Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə30/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   26   27   28   29   30   31   32   33   ...   106

zərəsinin  təməlində  dura  biləcək  konseptual  əsasların  ax­
tarışlarına  təkan  verdi.  Avropa  və Asiyanın  yalnız  geosiyasi 
məkan  deyil,  həm  də  mədəni-tarixi  məkan  kimi  həm  qitədə, 
həm  də  bütün  dünyada  ümumi  və  fərqli  inkişaf  qanunauy­
ğunluqlarına  malik  olduğu  qızğın  müzakirələrin  mövzusuna 
çevrilmişdi.  Klassik  Avrasiyaçılığın  bəzi  nəzəri  müddəala­
rı,  müasir  dövrdə  “vahid  dünya  və  müxtəlif  xalqlar”  ni­
zamının  formalaşması  işində  verdiyi  cavablardan  daha  çox, 
gündəmə  gətirdiyi  suallarla  diqqəti  cəlb  edə  bilər.  Məsələn, 
bir  fikri  yada  salaq:  “Avrasiya  məkanı  çərçivəsində  yaşa­
yan  insanlar  və  xalqlar  qarşılıqlı  anlaşmanın  elə  səviy­
yəsinə,  qardaşlıq  münasibətlərinin  elə  formalarına  malik­
dirlər  ki,  dünyanın  başqa  yerində  buna  çətin  nail  olmaq 
olar”.
“Avrasiya”  mövzusunun  doğurduğu  digər  səthi  tə­
səvvürlərdən  biri  də  belədir  ki,  “Avrasiyaçılıq  prinsipi 
müxtəlifliyin,  unikallığın  zərurətini  vurğulayır,  deməli,  uni- 
versalizmin,  ümumbəşəri  prinsiplərin  əleyhinədir” .
Zənnimcə,  Dialoq  məramı  başlanğıc  prinsipi  kimi 
vurğulanması  bu  təsəvvürlərə  ən  yaxşı  cavab  və  həm  də 
mövqedir.  Dialoq  -   dünya  inkişafının  əsas  meyillərini  həm 
əks  etdirə,  həm  də  onu  davam  etdirə  bilən  konseptual 
prinsipidir.  Bugünkü  qlobal  cəmiyyətin  təsisatları,  bəşəriy­
yətin  qarşısında  duran  problemlərin  həllini  tapmağa,  onun 
dayanıqlı  inkişaf yollarını  müəyyənləşdirməyə  çalışmalıdır. 
Əgər  qarşılıqlı  təsir  gedirsə  və  bu  təsir  uğurlu  səmtə,  məc­
raya  doğru  yönəlmirsə,  vəziyyət  artıq  müsbət  deyil,  mənfi 
nəticələr verə  bilər.  Çünki  bütövlüyü,  tamlığı  get-gedə  daha 
da  əyaniləşən  dünya  sisteminin  yalnız  bir  elem enti,  bir 
mədəniyyət  modeli  inkişaf  etdirilirsə,  bu  sivilizasiyanın
-  1 2 2 -
böhranının  başlanğıcıdır.  Hər  bir  ölkənin  inkişafı  milli  və 
bəşəri,  qlobal  və  lokal  aspekt  və  maraqların  vəhdətini  nə­
zərə alaraq  davam  edərsə,  narahatlıq  üçün  əsas  da  yaranmır.
Dialoq  vasitəsilə  keçmişin  yolları  təhlil  edilir,  indi­
nin  problemləri  aydınlaşdırılır,  gələcəyin  əsas  meyillər  is­
tiqamətinə  yönəlməsi  təmin edilə bilir.
Avropa  və  Asiyanın,  Qərbin  və  Şərqin,  müxtəlif 
xalqların  dünyagörüş  və  dəyərlər  sisteminin  “bir  araya  sığ­
maz  olm asf’na  dair  fikirlər  də  mövcuddur.  Burada  R.Kıp- 
linqin  “Qərb  qərbdir,  Şərq  də  şərq”  deyimi,  yaxud 
O.Şpenqlerin  “ərəb  heç  vaxt  çinli  ola  bilməyəcək”  kimi 
fikirlərini  yada  salsaq  kifayətdir.  Dialoqun  inkişaf  yolu 
kimi  potensialı  məhz  burada  aydın  sezilir.  Dünyagörüş  və 
dəyərlər  sisteminin  bir  araya  sığmazlığını  dramatikləşdir- 
mək  qeyri-məqbul  yoldur.  Bəşəriyyətin  uzunmüddətli  inki­
şaf tarixi  göstərir  ki,  əbədi  həqiqət  və  dəyərlərə  dair  hər  bir 
xalqın  mədəniyyətində  kifayət  qədər  ümumi  sayıla  biləcək 
fikirlər 
mövcuddur.  Mədəniyyətlərin  ümumi  mövqeyə, 
ortaq  məxrəcə  gəlməsini  qeyri-mümkün  hesab  edən  “kulıur 
relyativizm",  buradakı  böyük  intellektual,  mənəvi  po­
tensialı  görə  bilməmişdir.  Bunun  əsas  səbəbi  də  milli  və 
bəşəri  qatlar  arasında  varislik  və  dialoq  kimi  faktorların 
əhəmiyyətinin  sezilə  bilməməsi  olmuşdur.  M üxtəlif  xalqla­
rın  dünyagörüşündə,  bütün  insanların  birgəyaşayışını,  vəh­
dətini  təmin  edə  biləcək  dəyərlər  hökmən  mövcuddur.  Bır 
anlığa  təsəvvür  edək  ki,  əvvəlki  sivilizasiyalarla  bizim 
aramızda  heç  bir  varislik,  əlaqə  və  s.  yoxdur  və  olmamışdır. 
Hər  bir  xalq,  mədəniyyət  öz-özlüyündə  qapalı  mövcuddur. 
O.Şpenqlerin 
tipologiyasındakı 
“m onada-sivilizasiyalar" 
məhz  belə  görünürdü.  Lakin  biz  bilirik  ki,  bu,  belə  deyil.
-  
123
-


İnsanlar,  sivilizasiyalar  arasında  bağlılıq  və  əlaqəni  müm­
kün  edən  dəyər  və  amillər  bütün  mədəniyyətlərdə  vardır. 
Bu  dəyərlər  həm  dəyişən  əsrlər  və  epoxalar  üzərindən,  həm 
də  konkret  tarixi  zaman  və  məkan  çərçivəsində  körpü  ro­
lunu  oynayan,  keçən  əsrlərin  də  mədəni  sistemlərinə  müna­
sibətimizi  bildirməyə  imkan  verən,  fasiləsizliyi  təmin  edən 
ünsiyyət  və  dialoqdur.
Bir-birindən  fərqli  düşünən,  müxtəlif  mədəni  dəyər­
lərə  malik  olan  insanların,  yalnız  bu  fərqlərə  görə  bir-birini 
inkar etməsi  qeyri-real  bir mövqedir.  Unutmaq  olmaz  ki,  bu 
fərqlik  və  müxtəliflik  yalnız  müxtəlif  xalqlara  və  mədəniy­
yətlərə  deyil,  eyni  mədəniyyət  daxilindəki  insanlar  üçün  də 
xasdır.
Məsələn,  kim  isə  həmişə  düzgün  həqiqəti  söyləməyi 
üstün  tutur  və  ya  həqiqət  söylədiyini  iddia  edir  və  s.  Lakin 
bütün  hallarda  bənzərsiz  münasibətlər,  baxışlar,  mövqelər, 
dəyər  və  təsəvvürlər  birgə  müzakirə  mövzusu  ola  bilər  və 
olmalıdır.  Bəzən  hər  bir  insanın  öz  qəlbində  də  müxtəlif 
hiss,  düşüncə  və  fikirlərin  mübarizəsi  gedir.  Bu,  o  demək 
deyil  ki,  bu  fikirlərin  biri  həqiqi,  gərəkli,  digəri  yalan  və 
gərəksizdir.  Müxtəlifliklərin  qarşılıqlı  təsiri,  insan  və  cə­
miyyətə  xas  olan  təbii-obyektiv,  ontoloji  bir  keyfiyyətdir. 
Ümumiləşdirmə  aparsaq,  mənsub  olduqları  mədəniyyətdən 
asılı  olmayaraq,  yalnız  şər  hissi  deyil,  xeyir  hissi  də  əzəli 
olaraq  bütün  insanlar  üçün  xasdır.
Bəşəriyyətin  XXI  əsrə  gəlib  çıxmasını  mümkün  edən 
ümumbəşəri  və  milli  dəyərlər,  onun  sonrakı  gələcəyinin  də 
təminatçısı  ola  bilər.  Onların  əbədiyaşar  potensialı  yalnız 
dialoq  və  ünsiyyət  prosesində  üzə çıxa,  aşkarlana  bilər.
M üasir  dünyanın  bütün  intellektual-mənəvi  poten­
-  
124
-
sialı  bu  istiqamətdə  əlindən  gələni  edə  bilər  və  etməlidir. 
Dialoq  Avrasiya  bu  xətti  qətiyyətlə  reallaşdıran  qurumlar 
sırasındadır.
Müasir  politoloji  ədəbiyyatda,  “Avrasiya"  mövzusu­
nun,  eləcə  də  Avrasiyaçılığın  qatı  antiqərb  mahiyyətli  möv­
qe,  düşüncə  tərzi  kimi  qiymətləndirilməsi  cəhdlər  fikrimiz- 
cə  yanlışdır  (Məs:  Brzezinski  Z.  The  Grand  Chessboard. 
New-York,  1998;  Clover  C.  Dreams  o f Eurasian  Heartland. 
Foreign Affairs,  1999,  v.78,  N°2  və  s.).
Zənnimizcə,  Avrasiyaçılığın  -   sivilizasiyanın  inkişaf 
yolu  və  modellərinə  dair  intellektual,  mədəni  ictimai  bir  is­
tiqamət  kimi  dəyərləndirilməsi  daha  obyektiv  və  məqsədə­
uyğundur.  Formalaşmaqda  olan  yeni  dünya  düzəni  və  pla­
netar  təfəkkürdə  Avrasiyaçılığın  da  potensialı  olmamış 
deyil.  Avrasiya  qovşaq  sivilizasiya  kimi  yalnız  geosiyasi, 
iqtisadi  deyil,  həm  də  başlıca  olaraq  özünəməxsus  mədəni- 
mənəvi  məkandır.  Etiraf  edək  ki,  bu  müddəa  qloballaşma 
prosesi  ilə  əlaqədar  olaraq  “geosiyasət”  anlayışının  məz­
mun  və  mahiyyətinin  böyük  dəyişikliklərə  uğraması  aspek­
tində  çox  aktualdır.  Bu  müddəada  geosiyasi  və  iqtisadi 
sahədə  mövcud  olan  ziddiyyətlər,  mədəniyyətlərin  bir- 
birinə  açıqlığı  və  onların  dialoqu  müstəvisinə  keçir.  M ədə­
niyyətlərin  zaman-məkan  kontiniumunda  dialoqun  insan  və 
bəşəriyyətin  yaşam  tərzinə  çevrilməsi  səyləri  baxımından 
bu  səylər alqışlanmalıdır.
Avrasiya  -   qovşaq,  sintez,  aralıq  sivilizasiya  kimi 
bənzərsiz  dəyərlər  sistemini  formalaşdırmışdır.  Bunların  ən 
mühümü  elmi  ədəbiyyatda  vurğulandığı  kimi,  “çoxçalarlıq 
və  m üxtəlifliyə”  xüsusi  önəm  verilməsi,  onun  zəruri  şərt 
hesab  edilməsidir.  Qovşaq  sivilizasiya  özündə  ehtiva  etdiyi
-  
125
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə