Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə45/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   41   42   43   44   45   46   47   48   ...   106

məhz  dəyişikliklərə  çevik  uyğunlaşma  siyasətini  yürütmal*. 
lə,  yeniliklərin  bütün  müsbət  potensialından  səmərəli  isti- 
fadəni  təmin  edən  struktur  və  mexanizmlər  yaratmaqla, 
millilik  və  dövlətçiliyin  ideal  balansını  da,  strateji  perspek­
tivini  də  təmin  edə  bilmişlər.
Ümummilli  liderimiz  Heydər  Əliyevin  dövlətçilik si­
yasətinin  bu  baxımdan  nəticələri  günümüzün  reallığı  və  ən 
böyük  uğurlarımızdır.  Dövlət  müstəqilliyinin  bütün  sahə­
lərdə  möhkəm  təməllərinin  qurulması  ilə  bərabər,  Azərbay­
canın  dünyaya  tanıdılması,  siyasi  sabitliyin  təmin  edilməsi, 
iqtisadiyyata  aparıcı  beynəlxalq  təşkilatların  maliyyə  və 
sərmayə  qoyuluşunun  cəlb  edilməsi  kimi  müdrik  siyasət 
dünya  inkişafının  mövcud  meyillərini  nəzərə  almaqla  həya­
ta  keçirilmiş,  Azərbaycanın  suverenlik  statusunun  mövcud 
problemlərin  həlli  mexanizmində  hər  an  qətiyyətlə  vurğu­
lanmışdır.  Ulu  öndərimiz  dəyişən  dünyanın  indisi  və  gələ­
cək  perspektivlərinə  adekvat  cavab  verən  dövlətçilik  siya­
sətinin  əsas  istiqamətlərinin  strategiyasını  Azərbaycana  irs 
qoyub  getmişdir.
Ölkəmizin  geosiyasi  mövqeyini,  təbii  ehtiyatlarını, 
insanların  potensialını  nəzərə  alaraq  onu  müasir  dünyada 
baş  verən  proseslərin,  beynəlxalq  fəaliyyətin  əsas  subyekt­
lərindən  biri  kimi  inkişaf  etdirmək  bu  irsin  tərkib  hissə­
lərindən  biridir.  Azərbaycan  bu  illərdə  demokratik,  hüquqi, 
dünyəvi  dövlət  kimi  dünyada  özünütəsdiq  dövrünü  yaşamış 
və  ona  nail  olmuşdur.  Bu  gün  qlobal  cəmiyyətin  siyasi, 
iqtisadi,  mədəni,  ictimai  və  s.  sahələrində  inteqrasiyanın 
vacibliyi  barədə  Prezident  İlham  Əliyev  cənabları  qeyd 
edir:  “Dünyada  hər  şey  qarşılıqlı  bağlılıq  təşkil  edir.  Bunu 
bütün  ölkələr  nəzərə  almalıdır.  Dünya  cəmiyyətinə  biganə
-  
182
-
qalmaq,  ona  sayğısızlıq  göstərmək  heç  bir  yaxşı  nəticəyə 
gətirib  çıxara  bilməz.  Bəli,  bu  reallıqları  biz  nəzərə  alma­
lıyıq.  Lakin  öz taleyimizi  yalnız  özümüz  həll  edirik".
Müstəqil,  qüdrətli  dövlətin  formalaşması,  onun  iqti­
sadi  firavanlığının  təmin  edilməsi  ilə  bilavasitə  əlaqədardır. 
Müstəqillik  illərində  reallaşdırılan,  bu  gün  dönmədən  da­
vam  etdirilən  iqtisadiyyatın  modernləşdirilməsi  xətli,  ölkə­
mizin  qlobal  -   beynəlxalq  əmək  bölgüsündə  öz  yerini  tut­
ması  üçün  böyük  perspektivlər  açır.
Ənənəvi  və  modernləşmiş  sivilizasiyaların  qovşağın­
da  yerləşən  ölkəmiz  qlobal  cəmiyyətə  inteqrasiya  və  milli- 
mədəni  özünəməxsusluq  yolunu  seçmişdir.  Azərbaycan  di­
namik,  müstəqil  siyasət  yeridərək,  yeni  dünya  nizamının 
yaranmasında  fəal  iştirak  edərək  qlobal  dünyanın  tərkib 
hissəsinə  çevrilir.  Başqa  ölkənin  ərazi  bütövlüyünə  qəsd 
edən  bir  qurumun,  milli  suverenlik  prinsipini  pozduğuna, 
dünyanın  sülh  və  təhlükəsizlik  yolunda  maneələr  yarat­
dığına  dünya  dövlətlərini  inandırmağa  çox  çətin  də  olsa  nail 
olur.  Millətçi-separatizmin  müasir  dünyanın  qlobal  reallı­
ğına  deyil,  vaxtı  keçmiş  sərsəm  xülyalara  xidmət  etdiyi  ay­
dın  olur.  Tarixin  heç  bir  dönəmlərində  dünya  birliyinə 
inteqrasiya  və  milli  təhlükəsizliyin,  suverenliyin  təmin 
olunması  kimi  ilk  baxışda  paradoksal-əks  görünən  iki  pro­
ses  bu  qədər  çulğaşmamışdır.  Milli  mənafe  anlayışı,  həm 
dünyanın  müasir  inkişaf  meyillərinə  cavab  verən,  həm  də 
baş  verən  proseslərə  dinamik  adekvat  fəaliyyətlə  qoşulmağı 
təmin  edən  siyasətin  məzmun  və  mahiyyətini  əks  etdirir. 
Dünyanın  get-gedə  aydın  sezilən  vəhdətinin  formalaşması, 
universalizm  ideyalarının  birtərəfli  şərhinə  səbəb  olmuşdur. 
Bəşəriyyətin  varlığının  onun  çoxçalarlı  müxtəlifliyindən
-  
183
-


kənarda  təsovvüredilməzliyi  fikri  hər  dəfə  unudulanda  tarix 
özü  bu  baxışlara  düzəliş edir,  onları  sınağa  çəkir.  Milli  özü­
nəməxsusluğu  arxa  plana  keçirərək,  bütün  dünyanı  mo­
dernləşdirməyin  mümkünlüyünə  dair  mövqelər,  XX  əsrdə 
özünü  doğrultmadı.  Məlum  oldu  ki,  bütün  dövrlərdə 
universallıq,  unikallıqla  vəhdətdə  götürüldükdə  bəhrələrini 
verə  bilir.  İnnovasiyalara  çevik  reaksiya  verilməsi  ilə,  də­
yişikliklər  gedişində  varisliyi  təmin  edən  sabit,  dayanıqlı 
amillərin  sintezi  inkişafı  daha  uğurlu  məcraya  yönəldir. 
Bütün  bu  proseslər  içərisində  bulunan  bəşəriyyət  Kopernik 
və  Qalileyin  elmdəki  çevrilişlərindən  az  əhəmiyyətli  ol­
mayan  dəyişikliklər  ərəfəsindədir.  Akademik  Vernadski  ya­
zırdı:  “Biz  zəif  ruhlu  insanların  yaşadığı  böhranı  deyil, 
minillikdə  bir  dəfə  olan  elmi  fikirdəki  dəyişikliklərin  çətin­
liyini  yaşayırıq”.
Bəşəriyyət  seçim  qarşısındadır.  Ona  verilən  seçim 
azadlığından  düzgün  istifadə  etmək  imkanı  onun  gələcək 
varlığını  təmin  edən  əsas  şərtdir.  E.Fromm  yazırdı:  “İlk 
dəfə  tarixdə  insan  nəslinin  fiziki  varlığının  xilası  onun  ürə­
yinin  radikal  dəyişməsindən  asılı  olacaq”.
M üasir  dünyanın  sosial-iqtisadi,  siyasi  inkişafının 
magistral  meyillərinin  təhlil  edilməsi,  qloballaşma  proses­
ləri  ilə  sıx  əlaqədardır.  Bütün  planeti  əhatə  edən  bu  pro­
seslərdə  ölkəmizin  yeri,  rolu  iştirak  formalarını  və  imkan­
larını  bilmək  üçün  baş  verən  proseslərdə  dünyanın  inkişaf 
etmiş  sayılan  ölkələrinin  beynəlxalq  inteqrasiya  xüsusiy­
yətlərini,  dəyişiklik  və  islahatlara  necə  nail  olduqlarına  bə­
ləd  olmaq  vacibdir.  Bu  gün  informasiya-texnologiyaları  sa­
həsində  inqilab,  həmişə  mövcud  olan  qarşılıqlı  yaxınlaşma 
proseslərinə  görünməmiş  vüsət,  dinamizm  vermişdir.
-  
184
-
Bəhs  eldiyimiz  mövzu  kontekstində  qarşıya  çıxan 
suallar  başqa  cür  də  səslənir.  Qarşısıalınmaz  görünən  bu 
prosesdə  lokal-regional  müstəvidə  gedən  inteqrasiya  yoxsa 
qlobal  müstəvidə  gedən  unifikasiya  meyilləri  üstünlük 
edəcəkdir?
Şübhəsiz  ki,  lider  ölkələr  öz  sosial,  siyasi,  iqtisadi, 
milli  inkişaf  modellərini,  yerdə  qalan  ölkələrə  qəbul  etdir­
məyə  səy  göstərmə  -   bu  həmin  ölkələrin  siyasətinin  həm 
müsbət,  həm  də  mənfi,  zəif  tərəfini  təşkil  edir.  Bu  bərabər­
hüquqlu  tərəflərin  könüllülük  əsasında  qarşılıqlı  zəngin­
ləşmə  istəyinin  ifadəsi  olmalıdır.  Lakin  o  da  məlumdur  ki, 
heç  də  bütün  ölkələr  təklif  edilən  yeni,  mütərəqqi  (və  ya 
başqa)  model,  standart,  bilik  və  texnologiyaları  asanlıqla 
mənimsəyə  və  ya  gerçəkləşdirə  bilmirlər,  istənilən  halda 
milli  və  bəşəri  potensialın  ahəngdar  inkişaf  nöqtələrinin 
müəyyənləşdirilməsi  birmənalı  deyil,  mürəkkəb  prosesdir.
Müstəqillik  illərində  ölkəmizin  iqtisadiyyatına  bir­
başa  sərmayə  qoyuluşu,  birgə  beynəlxalq  layihələrlə  uzun­
müddətli  əməkdaşlığın  təməlinin  möhkəmləndirilməsi,  tə­
biidir  ki,  öz  növbəsində  davranış  stereotiplərinin,  işgüzarlıq 
mədəniyyətinin  standartlarının  dəyişilməsini,  insanlar  və 
ölkələr  arasında  inam  və  etibarın  artmasını  tələb  edir.  M ə­
lumdur  ki,  qlobal  əməkdaşlıq  da,  qlobal  rəqabət  və  yarış  da, 
qeyri-səmərəliliyin,  uğursuz  fəaliyyətin  istənilən  nəticə  və 
təzahürlərinə qarşı  barışmaz  münasibətdədir.
Bu  gün  inkişafın  liderləri  ola  bilən  ölkələr  məhz  bu 
şərtlərə  əməl  etdiyi,  qlobal  meyilləri  sezdiyi  və  ona  qoşula 
bildiyi  üçün  həmin  mövqeləri  əldə etmişlər.
Dünya  inkişafının  müasir  real  meyillərinin  “bizim 
üçün”  də  işləməsini,  həm  Azərbaycanın  ümumi  iqtisadi
-  
185
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə