Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə41/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   37   38   39   40   41   42   43   44   ...   106

bir  dövrün  -   şanlı  müstəqillik  dövrünün  tarixidir.  Onun  xati­
rəsi,  milli  dövlətçilik  yaddaşımızın  daha  da  möhkəmlənməsi, 
ona  ucaldılan  heykəllər,  Azərbaycanın  əbədiliyini  təmin  edən 
insana minnətdarlıq  və qədirbilənlik mücəssəməsidir.
5.  MƏŞƏL
Qazanılmış  istiqlaliyyət,  əldə  olunmuş  böyük  nailiy­
yətlər,  bütün  dünyada  tanınan  müstəqil  dövlət  statusunun  də- 
yərincə  qiymətləndirilməsi  baxımından  böyük  işlər  görülmək­
dədir.
Eyni  zamanda  dövlətçiliyin  bütün  sahələrində  bərqərar 
olunmuş  nizam  və  fəaliyyətin  elmi  səviyyədə  təhlili  üçün 
siyasət  və  idarəçilikdə  Heydər  Əliyev  dəst-xəttinin,  uğur 
fəlsəfəsinin,  tərzi  və  üslubunun  nəzəri  əsas  kimi,  gələcək 
zəfərlərin  perspektivini  təmin  etməsi  baxımından  dəyərini, 
potensialını  üzə çıxarmaq  və nəzəri  sistemləşdirməyin  nə qədər 
zəruri  olduğu  təsəvvürəgəlməzdir.
Ulu  öndərimizin  fəaliyyətində  əldə  olunmuş  nəticələr 
(siyasi  indi)  qazanılacaq  qələbələr  (siyasi  gələcək)  bütövlük 
təşkil  etmişdir.  Təsəvvürümüzə gətirəndə,  böyük  liderin  fəaliy­
yətində  qazanılmışlann  sanbalı,  qazanılacaqlann  üfüqlərini 
sonsuzluğa  qədər  genişləndirir.  Bu  siyasi  dəst-xətt  məşəl  olub 
həmin  üfüqlərə  işıq  saçır,  dövlətçiliyimizin  inkişaf  yollarını 
şölələndirir.  Bu  əminliyi  duyduğu  üçün  idi  ki,  xalqın  pərişan 
olduğu  vaxtda  çıxışlarının  birində  “Narahat  olmayın,  mən 
sizinləyəm”  söyləmişdi.  Nə  qədər  müdrikliyə,  vətən  sevgisi, 
Azərbaycan  məhəbbətinə  malik olmalısan  ki,  belə  məqamda da 
xalqın narahat olacağından rahatsız olasan.
“Azərbaycan  mənim  ürəyimdir”  -   deyirdi  Ulu  Öndər. 
Əbədi  prezidentimizin  ürəyi-Azərbaycan  bu  gün  yaşayır,  yeni
-  
166
  -
sabahlara boylanaraq döyünməkdə davam edir.
Dünya  siyasi  elmində  liderlik  institutunun  ən  mühüm 
göstəriciləri  sırasında,  qəbul  edilmiş  bir  başlıca  xüsusiyyət  də 
vardır:  Liderlik institutu, dövlətçilikdə  fasiləsizliyi  təmin etmək 
üçün  özünü  əvəz  edə  bilən  yeni  liderlər  nəsli  yetişdirməyə 
qabil  olmalıdır.  Əgər  bu  ənənə  varsa,  onda  həmin  ölkənin:  1) 
dayanıqlı  demokratik  inkişafın  təmin  edilməsinin;  2)  belə  bir 
dövlətin  tarixən  formalaşmış  yüksək  siyasi  mədəniyyət  səviy­
yəsinin göstəricisi  kimi çıxış edir.
“Qüdrətli,  müstəqil  Azərbaycan”ı  yaratmağa  qadır  olan 
siyasi  kursa  və  ona  sadiq  xalqın  istəyi  ilə  hakimiyyətə  gələn 
İlham  Əliyev  cəmiyyətimizdə  sabaha  tükənməyən  inam,  əmin­
lik  və güvənlik  ab-havası  gətirdi.  Əbədiyaşar dövlətçilik  məşəli 
etibarlı  əllərə keçdi.
XXI  əsr  bəşər  cəmiyyətinin  həyatında  sadəcə  təqvim 
göstəricisi  deyil.  Həm  bütün  dünya,  həm  də  Azərbaycan  üçün 
yeni  üfüqlər,  yeni  zirvələr  deməkdir.  Bu  gün  dünya  tarixi  -  
planet  ölkə  və  xalqlarının  hamısının  daxil  olduğu  ümumbəşəri 
axındır.  “Yeni  dünya  nizamı,  düzəni”  sözləri  çox  işlədilir. 
Lakin  biz  bilirik  və  bilməliyik  ki,  hələlik  bu  nizam  bərqərar 
olmayıb,  yoxdur.  Çünki  qlobal  bütövlük  və  nizamdan  danışı­
lırsa,  on  ildən  çoxdur  davam  edən  Qarabağ  münaqişəsi,  Azər­
baycanın  daxili,  lokal  problemi  olmaqdan  kənara çıxmış,  bütün 
dünya üçün  gərginlik və təhlükə yaratmaqdadır.
“İşğalçılıq  faktı  olan  yerdə,  terrorçuluq  faktı  da  möv­
cuddur”  fikrinin  dünyanın  diqqətinə çatdırılması, eyni  zamanda 
da  Azərbaycan  xalqının  bu  məsələdə  bütün  əzm  və  iradəsinin 
vurğulanması,  Prezident  İlham  Əliyevin  qətiyyətli,  sabit  möv­
qeyi  kimi,  həm də böyük siyasi  kursun  davamıdır.
Bu  siyasi  kurs  novatorluğun,  reformatorluğun  və  kon-
-  
167
-


servatorluğun  ahəngini  təmin  edərək,  “hansı  siyasi  modeli  seç­
məli?” sualının cavabı  kimi  dövlətçiliyin  ən  çətin  sınaqlarından 
çıxmağı  təmin  etdiyi  üçün,  gələcəkdə görüləcək işlərin  rəhni  və 
zəmini  kimi  yaşayır,  yaşayacaqdır.
Şəxsiyyəti,  ülviyyəti,  mənəviyyatı  -   sabaha  aparan 
yollarımızı  məşəl  kimi  nurlandıran,  bizə  ideal  qüvvə  və  iradə 
verən  ümummilli  liderimiz, Sizi  anırıq.  Böyükdən-kiçiyə  hamı­
mız  üçün  Azərbaycan  adlı  məmləkətin  qüdrətli  olması  naminə 
əbədi  səfərbərlik  ünvanı. Siz Varsınız.
İdealın  - amalın yaşayır.
Əməlin  - əməllərdə gerçəkləşir.
Təmələ - daha möhkəm hörgülər vurulur.
Heykəlin  - ürəklərə nəqş olunur.
Məşəl - etibarlı əllərdədir.
-  
168
-
§ 4.  Heydər Əliyev irsi, milli suverenlik 
prinsipi  və dünyaya inteqrasiya
"B izim   tutduğum uz  yo l  doğru  yoldur,  ə d a ­
lətli  yoldur.  Bizim   ən  böyük  vəzifəm iz  A zə rb a y ­
canın  d ö vlət  m ü stəq illiyin i  qorum aq,  saxlam aq, 
m öhkəm ləndirm ək,  onu  əbədi  etm əkdən  ibarətdir. 
H əyata  keçird iyim iz  d a xili  və  xa ric i  siyasət,  m ü s­
təq illiyim izin   təm inatıdır.  Kim  bu  yo ld a   bizə 
m ane  olarsa,  o  m aneələri  biz  aradan  götürm əyə 
q a d ir ik ".
Heydər Əliyev
Dünyada  baş  verən  qarşılıqlı  inteqrasiya  meyillərinə, 
"qloballaşma”  anlayışı  ilə  ifadə  edilən  proseslərə  dair  həm 
elmi  müstəvidə,  həm  kütləvi  informasiya  vasitələrində,  həm 
də  adi  şüur  səviyyəsində  gedən  müzakirə  və  mübahisələri 
səthi  izləyən  insanları  ən  çox  düşündürən  suallar  yığcam 
şəkildə  əsasən  bir  mövzu  ilə  bağlıdır:  qloballaşma  prose­
sində,  “milli  dövlət,  milli  suverenlik”  kimi  prinsiplər  nə  ki­
mi  məzmun  və  mahiyyət  dəyişiklikləri  kəsb  edir?  Bəşər 
həyatının  bütün  sahələrinə  nüfuz  edən  yeni  inkişaf  meyil- 
ləri  “milli  suverenlik”  prinsipinə  necə  təsir göstərir?
Bəhs  olunan  mövzuya  dair  elmi  ədəbiyyatda  “milli 
dövlətçilik  və  suverenlik"  anlayışlarını  asanlıqla  tarixin 
“arxivinə”  vermək,  milli  dövlət  fenomeninin  böhran  yaşa­
dığını  sübut  etmək  cəhdləri  da  az  qala  üstünlük  təşkil  edir.
-  
169
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə