Yeni mədəniyyət məkanına



Yüklə 40 Kb.

səhifə35/106
tarix17.11.2018
ölçüsü40 Kb.
1   ...   31   32   33   34   35   36   37   38   ...   106

culuğu  prosesinə  rəhbərlik  missiyasını  bilavasitə  öz  üzərinə 
götürməsi  Azərbaycanı  belə  bir  qorxulu  gələcəkdən  hifz  etdi. 
Müstəqil  dövlətimiz  digər bir sıra  postsovet  ölkələrindən  fərqli 
olaraq,  yenidən  hansısa  fövqəl  güclərin  vassalına  çevrilmək 
təhlükəsindən  xilas  oldu.  Bütün  bunlar  Heydər  Əliyevin  müs­
təqil  Azərbaycan  dövlətinin  memarı  və  qurucusu  olması  fak­
tının  real  həyatda təsdiqidir.
Ulu  öndər  Heydər  Əliyev  hər  dövrü,  hər  mərhələsi 
məktəb  sayılan  qeyri-adi  ömür yaşamış,  yalnız  mənsub  olduğu 
Azərbaycan  xalqının  deyil, ümumən dünya xalqlarının  təsəvvü­
ründə  özünün  mükəmməl  obrazının,  aydın  cizgiləri  ilə  seçilən 
möhtəşəm  portretini  yaratmışdır.  Onun  istər  dövlət  təhlükəsiz­
lik  orqanlarında,  istərsə də  bilavasitə Azərabycan  rəhbərliyində 
çalışarkən  gördüyü  işlər,  atdığı  addımların  miqyas  və  mahiy­
yəti  ulu öndərin  ideya-siyasi  irsinin tədqiqi  üçün  geniş material 
verir.
Görünür,  bu  da  dahiliyin  bir  formuludur:  bir  anlıq  tə­
səvvür edək,  dünyanın  bir çox  nüfuzlu  elm  mərkəzlərinin  fəxri 
doktoru,  professoru  seçilsə də. Heydər Əliyev elmi  -  nəzəri  ya­
radıcılıq  işi  ilə  məqsədyönlü  surətdə  məşğul  olmamışdır.  O, 
bütün  çətin  situasiyalarda  yeganə  düzgün  qərarları  intiutiv 
şəkildə,  dahiyanə  bir  fəhm  əsasında  qəbul  etmişdir.  Lakin  bu 
fəhm özü  böyük dünyagörüşün  və  yüksək elmi  -  nəzəri  hazırlıq 
səviyyəsinin  məhsulu  idi.  Onun  qısa  zaman  ərzində  olduqca 
məsul  qərarları  hansı  mülahizələr  və  hesablamalar  əsasında 
verdiyini  müəyyənləşdirmək  bizim  üçün  çox  çətindir.  Dahilərə 
məxsus düşüncə  tərzini  anlamaq  adi  adamlann  işi  deyil.  Amma 
bir şey  şübhəsizdir ki,  Heydər Əliyev  öz quruculuq  fəaliyyətini 
kortəbii  surətdə  həyata  keçirmirdi;  yüz  ölçüb,  bir  biçirdi.  Bizə 
məlum  olan  isə  son  nəticə,  onun  verdiyi  yeganə  düzgün
-  
142
  -
qərarlar  və  bu  qərarların  sayəsində  əldə  olunan  əməli  uğurlar 
idi.
Əsas  missiyası  əməli  işə,  quruculuq  fəaliyyətinə  söy­
kəndiyindən  ulu  öndər  özü  hər  hansı  elmi-nəzəri  əsərin  müəl­
lifi  deyil.  Bununla  belə,  onun  ayn-ayn  nitqlərində,  müsahibə­
lərində,  görüşlərində,  müraciətlərində  irəli  sürdüyü  fikirlər,  im­
zaladığı  fərman  və  sərəncamlar  ən  müxtəlif  sahələrdə  -  dövlət 
quruculuğu, hüquqi-demokratik  islahatlar, sosial-iqtisadi  sfera, 
elm,  təhsil,  mədəniyyət  və  s.  gələcək  inkişaf  proseslərinin 
nəzəri  -   fundamebntal  əsaslarını  formalaşdıran  bütöv  elmi 
mərkəzlər  üçün  aydın  metodolji  istiqamət  və  göstərişlərdir. 
Heydər  Əliyevin  bu  göstərişlərinə,  irəli  sürdüyü  ideyalara  is­
tinadən  müstəqil  Azərbaycan  dövlətçiliyinin  ideya-siyasi  əsas­
lan  hazırlanır.  Azərbaycanın  mükəmməl  fəaliyyət  strategi­
yasını  formalaşdırmış  bu  tezislərə  gələcəkdə  də  çox  tez-tez 
istinad  ediləcəkdir.  Çünki  cəmiyyət  həyatının  elə  bir  sahəsi 
yoxdur  ki,  Heydər  Əliyevin  irəli  sürdüyü  fikirlər  bu  sahə  ilə 
bağlı  həyata  keçirilməli  zəruri  planlar,  proqramlar  haqqında 
düzgün  istiqamət müəyyənləşdirməmiş olsun.
Azərbaycanın  milli  mənafelərinə  söykənən  bütün  bu 
istiqamətlər  ümumi  halda  ulu  öndərimizin  müəllifi  ;olduğu 
azərbaycançılıq  ideologiyasının  tərkib  hissələrini  təşkil  edir. 
Məhz  bu  ideologiya  əsasında  Azərbaycanın  sosial-iqtisadi, 
ictimai-mənəvi  həyatı  normallaşıb  sabitləşmişdir.  Dünya 
azərbaycanlılarının  tarixi  Vətəninin  milli  maraqlan  ətrafında 
müləşəkkiliyi  təmin  olunmuşdur.  Ulu  öndərimiz  Azərbaycan 
dövlətinin,  azərbaycanlı  anlayışının  tarixən  bu  arealda  məskun­
laşmış  bütün  etnoslara  məxsusluğu  fikrini  çoxrəngli  cəmiyyəti­
mizin  ortaq  qənaətinə  çevirmişdir.  Azərbaycanın  harada  yaşa­
masından  asılı  olmayaraq  özünü  azərbaycanlı  superetnosuna
-  
143
-


aid edən  hər  bir azərbaycanlının  doğma  dövləti  olduğunu  tarixi 
həqiqət  kimi  hər kəsə əxz etdirmişdir.
Heydər  Əliyev  Azərbaycan  elminin,  mədəniyyətinin 
yüksəlişini,  sənayeleşmədə,  kənd  təsərrüfatında  müasir  texno­
logiyalardan  istifadəni  cəmiyyət  həyatının  əhəmiyyətli  faktına 
çevirdi.  Böyük  əzmlə  həyata  keçirdiyi  sosial-iqtisadi  islahat­
larla sosializm  ictimai-iqtisadi  formasiyasının  süqutundan  son­
ra  Azərbaycan  qarşısında  dayanmış  kifayət  qədər  çətin  prob­
lemlərin  həllinə  nail  oldu.  Bu  islahatlar  sayəsində  bazar  iqtisa­
diyyatına  keçid  prosesi  uğurla  başa  çatdı.  Əsas  şərtlərin  azad 
bazar mexanizmi  tərəfindən  diktə olunduğu  yeni  iqtisadi  müna­
sibətlər şəraitində  vətəndaşların  mənafeləri  də diqqətdən  kənar­
da  qalmadı.  Respublikamızda  mükəmməl  sosial  müdafiə  siste­
mi  formalaşdınldı.  Özəl  sektorun  inkişafına,  ölkəmizə  sərmayə 
axınına  əlverişli  mühit  təmin  olundu.  Azərbaycan  yerli  və  xa­
rici  sərmayələrə  verilən  dövlət  təminatlan,  biznes  ideyalarının 
həyata  keçirilməsinə  geniş  imkan  yaradan  daxili  ictimai-siyasi 
sabitliklə bütün dünyada etibarlı  tərəfdaş imici qazandı.
Ulu  öndərimiz  demokratik  inkişafın  ilk  mərhələsində 
yad  həyat  tərzinə  xas  ziyanlı  təzahürlərin  aramsız  hücumlan 
qarşısında  sarsılan  milli-mənəvi  dəyərlərimizi  yenidən  ayağa 
qaldırdı.  Dəyərlərimizə  yeni  məzmun  verdi.  Milli  yaddaşımızın 
bu  ən  qiymətli  mirasın  ölkəmizin  demokratik  inkişaf prosesinə 
gətirməklə  Azərbaycan  demokratiyasına  özünəməxsusluq  qa­
zandırdı.  Bununla  da  hələ  XIX  əsrin  sonlarına  doğru  Azərbay­
canın  və  Umumillidə  türk  dünyasının  görkəmli  milli  məfkurə 
sahiblərinin  fikrini  məşğul  edən,  bütöv  ideoloji-siyasi  cərəyan­
ların  yaranmasına  gətirən  “demokratik  dünyadan  nələri  gö­
türməli”  sualı  Heydər  Əliyevin  əməli  fəaliyyətində  öz  doğru 
cavabım  tapdı.
-  
144
-
Heydər Əliyevin  dövlətçilk  prinsipləri  Azəırbaycan  mə­
dəniyyəti  qarşısında  da  geniş  üfüqlər  açdı.  Milli-mədəni  irsi­
miz,  tariximiz,  sənətimiz,  sənətimiz  bir  daha  geniş  surətdə 
tahlil  edildi.  Milli  mədəniyyətimiz  ideoloji  buxovlardan,  qada­
ğalardan  qurtuldu.  Ən  müxtəlif  mədəniyyətlər,  dini  baxışlar 
arasında  mədəni  tərəqqiyə  yol  açan  sivil  dialoq  təmin  olunduğu 
Azərbaycan  bütün dünya  üçün örnəyə çevrildi.
Beləliklə,  ulu  öndərimiz  memarı  olduğu  müstəqil  Azər­
baycan  dövlətini  XXI  əsrə  bütün  parametrlər  üzrə  möhkəm 
özül  üzərində, ölkənin  gələcək  inkişafını  təmin  edəcək  mükəm­
məl  dövlətçilik  konsepsiyası  ilə  birgə  gətirdi.  Bu  gün  Heydər 
Əliyev  yolunun  ən  layiqli  davamçısı,  Azərbaycan  Respublika­
sım  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən  həyata  keçirilən 
bu  konsepsiya  daha  böyük  uğurlarla  müşayiət  olunur.  Heydər 
Əliyevin  formlaşdırdığı  sarsılmaz  bünövrə  üzərində  müstəqil 
Azərbaycan  dövlətinin  qurulması  və  möhkəmləndirilməsi  pro­
sesi  yeni  mərhələyə  qədəm  qoymuşdur.  XXI  əsrdə  bu  dövlətin 
keçəcəyi  yol,  üzləşəcəyi  perspektivlər  isə  yenə  də  Heydər 
Əliyev  irsinə  nə  dərəcədə  sadiqliyimizdən  asılıdır.  Ulu  öndərə 
aid  ideya  və prinsiplərin  dövlət quruculuğu  prosesində  davamlı 
olaraq  tətbiqi  Heydər  Əliyevin  ideya-siyasi  irsinin  ətraflı  öy­
rənilməsini,  bu  irsin  hələ  açılmamış  səhifələrinin  üzə  çıxa- 
nlmasmı  zərurətə çevirir. 
J
Xalqımızın  ümummilli  lideri,  müstəqil  Azərbaycan 
dövlətinin  meman  və  qurucusu  Heydər  Əlirza  oğlu  Əliyevin 
zəngin  ideya-siyasi  irsinin  tədqiqi  sahəsində  görülən  işlər artıq 
bir  neçə  ildir  ki,  tarix,  fəlsəfə,  politologiya  və  digər  ictimai 
elmlərin  birləşmə  nöqtəsində  öz  metodologiyasını,  predmetini 
formalaşdırmaqdadır.
-  
145
-




Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə