və  Asiya­
nın  qovşağındakı  məkan  olmaq,  bölgənin  tarixi  missiya­
sının  bənzərsizliyi  və  yeganəliyi  məhz  buradan  irəli  gəlir. 
Bu  günə  və  gələcəyin  sabahına  aparan  yollar  burada  qo­
vuşur,  sözün  hərfi  mənasında,  “bir”  olmağa,  “bir’Məşməyə, 
ən  azı  bir-biri  ilə  qonşu  olmağa  məcbur  olur.  İki  məkan, 
“landşaft  ruhu”:  Asiyanın  sonsuz,  geniş  çöl  və  düzənlik­
lərinin  və  Avropanın  sıx,  dar,  nisbətən  kiçik  coğrafiyasının 
landşaft  ruhu  yan-yana  mövcud  olaraq  -   sintez,  vəhdət  mə­
kanı  rolunu  oynayır.
Avrasiyanın  bu  məkan  yaxınlığı,  qonşuluğu,  öz  növ­
-
116
-
bəsində,  bu  məkanda  yaşayan  xalqların  mədəniyyətlərinin 
də  başqa  sözlə,  mədəni  məkanların  da  qonşuluğunu  zəruri
edir.
Avrasiyanın  mədəni  matrisası  coğrafi,  kontinental 
->razi,  etnoqrafik  plastların  vəhdətini  daşıyır.  Özündə  həm 
Avropanın,  həm  də  Asiyanın  dəyərlərinin  sintezini  daşıyan 
Avrasiya  bu  mədəni  məkanların  ahəngini  -   mədəni  kos­
mosu  yaratmalı  olur.  Göründüyü  kimi,  Avrasiya  mövzusu 
coğrafi-ərazi  kontekstində  məkanın  spesifikası  və  tarixi 
perspektivin  tələblərindən  irəli  gələn  problemləri  diqqət 
mərkəzinə qoyur.
Yəni,  mövcud  olduğu  min  illər  ərzində  Avrasiyanın 
nəhəng  coğrafi  məkanı,  burada  yaşayan  xalqların  tarixi-so­
sial,  mədəni-mənəvi,  dünyagörüş  məkanlarınında  özünə­
məxsusluğunu  formalaşdırmışdır.  Avrasiyanın  tarixi  məka­
nı  olmadan  burada  yaşayan  xalqların  və  ya  burada  yaşayan 
xalqlar  olmadan  Avrasiyanın  tarixi  yoxdur.  Məhz  bu  qar­
şılıqlı  bağlılıq  bütün  mövzuların,  o  cümlədən  də  dialoq 
mövzusunun  əsası,  predmeti  və  obyektidir.
“M əkan”  anlayışı  çoxçalarlı  mənaya  malikdir.  Mə­
kan-insanların  ictimai-ərazi  birliyinin  növü  olub,  başqa­
larından,  tarixi  və  təbii  şərtlənmiş  mövcudluq  şərtlərinin 
(mədəni,  iqtisadi,  siyasi,  sosial  münasibətlər  və  s.)  fərqli 
məcmusu  ilə  seçilir.  Məkanın  ən  vacib  xarakteristikaların­
dan  biri  onun  tarixiliyidir.  İstənilən  məkan  əvvəlki  nə­
sillərin  fəaliyyəti  ilə  sıx  varislik  təşkil  edir.  Məhz  buna  gö­
rə  də  inkişaf  prosesi  fasiləsiz  olaraq  məkan  və  zaman  çər­
çivəsində  gedir.  Məkan  daxilində  bir  sıra  lokal  mədəniy­
yətlər  yanaşı  mövcud  olur.
Bununla  əlaqədar  “mədəni  məkan,  mənəvi  məkan
- 1 1 7 -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə