Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə3/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   2   3   4   5   6   7   8   9   ...   106

Bəhs  olunan  faciələrin,  müharibə  dəhşətlərinin  baş  ver­
diyi  məkan -  Avropa məkanı  idi.
Yəqin  ki,  məhz  bu  acı  tarixi  təcrübənin  hec  vaxt  təkrar 
olunmaması  arzusu,  faşizm  kabusunun  külə  döndərdiyi  xara­
balıqlar  üzərində  bu  gün  ölkələrarası  inteqrasiyanım  unikal 
modelini  -   Avropa  Birliyini  yaratmağı  şərtləndirən  ən  mühüm 
amil  olmuşdur.  Avropa  xalqlan  Böyük  İdeyanı  -   inteqrasiya 
ideyasını  həyala  keçirərək  minillərin  arzusu  kimi  mövcud  olan 
layihəni  həyata keçirmək əzmini  ortaya qoymuşdur.
İkinci  dünya  müharibəsindən  sonra  Qərbi  Avropada 
gerçəkləşməyə  başlayan  inteqrasiya  prosesləri  ötən  yüzilliyin 
sonlarında  müasir  dünyanın  bütün  regionlarına  yayılmağa 
başladı.  Nəinki  Avropa  bölgəsinin,  hətta  bütün  dünyada  inkişaf 
və qarşılıqlı  əməkdaşlığın  başlıca -   qlobal  meyillərinədən  biri­
nə  çevrildi.  XXI  əsrdə  “Avropa  Birləşmiş  Ştatlan”  ideyasını 
həyata  keçirəcəyi  “Böyük  Avropa”nın  təşəkkül  tapacağı  pers­
pektivləri  artıq  o qədər də  şübhə doğurmurdu.
Lakin  Avropada  inteqrasiya  proseslərinin  zirvə  nöqtəsi, 
inteqrasiyanın  simvolu  olan  vahid  Avropa  Konstitusiyasının 
qəbul  edilməsi  ilə  bağlı  olan  proseslər  bu  modelin  də  hələlik 
optimal,  universal  model  olmadığını  gündəmə  gətirdi,  ötən  əlli 
il  ərzində ilk  baxışda nəzərə  alınmayan,  inteqrasiyanın  həlledici 
istiqaməti  kimi  diqqət  mərkəzində  olmayan  problemlər  bütün 
ciddiliyi  ilə ortaya çıxdı.
-  
12
-
§ 2.  Avropada sosial-mədəni inteqrasiya 
məkanının  kəşfi
“Polad və daş köm ür birliyindən  m ədə­
niyyətlərin  birliyinə doğru".
XXI  əsrin  əvvəllərində  həm  biitiin  dün­
yada,  həm  də  Avropada  baş  verən  sistem li 
transformasiyalar,  qloballaşma  prosesləri­
nin  geniş  viisət  alınası,  inteqrasiya  m odelin­
də  özünəm əxsus  strategiyanın  ayrı-ayrı  dö v­
lətlər,  bölgələr,  mədəni  və  m illi  birliklər 
üçün  optim al  olan  variantın  axtarışını  sü rət­
ləndirdi.
İlk  dəfə  mövcud  olan  inteqrasiya  proseslərinin  bütün 
istiqamətlərini,  tiplərini,  qarşılıqlı  təsirin  mexanizmlərini  ye­
nidən  nəzərdən  keçirmək  imkanı  əldə edildi.  1951-ci  ildə,  apre­
lin  18-də  altı  dövlətin  (Belçika,  İtaliya,  Lüksemburq, Niderland. 
Fransa,  Almaniya Federativ  respublikası)  Parisdə,  “Avropa daş 
kömür  və  polad  istehsalı  birliyi”  yaratmaq  haqda  müqavilə­
sindən  başlayan,  hələlik  dünyada  gənc  olan  inteqrasiya  tarixi­
nin  məqamları,  uğurları  və ziddiyyətlərinin  təhlili  sadə  həqiqət­
ləri  üzə  çıxarır.  Hamının  qəbul  edə  biləcəyi  ümumi,  universal 
təcrübə  ilə  yanaşı,  artıq  sınaqdan  çıxmayan  layihələrin,  inteqra­
siya  meylinə  əks  olan  dezintcqrasiya  hərakatını  doğuran  sə­
bəblərin  aradan qaldırılmasına böyük zərurət  yaradır.
-  
13
-


“Dəmir  pərdələri,  Berlin  divarlarım"  yıxan  insanları 
birlik  ideyası,  bu  ideyanın  təntənəsi  olan  vahid  Avropa  Kons­
titusiyasının  qəbul  edilməsinə  necə  mane ola  bildi?  Bu  və  buna 
bənzər  suallar  qloballaşmanın  doğurduğu  problemlərlə  bağlı 
xüsusilə  aktuallaşmışdır.  Yarım  əsrdən  çox  qət  edilmiş  yolun, 
tarixlə  müqayisədə  çox  gənc,  dünyada  ilk  təcrübə  almaq  ba­
xımından  çox  böyük  olan  Avropa  inteqrasiya  modelinin, 
mövcud  əməkdaşlıq  mexanizmlərinin  əhatəli  təhlili  çox  vacib 
məsələdir.
Bu  illər  ərzində  ilk  əvvəl  inteqrasiyanın  iqtisadi,  siyasi, 
hüquqi  mexanizimləri  həyata  keçirilmişdir.  Yeni  yüzillikdə 
inteqrasiyanın  Avropa  modelinin  ən  önəmli  istiqaməti  -  
mədəni-mənəvi  mexanizmlərin  hərəkətə  gətirilməsi,  dünya 
ölkələri  ilə  vahid  sosial-mədəni  məkanın  formalaşdırılması  ən 
prioritet məsələ  kimi  irəli  sürülmüşdür.
İlk  baxışda  elə  görünə  bilər  ki,  bu  problemlər  yalnız 
bəhs  edilən  məkanla  bağlıdır.  Əlbəttə  ki,  yox.  Məsələ  bura­
sındadır  ki,  iqtisadi,  siyasi,  hüquqi  inteqrasiya  sahəsində  səmə­
rəli  təcrübəsini  bütün  dünyada  tətbiq  edilən  hüquqi  dövlət  qu­
ruculuğunun,  liberal  bazar  iqtisadiyatının  yüksək  inkişaf etdiyi 
qabaqcıl  ölkələrdə  inteqrasiyanın  qarşısında  duran  problemlər 
bu  gün,  ümumiyyətlə,  Qərb  demokratiyasının  optimal  model 
olduğunu,  onun  həyatiliyini  sübut  etmək  üçün  ən  ciddi  sınağa 
çevrilmişdir.  Bir  qədər  dəqiq  desək,  iqtisadi  və  siyasi  məkan­
ların  birliyi  Avropada  mexaniki  mədəni,  mənəvi  məkanların  da 
qovuşmasım  təmin edə bilmişdir.
Mövcud  problemlərin  həllinin  sadalanan  sahələrdə  bü­
tün  mexanizmləri,  infrastrukturu  formalaşdınlsa  da  mə­
dəniyyətin  inteqral  potensialı  arxa  planda  qalmışdır.  Nəticədə 
Avropa  iyirminci  yüzilliyin  əvəlində  də,  uzaq  keçmişdə  olduğu
-  
14
-
kimi  həqiqi  birlik  idealından  hələlik  çox  uzaqda  olduğunu  dərk 
etmişdir.  Bunu  yalnız  sosial-mədəni,  mənəvi  amillərdən  qay­
naqlanan  kütləvi  iğtişaş  və  qalmaqallar  deyil,  həm  də  ictimai 
rəy  sorğuları  da  aşkar  göstərmişdir.  Avropa  sakinlərinin 
problemə  münasibətdə  bədbin  və  nikbin  mövqelərdə  demək 
olar  ki,  bərabər  bölünməsi  inteqrasion  modelin  tənqidini  güc­
ləndirdi.
Ziddiyyətlərin  zahiri  təzahürünü  beynəlxalq  hüquqla 
milli  hüquq  sistemləri  arasındakı  uğursuzluq  şərtləndirdi.  Bö­
yük  Avropa  Konstitusiyası  yaradıcıları  tərəfindən,  inteqrasiya 
prosesinin  iştirakçısı  olan  bütün  dövlətlərin  milli  qanunveri­
ciliyində  artıq  mövcud  olan  demokratik  prinsiplərin  daha  dol­
ğun  ifadəsi  kimi  səciyyələndirilir.  Ən  başlıcası  isə.  rəsmi  bə­
yanatlarda deyildiyi  kimi,  Avropanın  insan  hüquqları  sahəsində 
əldə  etdiyi  əsas  uğurlar  burada  tətbiq  olunmuşdur.  Qlobal 
iqtisadi,  siyasi  və  s.  təsirlərə qarşı  duran  səmərəli  mexanizmlər 
sistemi  yaradılmış,  nəhayət,  yeni  şəraitin  idarə  olunması  üçün 
zəruri  olan  əlaqələndirici  institutlar  təsis  edilmişdi.  Avropa 
Konstitusiyasının  yaradılması  üsulu doğrudan  da spesifik  haldır. 
Onun  əsasında  milli  hüquq  deyil,  beynəlxalq  müqavilələr  və 
beynəlxalq  hüquq durur.
Dünya  inkişafının  tamamilə  yeni  xüsusiyyətlərlə  sə- 
ciyyələnməsini  göstərən  əlamətlər  çoxdur.  Bu  gün  yalnız 
tarixən,  uzun  müddət  mövcud  olan  birgəyaşayış  formaları­
nın  dəyişməsi  baş  vermir.  Hətta  yaşı  cəmi  yarım  əsri 
haqlayan  inteqrasiya  prosesinin  Avropa  modelinin  də  artıq 
səmərəli  tətbiqi  üçün  çox  ciddi  əngəllər  olduğu  ortaya  çıx­
mışdır.  Bu  da  öz  növbəsində  həmin  modelin,  inteqrasiyanı 
monolit  birliyə  çevirən  bağların  hansı  həlqəsindən  zəiflə­
məsini,  həqiqi  birlik  üçün  hansı  amilin  nəzərdən  qaçırıldı­


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə