Yeni mədəniyyət məkanına


§  1.  Ümummilli lider Heydər Əliyevin siyasi



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə32/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   28   29   30   31   32   33   34   35   ...   106

§  1.  Ümummilli lider Heydər Əliyevin siyasi
kursu  mədəni müqəddəratımızın qarantıdır
Heydər  Əliyevin  nəzəri  irsi  də 
onun  praktiki  fəaliyyəti  kim i  çoxşa- 
xəlidir.  M üasir  Azərbaycan  dövlətinin 
möhkəm  öziiliinü  yaratm ış  bu  böyük 
şəxsiyyətin  ideya  dünyası  onun  davam ­
çıları  üçün  gələcəkdə  də  örnək  olm a­
lıdır.  Ona  görə  də  Ə liyevşünaslığtn  bir 
elmi  istiqamət  kim i  in kişa f etdirilm əsinə 
böyük ehtiyac  vardır.
Ramiz Mehdiyev
İstər  uzaq  keçmişdə,  istərsə  də  ən  yaxın  siyasi  tarixdə 
dünya  xəritəsində  yer  almış,  real  dövlətçilik  taleyi  yaşamış 
ölkələrin  adı  və  tarixi  ilə,  onları  yaradan  şəxsiyyətlərin  adı  və 
tarixi  missiyası  arasında  əbədi  vəhdət  mövcud  olmuşdur.  Bu 
yalnız  tarixi  yaddaşın  təməlində  uyuyan  müqəddəs  borc  və 
minnətdarlıq  hissi,  yalnız  obyektiv  salnamə  yaratmaq  cəhdi  də 
deyil,  həm  də  cəmiyyət  haqqında  elmin  əldə  etdiyi  nəzəri 
qənaət  və qanunauyğunluqlardan  biridir.
Bəşəriyyətin  yaşadığı  tarix  belə  bir qanunayğunluğu  da 
təsdiqləyir  ki,  əsasən  subyektiv  təsəvvürlərə  söykənən  işğal  və 
fəth  fəlsəfəsini,  cəng  meydanlarında  göstərilən  məharəti,  real­
lığın  obyektiv  axarına  bələd  olmaqla  yaradılan  dövlətin  qu­
-  
130
-
rulması  və  idarə  edilməsi  missiyası  ilə  tamamlaya  bilməyən­
lərin  məramı  nəticəsiz  qalmış,  ya  da  tam  əks  olan  sonluğa 
aətirib  çıxarmışdır;  sabit  dövlətçilik  ənənələri  formalaşa  bil­
məmiş,  həm  konkret  ölkənin,  həm  də  bütövlükdə  bəşəriyyətin 
faciələrə düçar olmasına səbəb olmuşdur.
Cəmiyyətşünaslıq elmi  məhz yaradıcı, qurucu  insanların 
irsini,  təcrübəsini,  dövlətçilik  ənənələrinin  öyrənilməsini  öz 
tədqiqatlarının  predmetinə  çevirir.  Bu  fenomen  şəxsiyyətlərin 
siyasi  uğurunun  sirləri,  fövqəlmürəkkəb  durumlardan  çıxış 
yolu  tapmaq  məharəti  heç  vaxt  köhnəlmir,  ictimai  elmin 
möhkəm  nəzəri  təməl  və  müddəaları  kimi  hər  bir  ölkədə,  hər 
yeni  gələn nəsil  tərəfindən  yenidən  və yenidən  öyrənilir.
Ümummilli  lider  Heydər  Əliyev  həm  suveren  Azər­
baycan  dövlətinin,  həm  də dövlət  yaratmaq elminin  banisi  kimi 
bu müqəddəs şəxsiyyətlərin sırasındadır.
Çoxşaxəli  fəaliyyətinin  hər  bir  məqamına  münasibətdə 
“ilk  dəfə"  sözünün  tətbiq  edilə  bildiyi  Heydər  Əliyev  feno­
meninin  Azərbaycan  xalqı  qarşısındakı  xidmətlərinin  bütün 
spektrini  sadəcə  sadalamaq  belə  çətin  məsələdir  və  ayrıca  bir 
kitaba  da  sığmayan  mövzudur.  Xalqımız  bunları  belə  demək 
mümkünsə,  təbii-təhtəlşüur  səviyyəsində  hiss  edir,  ulu  öndər 
qarşısında əbədi  minnətdarlıq duyğusunu əziz tutur.
Heydər  Əliyev  ideyalarının  və  əməlinin  həqiqi  də­
yəri  və  sanbalı,  bir  tərəfdən,  yaşanılan  zamanın  özəllikləri, 
XX  əsrin  ikinci  yarısındakı  qlobal  durum,  bütün  dünya  dü­
zəninin  sistemli  böhranı  və  struktur  transformasiyası  fo­
nunda  daha  aydın  və  qabarıq  görünə  bilər.  Digər  tərəfdən, 
isə,  Azərbaycanda  müstəqil  dövlətin  yaradılmasının  nəyin 
bahasına  mümkün  olması,  sosialist  düşərgəsinin  çökdüyü 
bütün  ölkələrlə  müqayisədə,  burada  mövcud  olan  çətin,
-  
131
  -


fərqli  şəraitin  özəlliyi  nəzərə alınmaqla  dərk  edilə  bilər.
Bir  çox  ölkələrin  “geriyə”  II  dünya  müharibəsinə  qə- 
dərki  duruma  -   müstəqil  olduqları  dönəmə,  kapitalizmə  qayıt­
maları  ilə  bərpa  işlərinə  başlanıldı  və  “dairə  qapandı”.  Azər­
baycanda  isə  bu  mənada  bərpadan  söhbət  gedə  bilməzdi.  XX 
əsrin  əvvəllərində,  yaradılmamış  süquta  uğradılan,  cəmi  iki  il 
yaşı  olan  müstəqil  cümhuriyyətdən  nəinki  bərpa  olunası  bir 
möhkəm  təməl,  sadəcə,  xronoloji  olay  və şüarlardan  başqa  heç 
bir  siyasi,  hüquqi,  ideoloji  iqtisadi  və  s.  irs  qalmamışdı.  Bu 
baxımdan  müstəqilliyin  bərpa  olunması  kimi  fikirlər əlbəttə  ki, 
simvolik  xarakter  daşıyır.  Çünki  Heydər  Əliyev  Azərbaycanın 
dövlət  müstəqilliyini  ağlagəlməz  dərəcədə  çətin  geosiyasi  mə­
kanda,  dünya  güc  mərkəzlərinin  müdhiş  maraqlarının  çarpış­
masının  son  həddə  çatdığı,  daxili  xaosun  kulminasiya  məqa­
mında  bərpa  etməmiş,  özülündən,  “ilk  kərpicdən”  başlayaraq 
yaratmışdır.
Bu  gün  qürurla  vətəndaşı  adını  daşıdığımız  Azərbay­
canda  “müstəqillik”,  “demokratik  dövlət”,  “vətəndaş  cəmiyyə­
ti”  və  s.  kimi  anlayışların  lakonik  məzmununa  vərdiş  etmişik, 
onların  arxasında  duran  möhtəşəm  mənanı,  titanik  fədakarlığı 
bəzən  tam dərk edə bilmirik.
Bütün  dünyada  qlobal  konfiqurasiyanın  sanki  məhvə- 
rindən  çıxdığı  bir  dönəmdə  keçmişin  “dəmir-beton”  müddəa­
larından,  indinin  çevik,  təxirəsalınmaz,  refleksiv  qərar  qəbul­
etmə  metodlarına  sövq-təbii  fəhmlə  keçid  almaq  zamanın 
çağırışına  çevrildi.  Məmləkəti  təhdid  edən  qeyri-müəyyən 
inkişaf  vektorlarının  xaotik  çulğaşdığı  bir  məqamda,  əsrlərlə 
reallaşması  arzu  olaraq  qalan  suveren  Azərbaycan  dövlətinin 
var  olmasına  aparacaq  yalnız  bir,  yeganə  düzgün  yolun  se­
çimini  etməyi  bacaran,  müstəqilliyə  həyat  verən,  onu  dönməz
-  
132
  -
və  əbədi  edən  qüvvənin  sadəcə  bir  insanın  -   Heydər  Əliyevin 
simasında cəmləndiyinə heyrət etməyə bilmirsən.
İnsanlara sarsılmaz  inamı  müqabilində, onların etibar və 
dəstəyini  qazanaraq,  siyasi  müdrikliyi  və  fəhmi,  ictimai  eru- 
disiyası,  nəzəriyyəsi  və  praktiki  peşəkarlığı,  qətiyyət  və  təm­
kini  bir  araya  gətirmək,  qeyri-adi  problemlərin  yeganə  optimal 
həlli  variantlarını  sezmək  tarixi  şəxsiyyətin  fərqli  keyfiyyətidir. 
Azərbaycanın  özünəməxsus  inkişaf paradiqmasını  müəyyənləş­
dirmək,  bütün  fəaliyyəti  dövründə  xalq  məhəbbətinin  gerçək 
nümayişini  görə bilmək yalnız ulu öndərimizə nəsib olmuşdur.
Dövlətçilik  yaşı  əsrlərlə  sayılan  ölkələrlə  müqayisədə, 
tarixin  bir anı  sayılan  zaman  müddətində Azərbaycanın  strateji 
geosiyasi,  ideoloji,  sivilizasion  vektorlarının  seçilməsi,  dövlət 
yaradıcılığının  hansı  institusional  genezis  formalanna  önəm 
verilməsi,  intellektual,  siyasi,  iqtisadi  resursların  səfərbər  edil­
məsi, cəmiyyətin  siyasi  palitrasındakı  ən  müxtəlif mənbələrdən 
idarə  olunan,  ziddiyyətli  siyasi  maraq  və  oriyentasiyaları  bir 
nüvədə  cəmləməyə,  bir  hədəfə  vurmağa  nail  olmaq  siyasət 
dahisinin  -   Heydər  Əliyevin  xidmətlərinin  adi  şüur  prizmasın­
dan görünən  natamam  bir rakursdur.
X3X  əsrdən  Azərbaycanın  taleyində  baş  verən  miqyaslı 
tarixi  olayların  səbəbi,  bu  vaxtadək  başqalarının  nəsibi  olan 
təbii  sərvətin  -   neftin,  strateji  məhsul  kimi  ilk  dəfə,  Azərbay­
canın  başlıca  sərvət  olan  insanların  və  qeyri-neft  sektorunun 
rifah  və  yüksəlişi  vasitəsinə  çevrilməsini,  Azərbaycan  üçün 
mövcud olmasını  təmin etdi.
Qlobal  güc  mərkəzlərinin  nisbəti  və  dinamikasına  dərin 
bələd olmaqla,  Azərbaycanın  geosiyasi  mövqelərinin  üstünlük­
lərindən  istifadə  etməyə,  yalnız  təbii  sərvətlər  hesabına  deyil, 
siyasi  sabitlik  yaratmaqla  ölkənin  investision  reytinqinin  artı-
-  
133
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə