Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə44/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   40   41   42   43   44   45   46   47   ...   106

də  dünya  ölkələri,  Dağlıq  Qarabağ  probleminə  ilk  vaxtdan 
adekvat  mövqe  və  münasibət  göstərə,  müvafiq  tədbirlər 
həyata  keçirə  bilmədi,  təcavüzkar  ermənilərin  tələbləri  mü­
dafiə  olundu.  Dağlıq  Qarabağ  problemi  ilə  bağlı  bu  gün 
beynəlxalq  təşkilatlarda  qəbul  olunan  sənədlər,  “soyuq  si­
yasət  buzunun”  əriməyə  başlaması  Ulu  öndərimizin  beynəl­
xalq  siyasət  meydanında  atdığı  uğurlu  addımların  nəticə­
sidir.  Ötən  illər  ərzində  ulu  öndərimiz  Heydər  Əliyevin 
titanik  əməyi  və  fəaliyyəti  sayəsində  dünyada  Dağlıq  Qara­
bağda  baş  verən  proseslərin  mahiyyəti  ilə  tanış  olmağa doğ­
ru  böyük  irəliləyiş  getdi.  Bu  gün  dünya  ictimaiyyəti  daha 
qətiyyətlə  belə  bir  fikirdə  yekdil  olmaqdadır:  separatçı  re­
jimlər,  suverenlik  və  sərhədlərin  toxunulmazlığı  prinsipini 
pozmaqla,  qloballaşan  dünya  üçün  ən  böyük  təhlükə  mən­
bəyidir.
“M üstəqil"  bəyan  edilməsinə  baxmayaraq,  bu  günə 
qədər  dünyanın  heç  bir  ölkəsi  tərəfindən  legitimliyinin  ta- 
nınmaması,  “uydurma  Dağlıq  Qarabağ  respublikasının,  elə 
“uydurma”  qurum  olduğuna  yaxşı  dəlalət  edir.  Belə  qurum­
larla  “strateji  əməkdaşlıq”  edən,  onları  silahla  və  s.-lə  təmin 
edən,  onları  dəstəkləyən  dövlətlər  də  öz  gələcəyini  və  təh­
lükəsizliyini  ciddi  şübhə  altına  alır.  Separatçı,  “terrorist  və 
diktator  rejimlərin  öz  “azadlıqları”  uğrunda  mübarizə  apar­
dıqlarını  söyləyərək,  qeyri-real  siyasət  yürüdən  belə  dövlət­
lərdə  ictimai  rəy  və  KİV-lər  -   bu  cür  siyasətin,  dünya  bir­
liyi  ailəsinin  layiqli  üzvü  olmaq  kimi  mövqeyə  ziyan  gətir­
diyinə  dair  geniş  müzakirələrə  təkan  vermişdir.  Silahlı 
separatizmə  “ikili  standartlar”  münasibətindən  yanaşmağın 
ziyanı  da  məhz  qloballaşma  prosesinin  indiki  mərhələsində 
özünü  aşkar  göstərməkdədir.  Çünki  qloballaşma  “millilik”
-  
178
  -
anlayışının  “etnik  millətçilik,  etnokratiya,  şovinist-irqi”  tə­
fəkkür  tərzi  ilə  qarışıq  salındığını  qabarıq  şəkildə  üzə 
çıxarır.  Millilik  həm  etnik,  həm  də  bəşəri  (universal-qlobal) 
səviyyələri  özündə  ifadə  etdirən  bir  fenomendir.  Millilik, 
etnik  ekstremizm  kimi  başa  düşüldükdə,  müxtəlif  siyasi- 
ideoloji  məqsədlərə  xidmət  edir,  yaxud  müxtəlif  qüvvələr 
tərəfindən  istifadə  olunur.  Bəşəriyyət  milli-mədəni  müxtə­
lifliyin  vəhdətində  təzahür  edir  və  yalnız  müxtəlifliyi  deyil, 
vəhdəti  də  nəzərə  alan  millilik  dünyanın  gələcək  inkişafının 
pozitiv  potensialı  rolunu  oyaya  bilər.
Burada  bir  daha  milli  dövlət  və  milli  suverenliyin 
"böhranı  və  yox  olacağf’na  dair  elmi  ədəbiyyatda”  söylə­
nən  fikirlərə qayıdaq.
Millətin  ictimai-siyasi-mədəni  birlik  kimi,  bəşəriy­
yətin  mövcudluğu  üçün  ən  dayanıqlı,  optimal  birlik  olması 
fikrinin  vaxtı  keçdiyini  irəli  sürən  baxışlar  nəyə  əsaslanır? 
Bu  sualın  cavabı  ictimaiyyətə qismən  məlumdur:  Qloballaş­
manın  unifikasiya  kimi  başa  düşülməsi,  inform asiya-tele­
kommunikasiya  texnologiyalarının  “sərhədləri”  anlayışının 
məzmununu  dəyişməsi,  qlobal  ünsiyyət  mexanizmlərinin 
səviyyəsinin  artması  bəzi  alimlərin  “millilik  və  millət"  an­
layışlarının  “köhnəlməsi”  qənaətinə  gəlməsini  şərtləndir­
mişdir.  Lakin  bu  bir  daha  qeyd  edirik  ki,  səthi,  dərinliyə 
varmayan  təhlilin  nəticəsidir.
M illilik  -   dövlətçiliyin  təməl  prinsiplərindən  biri  ki­
mi  yalnız  siyasi,  ictimai  deyil,  həm  də  mənəvi-mədəni,  ruhi 
çalarlan  özündə  birləşdirən  bir  fenomendir.  Milliliyin  tə­
məlində  -  milli  ruh  və  milli  şüur  qərar  tutur  və  bu  ictimai, 
siyasi,  iqtisadi,  mənəvi,  fəlsəfi,  estetik,  dini  baxış  və  təsəv­
vürlərin  məcmusunu  əks  etdirir.  Dünyanın  qlobal  inteqra­
-  
179
-


siya  səviyyəsinin  artması,  sıxlaşması  gedişində  “millilik" 
anlayışı  necə  yox  ola  bilər?  Əksinə,  gedən  proseslər  mil­
lətlərin  mənəvi  müqavimət  qüvvəsini  artırır.  Hər  bir  insan 
üzvü,  təmsilçisi  olduğu  mədəniyyətin  daşıyıcısı  kimi  “mil­
li-mədəni  genotipə"  malik  olduğu  kimi,  hər  bir  dövlət,  ölkə 
də  həmin  insanların  birliyindən  ibarətdir.  Hər  hansı  bir 
mədəni-milli  yaddaşa  malik  olmayan  insan  olmadığı  kimi, 
bu  amillərin  fövqündə  duran  ölkə  və  ya  dövlətin  də  olması 
qeyri-real  fikirdir.  Buna  görə  də  qloballaşmanın  bir yeganə- 
qlobal  düşüncə  və  deməli  bir  “yeganə  qlobal  dövlət”  yara­
dacağı  fikri  absurd  bir  fikirdir.  Qlobal  cəmiyyət,  qlobal 
dövlət  sistemi  yalnız  müxtəlif  unikal  dövlətlərin  inteqral 
cəmindən  formalaşa,  onların  vəhdətindən  yarana  bilər.  For­
masiya  statusundan  asılı  olaraq  ölkələrin  iyerarxik  qurulu­
şunu  formalaşdıran  planetar  Federasiya  perspektivsiz  ideya­
dır,  utopiya  xarakterli  proqnozdur.  Dünya  birliyi,  ümumpla- 
netar  sivilizasiya  abstrakt  kateqoriyadır.  Onun  sərhədi,  rəs­
mi  institutları,  müxtəlif  resurslar  üzərində  nəzarət  funksiya­
sı  yoxdur.  Əslində,  dünya  birliyi  -  dövlətlər  və  xalqların 
ümumi  maraq,  vahid  məqsəd  naminə  müxtəlif  münasibətlər 
qurmaq  istəyidir.  Lakin  bu  birliyə  nə  dərəcədə  nail  olunub. 
Teyyar  de  Şarden  yazırdı:  “Bəşəriyyətin  bütövləşməsindən 
böyük  qüvvə  alınması  gözlənilir.  Lakin  bu  qüvvənin  həmişə 
idarə  edilə  biləcəyi  sual  altındadır”.
Bu  da  həqiqətdir  ki,  qloballaşma  müxtəlif  dövlətlə­
rin  könüllü,  ya  könülsüz  dialoq  və  ünsiyyətinə,  lokal  çərçi­
vələrdən  çıxaraq  yaxınlaşmasına  şərait  yaradır,  bunu  zəru­
rətə  çevirir.  Məhz  bu  zərurətin  birtərəfli  şişirdilməsi,  milli 
dövlətçilik  və  suverenliyin  gələcəyinə  dair  birtərəfli  möv­
qeləri  ortaya  çıxarmışdır.
-
180
-
Dünyada  baş  verən  hadisələr  milli  dövlətçilik  ma­
raqlarını  “ləğv  etm ir”.  Məsələnin  mahiyyəti,  əslində,  başqa 
müstəvidədir.  Tarixdən  məlumdur  ki,  dünya  inkişafının 
keçid,  dəyişiklik  adlandırılan  məqamlarında  dövlətçilik  və 
onun  maraqlarının  zamanın  tələblərinə  uyğun  qurulması 
problemi  bütün  ölkələr qarşısında durmuşdur.
Hazırda  dünya  dövlətləri  məhz  belə  bir  transforma­
siya çağını,  keyfiyyət  dəyişikliyini  yaşayırlar.  Belə  dövrlər­
də  hər  bir  ölkə  dəyişikliklərin  labüdlüyü  meyli  ilə  milli 
dövlətçilik  maraqlarının  bu  dəyişikliklərə  uyğun  çevik  me­
xanizmini  yaratmaq  zərurətini  həll  etməli  olurlar.  Əgər 
“milli  dövlətçilik”  deyilirsə,  burada  həm  “millilik  “  həm  də 
“dövlətçilik”  mənafelərinin  vəhdətdə  iştirak  etdiyini  unut­
maq  olmaz.  Məlumdur  ki,  müxtəlif siyasi  şəraitdə,  müxtəlif 
qüvvələr  millilik  və  dövlətçilik  anlayışlarını  bir-birindən  öz 
məqsədlərinə  uyğun  təcrid  edir,  ictimai  şüurun  bu  mövzuya 
həssas  münasibətini  manipulyasiya  edirlər.  Dövlətçiliyin 
maraq  və  mənafelərini  arxa  plana  keçirərək  milli  maraqlar 
adı  ilə  öz  şəxsi  niyyətlərini  həyata  keçirirlər.  Bütün  hal­
larda  millilik  və  dövlətçiliyin  həssas  və  kövrək  ahəngi, 
bütövlüyü  nəzərə  aiınmadıqda  nəticələr  istənilən  kimi 
olmur.
İlk  baxışdan  oxşar  problemləri  birdəfəlik  həll  etmiş 
kimi  görünən  ABŞ-da  da  bəhs  edilən  mövzu  diqqət  mərkə­
zindədir.  ABŞ-ın  dövlət  katibi,  Kondoliza  Rays  Amerikanın 
milli  maraqlarını  dəqiq  müəyyənləşdirməyən,  beynəlxalq 
qurumlara  daha  çox  diqqət  yetirən,  milli  maraqları  “hu­
manitar  beynəlxalq  maraqlarla”  əvəz  edən  siyasətin  döv­
lətçilik  mənafeyinə  zidd  olduğunu  söyləmişdir.
Tarixdən  bu  da  məlumdur  ki,  hər  hansı  bir  dövlət,
-  
181
  -


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə