Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə29/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   25   26   27   28   29   30   31   32   ...   106

anlayışları  da  təşəkkül  tapır,  öz  məzmun  və  mahiyyətinin 
başa  düşülməsini  tələb  edir.  Lokal  mədəniyyətlərin  vəhdəti 
böyük  tarixi-coğrafi  məkanın  mədəniyyətini  təşkil  edir.
Avrasiyanın  mədəni  məkan  kimi  bütövlükdə  təhlil 
etmək  müasir  zaman  və  inkişaf  yolları  baxımından  yanaş­
manı  gündəmə  gətirir.
Məkan  və  zaman  vəhdəti,  qovşaq  sivilizasiyalarda 
daha  qabarıq  təzahür  edir.  Sübut  etməyə  ehtiyac  yoxdur  ki, 
coğrafi-ərazi  baxımından  qovşaqda  olmayan,  inkişafın  ma­
gistral  meyillərindən  bir qədər aralıda olan  mədəniyyətlərdə 
Zamanın  axarı  nisbətən  gec  duyulur,  impulsların  gərginliyi 
o  qədər  də  hiss  edilmir.  Bundan  fərqli  olaraq,  qovşaq  mə­
dəni  məkanlar  tarixi  proseslərin  qaynar  nöqtələrinə  çevrilir, 
baş  verən  dəyişikliklərin  ritmini,  nəfəsini  duyur,  ona  adek­
vat cavab  verməyə  zərurəti  qarşısında  dururlar.  Avrasiyanın 
mədəni  polifonizmi  və sintetik,  ortaq  dəyərləri,  qovşaq  sivi­
lizasiya  olması  kimi  amildən  irəli  gəlir.
Yaşadığımız  mərhələdə,  “informasiya-telekommuni­
kasiya  vasitələrinin  “məkan"  və  “coğrafiya”  “sərhədlər”  an­
layışına  tamamilə  yeni  məzmun  verdiyini  nəzərə  alsaq,  mə­
kan  və zamanın  sıx  bağlılığı  məsələsi  daha da aktuallaşır.
İnkişafın  diktə  etdiyi  meyillərə,  dünyanın  hər  bir 
məkanında,  zamanında  cavab  verilməsi,  seçim  edilməsi  tə­
ləb  olunur.  Burada  çox  düşünmək  olar.  Lakin  kulturoloji 
ədəbiyyatdan  məlumdur  ki,  zaman  və  məkanın  qarşılıqlı 
münasibəti  üç  səviyyədə  reallaşa  bilər:  inteqrasiya,  qarşı- 
durma-təcridolunma  və assimilyasiya  (əriyib  itmə).
Məkan  və  zamanda  özünüdərk  prosesi  getmədən, 
məkanda  ölkə  və  ya  dövlət  formalaşa  bilməz.
Avrasiya  -   özünün  spesifik  arxetipi  və  genotipinə
-
118
-
malik  olan  ümumdünya  tarixi  fenomenidir.  Avrasiyaçılığın 
potensialı  da  onun  ideologema  və  ya  mifologemalar  müstə­
visində  fikir  yürütməsi  ilə  deyil,  real,  ciddi  problemləri 
qoymaq,  onların  həlli  yollarını  müəyyənləşdirmək  və  həya­
ta  keçirməkdədir.
M üasir  dünyada  da  zaman  amili  özünü  çox  kəskin 
şəkildə  göstərməkdədir.  Zamanın  paradoksal  şəkildə  sürət­
lənməsinə  rəğmən  baş  verən  dəyişikliklər  də  adekvat  ref- 
leksiya,  qərar  və  seçim  edilməsini,  yəni  onların  zamanında 
edilməsinə  tələb  edir.  Əgər  buraya,  uzun  illər  sovet  məka­
nında  yaşanılan  durğunluq  və  nisbi-statik  inkişaf  tərzini  və 
vərdişini  də  əlavə  elsək,  dəyişikliklər  və  onlara  münasibət 
problemi  daha  aydın  təsəvvür edilə  bilər.
Avrasiya  məkanı  tarixən  ənənəvi  və  liberal  siviliza­
siyalar  arasında  qərar  tutmuşdur,  daha  dəqiq  deyilsə  bu  si­
vilizasiyaların  əsas  xüsusiyyətlərini  özündə  əks  etdirir.
Bu  amil  Avrasiyanın  özəl  statusunu  və  keyfiyyətini 
şərtləndirmişdir.  Burada  türkdilli,  slavyan,  uqro-fin  və  s. 
xalqları  vahid  sivil  məkan  daxilində  yaşayır.  Bu  vahid  sis­
tem,  bütövlük,  tarixi  taleyin  ümumiliyi,  inteqrasiya  və  dia­
loq  proseslərinin  təməli,  prinsipi  kimi  dəyər  kəsb  edir.
Zaman  amilinə  müəyyən  mifoloji  çalarlar  xasdır. 
Başqa  sözlə,  mədəni,  sosial,  tarixi,  gerçək  zaman,  bəzi  hal­
larda  “mifoloji  zaman’Ma  bilərəkdən,  yaxud  bilməyərəkdən 
əvəz  edilir.  “Mifoloji  zaman"  üçün  keçmişin  ideallaşdınl- 
ması,  yaxud  utopiya  səviyyəsinə  keçirilməsi  səciyyəvidir. 
Avrasiya  və  dünyanın  bu  günü  və  gələcəyinə  aid  olan  hər 
bir mövqe,  baxış  və ya  prinsiplər gerçək,  qlobal  zaman  am i­
lindən  çıxış  etməklə,  kla^si^  və  ya  müasir  Avrasiyaçılığın 
bəzi  istiqamətlərinə  xas  olan  ideoloji-mifoloji  məzmun.
-
119
-


coğrafi  fatalizm,  “geosiyasi  mistika",  bolşevizm  və  s.  kimi 
qeyri-real  çalarlardan  uzaqda olduğunu  bəyan  edə  bilər.
Müasir  zaman  müxtəlif  mədəniyyətlərin  dialoqunu 
və  inteqrasiyanı  imperative çevirmişdir.  Bu  baxımdan  “Dia­
loq  Avrasiya”  qurumu  bu  imperative  adekvat  və  zamanında 
göstərilən  münasibətin  bariz  nümunəsidir.  Qurum  ideoloji- 
utopik  məramlardan  uzaqdır.  Bu  baxımdan  “Avrasiya” 
probleminə  müxtəlif  baxış  və  traktovkaların  təhlili  söhbə­
timizin  əsas  mövzusu  olmasa  da,  onlara  münasibətimiz  açıq 
və  aydın  olmalıdır.
Belə  hesab  edirik  ki,  avropamərkəzçilik  qüsurlu 
mövqe  olduğunu  sübut  etdiyi  üçün,  “avrasiya  mərkəzçilik” 
kimi  meyillərə  uymağın  da  vaxtı  deyildir.  Bəzən  belə 
fikirlər,  həmçinin  çoxlu  suallar  eşidirik:  Avrasiyanı  Qərbə 
qarşı  durmaq,  “atlantizmə"  qarşı  blok  yaratmaq  birləşdirə 
bilər",  yaxud  Avrasiya  mədəniyyəti  daha  qədim,  daha 
üstündür  və  s”.  Bunlar qeyri-real,  yanlış  mövqelərdir.  Avra­
siyanın  keçmişi,  həm  indisi,  həm  də  gələcəyinə  dair  səthi 
təsəvvürlərdən  irəli  gələn  fikirlərdir.  Əsas  tarixi  həqiqət: 
Avrasiyanın,  burada  yaşayan  xalqların  tarix  boyu  inteqra­
siyanın  ən  müxtəlif  növ  və  formalarına  “obyektiv-təbii, 
açıq  olması”  unudulur.  Hər  hansı  bir  mədəniyyət  və  ya  sivi­
lizasiyanın  digərindən  üstünlüyündən  bəhs  edilməsi  qeyri- 
ciddi  qeyri-elmi  mövqedir.  Hər  bir  mədəniyyət  öz-özlü­
yündə  dəyərlidir,  sadəcə,  bu  fərqli,  başqa  mədəniyyətdir.
Avrasiya  məkanında  yaşayan  xalqların  çoxəsrlik 
milli-mədəni  ənənələrinə,  dəyərlərə,  qarşılıqlı  təsir  təcrü­
bəsinə  dayaqlanan  və  texnoloji  modernləşmə  ilə  tamam­
lanan  bənzərsiz,  fərqli  inkişaf  yolunun  perspektivli  sayıl­
ması  təbiidir.  Bu  tarixi  prosesin  çoximkanlılığı  və  müx­
-  
120
-
təlifliklərin  vəhdəti  prinsipi  çərçivəsində  məqbul  hesab 
edilən  elmi  qənaətdir.
Dialoqu,  sintez  və  inteqrasiyanı  inkişafın  əsas  yolu 
və  amili  kimi  görən  mütəfəkkir  şəxsiyyətlər,  dahilər  Av­
ropada  da,  Asiyada  da  həmişə  olmuşdur.  Dünyanın,  müx­
təlif  məkanların  vəhdəti  ilə  gözəl  və  əzəmətli  olduğunu, 
“əzəli  xəlq  edilmiş  harmoniya"  fəlsəfəsinin  müəllifi 
V.Leybnis  də  vurğulamış,  xalqlar  arasında  mədəni-mənəvi 
dialoq  və  mübadiləni  gücləndirmək  üçün  “Qərb-Şərq  Aka­
demiyalarımın  yaradılmasını  təklif etmişdi.  V.Höte  də  özü­
nün  “Qərb-Şərq  divanf’nda  yazırdı:
“Etiraf edin,  Şərqin  şairləri 
Bizdən,  Qərb  şairlərindən  üstündür”
(Признавайтесь,  что поэты  Востока, 
выше  нас,  поэтов Запада.)
Avropanın  müstəsna,  “etalon”  sivilizasiya  modeli  ol­
ması  kimi  yanlış  meyilə  qarşı  ilk  çıxışlar  XIX  əsrdən  daha 
qətiyyətlə  səslənməyə  başladı.
Biz  tarix  qarşısında  böyük  xidmətlər  göstərən  bu 
şəxsiyyətlərin  adlarını  sadalaya  bilməsək  də,  onların  car­
çıları  olduqları  ideyanın  sonrakı  əsrdə  də  özünü  doğ­
rultduğunu,  bu  gün  XXI  əsrdə  də  çox  aktual  səsləndiyinə 
diqqəti  cəlb  etmək  istəyirik.
Xatırlayaq  ki,  klassik  sayılan  Avrasiya  cərəyanı  da 
məhz  tarixin  ən  mürəkkəb  dönəmlərindən  birində  -   XX  əs­
rin  əvvəllərində  təşəkkül  tapdı.  Dünyanın  ən  qanlı  müha­
ribə  və  sarsıntılarının  təsadüf etdiyi  bu  mərhələdə  həm  coğ­
rafi,  həm  də  siyasi  baxımdan  Avropa  dövlətləri  m ünaqi­
şələrin  bütün  mənalarda  episentrini  təşkil  edirdi.  Bu  vəziy­
yət  dünyada:  həm  Avropada,  həm  də  Asiyada,  yaxın  pers­
pektivdə  formalaşacaq  ictimai,  tarixi-siyasi  nizam  mən­
-  121  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə