Yeni mədəniyyət məkanına



Yüklə 8,63 Mb.
Pdf görüntüsü
səhifə46/106
tarix17.11.2018
ölçüsü8,63 Mb.
#79982
1   ...   42   43   44   45   46   47   48   49   ...   106

potensialı,  həm  geosiyasi  mövqeyi,  həm  ulu  öndərimizin 
yaratdığı  siyasi  sabitlik  vəziyyəti,  həm  də  Prezidentimiz  İl­
ham  Əliyevin  yerildiyi  dinamik,  fəal  milli  dövlətçilik  siya­
səti  təmin  edə  bilər  və edəcəkdir.
Fəlsəfə  elmləri  doktoru,  professor  Ramiz  Mehdiyev 
hesab  edir  ki,  “qloballaşma  dövründə  milli  suverenliyin 
məhdudlaşmasından  biz  inteqrasiya  prosesinin  əlverişli  mc- 
yi 1 lərinin  milli  məkanda  assimilyasiyası  üçün  imkan  kirm 
istifadə  etməli,  ardıcıl,  ölçülüb-biçilmiş  və  əlaqələndirilmiş 
siyasət  yeritməliyik.  Bu,  xüsusilə  sivilizasiyalı  daxili  siyasi 
məkanın  formalaşması  proseslərinə  aiddir.  Həmin  məkanın 
əsasını  ölkənin  inkişafına,  onun  iqtisadiyyatının  modernləş­
məsinə  və  müasir  Azərbaycan  cəmiyyətinin  mənəvi-əxlaqi 
əsaslarının  möhkəmlənməsinə  kömək  edə  biləcək  qüvvələr 
təşkil  etm əlidir...  Qazanılmış  nailiyyətlərin  dərk  edilməsi, 
azərbaycançılıq  konvergensiyasında  və  konfessiyalararası 
dialoqda  ifadə  olunmuş  milli  “mən”in  qorunub  saxlanması 
və  varisliyinin  təmin  edilməsi  güclü  və  müstəqil  dövlət 
quruculuğunda  birinci  dərəcəli  vəzifədir.  1993-cü  ildən 
sonra  Azərbaycanda  görülmüş  işlər aydın  şəkildə  sübut  edir 
ki,  milli  inkişaf  strategiyası  sabit  və  təhlükəsiz  siyasi  və 
iqtisadi  inkişafa,  milli  suverenliyin  və  sosiomədəni  məka­
nın  dəyişməzliyinin  təmin  olunmasına  yönəlmiş  öncül  və­
zifələrin  dərk  edilməsinə  əsaslanır”.
Bu  gün  yenidən  milli  dövlətçilik,  milli  suverenlik  ki­
mi  prinsiplərin  məzmununun  baş  verən  köklü  dəyişikliklər 
kontekstində  təhlil  etmək  əvəzinə,  onların  “vaxtının  keçdi­
yini"  söyləmək  də  (müasir  politoloji  ədəbiyyatda),  millili­
yin  “irqi  şovinizm”  kimi  başa  düşülməsi  təhrif  olunmuş 
mövqedir.  Bəşəriyyət,  milli  ilə  bəşəri,  lokal  və  qlobal,
-  
186
  -
unikal  və  universal  qatların  kövrək  ahəngini  təmin  etməklə 
abədiyaşar bir  nizam  modeli  formalaşdıra  bilər.  Azərbaycan 
öz  nadir,  ortaq  milli-mədəni  sərvətləri  və  dövlətçilik  təcrü­
bəsi  ilo  belə  nizam  modeli  üçün  örnək  rolunu  oynaya  bilə­
cək  bir məkandır.
Bu  gün  dünya necə adlandınlmasından  asılı  olmayaraq, 
tamamilə fərqli  bir mərhələyə qədəm qoymuşdur.
Dünyanın  klassik  modelinin  dəyişdiyi  və  dünya  sis­
teminin çoxtərəfli  transformasiyaya uğradığı  şəraitdə  milli  döv­
lətlərin  yaranması,  milli  suverenlik  ideyasının  gerçəkləşməsi, 
varlığını  qoruması  və  təsdiq  etməsi  kimi  ciddi  proseslər  öz 
sürətini  artırır.  Belə  bir  şəraitdə  həm  bütün  dünyanın  inkişaf 
ıneyillərinə  qoşula  bilmək,  həm  də  Azərbaycanın  müstəqilliyi­
nin  sabit  inkişafı  və  mövcudluğu  üçün  lazım  olan  bütün  amil­
ləri  təmin  edə  bilmək  necə  mümkün  olmuşdur?  Müstəqillik 
əldə  olunandan  keçən  vaxt  ərzində  ətrafımızda  cərəyan  edən 
hadisələrin  inkişaf  özünəməxsusluğu  və  sürətini  dərk  etdikcə, 
əldə  olunan  siyasi  uğurların  şahidi  olduqca  ulu  öndərin 
şəxsiyyətinin,  dühasının  böyüklüyü  qarşısında  heyrət  və  hey­
ranlıq  hissi  yaşayırsan.  Siyasi  uğur çoxölçülü anlayışdır.  Lokal- 
milli  müstəvidə  bir  cür,  qlobal  müstəvidə  başqa  cür  nəzərdən 
keçirilə  bilər.  Bu  fövqəlmürəkkəb  müstəvilərin  optimal  uyğun- 
laşdmlması  hər  bir  siyasətçiyə  müyəssər  olmur.  Siyasi  zaman 
və  məkan,  siyasi  reallığın  hədsiz  dinamizm  və  dəyişkənliyi 
şəraitində  uzun  illər ahəngdar,  sabit  və  uğurlu  xətti  təyin  etmək 
böyük  miqyaslı  siyasətdən  xəbər verir.
Ulu  öndər  dünyanın  siyasi  xəritəsində  Azərbaycan  adlı 
məmləkətin  adını  əbədi  həkk  edərək  bu  müstəqilliyin  dönməz 
və  sarsılmaz  olduğunu  tarixə  və  dünyaya  bəyan  etdi.  Müstəqil, 
qüdrətli  Azərbaycanın  təməlini  möhkəmləndirərək,  onun  möh­
-  
187
-


təşəm,  əsirlərin  sınağına  tab  gətirərək  əbədi  binasının  inşa 
olunması  Heydər Əliyevin  adı  ilə bağlıdır.
Dövlətçilik  yaşı  əsrlərlə  sayılan  ölkələrlə  müqayisədə 
tarixin  bir anı  sayılan  zaman  müddətində Azərbaycanın  strateji, 
geosiyasi,  ideoloji,  sivilizasion  vektorlarının  seçilməsi  dövlət 
yaradıcılığının  hansı  inslitusional  genezis  formalarına  önəm 
verilməsi,  intellektual,  siyasi,  iqtisadi  resursların  səfərbər  edil­
məsi,  cəmiyyətin  siyasi  palitrasındakı  ən  müxtəlif mənbələrdən 
idarə  olunan,  ziddiyyətli  siyasi  maraq  və  oriyentasiyaları  bir 
nüvədə  cəmləməyə,  bir  hədəfə  vurmağa  nailolma  siyasətinin 
dühasını  -   Heydər  Əliyevin  xidmətlərinin  adi  şüur  prizmasın­
dan görünən  natamam  bir rakursudur.
Qlobal  güc  mərkəzlərinin  nisbəti  və  dinamikasına  dərin 
bələd  olmaqla  Azərbaycanın  geosiyasi  mövqeyini  üstünlüklə­
rindən  istifadə  etməyə,  yalnız  təbii  sərvətlər  hesabına  deyil, 
siyasi  sabitlik  yaratmaqla  ölkənin  investision  rejiminin  artırıl­
ması  cəmiyyətin  bütün  sahələrində  dövlət  tənzimlənməsinin 
bərqərar  olduğuna  inandırma  sahəsində  ölkəmizi  dünyaya  ta­
nıtdırmağa qadir oldu.
Bütün  bunların  bəhrəsi  kimi  Azərbaycana  bir  çox  öl­
kələr  üçün  əlçatmaz  arzu  olan  regional  lider,  demokratik-dün- 
yəvi  dəyərlərə  sadiq,  fundamental  ifratçılıqdan  uzaq  olan  cə­
miyyət  kimi  qlobal  inkişaf  meyilləri  ideal  platsdarm  statusunu 
qazandırdı.
Heydər Əliyev  ideyalarının  və əməlinin  həcmi  dəyəri  və 
sanbalı  bir  tərəfdən  yaşanılan  zamanın  özəllikləri,  XX  əsrin 
ikinci  yarısındakı  qlobal  durum,  bütün  dünya  düzəninin  sis­
temli  böhranı  və  struktur  transformasiyası  fonunda  daha  aydın 
görülürsə,  digər  tərəfdən,  Azərbaycanda  müstəqil  dövlətin  ya­
radılmasının  nəyin  bahasına  mümkün  olması,  sosialist  dü­
-  
188
  -
şərgəsinin  çökdüyü  bütün  ölkələrlə  müqayisədə,  burada  möv­
cud  olan  çətin,  fərqli  şəraitin  özəlliyi  nəzərə  alınmaqla  dərk 
edilə  bilər.  Heydər Əliyev  Azərbaycanın  dövlət  müstəqilliyinin 
ağlagəlməz  dərəcədə çətin  geosiyasi  məkanda,  dünya  güc  mər­
kəzlərinin  müdhiş  maraqlarının  çarpışmasının  son  həddə 
çatdığı,  daxili  xaosun  kulminasiya  məqamında  bərpa  etmiş, 
özülündən  “ilk  kərpicindən”  başlayaraq  yaratmışdır.
Ulu  öndərimizin  yaratdığı  tarixlə,  siyasi  dəst-xəttin  in­
diki  nəticələri  ilə  bahəm,  gələcək  zəfərlərin  perspektivlərinin 
müəyyənləşdirilməsi  baxımından  hansı  möhtəşəmliyə  malik 
olduğunu dərk elməyimiz də çox  önəmlidir.
XXI  əsrin  özünəməxsusluğu  nəzərə  alınmaqla  Heydər 
Əliyev  siyasi  kursunu  uğurla  reallaşdırmaq,  müasir  dünyanın 
sosial-iqtisadi,  siyasi  inkişafının  magistral  meyillərinı 
təhlil 
etmək,  islər  lokal,  regional  müstəvidə gedən  inteqrasiya,  istərsə 
də  qlobal  müstəvidən  gedən  inifikasiya  meyitlərinin  inkişaf 
istiqamətini  müəyyənləşdirmək  möhtərəm  Prezidentimiz  İlham 
Əliyev cənablarının  siyasi  fəhminin  nəticəsidir.
Dünya  inkişafının  müasir  real  meyillərini  Azərbaycan 
üçün  işləməsini,  beynəlxalq  əməkdaşlığın  vüsətinin  İlham 
Əliyevin  yeritdiyi  dinamik,  fəal  milli  dövlətçilik  siyasəti  təmin 
edir və edəcəkdir.
Bu  gün  Azərbaycan  xalqının  etibarını  qazanmış,  onun 
zəngin  tarixi  irsinin  və  mənəvi  dəyərlərinin  himayədarı  olan 
siyasi  liderin  dövlətə  başçılıq  etməsi  Azərbaycan  xalqının 
tarixində şanlı  səhifələrin  yazılacağına əminlik  yaradır.
-  
189
-


Yüklə 8,63 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə