Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə33/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

nlması,  cəmiyyətin  bütün  sahələrində  dövlət  tənzimlənməsinin 
bərqərar  olduğuna  inandırmaq  sayəsində  ölkəmizi  dünyaya  ta­
nıtdırmağa  qadir  oldu.  Bütün  bunların  bəhrəsi  kimi,  Azər­
baycana,  bir çox ölkələr üçün  əlçatmaz arzu olan  regional  lider, 
demokratik-dünyəvi  dəyərlərə  sadiq,  fundamental  ifratçılıqdan 
uzaq  olan  cəmiyyət  kimi  qlobal  inkişaf  layihələrinin  ideal 
plasdarmı  statusunu qazandırdı.
Ölkə  daxilində,  dövlət-cəmiyyət  münasibətlərində  po­
pulist,  bayağı  frazeologiya,  subyektiv emosional  radikalizmdən 
uzaq,  real  elmi  əsaslara,  həyat  fəlsəfəsinə  malik  hakim  elitanın 
formalaşdırılması,  “elita”  sözünün  etimoloji  mənasına  uyğun 
olaraq  onun  "ən  yaxşı  siyasi  idarəetmə  keyfiyyətlərinə  malik 
seçilmiş  elita”  olduğu  göz  önündə  baş  verən  uğurun  təkamülü 
sübut  edir.  Yaratdığı  hakim  partiyanın  siyasi  konsolidasiyası, 
xalqla  sarsılmaz  alyansı,  lider  amalının  milli  dövlətçilik  ama­
lına çevrilməsi  yaşadığımız tarixin  reallığıdır.  Azərbaycan  dün­
yada  gedən  proseslərin  passiv  müşahidəçisindən  fəal  subyekti 
sırasına adladı.
Tarixə  və  dünya  siyasi  xəritəsinə  suveren  Azərbaycanın 
adını  həkk etdi.  Müstəqil  dövlətin  və dövlət  yaratmaq  haqqında 
elmin  əsaslarını  yaratdı.
Postsovet  məkanındakı  başqa  ölkələrlə  müqayisədə 
Azərbaycanın  fövqəlmürəkkəb  start  şərtləri,  inkişafın  real­
laşdırılması  istiqamətində  onun  əl-qolunu  bağlayan,  “imkanlar 
koridoru”nu  son  dərəcə  daraldan  Ermənistan-Azərbaycan  Dağ­
lıq  Qarabağ  münaqişəsi  kimi  əlavə  ağırlaşdıncı  təzyiq  fakto­
runun  mövcudluğu  şəraitində  baş  verməsi,  ulu  öndərin  Azər­
baycan  qarşısındakı  xidmətlərinin  misilsiz  olduğunu  başa  düş­
məyə kömək edir.
Müstəqillik  azad  siyasəti,  yəni  öz  inkişafını  suveren
-  
134
  -
milli  maraqlardan  çıxış  edərək  qurmağı  nəzərdə  tutur.  Ümum­
milli  liderin  siyasi  uğurunun  ana  xəttini  məhz  milli  maraqların 
prioritet  hədəf  kimi  seçilməsi  təşkil  etmişdir.  Hazırda  bütün 
postsovet  məkanında  çoxçalarlı  “demokratiya”  anlayışını  bəsit 
mənada,  kimlərinsə  diktə  etdiyi  universal  model  kimi  başa 
düşənlər,  öz  siyasi  proqramlarım  qərbə  ünvanlayan,  hər  bir 
məsələyə  müxtəlif  mənbələrdən  bildirilən  münasibətlər  mü­
qabilində  güzəştə  getməyi  şüar  tutan,  buna  ümid  edən  təqlidçi 
və təslimçi  siyasi  qüvvələr məğlubiyyətə  uğramış,  marginal  qu­
rumlara  çevrilmişlər.  Demokratik  transferin,  .vətəndaş  cəmiy­
yətinin  hazır  reseptlər  və  “ixrac  modelləri"  əsasında  deyil, 
Azərbaycanın  özünəməxsus  tarixi,  siyasi,  mədəni  spesifikasın­
dan  irəli  gələn  milli  maraq  və  təməllər  üzərində  qurulmasım 
üstün  tutan  H.Əliyev  siyasi  kursu  davamlı  qələbələrin  rəhninə 
çevrilmişdir.
Yeni  dünya  düzənində  lider-cəmiyyət  qarşılıqlı  müna­
sibətlərində  üzə çıxan  yeni  keyfiyyət dəyişikliklərindən  biri  bu­
dur  ki,  siyasi  proseslərin  yeni  subyektləri  -   xalq,  cəmiyyət,  in­
san  qrupları  dəyişikliklərin,  vətəndaş  cəmiyyətinin  başlıca 
aktorlan  kimi  siyasi  fəallığın episentrini  təşkil edirlər.
Belə  dönəmlərdə  siyasəti  və  siyasətçiləri,  onların  mə­
ram  və  missiyalarını  insanlara  çatdırmaq  üçün  lider  ideya­
larının  trayektoriyasını  davam etdirmək,  geniş kütlələrə düzgün 
təhlil  və  təqdim  etmək  kimi  çox  mühüm  vəzifə  ortaya  çıxır. 
Məhz  belə  məqamlarda  milli  liderin  siyasətinin  xalq  üçün 
anlaşıqlı  dilə,  bütün  cəmiyyətin  həyat  devizinə  çevrilməsinə 
yardımçı  olan  məsləkdaşlar,  siyasi  liderlə  xalqın  arasında 
ümumi  ünsiyyət  məkanının  formalaşmasına,  üfüqi  və  şaquli 
müstəvilərdə  xalq-lider dialoq  kanalının  yaranmasını,  qarşılıqlı
-  
135
-


təmas  nöqtələrinin  davamlılığının  təşkil  edilməsinə  yardımçı 
olurlar.
Ulu  öndərin  rəhbərliyi  altında  Azərbaycanda  vətəndaş 
cəmiyyətinin  təşəkkülü  və  formalaşması  kimi  tarixi  hadisənin 
baş  verməsi,  dövlətçiliyin  institusional  əsaslarını  səciyyələn­
dirən  struktur dəyişiklikləri,  cəmiyyəti  təşkil  edən  sosial  tip  və 
stereotiplərin  bir-birini  əvəzləməsi  prosesi  kimi  mürəkkəb 
mövzunun  siyasi-  fəlsəfi  təhlili  də  müəllifin  tədqiqatlarında  ilk 
dəfə təhlilə cəlb edilmişdir.
Vətəndaş  cəmiyyətinin  formalaşması  XX  əsrdə  elmi- 
texniki  inqilabla  yanaşı,  ikinci  -   yəni  sosial  inqilab  hesab  olu­
nur.  Ramiz  Mehdiyev  vətəndaş  cəmiyyəti  nəzəriyyəsinin,  əsa­
sən  Qərb  mənşəli  konsepsiya  olduğunu  vurğulamaqla  yanaşı, 
onun  özünəməxsus  Azərbaycan  modelinin  yaradıcısının  məhz 
Heydər  Əliyev  olduğunu,  bu  nəzəriyyəni  praktiki  siyasi  ger­
çəkliyə  çevirməsini  hərtərəfli  təhlil  edir.  Vətəndaş  cəmiyyə­
tinin  Azərbaycan  modelinin  formalaşması  özəlliklərinə  diqqəti 
cəlb  edərək  bu  nümunədə  həmin  nəzəriyyəyə  xas  olan  bəzi 
məhdudluqlardan  azad olmağa cəhd edilməsini, onu  həqiqi  mə­
nasına yaxınlaşdırmaq  məramını  önə çəkir.
Azərbaycanda  vətəndaş  cəmiyyətinin  qurulması  prose­
sində qarşıya çıxan  problemlərin,  həm  ikiqütblü dünyanın,  həm 
də  yeni  və  köhnə  ideologiyaların  kəskin  mübarizəsi,  bu  mə­
kanda  toqquşan  maraqların  yüksək  gərginliyi  fonunda  ardıcıl 
olaraq  həll  edildiyi  üçün  tarixi  nailiyyət  kimi  daha  dəyərli 
olduğu  qeyd  edilir.  Vətəndaş  cəmiyyətinin  formalaşması  isti­
qamətində  prioritet  hədəfləri  müəyyən  edən  ümummilli  liderin 
yeni  münasibətlərin  qurulacağı  müstəqil  siyasi,  iqtisadi,  hü­
quqi,  mədəni, mənəvi  məkanını  təmin etməsi  vurğulanır.
Heydər  Əliyevin  bünövrəsini  qoyduğu  vətəndaş  cəmiy­
-  
136
-
yətinin  ən  başlıca  xüsusiyyəti  kimi  müəllif  Azərbaycanda,  ilk 
növbədə,  insanlar  arasında  Vətəndaş  Sülhünün  bərqərar  olma­
sım  qeyd  edir,  bu  münasibətlərə  ümumi  qarşıdurma  və  və­
təndaş  müharibəsini  aradan  qaldırmaqla  nail  olmasını  diqqət 
mərkəzinə gətirir.  Yeni  cəmiyyətin qurulması  üçün  zəruri  olan 
siyasi  sabitliyə  -  təkamül  pauzasına  yalnız  vətəndaş  sülhünün 
imkan yarada biləcəyini  fəhmlə sezməsini  xatırladır.
Vətəndaş  cəmiyyətinin  Heydər  Əliyev  konsepsiyasında 
insanlararası  münasibətlərin  və  mütərəqqi  inkişafın  başlıca 
qarantı  kimi  dövlətin  rolunun  möhkəmləndirilməsi  xüsusi 
önəm  kəsb  etmişdir.  Dövlətin  vətəndaşların  ən  müxtəlif maraq 
və  mövqeləri  arasında  anlaşma,  humanitar  ünsiyyət  məkanını 
təşkil  etmək  kimi  müqəddəm  şərtləri  təmin  etməsinə  böyük 
əhəmiyyət  verilmişdir.  Vətəndaş  fəallığının,  ilk  növbədə,  və­
təndaş  mədəniyyəti,  demokratik  və  siyasi  mədəniyyətdən 
ayrılmaz  olduğu,  azadlıq  və  məsuliyyətin  kövrək  balansının 
daim  gözlənilməsi,  fərdi  fəallıqla  milli  maraqların,  dövlətin 
qüdrəti  və  nüfuzunun  anması  arasında  ahəngin  saxlanılmasının 
vacib olduğu sübut edilmişdir.
Yeni  vətəndaş  cəmiyyəti  təsisatlarının  Qərb  təcrübəsinə 
və  Qərbin  müxtəlif  məzmunlu  dəstəyinə  əsaslanması  təbii  bir 
prosesdir.  Lakin  burada  vətəndaş  cəmiyyətinə  süni  imitasiya 
yaratmaq  cəhdlərinin  gərəksiz  olduğu  geniş  təhlil  edilmişdir. 
Əksinə,  bu təsisatlar vətəndaş  təşəbbüskarlığının,  inkişaf strate­
giyasında  gerçək  alternativ  variantlar  varsa,  onlara  dair  təklif­
lərin  verilməsi  problemlərin  müxtəlif  baxış  bucağından  görün­
tüsü  və  konkret  həlli  yollarının  tövsiyə  edilməsini  əlaqələn­
dirən  vətəndaş  fəallığı  mərkəzlərinə  çevrilməsi  onların  həqiqi 
təyinatları  və məramının  reallaşması  demək olardı.
Vətəndaş  cəmiyyəti  hər  bir  dövlətdə,  sadəcə,  müəyyən
-
137
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə