Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə40/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   36   37   38   39   40   41   42   43   ...   106

Yeni,  müstəqil  Azərbaycanın  təməlinin  qoyulması  pro­
sesi  həm  daxili,  həm  də  xarici  siyasətdə  bütün  fəaliyyətin 
məğzini  təşkil  edirdi.  Bu  illərdə  Azərbaycanın  ictimai-siyasi, 
iqtisadi  və  mədəni  həyatının  bütün  sahələrində  gedən  dirçəliş 
və quruculuq  işlərinin  miqyas və dəyəri  heyrət doğururdu.
Ölkə  daxilində,  ümummilli  lider,  nadir  dövlət  xadimi 
kimi,  tarixdə  dəfələrlə  bir  çox  siyasətçinin  edə  bilmədiyi  hü­
nərlərə  qadir  olmuş,  misilsiz  fədakarlıqlar  göstərərək  ən  çətin 
məqamlarda  Azərbaycam  bəlalardan  xilas  edə  bilmişdir. 
Müasir  Azərbaycanda  dövlət  quruculuğunun,  iqtisadi  dirçə­
lişin,  siyasi  həyatın,  mədəni  və  elmi  yüksəlişin,  Milli  Ordu 
quruculuğunun  böyük  və  çətin  bir  dövrünü  əhatə  edən  zaman 
kəsiyi  -   Heydər Əliyevin  adı,  əməli  fəaliyyəti,  gerçəkləşdirdiyi 
konkret  işlərlə  bağlıdır.  Milli  dövlətçiliyin  bünövrəsini  möh­
kəmləndirərək,  Azərbaycanın  bu  günü  və  gələcəyi  üçün  sar­
sılmaz  zəmin  yaratmış  ulu öndərin  fəaliyyətində siyasi  dühanın 
nəzəri  və  praktiki  tərəflərinin  vəhdəti  hələ  ictimai  elmin  ciddi 
təhlil  obyekti  kimi çox  araşdırılacaqdır.
Bu  dövrdə  görülən  işlər  milli  özünüdərk  və  mənlik 
şüurunu,  dərin  qatlara  nüfuz  etmiş  ideoloji  sistemin  keçmiş 
təsir  və  buxovlanndan  azad etmək,  tarixi  yaddaş  duyğusunu  və 
inamını  xalqa  qaytarmaq,  milli  dövlətçilik  ideyasının  potensial 
qüvvəyə  çevirməyi  təmin  edən  hərtərəfli  inkişaf  strategiyası 
düşünülmüş  şəkildə  gerçəkləşdirilirdi.  Dövlətin  istiqlaliyyə­
tinin  iqtisadi  sistemli  yüksəlişindən  bilavasitə  asılı  olduğu  hər 
an  vurğulanırdı.  İqtisadi  sahədə  dərin  islahatlar  miqyası 
baxımından,  xalqın  rifah  və  firavanlığınm  keyfiyyətcə  yeni 
mərhələyə  keçməsinə görə  Azərbaycanın  təməlinin  quruculuğu 
salnaməsində,  gerçəkdən  ən  parlaq  səhifələri  təşkil  edir.  Bu 
gün  dünya  iqtisadiyyatına  uğurla  davam  edən  inteqrasiya
-  
162
  -
prosesi.  Heydər  Əliyev  tərəfindən  təməli  qoyulan  həmin 
potensiala dayaqlanır.
Azərbaycan  dövlətinin  xarici  siyasəti,  dünyanın  aparıcı 
dövlətləri  və  beynəlxalq  təşkilatlan  ilə  əlaqələr milli  maraqlara 
və  uzaqgörən  siyasi  perspektivlərə  əsaslanan  xətti  inkişaf  et­
dirməyə başlamışdır.  Beynəlxalq  əhəmiyyətli  müqavilələrə  im­
za atılmış, onlann  həyata keçirilməsinə başlanılmışdır.
Müstəqil,  qüdrətli  Azərbaycanın  təməlinin  möhkəmlən­
dirilərək,  onun  möhtəşəm,  əsrlərin  sınağına  tab  gətirəcək  əbədi 
binasının  inşa  olunması  Heydər  Əliyevin  adı  ilə  bağlıdır.  Yal­
nız  XX  əsrin  sonlannda  həqiqətə  çevrilə  bilən  bu  gerçəklik, 
qeyd  olunduğu  kimi,  ulu  öndərimizin  həyat  idealını,  bütün 
fəaliyyətinin  məna  və  idealını  təşkil  etmişdir.  Elə  bu  səbəbə 
görədir  ki,  dövlətçiliyin  əsaslarını  müəyyən  edən  amillər  sıra­
sında yalnız iqtisadi,  siyasi  deyil,  mənəvi-milli  kök  və amillərin 
də həlledici  rol  və dəyərini  həmişə önə çəkmişdir.
Dövlətçilikdə  müstəqilliyin,  millilkdən,  milli  düşüncə 
və  məfkurədən  ayrılıqda  təsəvvür  edilmədiyinə  həm  fəaliyyə­
tində,  həm  də  dövlətin  qərar  və  sərəncamlarında  daim  diqqətə 
çəkmişdir.
Milli-mənəvi  dəyərlərimizin,  dilimizin,  dinimizin  səda­
qətli  daşıyıcısı,  yorulmaz  təbliğatçısı,  hamisi  və  islam  dəyər­
lərinin  təəssübkeşi,  mədəniyyətimizin  və  elmimizin  dərin  bili­
cisi  olan  ümummilli  liderimizi,  əbədiyaşar  edən,  xalqın  əbədi 
sevgisini  ona  qazandıran  səbəblər  sırasında  mənəviyyat  amili 
ön  cərgədə  durur.  Siyasi  düha,  müdrik  zəka  və  dərin  mənə­
viyyat,  əxlaq  -   dünyanın  ən  seçilmiş  siyasətçiləri  içərisində  bu 
üç səviyyəni  bir simada,  əməl  və fəaliyyətdə birləşdirən  yeganə 
şəxsiyyət  Heydər  Əliyev  olmuşdur.  Azərbaycan  istiqlaliyyə­
tinin  təməli,  “xəmiri”  bu  meyar  və  keyfiyyətlərlə  yoğrulduğu
-  
163
-


üçün  qeyri-real,  mümkünsüz  olanlar,  real  və  mümkün  ola 
bilmişdir.  Azərbaycanda  dövlətçilik  və  siyasət  elmini,  dünya 
siyasət  elminin  tərkib  hissəsinə çevirməyə qadir olan,  bu elmin 
nəzəri  əsaslarını  yüksək  səviyyə  ilə  zənginləşdirən  Heydər 
Əliyev  dəst-xətti,  dövlətçilik  elmi  formalaşmışdır.  Bugünkü 
müstəqil  Azərbaycan  siyasətinin,  müstəqillik  dövrü  iqtisadiy­
yatının,  mədəniyyətinin,  rifah  və  firavanlığının  əsaslan  ilahi 
fitrətdən  gələn  qabiliyyət  və  peşəkar,  müdrik  qiymət  və  qə­
naətlə  yaradılmışdır.  Dünyanın  inkişaf  etmiş  bütün  dövlətləri 
ilə  qarşılıqlı  inam,  bərabərhüquqlu  tərəfdaş  və  faydalı  əmək­
daşlığa  əsaslanan,  Azərbaycanın  mənafeyinə  cavab  verən  mü­
nasibətlər qurulmuşdur.
4.  HEYKƏL
Ulu  öndərimiz  tarix  boyu  düşüncələri  məşğul  edən, 
Vətən  deyə  döyünən  qəlbləri  qubar  edən,  gerçəkliyinə  həmişə 
maneə  və sədlər qoyulan  müstəqil,  azad  Azərbaycan  ideyasının 
ürəklərə  “dağ”  çəkən  əlçatmaz  xəyal  kimi  mövcudluğuna  son 
qoydu.  Tanrının  ona  bəxş  etdiyi  missiyanı,  şükürlər  olsun  ki, 
yerinə  yetirdi,  Azərbaycan  ideyası  kimi  mövcud  olan, 
səpələnən  qayalardan,  siyasi  tufanların  püskürdüyü  tarixi  mə­
qamda  zirvəsi  əbədiyyətə  toxunan  Azərbaycan  adlı  möhtəşəm, 
ulu  DAĞ  silsiləsini  yaratdı.  Bu  əcdadlarımızın  və  min  illər 
boyu  Azərbaycan  adlı  ideya  daşıyıcılarının  narahat  ruhunu 
ovudan  Azərbaycan  boyda,  tarixə  və  zamana  görk  ola  biləcək 
qürur ünvanı,  inam və güvənc  məkanı -  Vətən  oldu.
Bir  il  əvvəl  onun  bu  Vətən  boyda,  Azərbaycan  boyda 
ruhu,  təcəssümü,  siması  və  əməlləri  gözümüz  önündən  qəlbi­
mizin  dərinliklərinə  köçdü.  Azərbaycan  kimi  möhtəşəm,  Azər­
baycanın  özü  və  sözü  qədər  əziz  və  ulu  öndərimiz  ürəklərdə
-  
164
-
nəqş 
olundu.  Amalı  -  idealımıza,  əməli  -  örnəyimizə,  varlığı  - 
ürəyimizin  dərinliyində  heykələ  çevrilən,  yaratdığı  müstəqil 
Azərbaycan-dünyaya  gələcəyimiz  və  dünyadan  gedəndə  qovu­
şacağımız  müqəddəs  Vətən  torpağı  -   onun  həyatından 
çox 
sevdiyi  Vətən  torpağı öz ağuşuna aldı.
Heydər  Əliyevin  siyasi  dövlətçilik  təcrübəsi  və  irsi, 
dünya  elminin  monumental  abidələri  sırasını  zənginləşdirdi. 
“Siyasi  düha”  və  “siyasi  karyera”  anlayışları  arasında  dərin 
mahiyyət  fərqləri  olduğunu  göstərdi.  Dövlətçilik  mənafeyinə, 
xalqın  gələcəyinə  ardıcıl  xidmət  etmək  xətti,  şəxsi  xarizma  və 
bütün  ali-ülvi  insani  keyfiyyətlərlə,  siyasətdə düzgün, şərəfli  və 
qeyrətli  üsulların  tətbiqinin  vəhdət  təşkil  edə  bildiyini  nümayiş 
etdirdi.
İdealının  ucalığı,  əməllərinin  əbədi yaşarı lığı  ilə  Heydər 
Əliyev  XX  əsrin  sonlarından  başlamış  dünya  durduqca  Azər­
baycan  dövlətçiliyinin  mücəssəməsi,  azərbaycanlılar  üçün  me­
yar  olacaq.  Azərbaycanın  gələcəyini  qurmaq  prosesində  tarixi 
zamanların  fasiləsizliyini  təmin  edən  inamımızın  tükənməz 
çeşməsi  kimi  çağlayacaq.  Onun  qəlbimizə  köçən,  nəqş  olunan 
heykəli,  daim  bizə  onu  andırır.  Onu  andıqca  nurlu  simasının 
xatirəsi  təbəssümümüzü,  taleyüklü  məsələlərdə  qətiyyətimizi 
cəsarətimizi,  əzmimizi  artırır.  Qəlblərdəki  heykəlləri  nə zaman, 
nə  tarix,  nə  də  siyasət  yerindən  oynatmağa  qadir  deyil. 
Bugünkü  Azərbaycanın  hər yerində,  bütün  guşələrində şəhər və 
rayonlarında  ulu  öndərin  xatirəsini  əbədiləşdirmək,  hər  şeydən 
əvvəl,  Müstəqil  Azərbaycan  adlı  məmləkəti  yaradan  böyük 
şəxsiyyətin  fəaliyyəti  nəticəsində  mümkün  olmuşdur.  “Heydər 
Əliyev  və  Xalq”,  “Heydər  Əliyev  və  Azərbaycan"  sözlərinin 
məna  yükündə,  Vətən,  Xalq  və  əbədi  lider  nidası  bir  nöqtədə 
cəmləşir.  Onun  həyat  tarixi,  Azərbaycan  dövlətçiliyində  bütöv
-  
165
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə