Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə39/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   35   36   37   38   39   40   41   42   ...   106

prosesi  gedir.  Doğrudan  da, elə bir sahə  və təsisat görə bilmərik 
ki,  total  transformasiyalar dövründə dağılmamış olsun.
Böyük  öndərimiz  Heydər  Əliyev  üçün  dəyişməyən, 
əbədi  olan,  xaos  və  dezinteqrasiya  çağında da  onun  bütün  zəka 
düha  və  təcrübəsini  həmişə  məşğul  edən  iDEAL-AMAL  var 
idi.  Bu  müstəqil,  qüdrətli  Azərbaycan  və  xalqın  firavaniığı 
idealı  idi.  Bu  azad  vətən,  möhtəşəm  dövlətçilik amalı  idi.  Azər­
baycan  üçün  düşünən  zəkanın  və  Azərbaycan  üçün  döyünən 
ürəyin,  onu  ən  çətin sınaqlardan çıxarmaq  əzmini  hər an  artıran 
amal  idi.
Hələ  hakimiyyətdə  olduğu  sovetlər  dövründə  ideoloji 
diktə  və  yasaqların  hökmü,  millilik  sözünün  lüğətlərdən  uzaq 
düşdüyü  çağlarda  Heydər  Əliyevin  bütün  düşüncəsi  bu  sabit 
əqidə  və  məsləkə  yol  tapmışdı.  Qüdrətli,  müstəqil  Azərbaycan 
təməli  artıq  idealda  qoyulmuşdu.  Azad  Vətən  təəssübkeşliyi 
ugrunda  haqq  savaşına  hazır  olduğunu  o  zaman  çoxları  bil­
məsə də, onun  özü  bunu  bilirdi; qəlbində azad vətən  nidası  əks- 
səda  verirdi.  Buna  görə  də  bu  idealı  ifadə edən  hər  şeyin,  onun 
daşıyıcı  olan  hər  kəsin  qayğısını  çəkdiyi,  himayə  etdiyi 
sonralar  hamıya  bəlli  oldu.  Azərbaycan  dövlət  dilinin  tətbiqi, 
azad  vətən  ideyalarını  tərənnüm  edən  bütün  mədəniyyət,  elm, 
ədəbiyyat  xadimlərinin  yubileyləri, əsərlərin  nəşri  bu  dövrdə də 
onun  fəaliyyətinin  başlıca sahəsini  təşkil  edirdi.
Bu  qayğı  və  quruculuq,  yalnız  mədəni-mənəvi  sahədə 
deyil,  dövlətçilik  və  təşkilatçılığın  maddi,  iqtisadi  sahələrində 
də  miqyaslı  nailiyyətləri  ilə həmahəng aparılırdı.
Dünyada  baş  verən  dəyişikliklər,  tarixin  gedişatı, 
Heydər Əliyevin  bütün  həyatı  boyu dövlətçiliyə dair ideyaların, 
onun  fəaliyyətinin  mahiyyət,  məzmun  və  məqsədini  əsas 
qayəsini  təşkil etdiyini  göstərdi.
-  
158
-
2.  ƏMƏL
Azərbaycan  dövlətçilik  tarixində  siyasi  həyat  həmişə 
daxili  və  xarici  təzyiq,  işğal,  müdaxilə  faktoru  altında  forma­
laşmış, onun  təsirini  üzərində hiss etmişdir.
Bu  taleyi  biz  seçməmişik.  Lakin  bu  siyasi  tale  ənənəvi 
olaraq  həmişə,  tarix  boyu  dövlətçiliyimiz qarşısında ciddi-siya­
si,  iqtisadi,  ictimai  və  s.  maneələr  yaratmış,  onu  olmazın  fəla­
kətlərə  sürükləmiş,  haqsız  qurbanlar  verməyə  düçar  elmişdir. 
Tarixin  müxtəlif  dönəmlərində  bu  reallıq  hər  dəfə,  dövlət­
çiliyimizi  çətinliklə  əldə  olunmuş  kövrək  mövqe  və  dayaqların 
möhkəmlənməsinə  macal  verməmiş,  onlardan  məhrum  olmağı 
şərtləndirmişdir.
XX  əsrin  sonlarına  doğru  Azərbaycan  tarixdə  dəfələrlə 
olduğu  kimi  yenə  də  təsəvvürəgəlməz  böhran  və  sarsıntılarla 
üz-üzə  qaldı.  Sovet  sistemi  çökəndə  yenidənqurma  “liderlə­
rinin”  təsəvvürlərinə  uyğun  gəlmədiyi  üçün  Heydər  Əliyev  tə­
qib  və  təzyiqlərə məruz qaldı.  Onun sadiq qaldığı  həqiqət  məhz 
bu  dövrdə  hamının  gözü  önündə  daha  da  cilalandı,  büllurlaşdı. 
Azərbaycan  idealından  güc  alan  siyasi  iradə  mücəssəməsi, 
gələcəklə  yaşamaq  nümunəsi  olan  Heydər  Əliyev  gerçəkliyi, 
başqa-Azərbaycanı  yenə  də  dizi  üstə  çökməyə  məcbur  edən, 
buna hər vəchlə çalışan  əhatə  və gerçəkliklə üz-üzə gəldi.
Azərbaycan  dövlətçiliyinin  həmişə  əleyhinə  olan  qüv­
vələr,  xalqa  qarşı  ən  ağır  fəlakətlərin  planını  qurmaqda  idi.  Bu 
məkrli  siyasətin  məqsədlərini  görən  ulu  öndər,  üzərinə  qoyul­
muş  hər  cür  qadağa  və  məhdudiyyətlərə  baxmayaraq  susmadı. 
1990-cı  il,  20  yanvar  faciəsi  ilə  əlaqədar  siyasi  bəyanat  verdi. 
Xalqı  qanına  qəltan  edənlərin  cəzalandın İması  tələbi  ilə  çıxış 
edərək öz amalına sadiq olduğunu bir daha sübut etdi.
-  
159
-


Özünün  son  günlərini  yaşayan  sovet  rejiminin  Azərbay­
cana  qarşı  təcavüzünün  davam  etdiyi  bir  şəraitdə,  Heydər 
Əliyevi  vətəndən  uzaqlaşdırmağa çalışanların  sayı  nə qədər çox 
olsa  da,  onu  vətəndə,  vətənlə bir görmək  istəyənlərin  sayı  bun­
dan  qat-qat  çox  oldu.  Tarixin  hökmü  və  xalqın  istəyi  ilə  siya­
sətə,  Azərbaycana  qayıdan  ümummilli  liderə  bu  hərc-mərclik 
burulğanında  sadiq  qalanlar  da  oldu,  olmayanlar  da.  Lakin  bir 
şey  qəti  aydın  idi:  Özünün  dəyişməz,  sadiq  qaldığı  müstəqil 
vətən  idealı  və  bir də  mənafeyini  hər şeydən  uca  tutduğu  Azər­
baycan  xalqı  həmişəki  kimi  yenə  də  onunla  idi.  “Xalq  müd­
rikliyi” adlandırılan  fenomen  boş ibarə deyil,  həm də ciddi  elmi 
mənaya  malik  böyük  amildir.  Ən  müasir demokratik quruluşlar 
da,  ən  qədim  dövlətlərin  gücü  də  xalqın,  ictimaiyyətin  etibarı­
na, səsinə və dəstəyinə dayaqlanıb.
Azərbaycana  onun  ən  çətin  məqamında,  dar  günündə 
dönən  Heydər  Əliyev,  onun  dövlətçiliyinin  gələcəyini  qarsala- 
mağa cəhd  edərək  ölkəni  od-alova qərq  edənlərlə,  milli  ləyaqə­
tin  ucalığı  uğrunda,  bu  ləyaqətə  xəyanət  edənlərlə  haqq  sava­
şına qalxdı.
Bu  illərdə  o,  müdrik  dühaların  yaşadığı,  yalnız  Böyük­
lərə  və  Seçilmişlərə  nəsib olan  həyatın  hər üzünü  yaşadı.  Lakin 
Azərbaycanın  istiqlaliyyəti  və  qüdrəti  amalının  gerçəkləşməsi 
üçün  əməli  bir an  belə səngimədi.
Bu  kəşməkəşli  illərdə,  azad  vətən  duyğulu  bütün  beyin­
lər,  qəlblər  və  əllər bir  ünvanda  -  Heydər  Əliyev  şəxsiyyətində 
cəmləndi.
3.  TƏMƏL
Tarixin  hökmü, zamanın  tələbi,  xalqın dəstək  və çağırışı 
ilə  Heydər Əliyev  1993-cü  ilin  oktyabrında  Azərbaycana  yeni­
-  
160
  -
dən  başçılıq  etdi.  İstiqlaliyyət  arzusunun,  nəhayət,  gerçəkləş­
diyini. Azərbaycanın  heç zaman  yenidən əsarət altına düşməyə- 
coyini  qətiyyətlə  bəyan  etdi:  “Müstəqilliyimiz  daimidir,  əbədi­
dir, dönməzdir!"
Yeni,  müstəqil  Azərbaycanın  bünövrəsinin  qoyulması 
kimi  çox  mürəkkəb,  şərəfli  missiya,  bu  vətəni  xilaskarlıq  mis­
siyasının  davamı  idi  və bunlar üzvi  vəhdət  təşkil  edirdi.  “Özgə­
nin  əsarətindən  çıxıb,  öz  əsarətimizə  düşmək  kimi  ssenarini 
hazırlayan  xarici  və  daxili  qüvvələrə  qarşı,  ulu  öndərimiz  hər 
günü  əsrə  bərabər  olan  gərgin  ictimai-siyasi  dövrdə  Azər­
baycan  dövlətçiliyinin  müstəqillik  salnaməsini  tarixə qızıl  hərf­
lərlə yazmaqda  davam  edirdi.  Müstəqilliyi  qoruyub saxlamağın 
daha  çətin  vəzifə  olduğunu  hər  an  vurğulamaqla,  bütün  qüv­
vələri  bu  istiqamətdə səfərbər edirdi.
Bu  illər  ərzində,  yalnız  ona  xas  olan  keyfiyyətlərlə,  öz 
siyasi  zəkası  və  milli-müstəqillik  idealından  güc  alan  fəaliyyəti 
sayəsində  Azərbaycan  vətəndaş  müharibəsi  girdabına  qərq 
olmaq  təhlükəsindən,  iqtisadi-sosial  hərc-mərclikdən  xilas  ola 
bildi.
“Milli  dövlətçilik”  anlayışının özündə ifadə etdiyi  bütün 
nəhəng  quruculuğa  aid  olan  fəaliyyət  bütün  sahələrdə,  milli 
özünütəsdiq,  özünüdərk  və  yüksəliş  kimi  məsələlərlə  birlikdə 
həyata  keçirildi.  Burada  “hansı  model  üzrə  qurmalı?"  sualı 
əhəmiyyət  kəsb  etmirdi.  Tarixdə  nadir  hallarda  baş  verən  bu 
proseslərin  doğurduğu  bütün  suallara  Heydər  Əliyevin  öz 
cavabı  var idi.
“Müstəqil  dövlətin  sarsılmaz  təməlini  möhkəmlədən, 
onun  azadlıq  statusunu  və  milli  maraqlarını  əks  etdirən  və 
təmin  edən  siyasi  dövlətçilik  xətti  nəzəri-elmi  əsaslara,  beynəl­
xalq norma və prinsiplərə uyğun  həyata keçirilməlidir".
-  
161
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə