Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə38/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   34   35   36   37   38   39   40   41   ...   106

şəxsiyyətə  həvalə  etdi  və  dedi:  “XXI  əsr  Azərbaycan  ta­
rixində  ən  xoşbəxt əsrlərdən  biri  olacaqdır”.
Kitab  haqqında  düşüncələrimizi  buradakı  gözəl  fikir­
lərdən  biri  ilə  bitirmək  istərdik:  “Heydər Əliyev  ölkəni  ida­
rə  edir,  onun  ideyaları  zamanın  sınağından  çıxmışdır  və  bu 
gün  də  insanların  qəlbində  yaşayır.  Ölkədə  fəaliyyət  gös­
tərən  siyasi  və  iqtisadi  sistem  əsl  Vətəndaşın,  böyük 
Şəxsiyyətin,  qüdrətli  Liderin  əməyinin  bəhrəsidir”.
-  
154
  -
§ 3.  Heydər Əliyevin yaratdiği tarixin 
beş məqamı üzərində düşüncələr
Bir  neçə  il  əvvəl  böyük  ilki  düşüncə  və 
qəlblərimizi  məhvərindən  çıxardı,  vəziyyətlə  lıeç 
cür  barışm aq  istəmədik,  bu  qismətə  inanmaq 
istəmədik.  Yoxluq  zamanının  hər  döyüntüsü  bir- 
birini  əvəzlədikcə.  kədər  və  sızıltıdan  tutqunla­
şan  düşüncəm iz  də,  gözlərim iz  də  aydınlaşdı. 
"Suyun  qədri  olm ayanda  bilinər"  deyim inin  b ü ­
tün  m üdrikliyi  aşkarlaşınağa  başladı.  Q ədir-qiy­
mət,  m eyar anlayışlarının  daha  dərin  qatları  o l­
duğu  üzə çıxdı.
Ümummilli  liderimizin  sağlığında da, bu  son  bir ildə də, 
ona  ümumxalq  məhəbbətinin  izharından,  milyonların  şükür  və 
minnətdarlıq  hisslərindən  doğan  sözlər,  həm  Azərbaycanda, 
həm  də  bütün  dünyada onun  siyasi  nüfuz  və çəkisi  barədə elmi, 
publisist  təhlillər  kitablara  köçərək  tarixə  düşmüşdür.  Bunlar 
müqəddəs  və  hörmətə  layiq duyğu  və hisslərin  ifadəsidir.  Qəlb­
lərin  səmimiyyəti,  xalq  sevgisinin  ülviyyətindən  ərsəyə  gələn 
əsərləri  ciddi  təhlil  obyekti  etmək  nəinki  çətindir,  həm  də 
qeyri-məqbuldur.  Çünki  burada,  deyildiyi  kimi,  saf,  təmiz,  sə­
mimi  duyğu  və əqidə öz əksini  tapmışdır.
Lakin  bu  da  bir  həqiqətdir  ki,  siyasi  düha  və  lider  ba­
rədə  ictimai  şüur səviyyəsində  mövcud  olan  təsəvvürlər dəyərli 
olduğu  qədər də,  bitkin  nəzəri  ümumiləşdirməyi,  yəni  elmi  id-
-  
155
  -


rak  müstəvisində konseptual sistem  kimi  formalaşmağı  zərurətə 
çevirir.  Belə  yanaşdıqda.  Heydər  Əliyev  dühasının  mahiyyəti 
və  özəlliyini  bütün  dolğunluğu  ilə  çatdırmaq  baxımından 
görülən  işlər  hələlik  siyasət  və dövlətçilik  adlı  fövqəlmürəkkəb 
sahənin  bir  baxışla,  birnəfəsə  görülə  bilən  cəhətləridir,  desək 
yanılmarıq.  Ulu  öndərimizin  həyatı,  tarixdəki  bütün  fövqəladə 
şəxsiyyətlər  ilə  olduğu  kimi,  hələ  uzun  müddət  ictimai  elmin 
diqqət  mərkəzində  olacaq  və  olmalıdır  deyən  həmkarlanmızla 
biz də razıyıq.
Fikrimizcə,  Heydər  Əliyevin  əzəmət  və  missiyası  XX 
əsrin  son  onilliklərində  həm  Azərbaycanda  baş  verən  nəhəng 
siyasi  tufan  və qütb dəyişmələrin,  həm  də qlobal  miqyasda tüğ­
yan  edən  siyasi-sosial  dinamikanın  fonunda  təhlil  edilməlidir. 
Tarixi  və  siyasi  proses,  sosial  dəyişikliklər  ümumdünya  inki­
şafının  məntiqinə uyğun qanunlarla çulğaşmış şəkildə gedir.  Bu 
prosesdə  həm  bütün  dünyanın  inkişaf  meyillərinə  qoşula  bil­
mək,  həm  də  Azərbaycanın  müstəqilliyinin  sabit  inkişafı  və 
mövcudluğu  üçün  lazım  olan  bütün  amilləri  təmin  edə  bilmək 
necə  mümkün  ola  bilmişdir?  Çünki  söhbət  qlobal  transfor­
masiyaların  uzun  əsrlər davam  edən  sosial-siyasi  dinamikanın, 
yeni  növbəti  mərhələsinə  qədəm  qoyulması  kimi  tarixdə  nadir 
rast  gəlinən  dövründən  gedir.  Dünyada  mövcud  olan  siyasi 
qütbdəyişmələrin,  müstəqil-milli  dövlətlərin  yaranması  ilə  mü­
şayiət  olunması,  daha  doğrusu,  üst-üstə  düşməsi,  hətta  dünya­
nın  “düz  vaxtı"  siyasət  adlı  sahədə  keçid,  islahat  və  dəyişiklik­
lərin  ləng və ağnlı  keçməsini  şərtləndirir.
Yalnız  siyasi  qütbdəyişmələrin  deyil,  əsrlərin  də  bir- 
birini  əvəzləməyə  doğru  getdiyi  belə  zamanda  milli  və  bəşəri 
miqyasda  ardıcıl  gerçəkləşdirilən  siyasi  uğurun  fəlsəfəsi  hələlik 
çözülməmişdir.
-
156
-
Siyasi  uğur çoxölçülü  anlayışdır.  Lokal-milli  müstəvidə 
bir  cür,  qlobal-bəşəri  müstəvidə  başqa  cür  nəzərdən  keçirilə 
bilər.
Bu  fövqəlmürəkkəb  müstəvilərin  optimal  uyğunlaşdınl- 
ması  hər  bir  siyasətçiyə  müyəssər  olurmu?  Siyasi  zaman  və 
məkan,  siyasi  reallığın  hədsiz  dinamizm  və  dəyişkənliyi  şə­
raitində  uzun  illər ahəngdar,  sabit  və  uğurlu  xətli  təmin  etmək 
hansı  miqyaslı  siyasətdən  xəbər  verir?  Fikrimizcə,  dünya  el­
mində  bu  sualların  nəinki  cavablan  mövcuddur,  hətta  bu 
suallar  hələlik  sistemli  şəkildə,  problem  kimi  qoyulmamışdır. 
Və Heydər Əliyev  fenomeninin  bütün  tərəfləri  elmi,  fəlsəfi  təh­
lilə  cəlb  olunduqca  həm  suallar,  həm  onlara  verilən  cavablar 
tədricən  dünya  ictimai  elmini  həm  nəzəri,  həm  də  praktiki 
baxımdan zənginləşməsini  şənləndirəcəkdir.
Ulu  öndərimizin  yaratdığı  tarixlə,  siyasi  dəst-xəttin 
indisi-nəticələri  ilə  bahəm,  gələcək  zəfərlərin  perspektivlərini 
müəyyənləşdirməsi  baxımından  hansı  möhtəşəmliyə  malik  ol­
duğunu dərk etməyimiz də çox  önəmlidir.
Heydər  Əliyev  fenomeninin  sim  nədədir?  Bu  fitrətdir, 
siyasətdir,  yoxsa missiyadır?
Müasir  siyasət  elmi  bunlann  vəhdətini  əsas  hesab  edir. 
Siyasət,  hakimiyyət  ümummilli  liderimiz  üçün,  Tannnın  ona 
bəxş  etdiyi  fitrəti  (ilahi  təbiəti),  müstəqil  və  qüdrətli  Azər­
baycanın  əbədiliyi  naminə  hər  an,  hər  gün  gerçəkləşdirməyi 
mümkün  edən  sahə,  vasitə  idi.  Müstəqil,  qüdrətli  Azərbaycan -  
onun  bütün  həyatının  mənası, məqsədi, bəhrəsi-nəticəsi  oldu.
1.  İD E A L-A M A L
Belə  bir  fikir  mövcuddur  ki,  siyasi  sarsıntılar  dövründə 
bütün  qatlarda  və  səviyyələrdə  köhnənin  dağılması,  çökməsi
-  
157
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə