Yeni mədəniyyət məkanına



Yüklə 40 Kb.

səhifə42/106
tarix17.11.2018
ölçüsü40 Kb.
1   ...   38   39   40   41   42   43   44   45   ...   106

Bu  çox  həssas  problemin  bir  yaxı  çərçivəsində  əhatəli  şərhi 
və  izahı  çox  çətin  olsa  da,  onun  əsas  müddəalarına  dair  öz 
münasibətimizi  bildirməklə  müəyyən  təsəvvür  yaradıla­
cağına  ümid  edirik.
Şübhə  yoxdur  ki,  qloballaşma  prosesləri  dövlətçilik, 
yəni  milli  dövlətçilik  məsələlərinə  ciddi  sirayət  edir  və  bu 
baxımdan,  prosesin  mahiyyəti  milli  dövlət  fenomeninə  və 
milli  suverenlik  prinsipinə  toxunulmadan  düzgün  anlaşıla 
bilməz.  Müstəqilliyinin  ikinci  onilliyinə  qədəm  qoyduğu­
muz,  milli  dövlətçiliyimizin  əsaslarının  yaradıldığı  bir 
dövrdə  milli  və  bəşəri,  lokal  və  qlobal  amillərə,  düzgün 
elmi  əsaslara  söykənən  münasibətin  formalaşdırılması  çox 
mühüm  məsələdir.  XX  əsrdə  ən  böyük  tarixi  nailiyyətimiz 
olan  milli  dövlətçiliyimiz  və  suverenliyimizin  qədrini,  də­
yərini  dərk  eldiyimiz  bir  dövrdə  “milli-dövlət”  anlayışının 
böhran  yaşaması,  “milli  suverenlik”  prinsipinin  “transfor­
masiyası”  kimi  məsələlərin  gündəmə  gəlməsi,  elmi  ədə­
biyyatda  da  tez-tez  səslənməsi  real  təhlükədənmi  xəbər  ve­
rir?  Bu  baxışlarda  həqiqət  vardırmı?  Hər  tərəfdə  milli  qu­
rumlara  laqeydliklə  müşayiət  olunan  qloballaşma,  modern­
ləşmə  kimi  səciyyələndirilən  proseslərin  getdiyi  bir  vaxtda, 
milli  suverenliyin  əvəzsiz,  qeyd-şərtsiz  dəyərə  malik  olması 
fikrinə  köklənən  xalqın  ictimai  şüurunda  bu  əks  mahiyyətli 
məqamlar ziddiyyət  və  şaşqınlıq  yarada  bilərmi?
Dünyanın  klassik  modelinin  dəyişdiyi  və  dünya  sis­
teminin  çoxtərəfli  transformasiyaya  uğradığı  şəraitdə  milli 
dövlətçilik  ideyası,  onun  gələcək  perspektivləri  yeni  baxış, 
yem  münasibət  tələb  edir.  Qlobalizmlə  regionalizm  arasın­
da  qarşıdurma  nəticə  etibarilə  milli  dövlətçilik  ideyasına  Öz 
təsirini  göstərəcəkmi,  demokratik  rejimləri,  milli  suve-
-  
170
-
rcnliyi  qorumaq  əzmində  olan  dövlətlərin  varlığı  təhlükəyə 
məruz  qalacaqmı?
Dünyanın  restrukturizasiyası  heç  bir  regiondan  yan 
keçmir,  ölkələri,  siyasi  təşkilatları,  ictimai  hərəkatları  əhatə 
edərək  proseslərə  öz  təsirini  göstərir.  Əslində,  bəşəriyyətin 
tarixi,  müxtəlif  mərhələlərdə  siyasi,  ideoloji,  iqtisadi,  hərbi 
maraqların  təsiri  və  təzyiqi  altında  sərhədlərin  pozulması 
müəyyən  dövlətlərin  məhv  olması,  yenilərinin  yaranması 
tarixidir.
Bəlkə  bugünkü  proseslərə  də  “hər  bir  yeni  -  çoxdan 
yaddan  çıxardığımız  köhnədir”  prinsipi  ilə  yanaşmalıyıq. 
Sivilizasiyanın  sürətli  inkişafı  ilə  insanın  gedən  proseslərə 
adaptasiya  imkanlart  arasındakı  ziddiyyət  bizdə  bu  şüb­
hələri  yaratmırmı?  Suallar çox  olsa  da,  bu  bir  həqiqətdir  ki, 
bu  gün  dünyada  gedən  qloballaşma  proseslərinin  bütün 
regionlarda  milli  dövlətlərə  göstərdiyi  əsas  təsirin  nəticələri 
məlumdur:  Oxşar  və  fərqli  cəhətlərə  baxmayaraq,  əsasən, 
milli  dövlətlər  öz  səlahiyyət  və  funksiyalarının  bir  qismini 
“yuxarı”  -   dövlətlərarası,  beynəlxalq  qurumlara,  digər  qis­
mini  “aşağı”,  ərazi  və  bələdiyyə  (munısipal)  orqanlara  ötü­
rür,  dövlətin  forma  və  prioritetləri  dəyişir,  demokratik 
meyillər  artır.  Bundan  əlavə,  iqtisadi-maliyyə,  informasiya- 
kommunikasiya  və  s.  tipli  beynəlxalq  qarşılıqlı  inteqrasiya 
sahələri  milli  suverenlik  çərçivəsində  baş  verən  hadisələrin 
ənənəvi  sərhədlərini  xeyli  genişləndirmişdir.  Qloballaşma 
milli  dövlət  suverenliyi  müstəvisində  prinsipial  olaraq  yeni 
bir  məqamı  üzə çıxarır:  Tarixi  olaraq  yalnız  dövlətin  müstə­
qil  qərar  qəbul  etdiyi  dövlətdaxili  məsələlərə  ümumdünya, 
transnasional  qurumların  fəal  nüfuzu,  iri  sərmayənin  qlobal 
məkanda  maneəsiz  axını,  hərbi-siyasi  sahədə  qərarların
-  
171
  -


beynəlxalq  hüquq  normalarına  əsaslanaraq  qəbul  edilməsi 
tələbi  və  s.  suverenliyin  ənənəvi  başa  düşülən  mənasını  və 
hüdudlarını  “daraldır".  Dünya  iqtisadiyyatı  və  siyasətinin 
yeni,  qeyri-dövlət  subyektləri  qismində  çıxış  edən  qurum­
ların  ortaya  çıxması  ilə  beynəlxalq  maliyyə  institutları  və 
transnasional  birliklərin  getdikcə  artan  təsiri,  dövlətlərarası 
sərhədlərdən  sərbəst  axan  informasiya  amilini  önə  çəkən 
kütləvi  informasiya  vasitələrinin  geniş  vüsətli  inkişafı,  milli 
dövlətçiliyin  fəaliyyət  spektrində  öz  əks-sədasını  verir, 
onun  çərçivəsinin  daha  aydın  müəyyonləşdirilməsini  şərt­
ləndirir.
Milli  dövlət  qərarların  qəbul  edilməsi  müstəvisində 
ortaya  çıxan  yeni  beynəlxalq  qarşılıqlı  fəaliyyət  subyekt­
lərini  nəzərə  alaraq,  öz  münasibətlərini  bir  neçə  səviyyəyə 
yönəltməli  və  qaydaya  salmalı  olur.  İlk  növbədə  də  bu 
“fövqəlmilli”,  dövlətlərarası  struktur  və  qurumları  ənənəvi 
hakimiyyət  iyerarxiyasına  ahəngdar  şəkildə  daxil  etməklə 
yeni,  özünəməxsus  idarəetmə  sisteminin  formalaşması  ilə 
müşayiət  olunur.
Baş  verən  proseslər  diqqətlə  izlənilərsə,  qloballaş­
manın  siyasi  nəticələri  sırasında  milli  dövlətin  suverenli­
yinin  nəinki  məhdudlaşdırılması,  əksinə  onun  əməli,  gerçək 
siyasi  subyekt,  həm  də  qlobal  tamlığın  təzahür  etdiyi  dün­
yada  siyasi  qərarların  qəbul  edilməsi  sahəsində  ən  mühüm, 
əvəzsiz  həlqə  kimi  mühüm  statusa  malik  olduğu  aydınlaşır. 
Ənənəvi  məlum  olan  hərbi-siyasi  funksiyalar,  siyasi,  iq­
tisadi  və  ictimai  fəaliyyətin  hüquqi  çərçivəsinin  müəyyən 
edilməsi,  qanunların  icrasını  diqqət  mərkəzində  saxlamaq 
və  s.  kimi  geniş  müstəviyə,  qlobal  cəmiyyət  və  dövlətin 
üzvü  olmaqdan  irəli  gələn  vəzifə,  öhdəlik,  məsuliyyət  və  tə­
-  
172
-
ləblər də  əlavə  olunur.  Qloballaşma,  milli  dövlətinin  fəaliy­
yətinin  tamamilə  fərqli,  yeni  bir  beynəlxalq  mühitdə  qurul­
masını 
hər an  diqqət  mərkəzinə çəkir.
Bütün  bunlar  milli  suverenlik  prinsipinin  “tənəzzü­
lü",  “aradan  çıxması”  kimi  baxışlara  təkan  verir.  Lakin  bir 
məsələ  var  ki,  burada  söhbət  suverenlik  prinsipinin  “köh­
nəlməsindən”  deyil,  dünya  miqyasında  baş  verən  köklü  də­
yişikliklərdən  gedir.  Yəni,  milli  suverenliyin  (tarix  boyu 
dəfələrlə  olduğu  kimi)  başqa  dövlətlər  tərəfindən  pozulma­
sı,  ona  qəsd  edilməsi  deyil,  milli  və  bəşəri,  qlobal  və  lokal 
tale  və  müstəvilərin  bir-birinə  hədsiz  yaxınlaşması  və  çul - 
ğaşması  nəticəsində  yerdəyişmə  baş  vermişdir:  əgər  əv­
vəllər  dövlətin  mənafeyi  birinci,  beynəlxalq  birliyin  tale  və 
mənafeyi  məsələsi  ikinci  (arxa  planda)  idisə,  hazırda  dün­
yanın  ümumi-qlobal  taleyi  və  mənafeyi  önə  çıxmışdır. 
Başqa  sözlə,  bu  iki  aspektin  bir-birindən  təcrid  edilmiş 
şəkildə  təhlili  qeyri-realdır.  Milli  dövlətçiliyin  maraq  və 
mənafeyi  yalnız  konkret  milli  dövlətlərin  deyil,  dünya  bir­
liyinin  qəbul  etdiyi  beynəlxalq  münasibət  və  hüquq  norma­
larının  nəzərə  alınması  ilə  gerçəkləşdirildiyi  üçün  yeni 
münasibətlərin  bütün  hallarda  -   qlobal  cəmiyyətin  bilava­
sitə  daxili  problemi  olduğu  məlum  olur.
Bu  baxımdan  qlobal  cəmiyyət  sistemində  dövlətlər- 
arası,  beynəlxalq  münasibətlərin  əhəmiyyəti,  aktuallığı  get­
dikcə  daha  çox  artır,  lakin  bunlar  dövlətlərarası  problem  ol­
maqdan  daha  çox,  qlobal  cəmiyyətin  ümumi  daxili  proble­
mi  kimi  də  qəbul  edilir.  Belə  problemlərə  beynəlxalq  qu­
rumların  təsiri  və  marağı,  onların  həlində  iştirakı,  gedişa- 
tına  “m üdaxilə”  etməsi,  milli  suverenlik  prinsipinin  yox  ol­
ması,  böhranı  kimi  deyil,  ümumi  tale  və  mənafeyin  diktə­
-  
173
-




Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə