Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə37/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   33   34   35   36   37   38   39   40   ...   106

rət,  təəccüb,  ehtiram  kimi  ən  müxtəlif  hisslərin  ifadəsi  olan 
fikirlər  hər  bir  azərbaycanlının  qəlbinin  qürurla,  fəxarəth 
vurmasına  səbəb  olur.  Bu  fikirlərlə  tanış  olanda  düşünür­
sən:  bir-birindən  mahiyyətcə,  ictimai  quruluş  və  siyasi  sis­
tem  baxımından  çox  fərqli  olan  iki  müxtəlif  (sosializm 
olsun  və  ya  kapitalizm)  idarəetmə  modelində  hakimiyyət 
sükanı  arxasında,  onların  hər  ikisində  yalnız  Azərbaycanın 
keçmişi,  bu  günü  və  gələcəyini  hər  an  düşündüyü  üçünmü 
ulu 
öndərimiz 
xalqımızı 
dünyaya 
tanıtdırmağa 
nail 
olmuşdur?  Özünün  fitri  istedadı,  parlaq  zəkası  və  qüdrətli 
məntiqi,  zəngin  bilik  və  təcrübəsi  sayəsində,  ən  müxtəlif 
siyasi  prosesləri,  iyirmi  (bəlkə  yüz)  gediş  əvvəl  (şahmat 
dilində  desək)  görmək  məharəti  sayəsində  Azərbaycanı 
daim  irəliyə  aparmışdır?
Kitabın  məzmunu  ilə  tanışlıqdan  sonra  belə  qənaəta 
gəlmək  olur  ki,  həm  bu,  həm  digər,  həm  də  hələ  alim  və 
tədqiqatçıların  aşkar  və  kəşf  edəcək,  öyrənəcək  saysız- 
hesabsız  potensial  dəyərlərin  sayəsində  Heydər  Əliyev 
irsinin  artıq  lokal  çərçivədən  çıxaraq  ümumdünya  və 
ümumbəşəri  siyasi-ictimai,  mədəni  sərvətlər  xəzinəsinə  qo­
vuşması  faktı  etiraf olunmuşdur.
Müasir  dünya  proseslərində  lider  dövlətlərdən  olan 
ABŞ-ın  prezidenti  Corc  Buş:  “Heydər  Əliyevin  şəksiz  li­
derliyinə,  cəsarətinə,  misilsiz  dünyagörüşünə  və  nadir  na­
tiqlik  istedadına  valehəm.  Heydər  Əliyev  kimi  liderlə  iş­
ləmək  şansı  əldə  etdiyimə  görə  çox  minnətdaram”.  Böyük 
Britaniyanın  baş  naziri  Toni  Bleyer:  "Heydər  Əliyev  kimi 
dövlət  xadimi  ilə  görüşüb  danışıqlar  aparmaq  böyük  şərəf­
dir.  Biz  inanırıq  ki,  Azərbaycan  müasir  dünyada  həlledici 
iqtisadi  və  siyasi  rol  oynayır.  Biz  Azərbaycan  prezidenti
-  
150
  -
Heydər  Əliyevi  özümüzün  strateji  müttəfiqimiz  hesab  edi­
rik”.  Yaxud:  "Heydər  Əliyev  ölkəsinin  maraqlarını  hər  şey­
dən  üstün  tutan  əsl  liderdir.  O,  ən  uzaqgörən  şəxsiyyətdir” 
(R.Armitac).  “H.Əliyev  açıq  və  qətiyyətli  mövqeyi  olan 
dövlət  xadim idir”  (M.Olbrayt).  “H.Əliyev  müstəqilliyi  qo­
ruyub  saxlamaq  uğrunda  əzmlə,  qətiyyətlə  mübarizə  apar­
mışdır”  (H.Kissincer).  “H.Əliyevi  Azərbaycan  xalqının  bö­
yük  oğlu,  beynəlxalq  miqyaslı  müdrik  siyasətçi,  ölkəmizin 
və  xalqımızın  böyük  dostu  kimi  tanıyırlar"  (İ.İvanov)  və  s.
“Dünyanı  heyran  qoyan  insan”  kitabının  doğurduğu 
daha  bir  təəssürat  barədə  söyləmək  istərdik.  “Heydər  Əli­
yev  bütövlükdə  Şərq  dünyasında  dövlətçiliyin  yeni  konsep­
tual 
formasını, 
tipologiyasım 
qurmuş, 
yaratmışdır”. 
(R.Mehdiyev).  Onun  öz  fəaliyət  və  təcrübəsində  siyasi  və 
mənəvi  məzmunlu  aspektləri  birləşdirə  bilməsi  dövlətçilik 
işində  nadir  rast  gəlinən  xüsusiyyətlərdəndir.  Azərbaycan 
Avropa  ailəsinin  tamhüquqlu  üzvü  kimi  Avropa  Şurasına 
qəbul  olunması  ümummilli  liderimizin  konkret  əməyinin 
nəticələrindən  idi.  Avropa  Şurasının  rəhbəri,  cənab  Rassel 
Conston  Heydər  Əliyevə  söz  verərkən  belə  demişdi:  “İndi 
siz  çox  böyük  təcrübəyə  malik  olan  dünya  siyasətçisinə 
qulaq  asacaqsınız”.  Siyasi  müdriklik  və  təmkin  mücəssə­
məsi  olan  dövlətimizin  başçısı  Parlament  Assambleyasında- 
kı  nitqində  ulu  Şərqin  sabit  məkanlarından  biri  kimi  Azər­
baycanın  da  ümumbəşəri  dəyərlər  sırasına  qiymətli  töhfə 
verməyə  qadir  olduğunu  xüsusi  vurğulamışdı:  “Avropa  Şu­
rasına  üzv  olmaq,  tarixi  yolların  qovşağında  yerləşən 
ölkəmizin  bu  təşkilat  üçün  mühüm  əhəmiyyətindən  xəbər 
verir.  Biz  ümumavropa  dəyərləri  xəzinəsinə  öz  töhfələ­
rimizi  gətirməyə  hazırıq.  Bu  töhfələr  avropalıların  Şərq
-  
151
  -


xalqlarım  daha  dərindən  anlamasına  kömək  edəcəkdir.  Mən 
bu  mötəbər təşkilatın  gələcək  inkişafında  öz  ölkəmin  xüsusi 
rolunu  görürəm”.
“Öncə  Azərbaycan,  öncə  millət,  öncə  Vətən”  məramı 
və  mənafeyindən  çıxış  edən  ulu  öndər  Azərbaycanın  dün­
yaya  yalnız  siyasi-iqtisadi  münasibətlər  baxımından  deyil, 
həm  də  ən  başlıcası,  ümumşərq  elmi-tarixi,  mənəvi-mədəni 
potensialın  daşıyıcısı  olan  ölkə  kimi,  planetar  birliyə  qovu­
şaraq,  siyasət  və  idarəetmə  sahəsində  yüksək  elitar-ümum- 
bəşəri  dünyagörüşü  sisteminin  yaradıcıları,  mənəvi-intel­
lektual  tendensiyaların  davamçı  və  aparıcılarından  olmaq 
əzmində  olduğunu  daim  xatırladırdı.  Avropa  Şurasındakı 
tarixi  nitqində  demişdi:  “Qanunun  və  hüquqların  aliliyi 
prinsipləri  ilə  yaşayan  Avropada  suveren  dövlətlərin  ərazi­
lərinin  işğalı,  etnik  təmizləmə  dinc  əhalinin  yurd-yuva­
sından  qovulması  kimi  hərəkətlər  humanitar  fəlakətlərə  sə­
bəb  olur.  Vahid  Avropada  ikili  standartlara  yol  verilmə­
məlidir”.
Kitabda  İnquşetiyanın  keçmiş  prezidenti  Ruslan 
Auşevin  sözləri  Heydər  Əliyevin  bu  keyfiyyətlərini  çox 
parlaq  şəkildə  nümayiş  etdirir:  “Heydər  Əliyev  sübut  etdi 
ki,  siyasət  əxlaqlı  və  alicənab  adamların  işidir.  Buna  görə 
də  Azərbaycan  yeni  əsrə  bu  siyasətlə  daxil  olur  və  bu 
siyasətin  gələcəyi  var”.
Heydər Əliyevin  Azərbaycanın,  Qafqazın,  bütün  türk 
dünyasının,  bəşəriyyətin  tarixində  əsl  vətəndaş,  böyük  şəx­
siyyət  və  qüdrətli  lider  (R.Mehdiyev)  olması  fikri  kitabın 
əvvəldən  axıra  bütün  səhifələrinin  məzmununu,  mahiyyə­
tini  təşkil  edir.  Rusiya  Xalqları  Assambleyasının  sədri  Ra­
mazan  Abdulatipovun  ürək  sözlərindən:  “Heydər  Əliyev
-  
152
  -
tarixi  şəxsiyyət,  Qafqazın  fəxridir.  Ən  əsası  budur  ki,  onun 
siyasi  istedadı  və  müdrikliyi  ancaq  Azərbaycana  deyil,  bü­
tün  Qafqaza  xeyir  gətirir,  onun  sərvətinə  çevrilmişdir.  Hey­
dər  Əliyev,  Siz  qafqazlıların  mərdliyini,  düşdüyü  vəziyyət, 
tutduğu  vəzifə  və  yaşından  asılı  olmayaraq,  həmişə  özünü 
asl  kişi  kimi  aparmaq  bacarığını  təcəssüm  etdirirsiniz.  Belə 
nəhəng  lider  yalnız  təkcə  Azərbaycana  deyil,  onun  hüdud­
larından  kənara  da çox  lazımdır!”
“H.Əliyev 
mürəkkəb 
həyalının 
hər 
dövründə
Azərbaycanı,  türklüyünü  unutmayan  böyük  şəxsiyyətdir”
(
İ .D o ğ r a m a ç ı
).  “Sovet  dönəmində  türkdilli  xalqlara  cüzi 
tarixi  rol  ayrılırdı.  O  dövrdə  də  Heydər  Əliyev  ən  məşhur 
rəhbərlərdən  biri  idi.  O,  sübut  etdi  ki,  indiki  və  gələcək 
dünyamızda  siyasi  məharət  hərbi  məharətdən  daha  səmərəli 
ola  bilər”.  (
O .S iile y m e n o v
.  “H.Əliyev  tarixi,  hətta  əfsanəvi 
bir  şəxsiyyətdir.  O,  müasir  dövrün  liderləri  arasında  böyük 
ehtiyac  duyulan  bir  şəxsiyyətdir.  Müasir  Avrasiyanın  yeni 
tarixinin  qurucularındanır” 
(Ç .A y tm a to v ) .
“Dünyanı  heyran  qoyan  insan”  kitabını  oxuduqca, 
siyasətdə  uzunömürlülüyə,  zəka  və  mənəviyyatda  əbədiya- 
şarlığa  nadir nümunə  olan  ümummilli  liderimiz  Heydər  Əli­
yevin  bu  heyranlığı  doğuran  keyfiyyətlərinin  intəhasız  ol­
duğuna  əmin  olursan.  Yadına  Həzrət  Əlinin  bu  sözləri  dü­
şür:  “Haqq  o  qədər parlaqdır  ki,  onu  korlar da  (görməyənlər 
də)  görür”.
Şərəfli  ömrünün  əlli  ilindən  çoxunu  Azərbaycanın 
varlığına  və  əbədiyyətinə  həsr  edən  əbədi  liderimiz  həm  də 
vətənimizin  siyasətinə  alternativ  olmadığını  və  bu  siyasəti 
bütün  çoxçalarlığı  ilə  gerçəkləşdirmək  əzmində  olan  bir
-  
153
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə